nan, homin cəmiyyətdəki nüfuzlu sosial qüvvələrin mənafelərindən asılı
olan dövlət iradəsilə qabaqcandan müəyyən edilir.
Hüququn adamların davranışına təsiri üsullarının müəyyən edil
məsinə hələ antik dövrdə səylər göstərilmişdir. Roma hüquqşünası Mo-
destin yazırdı: «Hüququn hərəkət (qüvvəsi) hökm, qadağan, həll etmək
dən, cəzalandırmaqdan ibarətdir».1
İslamın hüquqi fikrində hüquqi qiymətləndirmələrindən asılı olaraq
insan hərəkətləri məcburi, tövsiyə olunan, icazə verilən, qadağan olu
nan və bəyənilməyən hərəkətlərə bölgüsü*
2 qəbul olunmuşdur.
Beləliklə, hüquq normaları iradovi hərəkətləri qiymətləndirir (qada
ğan edir, göstəriş verir, icazə verir) və ictimai münasibətləri bu üsulla
tənzimləyir.
Hegel fəlsəfəsinin təsiri altında olan XIX yüzilliyin bəzi filosof və
hüquqşünasları təsdiq edirdilər ki, hüquq normaları artıq ictimai müna
sibətlərin özündə ehtiva olunurlar və qanunvericiliyə yalnız onları aşkar
etmək və onları normativ-hüquqi aktlarda təsbit etmək qalır. Bu müd
dəanı ilk dəfə formula edənlərdən biri Hcnrix Dıenburq yazırdı: «Həyati
münasibətlər öz ölçüsünü və öz qaydasını öz-özündə ehtiva edir».3
2. Cəmiyyətin və hüququn qarşılıqlı münasibəti
Cəmiyyətin və hüququn qarşılıqlı münasibətinə adətən, hüququn
mənşəyi, onun tipologiyası və cəmiyyətin həyatında və inkişafındakı rolu
ilə bağlı problemlərlə birlikdə baxılır.
Son illərdə hüququn mənşəyinə dair bir sıra əsərlər nəşr edilmişdir.
Həmin əsərlərdə hüququn əmələ gəlməsinin sosial səbəbləri yeni
mövqelərdən və müxtəlif nöqteyi-nəzərlərlə aydınlaşdırılır.4
Tarix elmində cəmiyyətin tarixinə sivilizasiyalı və formasiyalı yanaş
manın üstünlükləri və çatışmazlıqları haqqında diskussiyalar bu gün də
Дигесты Юстиниана. M., 1984, c.32.
2 Литология мировой правовой мысли: В 5-ти томах, т.1, Античность. Восточные
цивилизации. М., 1999, с.677.
3 Клейнер Г. От природы к природе права. М , 1988, с.229.
4 Рулан Норбер. Юридическая антология. М., 1999; К атал и н а Т.В. П роисхождение
государства и права. Современные трактовки и новые подходы. М ., 1999; Мальцев
Г.В. Пять лекций о происхождении и ранних формах нрава и государства. М., 2000.
174
davam etməkdədir.' Həmin diskussiyalar və onların nəticələri hüquqşii-
naslıq üçün mühüm olsa da, müoyyəncdici əhəmiyyət kəsb etmirlər. Mə
sələ burasındadır ki, cəmiyyətin tarixinə nə sivilizasiyalı, nə də formasi-
yalı yanaşma cəmiyyətin və hüququn» qarşılıqlı münasibətini açmaq
iqtidarında deyildir. Çünki hüquqa formasiyalı yanaşma nöqteyi-nəzərin
dən hüquq ancaq cəmiyyətin iqtisadi təbiətini əks etdirən fenomen kimi
çıxış edir. Sivilizasiyalı yanaşma isə hüquqda ancaq inkişafın müvafiq
dövründə cəmiyyətin mədəniyyətinin qeyri-müəyyən hissəsini görür.
Cəmiyyətin və hüququn qarşılıqlı real münasibətinin aşkar edilməsi
üçün tarixə və müasirliyə sosiomədəni yanaşma daha perspektivlidir. Be
lə yanaşma sosiumun sistemli nəzərdən keçirilməsinə və təhlilinə əsas
lanır. Yəni ictimai həyatın dəyərli-mənalı sferaları kimi ictimai müna
sibətlər, təsisatlar, təşkilatlar, fəaliyyətlər, hərəkatlar və mədəniyyətlər
ardıcıllıqla nəzərdən keçirilir, inkişafın müasir görüntüləri ilə qarşılıqlı
müqayisədə təhlil edilir.
Hüquq ictimai həyatın hər iki sferasında kök salmış sosiomədəni
hadisədir (institusiyadır). Mədəni sferaya hüququn dərk edilməsi, onun
nüfuzu, hüquq normalarının rəsmi elan olunması, onların formulələriniıı
razılaşdırılması və dəqiqləşdirilməsi, hüquq düşüncəsi, hüququn əxlaqla,
dinlə, cəmiyyətin ideologiyası ilə əlaqəsi və s. aid edilir. Sosiumun üzvi
hissəsini hüququn hüquq münasibətlərində, hüquq qaydasında, hüquqi
təsisatlarda və onların praktiki fəaliyyətin realizə olunması təşkil edir.
Hüququn sosial və ınədəni sfera ilə qırılmaz bağlılığı hələ onun
cəmiyyətin sosial strukturuna və dinamikasına təsir dərəcəsi haqqında
məsələni həll etmir. İstənilən institusiya (ideya, cəmiyyətdə kök salmış,
ictimai münasibətlərdə və təsisatlarda öz təcəssümünü tapmış təsəvvürlər)
sosiomədəni səciyyə daşısa da, onların heç də hamısı ictimai həyata qa
barıq şəkildə təsir göstərmirlər. Bu təsir institusiyanın əsasında dayanan
əsas ideyanın məzmunu ilə, onun cəmiyyətin mənəvi ələmində təcəssüm
olunması dərəcəsilə müəyyən edilir.
Hüquq normalarının məzmununun müəyyən edilməsinin qanunve-
ricinin iradəsindən asılı olması halı həmişə belə bir illüziya doğurmuşdur
ki, o, ictimai quruculuğu və dövlət quruculuğunu müəyyən etməyə
qadirdir. «Ağıllı qanunun» qüvvəsinə inam Maarifçilik dövründə (XVIII
yüzillik) xüsusilə geniş yayılmışdı. İnqilab dövründə Fransanın dörd
1 M əsələn, bax: Новая и новейшая история. 2000, № 5, с.70-75, 78-79.
175
konstitusiyasının bir-birinin ardınca iflasa uğraması nəinki irticaçılar və
mühafizəkarlar üçün inqilabi dəyişikliklər əleyhinə bəhanəyə çevrildi,
həm də filosof və hüquqşünasların hüququn cəmiyyət həyatında rolu
haqqında düşüncələrinin predmeti oldu. «Hüquqşünasların tarixi mək-
təbi»nin (Hüqo, Savini, Puxta) hüququn daxili səbəblərdən törəyən in
kişafı haqqında müddəaları həmin düşüncələrin ən əhəmiyyətli nəticələri
idi. Tarixi məktəbin hüquqşünasları təsdiq edirdilər ki, hüququn tarixi
bütünlüklə cəmiyyətin, millətlərin və xalqların tarixi ilə qabaqcadan
müəyyən edilmişdir. Bu cəhətdən K.Marks və F.Engels daha qabağa get
mişdi. E.Maıks inandırıcı şəkildə əmin edərək yazırdı: «Həm siyasi, həm
də mülki qanunvericilik iqtisadi münasibətlərin tələblərini ancaq ifadə
edir, protokollaşdııır. Hüquq yalnız faktın rəsmi tanınmasıdır».' Marks vo
Engels yazırdı: «Unutmaq olmaz ki, din kimi, hüququn da özünün dəqiq
tarixi yoxdur.1
2
İqtisadi bazis üzərində hüquqi üstqurumun bir hissəsi kimi hüququn
iqtisadi şərtliliyi haqqında təsəvvürlərin bir sıra dövlətlərdə tərəfdarları
çox olmasa da, az da deyildi. Tarixin müxtəlif dövrlərinə aid bir sıra ta
rixi faktlarla təsdiq edilən iqtisadi determinizmin nüfuzu hüquqa ictimai
həyatın digər amillərinə tabe olan dərəcəli hadisə kimi baxışları doğur
muşdu. Hətta marksizmin ortodoksal tərəfdarları olan alimlər hüquqa
olan belə baxışları bəzən çətinliklə aradan qaldıra bilirdilər.
H.C.Berman yazır: «Bu gün, artıq Karl Marksdan demək olar ki, yüz
əlli il, Maks Veberdon demək olar ki, yüz il sonra hüququn sosial nəzə
riyyəsinin birinci vəzifəsi hüququn səbəblərinin həddən artıq sadələş
dirilmiş konsepsiyalarından yan keçməkdən ibarətdir. Filosofların mate
rializm vo idealizm haqqında nə deyib-demomosindon asılı olmayaraq,
tarixi nöqteyi-nəzərdən fakt budur ki, Hegel şüurun varlığı müəyyən
etdiyini düşünərkən səhv etmişdir, varlığın şüuru müəyyən etdiyi təsdiq
ləyən Marks haqlı olmuşdur. Tarixdə, real həyatda onlardan heç biri
digərini «müəyyən» etmir, onlar adətən, birlikdə addımlayırlar. Lakin,
əgər bu belə deyildirsə, o halda onlar növbə ilə həlledici rol oynayırlar.
Hüququn sosial nəzəriyyəsi öz tədqiqatlarında və hüquqa verdiyi tərifdə
ruhun və materiyanın, ideya vo təcrübənin qarşılıqlı hərəkətinə üstünlük
verməlidir».3
1 Маркс К., Энгельс Ф. Соч., т.4, с. 112, 115.
2 Y enə orada, t.3, с.64.
3 Берман Гаральд Дж. Западная традиция права: эпоза формирования. M., 1998, с.57.
176
Cəmiyyətin vo hüququn qarşılıqlı münasibəti ondan ibarətdir ki,
qüvvədə olan hüquq cəmiyyətin varlığı və şüurunun bir hissəsidir. I lüquq
ictimai həyat tərzinin təsərrüfatın aparılması, əmək bölgüsü, mövsümi
işlər, ailə qurmaq və nəsillərin dəyişməsi, ictimai şüur forması, təbiət və
ictimai həyat hadisələrinin izah olunması, hökmran etiqad vo s. bu kimi
elementidir. Cəmiyyət vo hüquq bir-birilə üzvü surətdə bağlıdır. Cəmiy
yət heç də hər cür hüququ özününkü hesab etmir. Bir cəmiyyətdə hüqu
qun səmərəli olan bir sıra norma və institutları başqa bir cəmiyyətdə qə
bul edilməyə bilər. Eyni zamanda da bəzi ictimai münasibətlər və təsi
satlar hüquqi tənzimetmə olmadan mövcud ola bilməzlər.
Cəmiyyət və hüquq öz inkişafında iki mərhələdən keçmişdir:
1) cəmiyyət üzvlərinin qeyri-hüquq bərabərliyinə əsaslanan silki (və
ya kasta) cəmiyyət mərhələsi;
2) cəmiyyət üzvlərinin hüquq bərabərliyinə əsaslanan vətəndaş cə
miyyəti mərhələsi.
Dövlət-təşkilati cəmiyyətdən əvvəl ibtidai cəmiyyət mövcud olmuş
dur. İbtidai cəmiyyət qanqohumluğu əlaqələrinə əsaslanırdı. Bu cəmiy
yətdə birgə əmək, birgə sahiblik və birgə istehlak hökm sürürdü. İsteh
salın inkişafı vo əmək bölgüsü mülkiyyətin müxtəlif formalarını yaratmış,
cəmiyyət siniflərə, kastalara, təbəqələrə bölünmüş vo bütün bunlar tədri
cən dövlətin və hüququn əmələ gəlməsini şərtləşdirmişdir. Cəmiyyətin
sonrakı inkişafı dövlət vo hüquqla, sosial strukturlarla, müxtəlif cəmiy
yətlərin iqtisadi, mədəni və hüquqi əsasları ilə sıx qarşılıqlı əlaqədə
davam etmişdir.
Tarixən mövcud olan cəmiyyətlərin spesifikliyi ilə əlaqədar hüquq
sistemlərinin xüsusiyyətləri əsasında hüquq tarixi aşağıdakı iki böyük
dövrə bölünür.
Hüququn birinci tarixi tipi silki hüquq olmuşdur. Bu, hüquq-imtiyaz
idi. Hüquq-imtiyaz müxtəlif təbəqələr üçün fərqli məzmuna malik idi. O,
bəzən eyni bir təbəqə daxilindəki ayrı-ayrı qruplar üçün müxtəlif' məz
muna malik olması ilə seçilmişdir.
Hüququn ikinci tarixi tipi burjua vətəndaş cəmiyyətinin formal
(mücərrəd bərabər) hüququ olmuşdur. Bu, ümumi bərabərlik, formal hü
quqlar vo mücərrəd azadlıqlar hüququ idi. O, silki hüquqdan keyfiyyətcə
fərqlənirdi.
XX yüzillikdə hüququn üçüncü tarixi tipi kimi sosial hüquq tipi irəli
sürülmüşdür. Sosial hüquq ümumbəşəri dəyərləri bərabər hüquqla qoru
177
Dostları ilə paylaş: |