R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə58/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   54   55   56   57   58   59   60   61   ...   131

Lakin  bütün  digər  münasibətlərdə  subyektiv  təbii  hüquq  pozitiv 
hüququn  realizəsi prosesində yaranan  subyektiv hüquqlardan  əhəmiyyətli 
şəkildə  fərqlənir.  Subyektiv  təbii  hüququ  digər  subyektiv  hüquqlardan 
fərqləndirən ən mühüm əlamətlərə aşağıdakılar aid edilir:
1)  həmin  hüququn  əmələ  gəlməsi  və  müvafiq  surətdə  onun  insana 
doğulduğu andan məxsus olması;
2)  subyektiv  təbii  hüququn  ayrılmazlığı  (özgəninkiləşdirilə  bilmə­
məsi);
3) subyekti təbii  hüquqda insanın on mühüm tələbatlarının və imkan­
larının ifadə olunması;
4) subyektiv təbii hüququn realizəsinin bilavasitə və obyektiv xarakteri.1
Sosial-hüquqi  hadisə  kimi  obyektiv  təbii  hüquqla  subyektiv  təbii  hü­
quqların fərqləndirilməsi zamanı nəzərə almaq lazımdır ki, söhbətin təbii hü­
ququn  formaları  və  mənbələri  haqqında getdiyi  vaxt,  hər  şeydən  əvvəl,  ob­
yektiv təbii hüquq nəzərdə tutulur. Məhz obyektiv təbii hüquqa bəzən pozitiv 
hüququn  tərkib  hissəsi,  əxlaqi  əsası,  nəhayət,  bütün  qanunvericilik  üçün 
proobraz qismində onunla qırılmaz əlaqədə və qarşılıqlı fəaliyyətdə baxılır.2
İkincisi,  təbii  hüququn  formaları  və  mənbələri  haqqında  məsələnin 
həlli  üçün  mühüm  əhəmiyyətə malik olan digər mühüm xüsusiyyəti onun 
xeyli dərəcədə idealist xarakterdə olmasıdır.
IIolə  çox  da  uzaq  olmayan  keçmişdə  xarici  dövlətlərin  hüquq 
ədəbiyyatında  təkcə  təbii  hüququn  deyil,  həmçinin  do  pozitiv  hüququn 
müəyyən  dərəcədə  idealizmlə  əlaqəsi  qeyd  edilmişdir.  R.İyerinq  yazırdı: 
«Paradoksal  səslənsə  də  hüquq -   bu,  idealizmdir».  Müəllif elə  buradaca 
aydınlaşdırırdı  ki,  «fantaziyanın  idealizmi  deyil,  lakin  xarakterin  idealiz­
mi,  yəni  müqəddəs  yeri  təhqir  edilmiş  kişi  özünü  məqsəd  kimi  hiss  edir 
və  onu  bütün  qalan  şeylərdən  hifz  edir.  Öz  hüququna  bu  hücumun  hara­
dan  gəlməsinin  onun  üçün  əhəmiyyəti  yoxdur  (belə  hücum  həm  şəxsiy­
yətdən,  həm  do  özgə  xalqdan gələ  bilər).  Belə  hücumlara müqavimət hü­
cum  edənin  şəxsiyyətindən  deyil,  öz  hüquqlarını,  əxlaqi  qüvvəsini  hiss 
etmək enerjisindən irəli gəlir».3
Lakin  pozitiv  hüququn  idealizmi  (əgər  belə  idealizm  mövcuddursa)
1 Рассказов Л.П .,  Упоров  И.В.  Естественное  право человека.  СПб,  2001, с. 15.
2 Трубецкой  Е.Н.  Энциклопедия  нрава.  Издание  по запискам студентов.  Киев,  1906, 
СП б.,  1998, с.47.
3 Иеринг Р.  Борьба за право.  СПб.,  1908, с.61.
220
təbii  hüququn  idealizmi  ilə  müqayisədə  son  dərəcə  azəhəmiyyətli  feno­
mendir.
Y.N.Trubetskoyuıı  sözlərinə  görə,  özündə  mənəvi  idealizmin  postu­
latlarını  toplamış,  «xeyrin  əbədi  qanununun»  mövcudluğunu  və  «mənə­
viyyata  tarixin  məhsulu  kimi  baxan  təkmülçülərin»  müasir  baxışlarını 
tanıyan təbii  hüquq  istənilən  digər hüquqi  idealizmlə heç bir müqayisəyə 
girmir.1
Üçüncüsü,  özünün  formaları  və  mənbələri  nöqteyi-nəzərindən  nə­
zərdən  keçirilən  təbii  hüququn  mühüm  xüsusiyyəti  onun  məzmununun 
formal-hüquqi  və  maddi  (faktiki)  xarakteridir  ki,  bu  da  pozitiv  hü­
quqla müqayisədə son dərəcə qeyri-müəyyəndir.
Təbii  hüququn  məzmununun  qeyri-müəyyən  xarakteri  on  bilavasitə 
şəkildə  təbii  hüquq  nəzəriyyəsinə  dair  təsəvvürlərin  və  doktrinaların 
xarakterində əks olunur.
Təbii  hüququn  yuxarıda  göstərilən  xüsusiyyətləri  ilə  yanaşı,  onun 
formalarının  və  mənbələrinin  aşkar  edilməsi  baxımından  digər  xüsusiy­
yətlər də mühüm əhəmiyyət kəsb edirlər.
Təbii  hüququn  göstərişlərinin  mənəvi  xarakterli  olmasını  mühüm 
bir  xüsusiyyət  kimi  qeyd  edən  Y.N.Trubetckoy  yazırdı  ki,  «təbii  hüquq 
hüquqda  mənəvi  cəhətdən  lazım  olanın  sinonimidir»,  «hər  cür  konkret 
hüquq qaydasının mənəvi əsasıdır».2
Təbii  hüququn  öz  xarakterinə  görə  müxtəlif,  prinsipial  xüsusiyyət­
lərinin aşkar olunması  və eyni zamanda bütövlükdə onda təşəkkül  tapmış 
təsəvvürlərin  nəzərdən  keçirilməsi  təbii  hüququn  təkcə  dərindən  və 
hərtərəfli  dərk  edilməsi  deyil,  həm  də  onun  problemlərinə,  o  cümlədən 
onun  formalarının  və  mənbələrinin  müəyyən  edilməsi  məsələlərinə  aid 
bir çox problemlərin həlli  üçün mühüm əhəmiyyət kəsb edir.
A.İ.Kozulinin düzgün qeydinə uyğun olaraq təbii hüququn  mənbələri 
qismində  «hüquqi  reallığın  doğurdu  və  təmin  etdiyi  hər  şey»3  çıxış  edir. 
Təbii hüququn mənbələri -  bu, hüququ yaradan amillərdir.
Belə  təsəvvür  edilir  ki,  təbii  hüququn  ilkin  mənbələrinə  ayrı-ayrı 
adamların və bütün  insan birliyinin  maddi  həyat şəraitini  (maddi  mənbə),
1  Трубецкой  E.H.  Göst.əsəri,  s.46.
2 Трубецкой  E.H.  Энциклопедия  права.  Издание  по  запискам  студентов.  Киев,  1906, 
СГ1б„  1998,  с.51.
3 Козлин А.И.  Об источниках  прав  человека/ / Государства  и право.  1994, № 2, с. 145.
221


eləcə  do  zəkalı  varlıq  olan  insanın  ətraf  maddi  mühitdə  həyati  fəaliy­
yətinin özünü (bioloji mənbə) aid etmək lazımdır.1
Təbii  hüququn  ikinci  mənbələri  qismində  insanı  əhatə  edən  sosial 
mühit  (sosial  mənbə)  çıxış  edir.  Tamamilə  məntiqi  və  məqsədəuyğundur 
ki,  insan məhz tarixi  şərait çərçivəsində müəyyən  sosial mühitdə doğulur, 
yaşayır və inkişaf edir.
Təbii  hüququn  mənbələrinin  təsnifatı  bütün  göstərilənlərlə  yanaşı, 
obyektiv  və  subyektiv təbii hüququn müxtəlif cəhətlərinin tədqiqinə daha 
dərindən  və  hərtərəfli  yanaşmağa  və  müvafiq  surətdə  həmin  cəhətlərdə 
ilkin və ikinci təbii hüquqları fərqləndirməyə  imkan verir.
Təbii  hüququn formaları, yəni onun  daxili ifadəsinin təşkilati və sair 
vasitələri  haqqında  danışarkən,  hər  şeydən  əvvəl,  ona  əsaslanmaq  lazım­
dır ki, pozitiv hüquqdan fərqli olaraq, təbii  hüquq öz təbiətin və xarakterinə 
görə öz əsasında heç bir voehlə obycktivləşdirilməmiş və formal olaraq təşkil 
edilməmiş  hüquqdur.  Təbii  hüququn  məzmununu  təşkil  edən prinsiplər,  tə­
ləblər,  ideyalar və bunlara bənzər təbii-hiiquqi  komponentlər heç də hansısa 
nizamlayıcı,  sistemləşdirici və formal təşkilati  şəkildə çıxış etmirlər.  Onlann 
hər biri subyektiv təbii hüququ formalaşdıran eyni amillər kimi, doğulduqları 
andan  təzahür edir,  insan  tərəfindən  dərk  edildikləri  və  təbii  hüququn digər 
analoji  komponentləri  ilə  heç  də  həmişə  əlaqədar  olmayan  nisbi  müstəqil 
hadisə kimi təbii-hüquqi fakt olurlar.  Onlann həyata keçirilməsinin ilkin əsas 
fonnası  şifahi  formadır.  Bu,  təşkilati  baxımdan  nizamlanmamış,  «təbii»  və 
ya «yarımtəbii» formada mövcud olur.
Təbii  hüquq pozitiv hüquqla qarşılıqlı  əlaqədə və qarşılıqlı hərəkətdə 
mövcud olduğu zaman  formallaşdırılmamış,  şifahi  formada çıxış  edən və 
nosildən-nəslo verilən hüquq formasında çıxış edir.
Təbii  hüquq  özünü  konstitusiya  hüququnun  və  ya  istənilən  digər 
hüquq  sahəsinin  (müsbət  hüquq  sahəsinin)  məzmunu  ilə  tamamladığı 
vaxt  isə,  qanunlarda  və  digər  normativ-hüquqi  aktlarda  təcəssüm  oluna­
raq, pozitiv hüquqla birlikdə müvafiq formal-hüquqi  (yazılı)  forma əldə 
edir.  Təbii-hüquqi  prinsiplər  və  pozitiv  hüququn  müddəaları  əsasında 
yenidən yaradılan forma eyni zamanda da təbii hüququn forması olur.
1  Рассказов Л.П., Упоров И.П.  Естественные  права человека.  СПб.,  2001, с. 16.
222
BEŞİNCİ FƏSİL
HÜQUQ CƏMİYYƏTİN SOSİAL STRUKTURUNDA
1. Sosial stru k tu r anlayışı
Sosial  struktur  cəmiyyətin  anatomik  skeletidir.  Elmdə  struktur  de­
dikdə,  obyektin daxili düzümünü təşkil edən funksional cəhətdən qarşılıq­
lı əlaqəli elementlərin məcmusu başa düşülür.
Sosial strukturun elementləri qismində sosial  statuslar və sosial rollar 
çıxış edirlər.  Onların sayı, yerləşmə qaydası və bir-birindən asılılıq xarak­
teri  konkret cəmiyyətin konkret strukturunun məzmununu müəyyən edir.
«Struktur»  latınsa  «struetos»  sözündəndir,  «qurğu»,  «tikmək»,  «yer­
ləşdirmə»  deməkdir.  Strukturun  cəmiyyətin  sabit,  hərəkətsiz  quruluşu 
məqamını  özündə  ehtiva  etsə  də,  o,  tarixən  döyüşkən  xarakterə  malikdir. 
Struktura bu hərəkəti, döyüşkənliyi  fərdlorin qarşılıqlı hərəkəti prosesində 
yerinə yetirilən sosial rollar verirlər.
«Sosial  struktur»  anlayışı  məhdud  və  geniş  mənada  işlənilir.  Birinci 
halda  sosial  struktur  dedikdə,  konkret  sistem,  onun  struktur  elementləri 
(siniflər,  sosial  qruplar  və  təbəqələr,  digər  birlik  formaları)  arasındakı 
münasibətlər başa düşülür.  Geniş mənada götürülən sosial struktur isə so­
sial-sinfi,  sosial-demoqrafik,  sosial-ərazi,  sosial-cinik,  sosial-peşə  struk­
turlarının məcmusunu əhatə edir.1
K.Marks  özünün  «Siyasi  iqtisadın  tənqidinə  dair»  adlı  məqaləsinin 
«Müqəddimə»sində  cəmiyyətin  iqtisadi  strukturu  haqqında  danışır  və 
qeyd  edirdi  ki,  «...istehsal  münasibətlərinin məcmusu  cəmiyyətin  iqtisadi 
quruluşunu,  real  bazisi  təşkil  edir.  Hüquqi  və  siyasi  üstqurum  bu  bazis 
üzərində  yüksəlir  və  müəyyən  ictimai  şüur  formaları  bu  bazisə  uyğun 
olur.  Maddi  həyatın  istehsal  üsulu ümumiyyətlə həyatın  ictimai,  siyasi  və 
mənəvi  prosesləri  üçün  şərt  olur».2  Bu  kontekstdə  hüquq  insan  fəaliyyəti 
nəticəsində  həmin  fəaliyyətdən  və  sosial  qarşılıqlı  əlaqələrdən  yaranan 
törəmə  hadisə  qismində  çıxış  edir.  Əgər  bazisə  («substruktura»)  və 
hüquqi  üstquruma  (super-struktura»)  insanın  qarşılıqlı  hərəkəti  və fəaliy­
1 V ahidov F.Q ., A ğayev T.B. Sosiologiya: Dors vəsaiti. Bakı, “Təknur», 2008, s. 102-103.
2  M ark s 
К., 
E ngels  F.  Seçilm iş  əsərləri:  3  cild d ə,  I c.,  Bakı,  Azərnəşr,  1978,  s.554.
223


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə