R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə43/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   39   40   41   42   43   44   45   46   ...   131

bilər. Belə bir faktı  da nəzərə almaq lazımdır ki,  fransızlar həmişə bir sıra 
hallarda  öz  elmi  uğurlarının  tarixinə  tənqidi  baxışların  işlənib  hazır­
lanmasında  yüksək  şübhəliliklərilə  fərqlənmişlər.  Bu  o  cümlədən  xarici 
sosioloqlara  münasibətdə  də  özünü  büruzə  vermişdir.  Məsələn,  M.Beber 
kimi  görkəmli  sosioloq  E.Bürkhcym  tərəfindən  rədd  edilmişdir.  Bunun 
nəticəsidir  ki,  Fransada  alman  sosiologiya  əsərinin  ilk  tərcüməsi  yalnız 
1959-cu ilə təsadüf edir.
Fransız sosiologiyası əsasən universitet sosiologiyası, nəzəri fənn idi.
ikinci  Dünya  müharibəsindən  sonra  E.Düıkheym  məktəbinin  təsiri 
azalmağa  doğru  getdi.  Fransız  sosiologiyasının  sonrakı  inkişafında  so­
sioloq  və  publisist,  sənaye  cəmiyyəti  konsepsiyasının  yaradıcılarından 
biri Q.Aroi  (1905-1983) böyük rol oynamışdır.  R.Aron  bu  konsepsiyasını 
M.Vcbcrin  və  Jorj  Qurviçin  (Gcorgi  Davıdoviç  Qurviç  1894-cü  ildə  No- 
vorossiyskido anadan olmuş,  1965-ci  ildə Parisdə vəfat etmişdir) ideyaları 
ilə tanışlıqdan sonra yaratmışdır.
Müasir  Fransız  sosiologiyasının  vəziyyəti  üçün  vahid  nüfuzlu  mək­
təbin,  sosial  idrakın  vahid  ideologiyası  və  metodologiyasının  olmaması 
səciyyəvidir.  Fransız  sosiologiyasında  R.Burdon,  P.Burdyc,  F.Burrbko, 
K.Javo,  M.Korpyc,  E.Murcn,  A.Turcn  və başqaları  tərəfindən  inkişaf et­
dirilən  çoxlu müxtəlif istiqamətlər və cərəyanlar mövcuddur. Onların ara­
sında fikir ayrılıqları müşahidə olunur.
İngilis  sosiologiya  və  yurisprudcnsiyası  XX  əsrdə.  1945-ci  ilədək 
İngiltərədə  cəmi  yalnız  bir  sosiologiya  kafedrası  olmuşdur  və  o,  London 
Ali  Məktəbində  yerləşdirdi.  Bu  bir  sıra  səbəblərlə  izah  olunur.  Birincisi, 
Kembric  və  Oksforda  kimi  Britaniya  elmi  elitasında  hökmran  mövqe 
tutan  qədim  və  nüfuzlu  ingilis  universitetləri  sosiologiyanın  tamhüquqlu 
universitet  fənni  qismində  təsdiqinə  qarşı  inadla  dayanırdılar.  İkincisi, 
ingilislər tərəfindən çox hörmət edilən  siyasi  iqtisad öz mövqeyini döyüş­
süz  vermək  istəmirdi.  Üçüncüsü,  ingilislər  öz-özlərini  sosiologiyanın 
metodları  ilə öyrənməkdə xüsusi zərurət görmürdülər.
Ancaq  XX  yüzilliyin  50-ci  illərinin  ikinci  yarısında  nəhayət  ki,  so­
siologiya  Britaniya  universitetlərində  görünməyə  başlayır  və  elə  həmin 
vaxt  ingilislərin  ictimai  həyatının  müxtəlif  sferalarında  tədqiqatların 
aparılmasına başlanılır.
1967-ci  ildə  artıq  İngiltərənin  30  universitetində  sosiologiya  tədris 
olunurdu.  1967-ci  ildən  sonra ingilis cəmiyyətini  və onda bərqərar olmuş 
sosiologiyanı  tənqidi  qiymətləndirən  yeni  sosioloqlar  nəsli  sosial  tədqi­
qatları özlərinin əsas sferasına çevirirlər.
162
70-ci  illərdə  sosiologiyada  müxtəlif  məktəblərin  və  istiqamətlərin 
nümayəndələri  arasında nəzəri toqquşmalar güclənir. Po/.itivizmin tənqidi 
Britaniya sosiologiyasında  nəzəri mövqe  formalaşdırmaq cəhdlərinin əsas 
nöqtəsinə çevrilir.
1985-ci  ildən  sonra  sabitləşmə əlamətləri  təzahür etməyə  başlayır  və 
Britaniyanın sosiologiya elmində ehtiyatlı sistemləşdirmə dövrü başlanır.
Təcrübədə  çalışan  hüquqşünaslarla  müqayisədə  ingilis  universitet 
professorları  hüququn  rasionallaşdırılmasından  daha  çox  hüquqi  anlayış­
ların  araşdırılması  ilə  məşğul  olurdular.  Fransız  alimi  J.Froyndun  fikrin­
cə,  bu,  hüququn  formallaşdırılması  idi  və  ilk  növbədə  məqsədə  çevrilən 
ümumi  məntiqi  formallaşdırmaya  sxolastik  səylərə  əsaslanırdı.  M.Vcber 
belə  hesab  edirdi  ki,  belə  sxolastik  deyil,  məntiqi  rasionallaşına  real 
hüquqi  ünsiyyətin gündəlik  tələbatlarından çox uzaq idi, çünki  universitet 
professorları  daha çox  özlərinin  qanunun  interpretasiyasının  hüquqi  prak­
tikaya  uyğunluğu  barəsində  deyil,  onun  sistemlərinin  məntiqi  ziddiyyət- 
sizliliyi  haqqında  düşünürdülər.  Bu  isə  hüquqşünasları  hüquq  prcdınctini 
öyrənməyə və onun təfsirini təkmilləşdirməyə nail olmağa məcbur edirdi.
Bu,  ingilis  yurisprudensiyasmda  ideoloji  pozitivizmi  məlum  dərə­
cədə  müəyyən  edirdi.  Lakin  həmin  pozitivizm  sosioloji  deyil,  fəlsəfi- 
metodoloji pozitivizm  idi,
ABŞ-da  hüquq  sosiologiyası.  ABŞ-da  dərin  köklər  salmış  sosiologiya 
elmi  zəngin  addımlar  atılmasına  səbəb  olmuşdu.  Belə  addımlardan  biri  hü­
quq  sosiologiyası  idi.  ABŞ-da  hüquq sosiologiyası  əvvəllər orijinal  nəzəriy­
yələrdə parlamasa  da,  tamamilə praktiki  və  faydalı  fənnə  çevrilmişdi.  Mütə­
xəssislərin  fikrincə,  Avropa -   yurisprudcnsiyasında  sosioloji  məktəb  və  isti­
qamətlərin xüsusi çəkisi heç vaxt ABŞ-dakı qədər əhəmiyyətli olmamışdır.
Qanunla  bağlı  rus-amerika  sosioloqu  Pitirim  Alcksandroviç  Soro- 
kinin  (1809-1968)  qeyd  etdiyi  kimi,  sosiologiyanın  ABŞ-ın  akademik 
mühitinə  nüfuz  etməsi  xüsusilə  diqqətəlayiq  idi.  Bu  Birləşmiş  Ştatların 
universitet  fakültələrində  və  sosioloji  kurslarında  başqa  sahələrlə  müqa­
yisədə  daha  çox  tələbə  çalışır.  Bu  fenomen  amerikalıların  sosiologiyanın 
ağırlıqlarını  daşımağa  məcbur  olmaları  ilə  deyil,  sosiologiyanın  getdikcə 
daha  çox  praktiki  əhəmiyyət  kəsb  etməsilə  izah  olunur.  Məsələn,  marke­
tinq tədqiqatlarını, konkret-iqtisadi  tədqiqatları, cəmiyyətdəki  kriminogen 
vəziyyətlə  bağlı  və  s.  tədqiqatları  sosioloqlarsız  təsəvvür  etmək  çətindir. 
Sosiologiya özünü orduda da  təsdiqləyir.  ABŞ  ordusunda sosiologiya hər 
kəsin  özü  üçün  lazımi  peşəni  seçməsinə  kömək  edir.  Bundan  başqa,  so­
163


siologiya  dövlət  təşkilatlarına,  ictimai  və  xüsusi  təşkilatlara  tez-tez  eks­
pert  qismində  cəlb  olunur.  Özü  üçün  belə  əlverişli  şəraitdə  sosiologiya 
təbii  olaraq  (təkcə  ABŞ-da  deyil)  başqa  elmlərə  də  fəal  təsir göstərir  və 
belə  elmlər  çərçivəsində  ixtisaslaşdırılmış  sosioloji  tədqiqatlar (məsələn, 
təbabətdə  zöhrəvi  xəstəliklərin,  yoluxucu  xəstəliklərin  sosioloji  təhlillə­
rinin aparılması vo s.) aparılır.
Amerikanın  hüquq  sosiologiyası  əsasən  hüquqşünas-praktiklər 
(R.Paund,  O.V.Xolms,  B.Kardozo və başqaları)  tərəfindən  inkişaf etdiril­
mişdir.  Həmin  hüquqşünaslar  lazım  olmalı  olana  yönüm  götürmüşdülər. 
Buna  görə  də  onlar  sosioloji  nəzəriyyədə,  hər  şeydən  əvvəl,  həmin  cə­
miyyət  və həmin dövr üçün praktiki  əhəmiyyət kəsb edən  elementləri  ax­
tarırdılar.  Bu gün amerikan hüquq sosiologiyası C.Skolnik,  Y.Şur və s. bu 
kimi adlarla təmsil olunur.
Amerikan  hüquq  sosiologiyası  məktəbinin  başçısı  Rosko  Paund 
(1871-1964)  hesab  olunur.  O,  amerikan  hüquq  sosiologiyasında  ən  nü­
fuzlu  və  təsir  gücünə  malik  fiqurdur.  R.Paund  Harvard  universitetində 
hüququ tədris edirdi.
R.Paund  «Sosial  nəzəriyyə» (1901) kitabında  sosial nəzarət anlayışı­
nı  inkişaf  etdirən  amerikan  sosioloqu  Olsuort  Rossun  (1866-1951)  bir­
başa təsiri  altında formalaşmışdır.
Qeyd  etmək  lazımdır  ki,  «sosial  nəzarət»  anlayışı  XIX  və  XX  yüz­
illiklərdə  xaricdə  populyar  olmuşdur.  O,  fərdi  xudpəsəndlik  probleminin 
T.IIobbs həllinin bir hissəsi  hesab olunurdu.
O.Ross sosial nəzarətin  iki tipini  -  daxili  və xarici nəzarəti  fərqləndirir­
di. Daxili nəzarət sosial  ideallardan, xarici nəzarət isə cəzalardan ibarət idi.
XX  yüzilliyin  20-ci  illərinə  doğru  «sosial  nəzarət»  hüquq  sosiolo­
giyası  da  daxil  olmaqla,  amerikan  sosiologiyasının  mərkəzi  anlayışına 
çevrildi.  Sosial  nəzarət  dedikdə,  ictimai  həyatda  problemlərin  kollektiv 
həllinin rasional vo oxlaqi əsası başa düşülürdü.
40-cı  illərdə  «sosial  nəzarət»  «sosial  konformistliyin» praktiki  sinonimi 
olur.  Lakin son  zamanlar bir çox  müəlliflər üzünü tənzimlə məni  «sosial  nə­
zarət»  anlayışının  mərkəzi elementi  hesab  edirlər.  Onlar sosial nəzarəti  han­
sısa  sosial  qrupun  vo  ya  bütün  cəmiyyətin  öz  fəaliyyətini  tənzimləmək  qa­
biliyyətilə əlaqələndirirlər. Bununla əlaqədar olaraq güman edilir ki, səmərəli 
sosial nəzarətin  həyata keçirilməsi  şəxsi  vo  siyasi  azadlıqdan  asılıdır və bu, 
onlan  eyni  vaxtda  artırır.  Şüurlu  sosial  dəyişikliklər  strategiyası  qismində 
sosial nəzarətə rasionallığın xüsusi tipi kimi baxılmalıdır.  Yəni sosial nəzarət 
qeyri-aşkar şəkildə sosial hadisələrin elmi təhlilinə bərabər tutulur.
164
«Sosial nəzarət» anlayışı  ilə bir sırada «nəzarətin  lokusu»,  «əldə edil­
miş köməksizlik  fenomeni»,  «şəxsi  səmərəlilik nəzəriyyəsi» və s.  bu kimi 
anlayışlar  da  dayanır.  «Nəzarətin  lokusu»  (yunanca  locus  -   yer)  anlayışı 
«gözləmə»  anlayışı  ilə  bağlıdır  və  hərəkətlərin,  xətaların  törədilməsinin 
xüsusi  zahiri  hallarına  və  fərdi  xüsusiyyətlərinə  nəzarət edilməsi  demək­
dir.  «Əldə  edilmiş  köməksizlik  fenomeni»  nəticələrlə  nəzarət  edilməyən 
hadisənin  gözlənilməsi  /.amanı  söhbətin  emosional,  koqnitiv  (dərketmə) 
vo  motivasiyah  çatışmazlığının  yaranması  narahatlığı  haqqında  getdiyini 
nəzərdə  tutur.  «Şəxsi  səmərəliliyin»  gözlənilməsi  insanın  tələb  olunan 
davranışı  həyata  keçirməyə  qadir olmasına  əmiklikdən  ibarətdir.  Bu  hiss 
davranışın  dəyişməsini  qabaqlayır.  Yəni  o,  müəyyən  davranışın  həyata
ı v ^ b o t H ' i r   f V » b y v ;M *  
\ ' - \
  C ' i b ü b v i   ГПй'Ч'УГ'П  OÜjr.
Bütün  bu  anlayışlar  ııozori  konstruksiyalar  kimi  amerikan  tədqiqat- 
çısı  X.Stcm  tərəfindən  nəzərdən  keçirilir.  Belə nəzəri  konstruksiyalar  so­
sial  anlamanı  bu  və  ya  digər  dərəcədə  məhdudlaşdırır,  dcsosiallaşmam, 
dcinstitutsionallaşmanı  və  deproblcmləşməni  müəyyən  edən  interpretasi­
ya üsullarına arxalanırlar.
Dcsosiallaşma  fərdin, onu doğuran sosial kontekstdən ayrılmasından 
ibarətdir.  Bu  miicərrədlə.şdirilmiş  fərd  sonradan  və  yenidən  sosial  kon­
tekstə  yerləşdirilir.  Onun  lıaıısı  üsulla  yerləşdirilməsi  fərdin  həqiqi  sosial 
mahiyyətini  inkar  edir.  Bıı  zaman  sosial  iııteraksiya  xalis  mexaniki  pro­
sesə çevrilir.
Dcproblcmləşmə  də  sosial  münasibətlərin  muxtariyyət  və  nəzarət 
nəzəriyyəsinə  hansı  şəkildə  daxil  olmaları  spesifikliyini  əks  etdirir.  Cəmiy­
yətə yeganə istəklə hərəkət edən və özündə sanki rasional, vicdanlı, xeyirxah 
və lələbkar kcyuyyə.^n, u.cr.d eıi.maş ıo.d;  təcəssüm ctdııən şəxsləşüiiiiıniş 
tam  kimi  baxılır.  Belə  hesab  olunur ki,  sosial  münaqişə  mənafelərin  parça­
lanmasını  əks  etdirir.  Həmin  münaqişələr  isə  qarşılıqlı  hərəkət  edən  oppo- 
ncntlər (cəmiyyət və insan) tərəfindən həll oluna bilərlər.
İnstitutsionallaşma  nəzəriyyədə  fərdi-şəxsi  və  institutisional  səviy­
yə arasında kifayət qədər qarşılıqlı  fəaliyyətin olmaması  nəticəsində təza­
hür edir.  Cəmiyyətə  və ya dövlətə bu zaman  fərddən  fərqli  olan  bütövlük 
kimi  baxılır.  Pordlər özünütənzimləyən vahidlər, öz taleyinin ağası, sahibi 
kimi  başa  düşülürlər.  Ətraf  isə  xarici  qüvvələr  rolunu  oynayır,  çünki 
məhz  ətraf  şəxsiyyətin  inkişafı  ilə  əlaqədar  başlanğıcların  maneəsi  qis­
mində çıxış edir.
165


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə