R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə49/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   45   46   47   48   49   50   51   52   ...   131

Hüquq  anlayışına pozitiv yanaşma qanunvericiliyin təkmilloşdirilmə- 
sinə,  eləcə  do  qanunvericilik  texnikasının  işlənib  hazırlanmasına,  norma­
tiv-hüquqi  aktların  uçotuna  vo  sistcmbşdirilmosino,  informasiya-axtarış 
sistemində  vo  hüquqi  xidmətin  digər  perspektivli  istiqamətlərinə  əsasla­
nır.  Bu  yanaşmada  hüquqi  ehkam,  hüquq  normalarının  təfsiri  və  tətbiqi 
üsulları, hüquqi mübahisələrin həlli qaydaları  ehtiva olunur.  Normativ ya­
naşma  hüquq  tərbiyəsinin  və  hüquq  təbliğatının  əsasını  təşkil  edir.  Zira 
«ümumiyyətlə hüquq» yoxdur,  ancaq qanunların  və kütləvi  hüquq düşün­
cəsilə  qavranılan  digər  normativ-hüquqi  aktların  müəyyən  formuləbri 
vardır.
Hüququn  pozitiv  konsepsiyası  hakimiyyətin  bölgüsünə  əsaslanan 
müasir  nümayəndəli  demokratiya  ilə  üzvi  surətdə  bağlıdır.  Kifayət  qədər 
aydındır  ki,  seçkili  nümayəndəli  orqanlar  tərəfindən  həyata  keçirilən 
qanunvericilik  hakimiyyəti  vəzifəsi  qanunyaradıcılıq  fəaliyyəti  vasitəsilə 
hüququ  müəyyən  etməkdən,  inkişaf etdirməkdən  vo  təkmilləşdirməkdən 
ibarətdir,  lilə  hüquqi  dövlətin  özü  də  qanunun  aliliyi  ilə  təmin  olunmuş 
dövlətdir.
Hüquq  qanunların  (hüququn  əsas  mənbələrinin)  mətnlərində  və  qa- 
nunqiivvoli  aktlarda  ehtiva  olunur.  O,  dövlət  hakimiyyəti  tərəfindən 
müəyyən  edilən vo pozuntulardan mühafizə olunan  normalar sistemi kimi 
ifadə olunur.
Hüququn pozitiv-normativ cəhətdən dərk  edilməsi  təbii  hüquq  mək­
təbi  tərəfindən  tənqid  edilir.  Bu  məktəbin  mövqeyinə  görə,  hüquq  təkcə 
mətnlərdən  ibarət deyil, həm do ictimai  şüur formasıdır (hüquq=şüur).
Təbii  hüquq  nəzəriyyəsinin  pozitiv-normativ  konsepsiya  əleyhinə 
əsas  dəlili  ondan  ibarətdir  ki, dövlət  hakimiyyəti  tərəfindən  qəbul  olunan 
qanunlar  səhvlərdən  azad  deyil,  onlar  bəzən  yalnız  varlıların  hakimiyyə­
tinin  ictimai  hüquq  düşüncəsinə  zidd  olan  xudpəsənd  mənafelərini  ifadə 
edirlər.  Pozitiv  qanunlar  qocalır,  köhnəlirlər  vo  heç  də  həmişə  vaxtında 
tənzimlənmirlər.  Hüquq  düşüncəsi  yeni  ictimai  tələbatlara  vo  sorğulara 
qanunvericiliyə nisbətən  daha diqqətli  və dinamik reaksiya verir, yeni  qa­
nunların  müzakirəsinin  və  qəbulunun  prosedur  qaydalarının  ləngiməsinin 
qarşısını  almağa vo qanunların  mətnindəki  ziddiyyətlərin,  səhvlərin,  eləcə 
də qeyri-dəqiqliklərin aradan qaldırılmasına fəal soy göstərir.
Qanun  şüura  daxil  olmayanda  vo  şüur  tərəfindən  qavranılmayanda 
kağız üzərində qalır.  Qanun  cəmiyyətə ancaq  şüur vasitəsilə  təsir göstərə 
bilər.  Buna  görə  də  hüquq  qanunların  mətnindən  ibarət deyil,  o,  ictimai
186
şüurda  ehtiva  olunan  ümumməcburi  normalar,  hüquqlar,  vəzifələr, 
qadağalar, müdafiənin qayda vo  formaları haqqında anlayışlar sistemidir.
Molumdur  ki,  bəşəriyyətin  inkişafı  tarixində  elə  dövr  və  ölkələr  ol­
muşdur ki, həmin  şəraitdə və məkanda  hüququn mövcudluğu ümumiyyət­
lə  qanunlarsız  vo  motnlərsiz  ötüşmüşdür.  Prcscdentbr  sistemində  hüqu­
qun  mənbəyi qismində peşə  hüquq düşüncəsi çıxış etmiş, adət hüququ  isə 
daha çox hüquq psixologiyasına arxalanmışdır.
Göstərmək  zəruridir  ki,  rəy,  təsəvvür  vo  inam  öz-özlüyündə  insan­
ların  davranışının  fəal  tənzimləyicisi  deyildir.  Çoxdan  bəllidir  ki,  insan­
ların davranışı paradoksaldır:  insanlar on yaxşını göriib-bəyənsə do,  bəzən 
yaxşı  olmayanı  seçirlər.  Zira  insanın  hiss  və  intellekti  heç  də həmişə  bir- 
birilə kompromisdə olmur.
Cəmiyyətdə  hüquq  haqqında  ən  ideal  anlayış  vo  təsəvvürlər  heç  də 
həmişə  hüquq  qaydasının  mövcudluğuna  təminat  vermir.  İnsanlar  bir şey 
fikirləşir,  başqa bir şey  barəsində danışır,  etdikləri  isə nə  fikirləşdiklərinə, 
nə  də dediklərinə  uyğun  gəlmir və bütün  bunların  hamısı  müxtəlif müstə­
vilərdə  baş  verir.  Ona  görə  də  hüquq  düşüncəsi  davranış  variantlarının 
iradəvi seçiminə heç də həmişə təsir göstərmək  iqtidarında olmur.
Hüquq  qaydasının  bir  fakt  olaraq  mövcudluğu  hüququn  da  mövcud 
olması  deməkdir.  Lakin  bu  halda  hüquq  qanunun  sözü  növündə  və yalnız 
hüquqi  bilik  və  təsəvvürlər  kimi  deyil,  insanların  hərəkətlərində  və  dav­
ranışlarında  ictimai  münasibətlər  qaydası  kimi  mövcud  olur.  Hüququn 
sosioloji konsepsiyası  da  məhz buna əsaslanır (hüquq -qayda).
İctimai  münasibətlər  sistemi  kimi  hüquqa  müəyyənlik,  konkretlik, 
sabitlik,  dövləti  mühafizə  etmək  qabiliyyəti  xasdır.  Hüquq,  bəzən  qeyd 
edildiyi  kimi,  qeyri-bərabər  insanlara  tətbiq  edilən  qeyri-bərabər  miqyas 
deyil,  bərabər  ölçünün  tətbiq  edilməsidir.  Belə  tətbiqetmə  həmişə  qeyri- 
bərabər  yekunla  nəticələnir,  mücərrəd  normalar  konkret  həyati  situasi­
yalara uyğun olaraq  fordiləşdirilir.
Hüquq təkcə  paytaxt  müəssisələrində  akademik  mərkəzlərdə yaradıl­
mır.  O,  ictimai  münasibətlərin  inkişafı,  insanların  mənafelərinin  fərqlən­
dirilməsi  və  razılaşdırılması,  insan  birliklərinin  vo  təşkilatlarının  maraq­
larının  nəzərə  alınması  prosesində  hər yerdə  əmələ  gəlir.  Təcrübə  əsasın­
da  eynitipli  hüquq  münasibətləri,  iştirakçıların  qarşılıqlı  hüquq  və  vəzi­
fələri yaranır. Məhz  həmin  hüquq və vəzifələrdə sosial əlaqələrin, razılaş­
dırılmış  maraqların,  mübahisələrin  və  münaqişələrin  həllinin  ən  məq­
sədəuyğun  üsulları  ifadə olunur.  Yaranmış  mübahisəni  və  ya  münaqişəni
187


tərəflərin qarşılıqlı razılaşma əsasında həll  edə bilmədikləri zaman kömə­
yə  məhkəmə  və  qanunlar  gəlir.  Lakin  hüquq  münasibətlərinin  böyük 
əksəriyyəti  qanunun  mətnlərinə  və  ya  təbii  hüququn  prinsiplərinə  mü­
raciət etmədən  əmələ  gəlir,  mövcud olur və reallaşırlar.  Bəs necə olur ki, 
mənafeləri  və  müvafiq  surətdə  insanların  fəaliyyətini  tənzimləyən  (fərq­
ləndirən,  razılaşdıran)  bu  qədər  çoxsaylı,  kütləvi  hüquq  münasibətləri 
hüquq  hesab olunmur?
Hətta pozitiv hüquq nəzəriyyəsi  qanunun mətninə istinad edərək «tə­
rəflərin diqqətəlayiq mənafe öhdəliklərinin», «mühafizə olunan mənafelə­
rinin» hüquqi cəhətdən tanınmasını mümkün hesab edir. İnsan ağlının ya­
zılmamış  qanunlarına  istinad  edək  təbii  hüquq  konsepsiyası  insanların 
tənzim edilən  mənafelərini və münasibətlərini hüquq hesab edir ki, bu da 
həmin  konsepsiyanın  mahiyyətindən  irəli  gəlir.  Ona  gərə  də  dövlət  qa­
nunlarının  mücərrəd  formulələrini  və  ya  şəxsiyyətin  hüquqları  və  azad­
lıqları  haqqında ümumi  mükalimələri  deyil,  cəmiyyət üzvlərinin çoxsaylı 
və  müxtəlif mənafelərinin ifadə olunduğu və  razılaşdırıldığı  (bununla ya­
naşı,  qaydaya  salındığı)  hüquq  münasibətləri  sistemini  hüquq  hesab 
etmək lazımdır.
Nə  ədalət  mühakiməsi,  nə  də  məcburiyyət  tədbirləri  sistemi  hüquq 
deyildir.  Bunlar hüququn təmin edilməsi, mühafizə olunması üsullarıdır.
Qanunun  konkretləşdirilməsi  yolu  ilə  hüquqa  çevrilməsi  hüquq 
düşüncəsinə  kömək  etmək  qabiliyyətinə  malik  deyil.  Zira  belə  konkret­
ləşdirmənin  istiqamətləri  və nəticələri  haqqında  təsəvvürlər hətta peşəkar 
hüquq  düşüncəsində  hüquq  barəsindəki  təsəvvürlərin  müxtəlif  olduğu 
qədər müxtəlifliyə  malikdir.  Hüququn  dərk  edilməsinə  sosioloji yanaşma 
bütün bu çətinlikləri aradan qaldırır.
Bundan başqa,  qanun norması  mahiyyətinə görə hüquq düşüncəsində 
ehtiva olunan  mühakimə  kimi  ideoloji  düzümdən  ibarətdir.  Məlumdur ki, 
qanun norması  indiki zaman deyil,  gələcək zaman haqqında danışır, nəyin 
var olduğunu deyil, nəyin var olmalı  olduğunu nəzərdə tutur.  Bu gələcəyi 
aradan  qaldırmağa  heç  də  həmişə  nail  olunmur.  Normaların  həyata  ke­
çirilməsinin  gözlənilməz  nəticələri  qanunun  mənası  ilə  dərhal  ziddiyyətə 
daxil  ola  bilərlər.  Təsadüfi  deyildir  ki,  hələ  qədim  dövrlərdə  deyilirdi: 
«hüququn  həddən  artıq  ciddi  səviyyədə  həyata  keçirilməsi  ən  yüksək 
ədalətsizlik doğurur».  Bu, hüquqa sosioloji  yanaşma zamanı  qeyd olunan 
gözlənilməzliyi  istina edən reallıq, konkretlik və müəyyənlik əldə edir.
Hüququ  dərketmənin  yuxarıda  göstərilən  bütün  konsepsiyaları  insan
188
hüquqları konsepsiyası  ilə üzvi surətdə bağlıdır.  Hüquqi bərabərlik ideya­
sının  özü,  şəxsiyyətin  hüquq  və  azadlıqları  konsepsiyası  təbii  hüquq 
nəzəriyyəsinin nümayəndələri (C.Lokk, T.Holbax və başqaları) tərəfindən 
irəli  sürülmüş  və  inkişaf etdirilmişdir.  Həmin  ideya öz reallığını  və rəsmi 
təsbitini  «İnsan  hüquqları  və  azadlıqları  Bəyannaməsi»ndə  «hüquqlar 
haqqında  Bill»dc və s.  siyasi-hüquqi  sənədlərdə tapmışdır ki, bu da hüqu­
qun pozitiv cəhətdən dərk edilməsi konsepsiyasının  müddəalarına uyğun­
dur.  Nəhayət,  bu  hüquq  və  azadlıqlar  sosioloji  konsepsiya  ruhunda  öz 
dayağını  məhkəmə  təcrübəsinin  («məhkəmələr  tərəfindən  yaradılan  hü­
quq») qanunlarla dəyişdirilə bilməyən hissəsində tapmışdır.
Hüququn  bu  üç  konsepsiyası  hüquqi  sistemin  dinamikasında  müx­
təlif  ünvanlara  malikdirlər.  Qanunvcricinin  məqsədi  «təbii  hüquq»  ka­
teqoriyalarının normativ aktların  mətnlərində ifadə olunan pozitiv hüquqa 
keçidini  təmin  etməkdən  ibarətdir.  Hüququ  tətbiq  edənin  (ümumiyyətlə, 
hüququ  reallaşdıramn)  fəaliyyəti  -   bu,  pozitiv-hüquqi  anlayışlardan  so­
sioloji  anlayışlara,  hüquq  normalarından  hüquq  münasibətlərinə  keçiddir. 
Siyasətin  vəzifəsi  hüquq  qaydasının  fəaliyyəti  prosesində  aşkar  olunan 
sosial  tələbatların  hüquq  düşüncəsi  kateqoriyasına  keçidini  təmin  et­
məkdən  ibarətdir.
189


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə