R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə41/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   37   38   39   40   41   42   43   44   ...   131

Rasionallığı  vo  irrasionallığı  hüququn  tarixi  formaları  nöqteyi-nə­
zərindən  təhlil  edən  Vcber  Roma  hüququna  xüsusi  üstünlük  verirdi.  O, 
bunu  məqsədli  şəkildə  edirdi.  Əvvələn,  Veber iddiaların hüquqi cəhətdən 
savadlı  formula  edilməsi  üçün  dəqiq  yuridik  terminlərin  dəqiq  işlənib 
hazırlanması  tələbini  ortaya  qoyurdu.  İkincisi,  həmin  terminologiyaya 
malik olan  hüquq məsləhətçilərinin  hazırlanmasım zəruri  sayırdı. O,  belə 
hüquq  məsləhətçiləri  institutunun  vacibliyini  qeyd  edirdi.  Roma  hüququ 
məhz  bunun  nəticəsində  tam  texniki  məsələlərin  həllinə  dini-fəlsəfi 
təsirdən  xilas  ola  bildi.  Tezliklə  məhkəmə  proseslərinin  eksperiment- 
ləşdirilməsi yolu ilə təlimlərin aparıldığı məktəblər meydana gəldi.
Beləliklə,  Roma hüququnun rasionallaşdırılması həm hüquqi anlayış­
ların  formallaşdırılması,  həm  də  konkret hüquqi  praktika haqqında bilik­
lərin işlənib hazırlanması hesabına həyata keçirilirdi.
Texniki  cəhətdən  yüksək  səviyyədə  təmizlənmiş  Roma  hüququndan 
həm  Roma,  həm  də  Bizans  bürokartiyası  tərəfindən  cəmiyyəti  idarəetmə 
praktikasında səmərəli  şəkildə istifadə olunmuşdur.
M. Vcbcr hüququn rasionallaşdırılmasmın mühüm aspektini yurisdik- 
siyanın  şifahi  fonnasından  hüququ  məcəllələşdirməyə  və  presedentləri 
ciddi qeydə almağa imkan verən hüquqi yazılı mətnlərə keçiddə görür.
M.Vcbcr  hüququn  rasionallaşdırılmasını  təkcə  qanunvericiliyin  inki­
şafı  ilə  deyil,  həm  də  təbii  hüquq  nümayəndələrinin  ideya  mövqeyinin 
möhkəmləndirilməsilə  əlaqələndirirdi.  Qeyd  etmək  lazımdır  ki,  məhz  tə­
bii  hüquq nümayəndələri  Roma  hüququnun  Qərbi  Avropada mənimsənil­
məsinə  əhəmiyyətli  yardım  etmişlər.  Bundan  başqa,  insanın  təbii  hüquq­
ları  haqqında  təlim  müasir  burjua  fordiyyətçiliyinin  əsasını  qoymuş, 
Maarifçilik dövründə isə ağıllı  hüquq  vo  ictimai  müqavilə haqqında təlim 
əsasında  azadlıq  haqqında  müasir  təsəvvürlər  təşəkkül  tapmışdır.  Nəha­
yət,  təbii  hüququn  utilitarist  fərziyyəsi  zokalılığın  və  faydalılığın  zəruri 
əlaqəsini,  yəni  insanın  sosial  hüquqlarının  zokalılığını  və  praktiki  olaraq 
özünü doğrultmasını sübut etmişdir.
Hüququn xalis rasionallaşdırılması  hətta nəzəri  cəhətdən qeyri-müm­
kündür,  çünki  hüquq  insan  fəaliyyətinin  müxtəlif  sahələrində  özünün 
tətbiqi  naminə  mövcuddur vo  onun daxili,  kifayət qədər ziddiyyətli  mən­
tiqini  nəzərə  almaq  vacibdir.  Bu  «məntiq»  Avropada  kapitalist  münasi­
bətlərinin  inkişafı  ilə xeyli  qaydaya  salınmışdır.  Kapital  nəinki  sənaye is­
tehsalının texnologiyalaşdırılmasına,  həm də hüquq münasibətlərinin tex- 
nologiyalaşdırılmasına (rasionallaşdırılmasına)  ehtiyac duymuşdur. Kapi-
154
talistlorə yeni,  feodal  hüququndan  prinsipial  surətdə  fərqlənən  və  kapital 
qoyuluşu,  kapitalist  istehsalının  artıım  hesabına  gəlir  əldə  etmək  imka­
nına təminat verən hüquq lazım olmuşdur.
İnkişaf  etməkdə  olan  kapitalizmin  hüququn  qarşısında  qoyduğu 
problemləri  köhnə  hüquq  sistemləri  çərçivəsində  həll  etmək  olmazdı. 
Hüquq  kapitalist  münasibətlərinin  etibarlı  inkişafını  təmin  edən  sosial  vo 
iqtisadi fəaliyyətin nəticələrini qabaqcadan görən alətə çevrilməli  idi.
Kapitalizmin  inkişafı  ilə  eyni  vaxtda  mərkəzləşmiş  dövlətçiliyin 
formalaşması  da  baş  verirdi.  Belə  mərkəzləşmiş  dövlətdə  peşəkar  bü- 
rokratiya daha böyük rol oynamalı  idi.1
M.Vcbcr yorulmadan  qeyd  edirdi  ki,  öz aparatını  rasionallaşdırmağa 
səy  göstərən  müasir  dövlətin,  hər  şeydən  əvvəl,  ədalət  mühakiməsi  sis­
temini  və  hüquq  qaydasını  rasionallaşdırmağa  ehtiyacı  vardır.  Bu  ondan 
ötrü tələb olunur ki, öz rasional  etikasını  sinfi  mübarizədə  toqquşan  irra- 
sionalizm qüvvələrinə qarşı  qoymaq  üçün  müxtəlif sosial  qruplar,  siniflər 
tərəfindən  göstərilən  təzyiqlər  əleyhinə  daha  səmərəli  davam  gətirmək 
mümkün  olsun.  Məhz  bürokratiya  həmin  qüdrətli  texniki  vasitə  oldu. 
Bürokratiya  hüququ  sosial  münaqişələri  rasional  şəkildə  neytrallaşdıran 
alətə çevirdi.  Bununla yanaşı  hüquq  lıəm də biirokratiyanın əlində nəhəng 
qüvvəyə  çevrildi  və  nəticədə  aydın oldu  ki,  hüququn  rasionallaşdırılması 
azadlığa deyil,  insanın  faktiki  məhvinə də xidmət edə bilər.
M.Vcbcr  bu  reallığı  da  qabaqcadan  görə  bilmişdi.  Təsadüfi  deyildir 
ki,  sosial  normativlik  və  hökmranlığın  tipləri  probleminə  yaxından 
diqqət yetirməsi  onun  uzaqgörənliyinin nəticəsi  idi.
M.Vcbcr  hüquqi  və  əxlaqi  normativlik  arasında  müfəssəl  sərhəd 
çəkməyə  səy  göstərirdi.  O,  hüquqi  normativliyin  spesifikliyini  onun  in- 
stitutsionallığında,  təşkilatı  xarakterində,  mütəşəkkil  mütəxəssis-peşəkar­
lar -   hakimlər,  prokurorlar  və  vəkillər qrupunun  olmasında  görürdü.  Qa­
nun  keşikçilərinin  təyinatı  hüquq  qaydasına  əməl  edilməsinə  ciddi  göz 
qoymaqdan,  zərurət  olduqda  təqsirkarları  cəzalandırmaqdan  ibarətdir. 
Onun üçün isə dövlət onları  bütün səlahiyyətlərlə təchiz etməli  idi.  Hüquq 
normalarından fərqli olaraq, əxlaq normaları  institutsionallıqdan məhrum­
dur və onlar öz tənzimləyici  funksiyasını başqa cür həyata keçirirlər.
1  Bürokratiya  problemi  haqqlnda,  mosolon,  bax:  Зомашкин  Ю.Л.  И дейно-теоретичес­
кие  дискуссии  вокруг  проблемы  бюрократии  //  Вопросы  философии.  М.,  1970,  № 1, 
с. 129-141;  Малов  В .Н .,  Ж .-Ь.Кольбер.  Абсолютизм,  бюрократия  и  французское  о б ­
щество.  М., Наука,  1991.
155


M.Bcbcr  legitim  hökmranlığın  bir  neçə  tipini  sadalamaqla,  dövlətdə 
legitim hakimiyyət konsepsiyasını  işləyib  hazırlamışdı.  Hökmranlığın bi­
rinci tipi leqal hökm ranlıqdır. Bu, öz hüquqi təbiətinə görə idarəetmənin 
rasional  prinsiplərindən  ibarət  olan  hökmranlıqdır.  Leqal  hökmranlıq  şə­
raitində  insan  yüksək  vəzifəli  fərdlərə  deyil,  qanunlara  tabe  olduğunu 
dərk  edir.  Həmin  qanunlara  həm  hakimiyyət  başında olub  idarə  edənlər, 
həm  də  idarə  olunanlar  tabedirlər.  Hökmranlığın  ikinci  tipi  ənənəvi 
hökmranlıqdır.  Bu,  qanunçuluqdan  daha  çox  ümumən  qəbul  olunmuş 
müqəddəs  xarakterli  qədim  ənənələri  və  qədim  iyerarxiyanı  özündə  eh­
tiva edək hökmranlıqdır.
Ənənəvi  hökmranlıq  da  öz  növbəsində  hakimiyyətin  üç  növünü 
özündə ehtiva edir:
1) gerontoloji  hakimiyyət (ağsaqqalların hakimiyyəti);
2) patriarxal hakimiyyət (qobilə rəhbərlərinin hakimiyyəti);
3)  patrimonial hakimiyyət (monarxın hakimiyyəti).
Hökmranlığın  yuxanda  göstərilən  üçüncü  tipi  xarizm adk  haki­
miyyətdir.  Belə  hökmranlıq  şəraitində  hakimiyyət  münasibətləri  rəhbərə, 
hökmdar-sərkərdəyə,  qeyri-adi  siyasi  lider  kimi  qəbul  olunan  şəxsə  -  
peyğəmbərə şəxsi  sədaqət əsasında qurulur.  Katolik tcologiyasında xüsusi 
seçilmiş  ali,  bərəkət,  nemət  və  ya  firavanlıq  rəmzi  kimi  insanın  adlan­
dırılması  üçün  istifadə  olunan  xarizma  anlayışı  (yunan.  Harisma  -   ali, 
ilahi  vergi)  Veber  tərəfindən  sosiallaşdırılmış  və  on  görkəmli  dövlət  xa­
dimlərinin,  sərkərdələrik  və  qeyri-adi  istedadları  ilə  fərqlənən  hökm­
darların adlandırılması üçün  istifadə edilməyə başlamışdır.
Hökmranlığın  (hakimiyyətin)  göstərilən  növlərindən  hər biri  özünün 
hüquq  sistemi  tipinə  uyğundur.  Veber  leqal  tipə  üstünlük  verirdi.  Mütə­
fəkkir  belə  hesab  edirdi  ki,  bu  tip  yeni  dövrdə  Qərb  sivilizasiyasında 
hökmran  olan  rasionallıq  ruhuna  daha  çox  uyğun  gəlir.  Hüquqi  tənzim- 
etmə  mexanizmləri  nə  qədər  rasional  təşkil  olunarsa,  onlar  qarşılarında 
duran praktiki vəzifələri bir o qədər səmərəli həll edərlər.
Hüquqi  dövlətdə  işlərin  gedişi  məhz  belədir.  Öz  vətəndaşlarının  sosial 
davranışın moqsədli-rasional  və dəyərli  rasional modelinə daha çox üstünlük 
vermələrindən ötrü hüquqi dövlət zəruri olan bütün şəraiti yaradır.
XX yüzillikdə  alman  hüquq sosiologiyası.  Alman hüquq  sosiologi­
yası  ənənəsinin  formalaşmasında öz roluna  görə  iddialı tədqiqatçı  hüquq­
şünas  və  sosioloq Q.Kantoroviç  (1877-1940) hesab  olunur.  Lakin K.Kul- 
çarın  fikrincə,  əgər Y.Erlix  hüquq  sosiologiyasını  elmi  cəhətdən  əsaslan­
dırmağa  soy  göstərərək  müəyyən  empirik  tədqiqatlar  aparmışdırsa,
156
Q.Kantoroviçin  əsərləri  bir  çox  hallarda  təbliğat  xarakteri  daşımışdır. 
Kantoroviç  pozitiv  hüququn  tədqiqindən  yan  keçərək,  «hüquqdankənar» 
normaların digər mənbələrinin tədqiqinə müraciət edir.1
Almaniyada  XX yüzillikdə sosiologiya elminin  təşəkkülü  son dərəcə 
özünəməxsusluğu  ilə  baş  verən  proses  olmuşdur.  Almaniyanın  Birinci 
dünya  müharibəsində  məğlubiyyəti,  monarxiyanın  ləğv  olunması,  nasist­
lərin  hakimiyyət  başına  gəlməsi,  ölkənin  İkinci  dünya  müharibəsində 
məğlubiyyəti,  vahid  dövlətin  bir-birinə  düşmən  olan  iki  hissəyə  parça­
lanması  və  sonradan  onların  burjuaziya  demokratiyası  şüarı  altında 
birləşməsi  — bütün  bunlar  sosiologiya  elminin  formalaşması  prosesində 
öz ziddiyyətli  izlərini  buraxmışdır.
XX  yüzilliyin  30-cu  illərində  təşəkkül  tapan  və  1931-ci  ildən 
M.Xorkhaymcr  (1895-1973)  tərəfindən  rəhbərlik  edilən  Frankfurt  mək­
təbi  nümayəndələrinin  alman  və  ümumdünya  sosiologiya  elminə  verdik­
ləri töhfəni  xüsusilə qeyd  etmək  lazımdır.  Həmin  tədqiqatçılar  Frankfurt- 
Mayndakı  universitetin  nəzdində  fəaliyyət  göstərən  «Sosial  Tədqiqatlar 
İnstitutunda  və  ona  rəhbərlik  edən  M.Xorkhaymcriıı  ətrafında  toplaş­
mışdılar.  Həmin məktəbin  nümayəndələri  T.Adomo (1903-1969), Q.Maı- 
kuzc  (1898-1979),  L.Fromm  (1900-1980),  Y.Xabcrmas  (1929-cu  ildə 
anadan olmuşdur) və başqaları  olmuşdur.
Nasistlərin  hakimiyyət  başına  gəlməsindən  sonra  M.Xorkhaymcr  və 
onun  əməkdaşlarının  əksəriyyəti  Almaniyadan  mühacirət  etmişdir.  Himi 
işlər  əvvəlcə  Cenevrə  və  Parisdə,  I939-cu  ildən  isə  Kolumbiya 
universiteti  (ABŞ)  nəzdində  davam  etdirilmişdir.  Həmin  alimlərin  bir 
çoxu  1949-cu  ildə  Frank-furt-Mayna  qayıdaraq  burada  öz  elmi  işlərini 
davam etdirmişlər).
Erix  Fromm  üç  sahədə  -   psixologiya,  sosiologiya  və  fəlsəfə  sahə­
sində elmi tədqiqatlar aparmışdır.  Fromm özünün bütün yaradıcılıq həyatı 
ərzində  şərin  antropoloji  əsasları  üzərində  təhlillər  aparmış,  qədim  mü­
təfəkkirlər  kimi  şəri  həyatın  özünün  islaholunmaz  təzahürü  qismində 
dəyərləndirmişdir.
Yurgen Xabermas  sosioloq və sosial  filosof olmuşdur.  O, bütün  ya­
radıcılığı boyu ənənəvi  humanizm və mötədil  liberalizmin  mövqelərindən 
çıxış etmişdir.  Məhz buna görə də öz konsepsiyasını  «liberal  humanizm» 
adlandırmışdır.  Siyasi strukturların fərdi şüura sosial  təsirin zorakı  forma­
larım  rədd  edən  Xabermas  kompromis-konsensual  metodların  müm­
künlüyü və zəruriliyini əsaslandırmağa səy göstərmişdir.
1  Кульчар  К.  Göst.  əsori,  s.84.
157


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə