R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə33/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   29   30   31   32   33   34   35   36   ...   131

deyilənlərdə  verilmişdir.  Burada görünür ki,  bu vətəndaş  cəmiyyəti bütün 
tarixin  əsil  ocağı  vo  əsil  meydanıdır,  görünür ki,  tarixi  anlamaqda  həqiqi 
münasibətlərə  etina  etməyən  əvvəlki  anlayış  mənasız  idi,  zira  gurultulu 
və dəbdəbəli  əməlləri  gözdən keçirməklə kifayətlənirdi.
İndiyədək  biz  insan  fəaliyyətinin  başlıca  olaraq  bir  tərəfini  -   insan­
ların  təbiəti  işləyib  düzəltməsini  gözdən  keçirirdik.  Bu  fəaliyyətin  digər 
tərəfi  -   insanların  insanları  işləyib  düzəltməsidir...  Dövlətin  mənşəyi 
və dövlətin vətəndaş cəmiyyətinə münasibəti».1
«Vətəndaş  cəmiyyəti  məhsuldar  qüvvələrin  müəyyən  inkişaf  pilləsi 
çərçivəsində  fərdlərin  bütün  maddi  ünsiyyətini  əhatə  edir.  Bu  cəmiyyət 
müəyyən pillənin bütün ticarət və sənaye həyatını əhatə edir və buna görə də 
dövlət  və  millət  çərçivəsindən kənara çıxır,  hərçənd  digər tərəfdən, kənarda 
yenə  də  millət  şəklində  ortaya  çıxmalı  və  daxildə  dövlət  şəklində  qurul­
malıdır.  «Vətəndaş cəmiyyəti»  ifadəsi  XVIII  əsrdə, mülkiyyət münasibətləri 
antik  və  orta  əsr  ümumiliyindən  azad  olub  qurtulduğu  zaman  əmələ 
gəlmişdir.  Vətəndaş cəmiyyəti belə bir cəmiyyət olaraq,  ancaq buıjuaziya ilə 
birlikdə  inkişaf edir;  lakin bilavasitə  istehsaldan vo ünsiyyətdən inkişaf edən 
vo  bütün  zamanlarda  dövlətin  və  sair  idealist  üstqurumun  bazisini  təşkil 
ödən  ictimai təşkilat da həmişə eyni adla göstərilmişdir».1
 2
Utopiya  və  reallıq:  SSRİ-də  sosializmin  və  kommunizmin  qurul­
ması  tarixindən.  Ayrıca  götürülmüş  bir  sosialist  ölkəsində  kommuniz­
min  qurulması  təcrübəsi  inandırıcı  şəkildə  göstərdi  ki,  xüsusi  mülkiyyət 
institutu  olmadan  vo  əmtəə-pul  münasibətlərinin  deklarativ  surətdə inkar 
olunması  şəraitində bu, qeyri-mümkündür.  Mülkiyyət formalarının  SSRİ- 
də  konstilusiya  (məsələn,  kolxoz-kooperativ  mülkiyyəti,  dövlət  mülkiy­
yəti) ilə qanuniloşdirilməsi  və sərbəst bazar iqtisadiyyatının inadkarcasına 
kənara  qoyulması  məhsuldar  qüvvələrin  (hərbi  sənaye  sahəsi  istisna  ol­
maqla) inkişafını ləngitdi.3
1 Marks К .,  Engels F.  Seçilm iş əsərləri.  I c., s.30.
2  Yenə orada,  s.74.
3  M əsələn,  bax:  Абалкин  Л.И.  Неиспользованный  шанс:  Политра  года  в  правитель­
стве.  М .,  Политиздат,  1991;  Y en s  onun:  На  перепутье.  Размышления  о   судьбах  Рос­
сии.  М .,  РАН,  1993;  Ycno  onun:  В  тисках  кризиса.  М.,  РА Н ,  1994;  Корнай Я.  Дорога 
к  свободной  экономике  //  ЭКО;  Экономика  и  организации  промышленного  произ­
водства.  Новосибирс,  1990, №9-12; Ноув А.  Чему учит  опыт,  или вопросы без ответов // 
ЭКО;  Экономика  и организации  промышленного  производства.  Новосибирс,  1990,  №4, 
с.44-57;  Санто  Б.  Перевернув  страницу  коммунизма  //  ЭКО:  ЭКО;  Экономика  и  орга­
низации промышленного производства. Новосибирс,  1990, с. 155-166.
124
Keçmiş  Sovet  İttifaqında  baş  verənlərin  Avropanın  keçmiş  inkişaf 
etmiş  ölkələri  ilə  müqayisə  edən  hüquqşünaslar  qeyd  edirlər  ki,  bunun 
Rusiyada  1917-ci  il  oktyabr dövlət  çevrilişindən  dərhal  sonra  edilməsinə 
baxmayaraq,  Avropanın  sosialist  ölkələrindən  heç  birində  bütün  köhnə 
hüququ  bütövlükdə  ləğv  etmək  cəhdləri  müşahidə  olunmadı.  Avropanın 
sosialist  ölkələrində  yalnız  iqtisadi  vo  siyasi  strukturlar  sındırıldı,  lakin 
yurisprudcnsiyanın  özünü  doğrultmuş  vo  müsbət  nəticələr  verməkdə  da­
vam  edən  bəzi  nəzəri  vo  praktiki  sahələri  qorunub  saxlandı.  Doğrudur, 
köhnə  qanunlar  bu  vo  ya  digər dərəcədə  xüsusi  mülkiyyətlə  bağlı  olma­
salar  da,  onlar  yeni  iqtisadi  və  sosial-siyasi  sistemə  uyğun  şəkildə  təfsir 
(bəzən  bu  prosesdə  özbaşınalıqlara  yol  da  verilirdi)  edilir  və  bu  /.aman 
SSRİ-də  baş  alıb  gedən  düşünülməmiş  radikalizmə  yol  verilmirdi.  Belə 
düşünülməmiş  radikalizm  meylləri  keçmiş  SSRİ-nin  polis  dövlətlərinin 
xüsusi  tipindən birinə çevrildiyini xatırladırdı.
Göstərilənlərlə  əlaqədar  tanınmış  romanist  M.II.IIutızın  aşağıdakı 
mülahizələri  də  likrimizco,  maraq  doğurmaya bilməz.  Müəllif Roma  xü­
susi  hüququnun  əhəmiyyətindən  vo  bütövlükdə Qədim  Roma hüququnun 
XII  yüzillikdən  başlayaraq  Avropanın  demək  olar  ki,  əksər  ölkələrində 
intensiv  surətdə  rcscpsiyasından  (mənimsənilməsindən -  A.Q.) bəhs edə­
rək  yazır:  «E.o.  VIII  yüzillikdə  Romanın  Tibr  çayı  sahilində  yarandığı 
vaxt İtaliyanın orta hissəsində -  Latsiumda təşəkkül  tapmış  Roma hüququ 
13  yüzillik ərzində -  imperator Yustinianın (527-565) dövriinədək  inkişaf 
etmiş vo qüvvədə olmuşdur.  Maldarlıqdan əkinçilik pilləsinə keçən böyük 
olmayan  bir  polisin  (şəhər-dövlət  nəzərdə  tutulur -   A.Q.)  həmin  dövrdə 
formalaşmış  hüququ  cəmiyyətin  yüksək  inkişaf  edən,  əmtəə  istehsalına 
əsaslanan  hüquq  sisteminə  çevrilmiş  vo  sonrakı  dövrlərin  hüquqi  prak­
tikasına,  hüquq  mədəniyyətinə  böyük  təsir  göstərmişdir.  Bu  hüquq  sis­
temi  xüsusi  bir  predmet  kimi  müasir dünyanın  universitetlərində  indi  də 
öyrənilməkdədir.  Bu unikal hadisəni nə ilə izah etmək olar?
Roma  xüsusi  hüququ  Roma  imperiya  dövrünü  yaşamasaydı  belə,  o, 
öyrənilməyə layiq  idi.  Roma  xüsusi  hüququnun  orijinal  cəhətləri  onu  rel­
yef baxımından qədim hüquq  sistemlərindən  fərqləndirir.  Necə oldu  ki, o, 
«ümumdünya»  hüququna  çevrildi?  Cavab  sadədir:  Roma  xüsusi  hüqu­
qunda bəşər  mədəniyyəti  tarixinin  mərhələlərindən  biri  tam  parlaq  ifadə­
sini  tapmışdır.  Roma  klassik hüququnun  mənimsənilməsinə aşağıdakı  iki 
amil təsir göstərmişdir:
125


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə