R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə47/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   43   44   45   46   47   48   49   50   ...   131

yan,  təminatların  ümumdövlət  sisteminin  köməyilə  burjua  hüququnun 
formalizmini  aradan  qaldıran,  cəmiyyətin  sosial  cəhətdən  yoxsul  təbə­
qələri üçün  bir sıra güzəştlər və hüquqi  üstünlüklər müəyyən  edən hüquq 
qismində  təqdim  olunur.  Ən  Yeni  dövıün  sosial  və  demokratik  hərəkatları 
yüzilliklər  boyu  cəmiyyətin  yoxsul  təbəqələrinin  hesabına  yaşayan  və 
yüksələn  hökmran  təbəqələrin  imtiyazlı  sisteminin  ləğv  edilməsi  sahəsində 
görkəmli  uğurlar  qazandılar.  Məhz  bu  nöqteyi-nəzərdən  hüquqi  dövlətin 
bəzən  sosial  dövlət  adlandırılması,  eləcə  də  vətəndaş  cəmiyyətinə  sosial 
cəmiyyət kimi qiymət verilməsi heç də təsadüfi xarakter daşımır.
3.  Hüququn və dövlətin qarşılıqlı əlaqəsi
Hiiquqşünaslıqdan  bəhs  edən  əsərlərin  böyük  əksəriyyətində  haqlı 
olaraq  qeyd  olunur  ki,  hüquq dövlətdən  asılı  olan  institutdur.  Dövlət hü­
ququn  bünövrəsi,  ona  möhkəmlik  verən  təməldir.  Hüquq  isə  həmin  bü­
növrə və təməl üzərində yüksələn  sütundur.
Hüquq  dövlət  tərəfindən  müəyyən  edilir  və  tanınır.  Norma dövlət  tə­
rəfindən  rəsmi  olaraq  sanksiyalaşdırıldığı  andan  hüquq  norması  kimi  ta­
nınır.  Hüquq  normasının  pozulmasına  görə  sanksiyaların  müəyyən  edil­
məsi dövlətin prioritetidir.
S.S.Alckseycv hüququ  və dövləti  yaxın,  «qohum» institutlar kimi  də­
yərləndirir.  Müəllifin  fikrincə,  «...Hüquq  (bu  anlayışın  ciddi  yuridik  mə­
nasında)  rəsmi,  ümumi  hadisə,  dövlət  hadisəsidir.  Məhz  dövlət,  müəyyən 
ümumi qaydalara hüquq normaları təyinatı verir».'
Hüquq  normalarının  və  hüquq  sisteminin  məzmunu  dövlət  iradə­
sindən çox asılıdır.  Lakin bu  iradə heç do  tam güclü deyildir,  çünki  itimai 
münasibətlərin  xeyli  hissəsi  dövlətin  iradəsindən  asılı  olmayaraq  möv­
cuddur və dövlətdən  asılı  deyillər.  Buna görə  do  dövlətin  öz iradəsilə  hü­
quq  müəyyən  etmək  və  ya  onu  dəyişdirmək  niyyətlərinin  heç  do  hamısı 
realizə oluna bilməz.  Tarixə elə dövrlər məlumdur ki, dövlətin uzun müd­
dətə  nəzərdə  tutaraq  qəbul  etdiyi  normativ-hüquqi  aktlar  heç  bir  iz  qoy­
madan  tezliklə  ictimai  həyat  səhnəsindən  getmişdir.  Çünki  həmin  aktlar 
müasiri  olduğu  cəmiyyətin  və  hakim  dairələrin  ideallarına  cavab  vermək 1
1  Алексеев  C.C.  Право:  азбука-теория-философия:  Опыт  комплексного  исслсдова' 
ния.  М.,  «Статус»,  1999,  с .39.
178
iqtidarında  olmamışlar.  Bundan  başqa,  heç  bir  dövlət  ictimai  münasibət­
lərin bütün kütləsini  öz ağlı və iradəsi  ilə əhatə etmək  qüdrətində deyildir. 
Hətta  dövlət  tərəfindən  ənənəvi  olaraq  tənzim  edilən  ictimai  münasibət­
lərin  hüquqi  tənzimi  zamanı  bəzi  hüquq  normaları  səmərəsiz  qalır,  yaxud 
qanunvcricinin  iradəsinə uyğun  olmayan nəticələr doğururlar.
Hüquq normaları qismində sanksiyalaşdırılan  və əməl edilməsi  təmin 
olunan hüquq normalarının məzmununu ancaq dövlət müəyyən edir.
Cəmiyyətin  inkişafına  uyğun  dövlətin  hüquqyaratma  və  hüquq  qay­
dasını  pozuntulardan  mühafizə  etmə  iizrə  fəaliyyəti  bir  tərəfdən  genişlə­
nirsə,  digər  tərəfdən  mürəkkəbləşir:  qanunvericilik  orqanları  yaradılır, 
onların  fəaliyyət proseduru,  qanunyaradıcılıq  mərhələləri  müəyyən  edilir. 
Dövlət  öz  üzərinə  normativ-hüquqi  aktların  dərc  olunması,  onların  uço­
tunun  aparılması,  hüquq  normalarının  sistemləşdirilməsi,  məcəllələşdiril- 
məsi  vəzifəsini  götürür;  hüquq-mühafizə  aparatı,  «hüququ  tətbiqetmə» 
proseduru  (hüquq  əsasında  konkret  işlərin  həll  edilməsi)  təkmilləşdirilir, 
hüquqi  tənzimetmənin  müxtəlif  sferalarını  aparan  (vergi  müfəttişliyi, 
məhkəmə  icraçıları,  xüsusi  xidmət,  polis,  daxili  işlər  orqanları,  ordu  və 
silahlı  qüvvələr və s.) idarə xidmət və müəssisələri  yaradılır.
Hüquq  normalarının  yuridik  qüvvəsi,  bir  qisim  normativ-lniquqi 
aktların  digər normativ-hüquqi  aktlara (konstitusiya  qanunlar  fərman­
lar  -  hökumətin  qərarları  -   nazirliklərin  aktları  və  s.)  münasibətdə  priori­
teti  hüquq  normalarını  yaradan  və  sanksiyalaşdıran  dövlət  orqanlarının 
iyerarxiyasından asılıdır.
Nəhayət,  sivilizasiyanın  inkişafı  ilə  hüququn  və  hiiquq  qaydasının 
mühüm hissəsini  təşkil edək  ədalət mühakiməsi  təkmilləşdirilir.
Deməli,  hüquq  demək  olar  ki,  özünün  bütün  mahiyyət  keyfiyyətləri 
baxımından  dövlətdən  asılıdır.  Hüququn  nüfuzu  dövlətin  nüfuzu,  onun 
müəyyən  etdiyi  hüquqa  münasibəti,  dövlətin  özüniin  qüdrəti  (aə ya zəifli­
yi) ilə müəyyən edilir.  Dövlətin tərəqqisi eyni zamanda da hüququn tərəq­
qisi,  tənəzzülü  isə  həm  do  hüququn  tənəzzülü  deməkdir.  İnkişaf nöqteyi- 
nəzərindən  hüquq  dövlətdən  geri  qala,  yaxud  onu  ötüb  keçə  bilməz. 
Yuxarıda qeyd edildiyi  kimi,  bu  iki  «qohum»  institut  tarixən  həmişə qoşa 
addımlamışdır və qoşa addımlamağa məhkumdurlar.
Əgər  dövlət  və  hüququn  qarhlıqlı  əlaqəsinin  birinci  tərəfini  «hüqu­
qun  dövlətdən  asılılığı  təşkil  edirsə»,  nəzərdən  keçirilən  əlaqənin  qarşılıq 
xəttini  «dövlətin  hüquqdan  asılılığı»  təşkil  edir.  Yəni  dövlət  cəmiyyətdə
179


öz  vəzifələrini  ümumməcburi  hüquq normaları  olmadan  yerinə  yetirmək 
qabiliyyətinə malik deyil.1 Bu o deməkdir ki, dövlətin təşkili və fəaliyyəti 
xeyli asılı vəziyyətdədir.
Deməli,  hüquq  dövlətin  təşkili  üsulu,  dövlət  aparatını  hərəkətə  gə­
tirən  vasitə,  dövlət  hakimiyyətini  müdafiə  edən  və  onun  həyata  keçiril­
məsinə qarant olan vasitələrdən biridir.
Dövlət ancaq bütün  hüquqi  keyfiyyətlərə  malik normaların köməyilə 
öz  şəxsi  varlığını  rəsmiləşdirə  bilər.  Belə  keyfiyyətlərə  malik  normalar 
dövlətə həyat verir, dövlət mexanizmini hərəkətə gətirir.
Əgər  ali  dövlət  orqanı  (şəxs,  kollegiya)  xalis  siyasi  mənşəyə  malik 
ola  bilərsə,  yəni  öz  hakimiyyətini  və  səlahiyyətlərini  hüquq  sayəsində 
deyil,  irsi,  seçilməklə,  (hüququn  əksinə)  hakimiyyətin  uzurpasiyası,  çev­
riliş,  inqilab) əldə edərsə, bütün aşağı dövlət orqanlarının və vəzifəli şəxs­
lərin  birgə  tabeliyi  onların  idarəetmə  predmetlori,  səlahiyyətləri normativ 
yolla  müəyyən  edilməlidir.  Öz  daxili  təşkilini  və  intizamını  hüququn 
köməyilə rəsmiləşdirməyən  dövlət,  Avqustin  Avrclinin yazdığı kimi,  hət­
ta  «quldurlar  dəstəsinə»  deyil,  boş,  amorf,  əlaqəsiz  və  qüvvəsiz,  dövlət 
qismində mövcud olmağa qabiliyyəti olmayan bir şeyə çevrilə bilər.
Dövlət  həm  də  hakimiyyətdaxili  idarəetmənin  bir  sıra problemlərini 
normativ  (eyni  cür və  sabit)  cəhətdən  həll  etməkdən  ötrü  hüquqa ehtiyac 
duyur.  Vergilərin  miqdarının  və  toplanması  üsullarının  müəyyən  edil­
məsi,  təbəələrin  dövlət  mükəlləfiyyətlərinin  (orduda  xidmət,  yolların  sa­
lınması  və  qalaların  tikilməsi,  abadlıq  işlərinin  aparılması  və  s.)  yerinə 
yetirilməsi  belə  problemlərə  misal  ola  bilər,  təbəələrin  sakitləşdirilməsi 
və  onların  arasında  «barışdırıcı  mühitin»  yaradılması  və  müdafiə  olun­
ması  üçün mülkiyyət,  müqavilələr,  ailə münasibətləri,  cinayətlər və cəza­
lar,  mübahisələrin  həlli  qaydası  və  ədalət  mühakiməsi  haqqında  hüquq 
normaları  və  tarixi  şəraitdən  asılı  olaraq  daha  kəskin  sosial  problemləri 
(məsələn,  etiqad  azadlığı  haqqında  qanun)  tənzimləyən  bir  sıra  başqa 
normalar lazımdır.
Buna görə də dövlət hüquqsuz keçinə  bilməz.  Hətta qanunçuluğun və 
hüquq  qaydasının  tələblərinə  əməl  edilməyən,  despotik,  totalitar  döv­
lətlərdə, polis dövlətində hüquqsuz keçinmək qeyri-mümkündür.
Deməli, dövlətin və hüququn taleyi bir-birilə sıx bağlıdır. Onların hər 1
1  Алексеев  C.C.  Право:  азбука-тсория-философия:  Опыт  комплексного  исследова­
ния.  М.,  «Статус»,  1999,  с.40.
180
yerdə  birlikdə  və  eyni  səbəblərdən  əmələ  gəlməsini  güman  etmək  çətin­
dir.  Tarixçilər  öz  hipotczası  əsasında  dövlətin  əmələ  gəlməsinə  gətirib 
çıxaran  iki  mümkün  sosial  əsası  fərqləndirirlər:
1)  cəmiyyətdə artan  münaqişələrin qaydaya salınması zərurəti;
2)  cəmiyyəti  idarə  etmək  və  ya  hansısa  vəzifəni  mütəşəkkil  həll 
etmək tələbatı.
Əgər  hüquq  münasibətlərindən  və  münaqişələrdən  yaranmışdırsa, 
dövlət  do eynilə  bu  səbəbdən  yarana  bilər.  Bundan başqa, dövlətin  əmələ 
gəlməsini  cəmiyyətin  sosial  cəhətdən  təşkili  və  idarəetmə  vəzifələrinin 
həlli  do  zəruri  etmişdir.  Əmək  bölgüsü,  cəmiyyətin  təbəqələrə  parçalan­
ması  dövlətin əmələ gəlməsində və inkişafında mühüm rol oynamışdır.
Dövlətlərin  inkişaf tarixi  dövlət  və  hüquq  arasında  müəyyən  ziddiy­
yətlərin  olması  haqqında  da  şəhadət  verir.  Dövlətlə  hüquq  arasında 
ziddiyyətlərin  mümkünlüyü  onunla  şərtlənir  ki,  onlar  (dövlət  və  hüquq) 
öz mahiyyət keyfiyyətlərinə görə bir-birindən  fərqlənir.
Dövlətin  maddi  təcəssümü  müəyyən  orqanlardan  və  vəzifəli  şəxs­
lərdən,  onların  sistemindən,  faktiki  fəaliyyətindən,  insanlarla  və  onların 
təşkilatları  ilə  qarşılıqlı  əlaqəsindən,  beynəlxalq  münasibətlərdən  ibarət­
dir.  Hüquq  isə  öz  reallığını  davranış  qaydalarında  (normalarda)  və  spe­
sifik  ictimai  münasibətlərdə,  həyati  situasiyalara  baxılmasının  və  onların 
həllinin  qabaqcadan  müəyyən  edilmiş  prosedur qaydalarında  və  nəhayət, 
ictimai  şüurun  xüsusi  formasında  tapır.  İctimai  şüurun  dəyərləndirici 
xarakteri  hüquqi  anlayış və kateqoriyalarda ifadə olunmuşdur.
Hüququn  elementar  vahidi  («hüceyrəsi»)  hüquq  norması  və  hüquq 
münasibətidir.  Hüquq  həmin  «hüceyrələrin»,  yəni  hüquq  normalarının 
məcmusundan  yaranır.  Dövlət  isə  hakimiyyət  səlahiyyətlərinə  bürünmüş 
fiziki şəxslərdən  və təsisatlardan  ibarətdir.
Hüquq  normaları  tənzim  etdikləri münasibətlərin  sahələri, abstraktlıq 
və  müəyyənlik  dərəcəsi  və  hüquqi  qüvvə  üzrə  təsnif edilirlər.  Dövlət  or­
qanları  və  vəzifəli  şəxslər  dövlət  iyerarxiyasında  tutduqları  yerə,  rütbəyə 
və mahiyyətlərinin  həcminə görə  fərqləndirilirlər.
Hüquq  norması  şəxssizdir,  mücərrəddir  və  yalnız  tənzim  etdiyi  mü­
nasibətlərin  ən  ümumi,  tipik  cəhətlərinə  və  xüsusiyyətlərinə  aid  olur. 
Dövlətin  vəzifəli  şəxsləri  və  digər  qulluqçuları  ictimai  həyatda  onun 
təzahürlərinin  bütün  müxtəlifliklərini  görür  və  ictimai  münasibətləri  qiy­
mətləndirməyə meylli olurlar.
Hüquq  normaları  ictimai  münasibətlərin  modelindən  ibarətdirlər  və 
həmin  münasibətləri  nizamlamağı,  canlandırmağı və ya dəyişdirməyi  nə­
181


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə