R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə32/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   28   29   30   31   32   33   34   35   ...   131

proseslərinin,  eləcə  də  müxtəlif mürəkkəblik  dərəcəsinə  malik  olan  sis­
temlərin  fəaliyyət  göstərməsi  qanunauyğunluqlarının  izahı  zamanı  teleo- 
logizmi aradan qaldırmalı  olmuşlar.
Alimlərin  bu  və  bunlara  bənzər  suallara  cavabları  birmənalı  olma­
mışdır.  Fəlsəfı-spckulyativ mücərrədliklərə deyil,  canlı  insana və konkret 
insan kollektivlərinə (ailəyə, müxtəlif kiçik sosial qruplara, siniflərə və s.) 
aid  praktiki  əhəmiyyətli  problemlər  üzrə  sxolastik  bəhsləşmələrdən  qaç­
maqdan  ötrü  sosial  orqanizmlərin  və dövlət orqanizmlərinin empirik  təd­
qiqinə  kəskin  tələbat  yaranmışdır.  Belə  şəraitdə  Y.Erlix  tipli  sosioloji 
əsərlər meydana gəlmişdir.  Həmin sosioloji əsərlər əvvəllər mücərrəd fəl- 
səfı-etik  mükalimələrin  üstünlük  etdiyi  humanitar  bilik  sahələrində  hü­
quqşünasların  və  politoloqların  diqqətini  sosial  idrakın  metodologiya  və 
metodlarından geniş istifadənin zəruriliyinə yönəltməyə xidmət etmişdir.
2. Tarixi materializm  dövlət quruculuğunun 
real sosial-tarixi təcrübəsi fonunda
Ümumi  qeydlər.  Tarixi  materializm  (tarixin  matcrialistcəsinə  anla­
yışı)  marksist  ümumsosioloji  təlimdir.  Bu  təlim  tarixin  inkişafını  sosial- 
iqtisadi  formasiyalar  haqqında  təlim  kontekstində  izah  edir.1  Bu  nəzə­
riyyənin  əsasları  K.Marks  və F.Engclsin  «Alman  ideologiyası» adlı  birgə 
əsərində  işlənmişdir.  Bu  əsər  müəlliflərin  sağlığında  nəşr  edilməmişdir. 
«Fcycrbax.  Materialist  baxışla  idealist  baxışın  əksliyi»  adlanan  məşhur 
birinci  fəsil  1924-cü ildə ilk dəfə keçmiş  SSRİ-də işıq üzü görmüşdür.
K.Marks  və  F.Engcls  «Alman  ideologiyası»  üzərində  Brüsseldə  1845- 
1846-cı  illərdə  işləmişdilər.  Əsər bitmiş  əlyazma  şəklində  iki  cilddən  ibarət 
olmuşdur.  Birinci  cilddə  tarixi  materializmin  əsas  müddəaları  və
L.A.Fcycrbaxın (1804-1872), gənc Hcgelçi almanlar B.Baucmn (1809-1882) 
və  M.Ştirierin  (1806-1856)  fəlsəfi  görüşlərinin  tənqidi,  ikinci  cilddə  isə 
«həqiqi  sosializmin»  müxtəlif nümayəndələrinin  baxışlarının  tənqidi  ehtiva 
olunurdu. Cildlərin ümumi həcmi 50 çap vərəqi təşkil edirdi.
Cəmiyyətin  tarixi  inkişafının  marksistcəsinə  anlayışının  əsas 
müddəaları.  K.Marks  və  F.Engels  «Alman  ideologiyası»nda  tarixin 
marksistcəsinə anlayışının  izahına bəşər tarixinin zəruri zəminlərini nəyin
1  Mosolon,  bax:  Келле  В.,  Ковальзон  M.  Исторический  материал.  М.,Высшая  школа, 
1969;  Келле  В.Ж .,  Ковальзон  М.Я.  Теория  и  история  (Проблемы  теории  историчес­
кого  процесса).  М.,  Политиздат,  1981.
120
formalaşdırmasından  başlamışdır.  Iləmin  zəruri  zəminlərə  aşağıdakılar 
aid edilirdi:
1) cəmiyyətdə yaşayan və zəkaya malik olan adamların olması;
2) əmək fəaliyyəti;
3) əmək fəaliyyətinin maddi şərtləri.
Deməli, müəlliflər öz qarşısına insan varlığının genezisini  izah etmək 
vəzifəsini  (belə  vəzifəni  ilk  dəfə  Engels  özünün  başa  çatdıra  bilmədiyi 
«Təbiətin  dialektikası»  əsərinin  əlyazmasında  qarşısına  qoymuşdu)  qoy­
mamışdılar.  Bu  halda  onlar  tamamilə  düzgün  mövqedə  dayanmışdılar, 
çünki  onlar  özlərinin  əsas  marağını  insan  cəmiyyətinin  inkişaf  səbəb­
lərinin  və  mexanizminin  izahına  yönəltmişdilər.  Buna  görə  də  «Alman 
ideologiyası»nda  deyilirdi  ki,  «...bütün  alman  fəlsəfi  tənqidi  dini  tə­
səvvürlərin  tənqidi  ilə  məhdudlaşır.  Həqiqi  din  və  sözün  əsil  mənasında 
ilahiyyat burada  çıxış  nöqtəsi  vəzifəsini  görürdü.  Dini  şüur və dini  təsəv­
vürün  nə  demək  olduğuna  sonralar  müxtəlif şəkildə  tərif verilirdi.  Bütün 
tərəqqi  ondan  ibarət  idi  ki,  zahirən  hakim  olan  metafizik,  siyasi,  hüquqi, 
əxlaqi  və  başqa  təsəvvürlər  də  dini  təsəvvürlər  və  ya  ilahiyyat  təsəvvür­
ləri  sahəsinə gətirilib  çıxarılırdı,  bir də  ondan  ibarət  idi  ki,  siyasi,  hüquqi 
və  əxlaqi  şüur  dini  şüur  və  ya  ilahiyyat  şüuru  elan  edilirdi,  müəyyən 
siyasi,  hüquqi,  əxlaqi  keyfiyyətlərə  malik  insan  isə  -   nəticə  etibarı  ilə 
«ümumiyyətlə  insan»  -   dindar  insan  kimi  qələmə  verilirdi.  Dinin  hökm­
ranlığı  əvvəlcədən  fərz  edilirdi.  Hökmran  olan  hər  bir  münasibət  yavaş- 
yavaş  dini  münasibət  kimi  elan  edilməyə başlanır  və  pərəstişə  çevrilirdi, 
-  hüquqa  pərəstiş,  dövlətə  pərəstiş  və  i.a.  şəklini  alırdı.  Hər yerdə  yalnız 
ehkam və ehkama inam var idi  .
K.Marks  və F.Engcls  «Alman  idcoIogiyası»nda  tarixin  matcrialistcə­
sinə  anlaşmasında  əsas  yeri  müqəddəm  şərtlərin  tutduğunu  deyirdilər  ki, 
bunu  artıq  yuxarıda  qeyd  etdik.  Mütəfəkkirlər  göstərirdi  ki,  «insanları 
heyvanlardan  şüura  görə,  dinə  görə  -   ümumiyyətlə  istənilən  hər  şeyə 
görə,  fərqləndirmək  olar.  Onlar özləri  üçün zəruri  həyat  vasitələrini  isteh­
sal  etməyə  başlayan  kimi  özlərini  heyvanlardan  fərqləndirməyə  başlamış 
olurlar.  İnsanlar özləri  üçün zəruri olan həyat vasitələrini  istehsal etməklə 
öz maddi həyatlarının özünü də dolayı yolla istehsal edirlər».1
İnsanların  istehsal  etmək  sahəsində  fəaliyyəti  iki  nöqteyi-nəzərdən 
diqqəti  cəlb  edə  bilər:  a)  insanlar  nə  istehsal  edirlər;  b)  insanlar  necə 
istehsal edirlər.
1  Marks  К.,  Engels  F.  Seçilm iş osorlori.  I  e., s.9.
121


Deməli,  fordləıin  nə  olduqları  onların  istehsalının  maddi  şəraitindən 
asılıdır.  Fərdlərin  özlərinin  nədən  ibarət  olmaları  onların  istehsalı  ilə 
uyğunluq təşkil edir.
İnsanlar  özləri  üçün  zəruri  olan  həyat  vasitələrini  istehsal  edərkən 
müəyyən  üsuldan  istifadə  edirlər.  Bu  istehsal  üsulu  həmin  fərdlərin 
müəyyən  fəaliyyət  üsuludur,  onların  həyat  fəaliyyətinin  müəyyən  növü, 
müəyyən  həyat  tərzidir.  İstehsal  üsulu  əmək  bölgüsü  ilə  müəyyən  edilir. 
Əməyin  ixtisaslaşması  nə  qədər  yüksək  olarsa,  insan  cəmiyyətinin  tarixi 
inkişaf səviyyəsi  də bir o qədər yüksək olar.
Əmək  bölgüsünün  tarixən  əhəmiyyət  kəsb  edən  və  ən  mühüm  for­
ması  əkinçilik  əməyinin  sənayedən  və  ticarətdən  və  beləliklə  də  şəhərin 
kənddən ayrılmasıdır.  Əmək bölgüsünün növbəti  tarixi əhəmiyyətə malik 
olan pilləsi ticarətin sənaye əməyindən ayrılıb xüsusiləşməsidir.
K.Marks  və  F.Engclsə  görə,  «əmək  bölgüsünün müxtəlif inkişaf pil­
lələri  eyni  zamanda  müxtəlif mülkiyyət  formalarıdır.  Yəni  əmək  böl­
güsünün  hər bir pilləsi  fərdlərin materiala,  alətlərə  və  əmək  məhsullarına 
münasibətlərinə  uyğun  olaraq,  onların  bir-biri  ilə  münasibətlərini  də 
müəyyən edir».'
Göründüyü  kimi, tarixi  materializmin təməlli  anlayışlarından biri hü­
quq  elminin  təməlli  anlayışı  -   mülkiyyət  anlayışıdır.  K.Marks  və  F.En­
gels  bu  anlayışı  tətbiq  etməklə  insan  cəmiyyəti  tarixində  mülkiyyətin 
əmək  bölgüsünün  formalarına,  yəni  istehsal  üsuluna  müvafiq  olan  əsas 
formalarını  fərqləndirmişdir.  Məhz belə  fərqləndirmə sonradan əmək böl­
güsünün  mülkiyyət  formalarına,  mülkiyyət  formalarının  isə  tədricən 
bazar münasibətləri  formalarına keçidini  şortləşdirmişdir.  «Alman ideolo­
giyasında mülkiyyətin aşağıdakı  tarixi  formaları  müəyyən edilmişdir.
Mülkiyyətin  birinci  forması  tayfa  mülkiyyətidir.  Bu  mülkiyyət 
istehsalın  hələ  kifayət  qədər  inkişaf etməmiş  mərhələsinə  uyğundur.  Bu 
zaman insanlar əsasən ovçuluq və balıqçılıqla, maldarlıqla və ya daha çox 
əkinçiliklə  məşğul  olmaqla  yaşayırlar,  habelə  primitiv  əmək  alətlərindən 
istifadə  edirlər.  Bu  mərhələdə  əmək  bölgüsü  do  çox  zəif inkişaf edir  və 
ailədə təbii  şəkildə  əmələ  gələrək mövcud olan əmək bölgüsünün daha da 
genişlənməsi  ilə  məhdudlaşır:  tayfanın  patriarxal  başçısı,  ona  tabe  olan 
tayfa üzvləri, nəhayət, qullar.
Mülkiyyətin  ikinci  forması  antik  icma  və  dövlət  mülkiyyətidir.  Bu 1
1  Marks  К.,  Engels  F.  Seçilm iş  osorlori.  1  c.,  s. 10.
122
mülkiyyət  forması  bir  neçə  tayfanın  müqavilə  bağlamaq  və  ya  istilaçılıq 
yolu  ilə  bir  şəhərdə  birləşməsi  nəticəsində  meydana  gəlir  və  burada 
köləlik  mühafizə  olunaraq  qalır.  Bu  zaman  xüsusi  mülkiyyət  do  inkişaf 
edir,  lakin  bu  xüsusi  mülkiyyət  forması  icma  mülkiyyətinin  tabeliyində 
olur.  Əmək  bölgüsü  daha  artıq  inkişaf etmiş  xarakterdə  olur.  Artıq  şəhər 
ilə kənd arasında,  sonralar isə dövlətlər arasında əksliklərə təsadüf olunur, 
sənaye ilə ticarət arasında ziddiyyətlər müşahidə edilir.
Mülkiyyətin  üçüncü  forması  feodal  və  ya  silki  mülkiyyət  forma­
sıdır.  Bu mülkiyyət forması  kənd əməyindən asılı vəziyyətdə olur. Torpaq 
sahibliyinin bu  feodalizm quruluşuna şəhərlərdə  korporasiya  mülkiyyəti, 
sənətin  feodal  təşkili  uyğun  gəlirdi.  Burada  mülkiyyət  başlıca  olaraq  hər 
bir ayrıca fərdin əməyindən  ibarət idi.
Mülkiyyətin  dördüncü  forması  burjuaziya  mülkiyyət  formasıdır. 
Bu  mülkiyyət  formasının  yaranması  şəhərlər  arasındakı  əmək  bölgüsü 
ilə şərtləşir və nəticədə feodal-şəhər sexlərini manufakturalar əvəz edir.
Manufakturaların  meydana  gəlməsilə  müxtəlif  dövlətlər  bir-birilə 
rəqabət  aparır  və  ticarət  mübarizəsinə  başlayırlar.  Bununla  da  ticarət 
siyasi əhəmiyyət kəsb etməyə başlayır.
Ticarətin  və  manufakturaların  genişlənməsi  daşmar  kapital  yığımını 
sürətləndirir və  həm  də  iri  buıjuaziyanı  yaradır.  Beləliklə, yuxarıda sadalanan 
bütün istehsal formaları özlərinin tarixi mülkiyyət formalarına malikdirlər.
Marksist ortodoksal  ədəbiyyat bütün dünyagörüşün  buıjua xarakterdə 
olmasının  kəskin  tənqidə  məruz  qoyulmasına  baxmayaraq,  «Alman 
ideologiyası  fəlsəfi-hüquqi  dünyagörüşün,  insan  cəmiyyətinin  inkişaf 
tarixinə  fəlsəfi-hüquqi  baxışın  dəyərli  nümunəsidir.  Cəmiyyət  həyatında 
maddi  istehsalın  həlledici  rolu  haqqında  tarixi  materializmin  çox  mühüm 
müddəası  əsərdə  hərtərəfli  inkişaf etdirilmiş,  ilk  dəfə  məhsuldar qüvvələrlə 
istehsal  münasibətlərinin  dialcktikası  aydınlaşdırılmışdır.  «Alman  ideologi­
yası» bəşər cəmiyyətinin ümumi  strukturunun (məhsuldar qüvvələr -  istehsal 
münasibətləri  -   siyasi  üstqurum  --  ictimai  şüurun  formaları)  və  onun  tarixi 
inkişafının qanunauyğunluğunun dərk edilməsinə xeyli təkan vermişdir.
K.Marks və F.Engels  ö/,  konsepsiyalarının  izahını  verərək  qeyd edir­
dilər  ki,  «indiyədək  mövcud  olan  tarixi  pillələrin  hamısında  ünsiyyət 
forması  məhsuldar  qüvvələrlə  şərtləşən  və  öz  növbəsində  bu  qüvvələri 
şərtloşdirən  ünsiyyət  forması  vətəndaş  cəmiyyətidir  və  ...bu  cəmiyyətin 
müqəddəm şərtini və əsasını  adi  ailə və tayfa quruluşu  adlanan mürəkkəb 
ailə  təşkil  etmişdir;  vətəndaş  cəmiyyətinin  daha  ətraflı  tərifi  yuxarıda
123


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə