R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə45/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   41   42   43   44   45   46   47   48   ...   131

ÜÇÜNCÜ  FƏSİL
HÜQUQUN SOSİOLOJİ İZAHI (TƏFSİRİ)
1.  Hüququn anlayışı və sosial kökləri
Hüquq  konkret  sosial  formadır.  Onda  sivilizasiyalı  birliyin  özünü 
təhlükəlikdən  və  hər  cür  pozuntulardan  müdafıo  etmok  iradəsi  təcəssüm 
olunur.  Hüququn  genezisinin  və  inkişafının  hərəkət  gücü  həyati  iradədir. 
Hüquq  sivilizasiyalı  birliklərin  həyatını  müdafiə  edir,  nizama  salır  və 
tənzimləyir.  Hüquq  nəinki  sosial  intizamı,  həm  də  vətəndaşların  azadlı­
ğını  təmin  edir.  O,  həm  şəxsiyyətin,  həm  do  bütövlükdə  cəmiyyətin  və 
dövlətin mənafelərinə təminat verir.
Hüquq  konvensial  təbiətə  malikdir.  Hüquq  sosial  subyektlərin  bir- 
birinə zidd  olan  maraqlarını barışdırmağa,  yaranmış  ziddiyyətlərin artma­
sına  mane  olmağa  və  tərəfləri  kompromislər  axtarmağa  məcbur  etməyə, 
razılığa gəlməyə xidmət edir.  Hüquq  münaqişələrin neytrallaşdırılmasmın 
sivilizasiyalı  formalarından biri  qismində çıxış edir.
Hüquq  dedikdə,  dövlət  tərəfindən  rəsmi  qaydada  müəyyən  edilən  və 
qorunan,  dövlətin  iradəsini  ifadə  edən  davranış  qaydalarının  sistemi  başa 
düşülür.1  Hüquq  ictimai  münasibətlərin  normativ  tənzimləyicisidir.  Döv­
lət  hüququn  vasitəsilə  insanların  mümkün  və  zəruri  olan  davranışlarının 
eyni  ölçüsünü  müəyyən  edir.  Hüququn  normativliyi  onun  ümumiliyində 
ifadə  olunur.  Dövlət  xalqın  iradəsini  qanunda  ifadə  etməklə  ona  bütün 
cəmiyyət  üçün  məcburi  olan  ümumi  xarakter  verir.  Hüquq  yalnız  dövlət 
tərəfindən  müəyyən  edilir.  O,  dövlətin  hüquqyaratma  (qanunyaratma) 
fəaliyyəti  nəticəsində,  yaxud  mövcud  davranış  qaydalarını  dövlətin sank- 
siyalaşdırması  nəticəsində yaranır.
Hüquq  həmişə  dövlətin  məcburctmo  qüvvəsi  ilə  təmin  edilir.  Hüquq 
normalarının  sistemliliyi  onların  daxili  birliyi,  uzlaşması  ilə  xarakterizə 
olunur  ki,  bu  da  normaların  vahid  sosial  təbiəti  ilə  şərtləşir.  Hüquq nor­
maları  bir-birilə  qarışlıqlı  əlaqədə olub  vahid  hüquq  sisteminin  sahələrini 
əmələ  gətirir.  Hüquq  rəsmi  müəyyənliyi  ilə  səciyyələndirilir.  Dövlət
'  Q uliyev A .İ,  Hiiquq  ensiklopediyası.  Bakı,  «Qanun»,  2 007,  s.467-468.
170
hüququn  köməyilə  insanların  davranışının  həddini  dəqiq  müəyyən  edir, 
hüquqi qadağaııctmoni dürüst şəkildə formula edir.
Müasir  dövrdə  «hüquq»  terminindən  iki  müxtəlif mənada  -   subyek­
tiv hüquq və obyektiv hüquq mənasında istifadə olunur.
Subyektiv hüquq dedikdə,  müəyyən  şəxsin  (fiziki  və ya hüquqi  şəx­
sin)  konkret  hüququ,  yəni  müəyyən  tərzdə  hərəkət  etmək  və  digər  şəxs­
lərdən  müəyyən  hərəkətlərin  edilməsini  tələb  etmək  üçün  qanunla  təsbit 
edilmiş  imkan  başa  düşülür.  Subyektiv hüquqlara  malik  olan  şəxs bu  hü­
quqların  pozulduğu  hallarda  öz  hüququnun  həyata  keçirilməsi  və  müda­
fiəsi  üçün məhkəməyə müraciət edə bilər.
Obyektiv  hüquq  -   bu,  müəyyən  bir  dövlətdə  qüvvədə  olan  hüquq 
normalarının  bütün  məcmusunun  adlandırılması  üçün  onun  yurisdiksiya- 
smda  işlədilən  termindir, yəni obyektiv mənada hüquqdur.
Müasir  hüquqşünaslıqda  fəaliyyətdə olan  hüquq  anlayışı  da  mövcud­
dur.  Bu  pozitiv  hüquq  (müsbət hüquq) adlandırılır.  Cəmiyyətdə yayılmış 
arzu  olunan  hüquq  haqqında  hüquqi  görüşləri  və  təsəvvürləri,  yaxud 
qüvvədə olan  hüquq  normalarından  ibarət olmayan  hüquqi  tələbləri,  layi­
hələri  və s.  pozitiv  hüquqdan  fərqləndirmək  lazımdır. Təbii  hüquq  məktə­
binin  nümayəndələri  təsdiq  edirdilər ki, öz məzmunu  ilə zamana görə də­
yişkən  olan  və  ayrı-ayrı  ölkələrdə  müxtəlif  cür  təzahür  edən  pozitiv 
hüquq dəyişmədən  fəaliyyət göstərir.
Hüququn  ümumi  və  xüsusi  hüquqa  lıaınılıqla  qəbul  olunmuş  böl­
güsü  ilə dünyanın  hüquq sistemlərinə bölgüsü ilə bağlıdır.
Ümumi  hüquq  məhkəmə  presedentini  (ingilis-sakson  lniquq  ailəsin­
də)  hüququn  əsas  mənbəyi  hesab edir.  Bu  sistemdə  qanunlar  yalnız ayrı- 
ayrı  münasibətlər  sahəsini  tənzim  edir,  lakin  vahid  sistemdə birləşdirmir. 
Qanunla  tənzim edilməyən  sahələr isə,  həmçinin qanunların təfsiri  və on­
ların tətbiqi ümumi  hüquqla müəyyən edilir.  Ümumi  hüquq  ilk dəfə İngil­
tərədə  XIII-XIV  yüzilliklərdə  meydana  gəlmişdir.  Ümumi  hüquq  Böyük 
Britaniyada  (Şotlandiya  istisna  olmaqla  (ABŞ-da  (Luiziana  ştatı  istisna 
olmaqla), Kanadada,  Avstraliyada və Yeni Zelandiyada qüvvədədir.
Xüsusi  hüquq  toplayıcı  anlayışdan  ibarətdir.  Xüsusi  hüquq  dedikdə, 
vətəndaşların, fərdi  mülkiyyətçilərin, sahibkarların və müxtəlif növ birlik­
lərin  (korporasiyaların)  maraqları  sahəsində  münasibətləri,  həmçinin 
ümumi  hüquqdan  fərqli  olaraq  şəxsi  münasibətlərdə  ümumi  mənafeləri 
tənzimləyən  və  mühafizə  edən  hüquq  sahəsi  nəzərdə  tutudur.  Xüsusi  hü-
171


ququn  nüvəsini  mülki  hüquq  təşkil  edir.  Ticarət  hüququ  da xüsusi  hüqu­
qun əsasına xidmət edir.
Müasir hüquq elmində birmənalı  şəkildə belə qəbul olunur ki, hüquq 
yalnız  cəmiyyətin  cynicinsli  olmadığı,  müxtəlif qruplardan,  siniflərdən, 
təbəqələrdən,  xalqlardan  və  digər  sosial  birliklərdən  ibarət  olduğu,  qrup 
maraqlarının  və  xüsusi  maraqların  toqquşduğu  yerdə  mövcud  olur.  De­
mək  olar  ki,  bütün,  hətta  baxışları  ideoloji  cəhətdən  bir-birinə  zidd  olan 
nəzəriyyəçilər  bu  müddəanı  yekdilliklə  qəbul  edirlər.  Y.B.Paşukanis  ya­
zırdı:  «Qumploviç deyir ki, mübahisə  hüquqi  olan hər şeyin əsas elemen­
tidir.  ...Məhz,  mübahisə,  maraqların  toqquşması  hüquq  formasını,  hüquqi 
üstqurumu  həyata  gətirir».1  Həqiqətən  də  əsil  reallıq  həm  də  ondan  iba­
rətdir  ki,  adətən  hüquqların  pozulduğu,  yaxud  boğulduğu  zaman  insan
l ı u q ULj ı c Ul l l u d ı ı  
» 0  
'yU 
O t l l a r ü l   i ı ı d d a ı . J b ı l l u Ə l ı   l U u u ş i ı i l .
Münaqişələrin  və  mübahisələrin  həll  edilməsi,  «sosial  ələm»in  ni­
zamını pozan,  cəmiyyət və ayrı-ayrı  şəxslər üçün təhlükəli  və zərərli olan 
ictimai  təhlükəli  əməllərin  qarşısının  alınması  və  aradan  qaldırılması 
nəinki  obyektiv  məhkəmənin  (hüquq  normalarının  tətbiqi,  mübahisələrə 
və  hüquq  pozuntuları  haqqında  işlərə  baxılması),  həm  də  pozulmuş  hü­
quqların  bərpası  barəsində  qəbul  edilmiş  qərarların  məcburi  qaydada 
həyata keçirilməsinin vacibliyini  nəzərdə tutur.
ilər  hansı  hərəkətin  qadağan  olunması  və  onun  törədilməsinə  görə 
məcburiyyət  tədbirinin  tətbiqi  ilə hüququn məzmunu  bitmir.  Hüquq nəin­
ki  artıq  yaranmış  münaqişələrin  həll  edilməsi,  həm  mümkün  ola  bilən 
münaqişələrin  qarşısının  alınması  vasitəsidir.  Hüquq  ictimai  münasibət­
lərdəki ciddi qaydanı  müdafiə etmek iqtidarında olan vasitədir.
Hüququn  məzmunu  haqqında  danışarkən  qeyd  etmək  lazımdır  ki, 
belə  ınə/..iıun  iki  mənada  başa düşülür:  d)  kuquqmı  juııulk  məzmunu;  b) 
hüququn sosial məzmunu.
Hüququn yuridik məzmunu hüququn subyektlərinin, onların yuridik 
statusunun,  hüquq  münasibətlərinə  daxil  olma  şərtlərinin,  hüquqlarının, 
vəzifələrinin,  qadağanların,  hüquqi  faktların,  hüquq  münasibətlərinin 
növlərinin,  hüquq münasibətlərinin tərkibinin, mübahisələrin həllinin pro­
sessual  və  hüquq  pozuntuları  haqqında  işlərə  baxılmasının,  sanksiyaların 
təyin  və tətbiq  edilməsinin  prosessual  qaydasının  müəyyən  edilməsindən 
ibarətdir.
1  Пашукамис  Н.Б.  Избранные  произведения  по  общ ей  теории  права  и  государства. 
М„  1980, с.73.
172
«Hüququn  yuridik  məzmunu»  termini  (anlayışı)  demək  olar  ki,  lav- 
toloji  səslənir,  çünki  o,  tarix boyu  mövcud  olan  hüququn  keyfiyyət göstə­
ricisidir.  Lakin  bu  anlayış  hüququn  sosial  məzmununun  aşkar  olunması 
və  ictimai  münasibətlərə  hüquqi  təsirin  istiqamətlərini  göstərmək  üçün 
zəruridir.
Hüququn  sosial  məzmunu cəmiyyətin  inkişafı  prosesində dəyişir.  O, 
cəmiyyətin  hüquqi  strukturunun,  müxtəlif  təbəqələrin  imtiyazlarının  və 
ya  mükəlləfiyyətlərinin  müəyyən  edilməsindən,  yaxud bu təbəqələrin  qa­
nun  qarşısında  ümumi  bərabərliyinin  təsbit  edilməsindən,  mülkiyyətin 
müxtəlif  formalarının  müəyyənləşdirilməsindən,  ailə,  təsərrüfat  münasi­
bətlərinin,  korporativ  münasibətlərin,  kommersiya,  istehsalat  münasibət­
lərinin,  dini  münasibətlərin,  siyasi  və  digər  ictimai  münasibətlərin  müha­
fizəsindən və tənzim edilməsindən  ibarətdir.
Digər  sosial  normalar  kimi,  hüquq  normaları  da  çoxşaxəli  hərəkət­
lərin  və  ictimai  münasibətlərin  növ  və  tipik  keyfiyyətlərinin  ümumiləş­
dirilməsi  prosesində və nəticəsində yaradılmışdır.  Bu zaman  ancaq  həmin 
cəmiyyət  və onda  hökmranlıq  edən  sosial  elita  üçün  mühüm  olan  hüquq 
normaları yaradılmışdır.
İstənilən  cəmiyyətdə  sosial  qaydanın  qorunması  və  müdafiəsinin  əl­
verişli  üsullarından  biri  normal  sistemin  (ictimai  münasibətlərin  model­
lərinin)  yaradılmasıdır.  Məhz  bu  sistem  əsasında  və  çərçivəsində  həmin 
cəmiyyətin  gələcək  (sabah,  növbəli  aylarda,  illərdə  və  s.)  üçün  münasi­
bətləri  müəyyən  edilir.  Hüququ  digər sosial  formalardan  fərqləndirən  xü­
susiyyət  həmişə  ona  dövlətin  məcburiyyət  qüvvəsinin  verilməsi  ol­
muşdur.  Belə  ki,  hüquq  normalarının  dövlət  tərəfindən  sanksiyalaşdırd- 
ması onu digər sosial normalardan  fərqləndirmişdir.
Hüquq  eyni  zamanda  da  iradəvi  məzmuna  malikdir.  Hüququn  ira- 
dəvi  xarakteri  haqqında  iki  aspektdə  danışılır.  Birinci  aspektdə  ictimai 
münasibətlərə  təsir  cəmiyyət  üzvlərinin  iradəvi  hərəkətləri  vasitəsilə  hə­
yata  keçirilir.  Hüquq  norması  münasibətlərin  modeli  qismində  çıxış  edir, 
lakin iradəvi hərəkətləri  tənzimləyir.
Hüququn  iradəvi  xarakteri  ona  sosial  tənzimləyici  keyfiyyəti  verir. 
Hüquq  normalarında  həmin  cəmiyyət  üçün  tipik  olan  situasiya  və 
münasibətlər  əks  və  ifadə  olunur.  Bu  münasibətlərdə  cəmiyyət  üçün 
zərərli  və təhlükəli  olan  əməllərin  qarşısının  alınması  və  aıadan  qaldırıl­
ması,  faydalı olanların isə müdafiə və mühafizə olunması  nəzərdə tutulur. 
Həmin  sosial  nəzarətin  və  tənzimetmənin  istiqaməti  hüquqda  ifadə  olu-
173


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə