R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə37/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   33   34   35   36   37   38   39   40   ...   131

lar  öz-özlüyündə,  hər  şeydən  əvvəl,  sosial  fəaliyyətin  iııkişaf dərəcəsilə 
müəyyən  edilir.  Belə  qaydalar  bir  sıra  hallarda  şüurlu  surətdə  formalaş­
dırılır və elan olunurlar.
İnstitutların  qaydaları  ilə  öz  məzmununa  görə  obyektiv  olan  insan 
fəaliyyəti  qanunları  arasında  sıx  əlaqə  vardır.  Bu  və ya digər fəaliyyətin 
qaydalarının  müəyyən  edilməsi  onu  məhdudlaşdıran  və  spesifıkləşdirən 
qanunlarla  razılaşdırılmalıdır.  Ona  görə  də  qaydaları  bizim  düşündüyü­
müz  kimi  müəyyənləşdirmək  və dəyişdirmək  olmaz.  Deyək ki,  dilin qay­
daları  nitqlə  idarə  olunan  kommunikasiyanın  obyektiv  tələbləri  ilə  ra­
zılaşdırılmalıdır.
Yuxarıda göstərilənlər əsasında belə nəticəyə gəlmək olar:
1)  sosial  institutlar  qaydalarla  səciyyələndirilirlər,  bu  qaydalar  isə 
öz növbəsində məhduddur;
2) sosial institutlar fəaliyyət qanunları  ilə xarakterizə olunurlar;
3)  fəaliyyət  qanunları  cəmiyyətin  təbiətindəki  obyektiv  qanunauy­
ğunluqları əks etdirirlər.
Dövlətə münasibətdə bu o deməkdir ki, dövlət  sosial bir institut kimi 
müəyyən  hüquq  qaydalarına  uyğun  olaraq  (dövlət  hüquqi  şəxs  kimi, 
yaxud  daha  dəqiq  desək,  siyasi-hüquqi  fəaliyyətin  subyekti  kimi) 
fəaliyyət  göstərir.  Bu  fəaliyyət  isə  suveren  fəaliyyət  (suverenliyin  çərçi­
vələri  ilə)  qanunları  ilə  məhdudlaşdırılmışdır.  Həmin  qanunlar  müəyyən 
ərazi  sərhədləri  hüdudlarında  və  digər dövlətlərə  və xalqlara  münasibət­
də dövlətin obyektiv statusunu əks etdirir.
Dövlətin belə xarakteristikası göstərir ki, suverenlik anlayışının əsasında 
dövlətin  digər dövlətlərdən müstəqilliyinin  və azadlığının bcynəlxalq-hüquqi 
ideyası deyil, onun hakimiyyətinin xarakteri haqqında ideya dayanır.
Milli  suverenlik  sosioloji  təhlilin  obyekti  kimi.  Müəyyən  dövlətin 
ərazisində  yaşayan  bütün  şəxslər  onun  əhalisini  təşkil  edir  və  xalq  adını 
daşıyır.
«Xalq»  termini  iki  məna  daşıyır:  a)  hüquqi  məna;  b)  sosial  məna.  Hü­
quqi  nöqteyi-nəzərdən  xalq  dedikdə,  eyni  dövlət  hakimiyyətinin  hökmran­
lığına  tabe  olan  bütün  şəxslərin  məcmusu  başa  düşülür.  Xalqın  belə  anla­
yışını  molum  sosial  birlik  mənasında  olan  xalqdan  fərqləndirmək  lazımdır. 
Belə ki, sosial birlik mənada xalq dedikdəmillət nəzərdə tutulur.
«Millət» termini do iki  məna daşıyır:
1) sosial-mədəni mənada millət;
2)  etnoqrafik mənada millət.
138
Sosial-mədəni  mənada  millət dedikdə,  öz taleləri,  adət-ənənələri,  hə­
yat  tərzi  ilə  tarixən  sıx  birləşmiş  insanların  məcmusu  başa  düşülür. 
Etnoqrafik  mənada  millət  dedikdə,  təbii  mənşə  birliyi  ilə,  irqi  əlamətlər 
oxşarlığı  ilə və ifadəsi  vahid dil olan  mənəvi birliklə bağlı  olan  insanların 
məcmusu nəzərdə tutulur.
Xalq  sosial  qrup  və  siniflərdən  ibarət  olan  mürəkkəb  sosial  təşkilat­
dır.  Onun  sosial-sinfi  strukturu  təbii, obyektiv xarakterə malikdir.  Xalqın 
təbəqələrə bölgüsü  isə süni  xarakter daşıyır, çünki  o,  müəyyən dövlət tipi 
(məsələn,  feodal  dövlət  tipi)  çərçivəsində  yaradılan  və  hüquqla  təsbit 
edilən  hüquqi  təsnifata  tabedir.  Təbəqə  quruluşunun  fərqləndirici  əlaməti 
ölkə  əhalisinin  hüquq  və  vəzifələr  üzrə  müəyyən  sosial  qruplara  bölgü­
südür.  Bu  hüquq  və vəzifələr bu  və ya digər dövlətin  hüquq  qaydası  vasi­
təsilə sosial  qruplara həvalə olunur və nəsildən-nəslə irsən  keçir.
Təbəqə sərhədlərinin, yəni  cəmiyyətin  süni-hüquqi  parçalanmasının da­
ğıdılması  ona aparıb  çıxarır  ki,  cəmiyyətin  strukturu  milli  əlamətlər də daxil 
olmaqla, obyektiv-təbii əlamətlər əsasında müəyyən edilməyə başlayır.
XIX  yüzillikdə  elmdə  və  Avropa  cəmiyyətinin  həyatında  milli  prin­
sipin  üstünlük  qazanması  heç də təsadüfi  olmamışdır.  Bu prinsip ayrı-ayrı 
millətlərin  siyasi  cəhətdən  müstəqil  yaşamaq  hüququ  əldə  etməsini  tələb 
edirdi.  Milli  müstəqillik  ideyası  ilk  dəfə  ədəbiyyatda  görkəmli  fransız 
yazıçısı  A.L.J. de  Stalin (1766-1817)  Almaniya  haqqında əsərində (1810) 
formalaşdırılmış,  sonra  isə  Almaniyada  M.Q.I’ixte  tərəfindən  fəal  təbliğ 
edilmişdir.  Daha  sonralar  isə  milli  suverenlik  ideyası  başlıca  olaraq  ital­
yan  ədəbiyyatında  tədqiq edilmişdir.
Milli  suverenlik  zülmdən  azad  olmaq  və  ya  daha  güclü  dövlətlər  tə­
rəfindən himayə edilmək demək deyildir.  Milli müstəqilliyi milli suveren­
liklə  eyniləşdirmək  olmaz.  Milli  suverenlik  dövlət  institutunun  öz  gücü 
ilə sosial-iqtisadi  və siyasi  problemləri  müstəqil  həll  etmək azadlığıdır.
«Suverenlik»  anlayışının  tarixi  transformasiyaları  göstərirlər  ki,  su­
verenliyin  hərfən  dəyişiklikləri  Avropa  dövlətlərinin  həyalında  əhəmiy­
yətli  struktur  yenidən  qurmalarının  mərhələlərini  əks  etdirsələr  (cəmiy­
yətin  təbəqə  strukturundan  sinfi  struktura  keçidi)  də,  həmişə dövlətdaxili 
hüquqi quruculuq  siyasətilə bağlı olmuşlar.
Beləliklə,  bu  nəticəyə  gəlmək  olar  ki,  suverenlik  anlayışı  müstəsna 
dərəcədə dövlətin  daxili  ümumi  hüququna məxsusdur.
Suverenlik  prinsipi  beynəlxalq  hüquqda  tamamilə  başqa  -   eynitipli 
və  bərabər  hüquqlu  institutlar  arasında  subordinasiya  deyil,  əlaqələn­
dirmə  münasibətlərilə  müəyyən  edilən  prinsiplərlə  əvəz  olunur.  Dövlət
139


beynəlxalq  müqavilə  bağlayarkən  öz  suveren  səlahiyyətləri  dairəsindən 
çıxır  və  suverenliyə  deyil,  iki  və  ya  daha  çox  dövlətin  qarşılıqlı  və  azad 
razılığına əsaslanan  münasibətlər yaradır.
Deməli,  belə  nəticə  əldə  olunur:  dövlət  suverenliyinin  mahiyyəti on­
dan  ibarətdir ki,  o özündə  dövlət xassəsini ehtiva edir.  Dövlət suverenliyi 
məhz  bu  xassəsi  sayəsində  müstəsna  şəkildə  öz  hüququ  ilə  hökmranlıq 
edir.  Lakin  belə  hökmranlıq  yalnız  öz  ərazi  sərhədləri  daxilində  mövcud 
olur.  Yəni  suverenlik  -  bu,  dövlət hakimiyyətinin  özü deyil,  onun yalnız 
müəyyən xassəsidir.
Dövlətin  və  dövlət  suverenliyinin  belə  anlaşılması  zamanı  ali  suve­
renlik hüququnun  cəmiyyətə  (xalqa) müncər edilməsi zərurəti  aradan qalxır, 
çünki  cəmiyyət  sosial  institut  və  deməli,  müvafiq  surətdə  hüquqi  şəxs 
deyildir.  Bununla eyni  vaxtda qrupların, siniflərin və bütövlükdə cəmiyyətin 
sosial  mənafelərini  və  tələbatlarını  ifadə  edən  vasitə  kimi  ictimai  rəyin 
hüquqi rolu artır.  Konstitusiya dövlətində cəmiyyətin belə özünüifadosi təbii 
deyil,  qanuniləşdirilmiş  forma  və  üsulların  köməyilə  həyata  keçirilməlidir. 
Qanuniləşdirilmiş  fonna  və  üsullara  hakimiyyət  orqanlarına  keçirilən  seç­
kilər,  ictimai  təşkilatların  yaradılması,  yığıncaqlarda,  mitinqlərdə,  nümayiş­
lərdə, referendumda və s.  iştirak etmək aid edilir.
İctimai  rəy  xüsusilə  də  beynəlxalq  münasibətlər  sferasında  hüquq- 
yaratmanın  mühüm  mənbəyi  olur,  çünki  o,  adət hüququna yeni  məna ve­
rir.  Bu  halda  adətə  görə  arxaik  hüquq  (adət hüququ) öz yerini cəmiyyətin 
təbii  hüquq  maraqlarına  və  onun  struktur  komponentlərinə  (qruplara,  si­
niflərə)  verir.  Bu  maraqlar bu  və ya digər şəkildə  mədəni  ənənələri, adət­
ləri,  habelə  cəmiyyətin  inkişafının  təsərrüfat  həyatının  xüsusiyyətləri  ilə 
və elmi-texniki  tərəqqisilə bağlı olan ənənələrini  əks etdirirlər.
N.K.Mixaylovskinin  sosioloji  görüşləri.  Konstitusiya  dövləti, insan 
hüquqları,  sosial  inkişaf  yollarının  seçilməsi  haqqında  məsələnin  mey­
dana  çıxdığı  vaxt  hər  dəfə  «dövlət»,  «suverenlik»,  «cəmiyyət»,  «şəxsiy­
yət»,  «ictimai  rəy»  anlayışlarının  qarşılıqlı  əlaqəsinə  dair  problem  yara­
nır.  Həmin  problem  təhkimçilik  hüququnun  ləğvindən  sonra  Rusiya qar­
şısında  da  yaranmışdı.  Buna  ilk  reaksiya  verənlər  sırasında  hüquqşünas­
lar,  xüsusilə  də  raznoçinlor  (ilahiyyatçılar,  tacirlər,  meşşanlar,  xırda  mə­
murlar  və  s.  içərisindən  çıxanlar)  olmuşlar.  Görkəmli  publisist,  tənqidçi, 
elmi  nəzəriyyələri  ilə  tanınan  və  rus  xalqçılığmm  tanınmış  nəzəriyyəçisi 
Nikolay  Konstantinoviç  Mixaylovski  (1842-1904)  göstərilən  problemə 
meyl edənlərin  lideri hesab oluna bilər.
140
N.K.Mixaylovski  marksizmi  qəbul  etməmişdi.  O,  marksizmin  tən­
qidçilərindən  biri  olmuşdur.  Mixaylovski  bu  mövqeyində ömrünün  sonu- 
nadok ardıcıl tənqidçi  olaraq qalmışdır.
Həqiqi  birlik  və  ədalət  uğrunda  mübarizə  onun  həyatının,  yaradıcılı­
ğının və siyasi  fəaliyyətinin əsas mənası olmuşdur.
N.K.Mixaylovski  özünün  sosioloji  konsepsiyasında  XIX  yüzilliyin 
60-70-ci  illərində  populyar  olan  iki  ideya  cərəyanını  birləşdirməyə  cəhd 
göstərmişdir.  Bu  cərəyanlardan  birinin  nümayəndəsi  görkəmli  rus  filo­
sofu,  sosioloq  və publisisti  Pyotr Lavroviç Lavrov (1823-1900)  idi.  O, in­
qilabi  xalqçılığın  ideoloqu  olmuş,  ictimaiyyətşünaslığı  təbiətşünaslıqla 
əvəz etməyə səy göstərmişdir.
Digər  cərəyanın  nümayəndəsi  isə  N.Q.Çcrnışcvski  idi.  O,  ictimai 
elmləri  dalandan çıxarmaq üçün  islahatcdici əsaslar axtarırdı.
N.K.Mixaylovski  belə  hesab  edirdi  ki,  təbii  (təbiət  faktları)  faktlar 
sobəbiyyət  qanununa  tabedir  və  insan  onları  onların  üzərində  məhkəmə 
qurmadan  qəbul  etməyə məhkumdur.  Mədəniyyət  faktlarına gəldikdə  isə, 
insan  onların  dəyərləndirilməsinə,  izahına  və  onlardan  istifadəyə  görə  öz 
məsuliyyətini  hiss  etməlidir.  Ona  görə  də  sosiologiya  o  mənada  mütləq 
obyektiv  elm  ola  bilməz  ki,  həmin  mənada  təbii  elmlər  başa  düşülürlər. 
Dəyərləndirim  məqam,  subyektin  idrak  və praktiki  fəaliyyəti  məqamı  hə­
mişə sosioloq tərəfindən nəzərə alınmalıdır.
N.K.Mixaylovski  yazırdı  ki,  insan  gerçəkliyi  öz  məqsəd  və  ideallarına 
uyğun  şəkildə  dəyişdirməyə  cəhd  göstərir.  Bunun  belə  fəaliyyəti  mənəvi 
cəhətdən  qiymətləndirilməlidir.  Lakin  mənəviyyat kateqoriyası  subyektivdir, 
yəni  mənəviyyat  subyektiv  kateqoriyadır.  Məhz  buna  görə də  sosiologiyada 
nəinki  obyektiv  metodlardan,  həm də  subyektiv,  yəni  subyektin  idrak  xüsu­
siyyətlərini nəzərə alan metodlardan istifadə etmək lazımdır.
N.K.Mixaylovski  sosial  hadisələrin  psixoloji  izahının  təsiri  altında 
qəhrəmanların  və qaragiiruhun  konsepsiyasını  qurmuşdu.  Həmin  psixoloji 
doktrina  711  yüzilliyin  fransız  sosioloqu  və  kriminalisti  Q.Tardın  psixo­
loji  doktrinasına  yaxın  idi.  Lakin  Mixaylovskinin  doktrinası  daha  əvvəl 
yaranmışdı  və Q.Tardın doktrinasının təkrarı  ola bilməzdi.
N.K.Mixaylovski  hüquqa  sosioloji  yanaşmanın  ilk  rus  banilərindən 
biri hesab olunur.
P.L.Lavrovun  sosioloji  görüşləri.  Bəşər sivilizasiyası  tarixinin  baş­
lanğıcını  «tənqidi  fikrin»  meydana  gəlməsi  ilə  əlaqələndirən,  sosial  inki­
şafda  nail  olunmuş  hər  bir  səviyyəni  «mədəniyyət»,  gələcək  inkişafın,
141


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə