R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə60/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   56   57   58   59   60   61   62   63   ...   131

prosesi  həm  onların  öz  aralarındakı  münasibətləri  (istehsal,  mübadilə, 
tələbat  münasibətləri),  həm  do  onların  təbiətə  (məhsuldar  qüvvələrin  in­
kişafı)  olan  münasibətini  əhatə  edir.  Ona  görə  də bu  universal  qarşılıqlı 
fəaliyyət  prosesində  yaranan  qanunauyğun  əlaqələr  normativliyin  uni­
versal  formasını  əldə  edir ki,  bu  da  cəmiyyətin  təbii-tarixi  inkişafının  bü­
tün prosesinə üzvi  surətdə xasdır.
Beləliklə, sosial  norma dedikdə,  insanların maddi  və mənəvi nemət­
lərin  mübadiləsi  üzrə  fəaliyyəti  prosesində  yaranan  və  özünütənzimet- 
mədə  sosial  sistemlərin  tələbatını  ifadə  edən  təkrar  olunan  və  sabit  icti­
mai əlaqələri başa düşülür.
Qeyd  etmək  lazımdır  ki,  sosial  norma  özündə  nəinki  obyektiv,  həm 
də subyektiv keyfiyyətləri ehtiva edir,  çünki  cəmiyyətin  özünümüdafiə və 
sabitlik  tələbatı  siniflər,  qruplar  və  fərdlər  tərəfindən  subyektiv  şəkildə 
dərk  olunur.  Belə  dərketmənin  nəticəsi  qismində  normaların  bir qrupunu 
müdafiə  altına  götürməyə,  digər  normaların  qüvvəsini  qorumağa  və  ya 
«gizlətməyə»  cəhdlər çıxış edir.  Belə  subyektiv dərketmə cəmiyyətdə də­
yər  etalonlarının  və  standartlarının  müəyyən  edilməsində,  sosial  norma­
ların  insanların  şüur  və  davranışına  təsirinin  gücləndirilməsində,  sosial 
təcrübənin  yayılmasında  və  mənimsənilməsində,  fərdlərin  universal  ası­
lılığının  başa  düşülməsində,  siniflər,  sosial  qruplar  və  fərdlər  arasında 
ziddiyyətlərin aradan qaldırılmasında  son dərəcə mühüm rol  oynayır.  So­
sial  normalarının  tarixi  təşəkkül  prosesinin  təhlili  onların  müxtəlif növ­
lərini  fərqləndirməyə  imkan  yaradır.  Bu  növlərdən  hər  biri  insanların 
davranışına və  fəaliyyətinə təsir göstərmək  məqsədini  güdür,  lakin həmin 
məqsədi  öz  spesifik  üsulları  ilə  həyata  keçirir.  Məhz  həmin üsullar sosial 
normaların  müxtəlif növlərinin  -   hüququn,  əxlaqın,  siyasətin,  dinin,  adət 
və ənənələrin fərqləndirilməsi kriteriyasına xidmət edir.
Sosial  normalar  insan  cəmiyyətində  hamılıqla  qəbul  olunan  və  kifa­
yət  qədər  geniş  yayılan  etalonlardan,  nümunələrdən,  insanların  davranış 
qaydalarından,  onların  qarşılıqlı  fəaliyyətinin  tənzimləyici  vasitələrindən 
ibarət  olan  normalardır.  Sosial  normalar  ictimai  həyatı  özbaşınalıqlardan 
«sığortalayır»,  müdafiə edir, cəmiyyətin  axarını  lazımi məcraya yönəldir. 
Deməli,  sosial  normalar obyektiv  cəhətdən  zəruri  olan  birgəyaşayış  qay­
daları,  lazımi  və  mümkün  olanın  sərhədlərinin  göstəriciləridir.  Birgə­
yaşayış qaydalan sosial qaydanın tərkib hissəsidir.
Burada  istər-istəməz təbii  bir  sual  meydana çıxır:  bəs,  sosial  qayda­
nın özü necə yaranır?
22 8
Sosial norma kimi,  sosial qayda da müəyyən mənada ictimai  inkişa­
fın qanunauyğunluqlarını  əks  etdirir,  lakin özü belə qanunauyğunluq  qis­
mində  çıxış  etmir.  Hüquq  ədəbiyyatında  qeyd  olunduğu  kimi,  «obyektiv 
qanunlar  tarixin  inkişafına  xidmət  etsələr  də,  norma  qismində  çıxış  et­
mirlər.  Sosial  normalar cəmiyyətin həyatına insanlar,  sosial praktika tərə­
findən  gətirilir.  Zaman  keçdikcə onların  bir qismi  sıradan  çıxır,  digər qis­
mi  dəyişir,  üçüncü  qismi  isə  müəyyən  siniflər,  qruplar  və  ya  hakimiyyət 
tərəfindən  cəmiyyətin  həyatına  ınüncər  edilir.  Başqa  sözlə,  sosial  norma­
ların təşəkkülü  və formalaşması  prosesi  subyektiv  amildir.  Onlar insanlar 
tərəfindən  işlənib  hazırlanır.  Sosial  normaların  varlığına ehtiyacın  obyek­
tiv zərurətlə diktə olunması  isə məsələnin başqa tərəfidir».1
Məsələn,  F.Engels  hüquq  normalarının  mənşəyi  haqqında  yazırdı: 
«Cəmiyyətin  məlum,  son  dərəcə  erkən  inkişaf pilləsində  günbəgün  tək­
rarlanan  istehsal,  bölgü  və  mübadilə  aktlarını  ümumi  qaydalarla  əhatə 
etmək, ayrıca  fərdin  istehsalın  və məhsul  mübadiləsinin ümumi  şərtlərinə 
tabe  olmaq  zərurəti  yaranır.  Əvvəllər  adət  kimi  ifadə  olunan  bu  qayda, 
sonra qanuna çevrilir».2
Məlum  olduğu  kimi,  hüquq  digər normativ  sistemlərlə  müqayisədə  bir 
qədər  gec  təşəkkül  tapmış  və  başlıca  olaraq  həmin normativ  sistemlər  əsa­
sında  formalaşmışdır.  Eləcə  də  sosial  qayda  fərdlər  və  sosial  qruplar  tərə­
findən əvvəllər mənimsənilmiş sosial normaların və hüquq normalarının eks- 
tcmalizasiyası  əsasında  daimi  qarşılıqlı  fəaliyyət  prosesində  yaradılmışdır.
P.Bergcr  və  T.Lukıuan  qeyd  edir  ki,  «ekstemalizasiya  öz  varlığında  antro­
poloji zərurətdir. Daxili hərəkətsizliyin qapalı sferasında insanın mövcudluğu 
qeyri-mümkündür.  İnsan  özünü  fasiləsiz  olaraq  fəaliyyətə  ekstemalizasiya 
etməlidir. Bu antropoloji  zərurətin kökü insanın bioloji aparatına bağlıdır.  İn­
san  varlığının  qeyri-sabitliyi  onu  təhrik edir ki,  insan  öz davranışı  üçün  sabit 
ətraf mühiti  özü  təmin etsin.  İnsan  öz məşğuliyyətini  özü təsnifləşdirməli  və 
onu  idarə  etməlidir.  Bu  bioloji  faktlar  sosial  qağanın  yaradılmasının  zəruri 
zəminləri qismində çıxış edirlər».3
Sosial normaların,  o  cümlədən  sosial  qaydanın  təzahür etməsi  müna­
sibətlərin  sosiallaşması  prosesi  ilə  bağlı  olmuşdur.  İnsan  cəmiyyətinin
1  Теория  государства  и  права,  курс лекций /  под.рсд.Н.И.М атузова,  Л.Б.Малько.  М., 
ЮРИСТЬ,  1999, с.  288-289.
2  Маркс  К., Энгельс  Ф.  Соч.  т. 18,  с.272.
5  Бергер  П.,  Лукман  Т.  Социальные  конструктированис  реальности.  Трактат  по социо­
логии знания.  М.,  1995, с.89.
229


münasibətlərin  sosiallaşması  pillosino  keçidi  tədricən  baş  vermiş  və uzun 
sürən  proses  olmuşdur.  Belo  təkamül  prosesi  üçün  bəlkə  də  bir  neçə 
milyon  illər lazım gəlmişdir.
Sosial  normaların,  o  cümlədən  sosial  qaydanın  belə  genezisi  sosial 
tənzimetmənin  qarşılıqlı-əlaqəli  hərəkətini  zəruri  etmişdir.  «Hüquq  tari­
xən  sanki  xüsusi  mülkiyyətin  və  siyasi  hakimiyyətin  meydana  gəlməsilə 
aşkar  olunan  əxlaqi  «çatışmazlıqların»  kompensasiyasından  ötrü  təzahür 
etmişdir.1
Sonradan  hüquq  normaları  və  əxlaq  sıx  qarşılıqlı  vəhdətdə  sosial 
tənzimetmənin  digər  vasitələri  ilə  qarşılıqlı  fəaliyyət  göstərməyə  başla­
mışlar.
«Norma»  və  «qayda»  anlayışları  müxtolifmənalı,  həm  də  bir-birini 
qarşılıqlı  surətdə əvəz edən anlayışlar kimi istifadə və qəbul olunurlar. Bu 
anlayışlar  adətən,  bir-biri  vasitəsilə  müəyyən  edilirlər:  norma  -- bu,  qay­
dadır;  qayda  -  bu  isə  normadır.  Bununla  yanaşı,  daha  diqqətli  təhlil  za­
manı  aydın  olur ki,  «qayda»  «norma»,ya nisbətən daha məhdud termindir 
vo deməli,  onlar heç də həmişə üst-üstə düşə bilməzlər.
Bundan  başqa,  norma  öz  quruluşuna  görə  və  element  tərkibi  baxı­
mından  kifayət  qədər  mürəkkəbdir.  Qayda  isə yalnız  dispozisiyadan  iba­
rətdir  və  o,  norma  kimi  hipoteza  və  sanksiyanı  özündə  ehtiva  etmir. 
Norma  daha  zəngin  vo  məzmunludur.  Belə  zənginliyi  vo  məzmun  dərin­
liyini  normaların böyük əksəriyyətinə aid etmək olar.
Sosial  norma  arzu  olunan  davranışın  sadəcə  mücərrəd  qaydasından 
ibarət  deyildir.  O,  həyatda,  praktikada  faktiki  təsdiqini  tapmış  real  hərə­
kətin  özü  deməkdir.  Belə  halda  həqiqi  xətaların  özü  qaydaya  çevrilir. 
Başqa  sözlə,  sosial  norma  nəinki  «vacib»,  həm  do  «lazım»  olanı  ifadə 
edir.
Sosial  norma müəyyən  nəticələrə,  mənafelərə nail  olmağa yönəldilən 
pozitiv (müsbət),  ictimai  faydalı davranışdır.  Bu da aydındır ki, «normaya 
uyğun  olan  davranışa,  ondan  yayınmaya  -   patologiyaya  nisbətən  daha 
tez-tez təsadüf olunur».2
Sosial  normalar hər cür deyil,  ən tipik,  kütləvi münasibətləri  tənzim­
ləyirlər.  Təsadüfi  əlaqələr,  xətalar  vo  ya  hərəkətlər normalarda  əks  oluna 
bilməzlər.  Norma  həmişə  həm  daxili  təhriklərə,  həm  də  xarici  determi- 
natlara əsaslanan stereotipdir.
Лукашева E .А. Право,  мораль, личность.  M.,  1986, c.86.
‘  Кудрявцев  В.Н.  Правовые  поведение:  норма  и  паталогия.  М.,  1982, с. 15.
2 30
Norma  rəmzi  bir  sistem  olmaq  etibarilə  həmişə  obyektivdir.  Norma 
istisnasız  olaraq  fərdlori  öz  strukturlarına  tabe  edir.  Norma  fərdlərə  məc- 
burcdici  təsir  göstərir.  O,  cəmiyyət  üzvlərinin  artmaqda  olan  təcrübəsinə 
fasiləsiz  ideal  tipikloşmənin  hazır  imkanlarını  verir.  Başqa  sözlə,  norma 
geniş  və  yığcam  olmaqla,  insanın  bütün  həyatı  ərzində  böyük  çoxsaylı 
situasiyaları tipikləşdirməyə  imkan verir.  Norma insanın həyati  situasiya­
larını  və  təcrübəsini  tipikləşdirorok,  onları  daha  geniş  kateqoriyalar  üzrə 
bölməyə imkan  yaradır və məhz bunun  kontekstində həmin kateqoriyalar 
insanlar üçün  əhəmiyyət kəsb edirlər.
Beləliklə,  norma -  bu,  reallığın  müxtəlif sferalannı  birləşdirən  siqni- 
fikantdır. Onu rəmz, din,  fəlsəfə, incəsənət, elm və ideologiya kimi müəy­
yən  etmək  olar.  O,  gündəlik  həyatın  sosial  reallıqları üçün  böyük model­
ləşdirmə əhəmiyyətinə malikdir.1
Sosial  normanın  mühüm  funksiyalarından  biri  məhz  ayrı-ayrı  fərd- 
lərin  davranışının  müəyyən  etməkdən  ibarətdir.  Bu  funksiyanı  öz  məz­
munundan  asılı  olmayaraq  bütün  normalar  yerinə  yetirirlər.  Sosial  nor­
manın  bu  funksiyası  gözlənilən  davranışı  formalaşdırmaqla  bağlı  olan 
funksiyadır.  Məhz  həmin  funksiya  sayəsində  insanlar  həyati  situasi­
yalarda  digərlərindən  müəyyən  davranış  tərzi  gözləyir  vo  belə  davranışa 
qabaqcadan  yönüm  götürürlər.  Bu  isə  daim  fəaliyyətdə  olmaq  və  sosial 
münasibətlər formalaşdırmaq deməkdir.
Sosial  normaların  səciyyəvi  xüsusiyyətlərindən  biri  onların  ümumi­
liyi  və  hamılıqla  tanınmasıdır.  Məsələn,  Allaha  dua  ctınək,  namaz  qıl­
maq,  oruc tutmaq  və  s.  islami  prinsipləri  icra etmək  bütün  mömin  müsəl­
manların  gündəlik  həyatının  ayrılmaz  tərkib  hissəsini  təşkil  edir.  Bu, 
əlahiddə bir müsəlman  regionuna deyil,  bütün  dünya müsəlmanlarına  xas 
olan  mühüm  cəhətlərdən  biridir.  Lakin  islamın  əsas  prinsiplərinin  icrası, 
yaxud  digər  dini  göstərişlərin  yerinə  yetirilməsi  normativ  xarakter  daşı­
mır.  Məhz buna görə də dini  ehkamlar əsasında  davranış gözləmələri  heç 
vaxt qurula bilməz.  Məsələn,  həyat təcrübəmiz  inandırıcı şəkildə göstərir 
ki,  biz  öz  düşmənlərimizdən  özümüzə  qarşı  hər  hansı  bir  səmimi  insani 
hərəkət  gözləyə  bilmərik.  Bu,  mənəvi  idealdır,  lakin  gündəlik  ünsiyyət 
norması deyil. Normaların  «ümumi  əhəmiyyəti»  heç do o demək deyildir 
ki,  hər  kos  qüvvədə  olan  bütün  normalara  əməl  etməlidir.  Cəmiyyətin 
inkişaf qanunauyğunluqları  şəhadət  verir ki,  sosial  normaların  böyük  ək-
1 Касьянов  B.B.,  Нсчипурснко  B .H .G öst.k itab , s.186.
231


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə