R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə35/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   31   32   33   34   35   36   37   38   ...   131

Nəzərə  almaq  lazımdır  ki,  XIX  yüzilliyin  ortalarında  dövloti  idarə­
etmə dövlət quruculuğu  və ya polis  (yun. politcia -  dövlət quruculuğu) 
adlandırırdılar.  XIX  yüzilliyin  birinci  yarısında  polis  (idarəetmə)  təhlü­
kəsizliyi və polis (idarəetmə) rifahı bir-birindən fərqləndirilirdi. Polis təh­
lükəsizliyi dedikdə,  əhalinin şəxsi və əmlak təhlükəsizliyini  təmin etməyə 
yönələn  dövlət  idarəetməsi,  polis  rifahı  dedikdə  isə,  əhalinin  maddi  və 
mənəvi  rifah  halının  təmin  olunmasına  yönəldilən  fəaliyyət  başa  düşü­
lürdü.
Polis  təhlükəsizliyinə,  hər  şeydən  əvvəl,  ölkənin  xarici  müdafiəsinin 
(ordunun),  sonra  isə  ölkənin  daxili  təhlükəsizliyinin  (sözün  məhdud  mə­
nasında  polis)  təmin  edilməsinin  təşkili  aid  olunurdu.  Dövlətin  xalq  sə­
viyyəsinin,  xalq maarifinin  ərzaqla,  emaledici  sənaye  məhsulları  ilə təmi­
natın təşkili sahəsindəki  qayğıları polis rifahı  sferasına daxil edilirdi.
Dövloti  idarəetmənin  adlandırılması  üçün  «polis» terminindən  istifa­
dənin  aradan  çıxması  nəticəsində  mürəkkəb  dövlət  həyatının  daxili  ida­
rəetməsinin  polis  təhlükəsizliyi  və  polis  rifahına  bölgiisü  də  tarix  səhnə­
sindən getmiş oldu.
Antik  dövrdə  hüquqyaratma  hakimiyyətin  funksiyası  kimi  qəbul  edil­
mirdi, çünki  dövlətdə adət hüquq normaları hökmranlıq edirdi.  Məhkəmənin 
milliləşdirilməsi  dövlət  hakimiyyətinin  möhkəmləndirilməsində  irəli  atılan 
mühüm  addım  idi.  Əgər  Orta  əsrlərdə  siyasi  hakimiyyət yurisdiksiya  (yun. 
jurisdictio  -  mühakimə icraat), məhkəmənin aparılması,  məhkəmə aidiyyəti, 
məhkəməni aparmaq hüququ, həmin dövlət orqanının səlahiyyətlərinin şamil 
olunduğu  hüquq  sferası),  məhkəmənin  həyata  keçirilməsi  qismində  çıxış 
edirdisə,  o,  Yeni  dövrün  dövlətində  əsasən  dövləti  idarəetməni  xatırladırdı. 
Məhz Yeni  dövrdə polis  haqqında  danışılırdı  ki,  yeni  dövlətin  bütün  təbiəti 
də polis dövləti adını özündə əks etdirirdi.
Məhkəmənin  tam  şəkildə  milliləşdirilməsi  və  dövləti  idarəetmənin 
geniş  inkişafı  dövləti  hüquqyaratmanın  müstəqil  subyektinə  çevirdi  və 
hakimiyyətin  qanunvericilik  funksiyasının  müəyyən  edilməsinə,  möh­
kəmlənməsinə  gətirib  çıxardı.  Dövlət  qanunvericiliyi  məhkəmə  qərarları 
üçün vahid  və möhkəm  hüquqi  norma  müəyyən  etdi.  İctimai  həyatın bü­
tün sahələri qanunvcricinin təsirinə tabe edildi.
Polis  dövlətindən  liberal  dövlətə  keçid.  Tarixi  inkişafın  müəyyən 
mərhələsində  dövlət  himayəsi  qapalı  təsərrüfatı  aradan  qaldıraraq  onu 
xalq  təsərrüfatı  səviyyəsinə  qaldırmışdı.  Lakin  burjuaziyanın  meydana 
gəlməsi  məhz  öz  inkişafı  üçün  azad  sahibkarlıq  fəaliyyətini  və  azad  rə­
qabəti tələb edirdi.
130
Belə  bir  tarixi  şəraitdə  həyat  liberalizm  tələbini  irəli  sürdü.  Libera­
lizm -   bu,  məqsədi,  şəxsiyyəti,  onun  hüquq  və  azadlıqlarını  dövlət  haki­
miyyətinin  amiranoliyindon  müdafiə  etmək  olan  sosial-fəlsəfi,  siyasi  və 
hüquqi  ideyaların məcmusudur.
Liberalizm  fəlsəfəsinin  kökləri  insanın və onun azad iradəsinin  müt­
ləq  dəyərini  təsdiq  edən  Renessans  dövrü  antropodisiyasmın  prinsipləri 
ilə bağlıdır.
Klassik  liberalizm  öz  metafizikasına,  ontologiyasına,  etikasına,  ck- 
zistensiologiyasına  və  antropologiyasına  malikdir.  O,  transendent  absol- 
yutları  qəbul  edir və təbii-hüquqi  dəyərləri  və  təbii  hüquq normalarını  hə­
min  absolyutlara  mtincər edir.  Klassik  liberalizmin  antropologiyası  insan 
mövcudatının  əzəli  vicdanlılıq  prczumpsiyasına  və  onun  öz  azadlığından 
ləyaqətlə  istifadə  edə  bilmək  qabiliyyətinə  əsaslanır.  Klassik  liberalizm 
üçün dövlət və şəxsiyyət müadil döyərlər qismində çıxış edir.
Liberal  siyasi  ideologiyanın  öndə  gedəni  üçüncü  təbəqə,  yəni  əllə­
rində xeyli pul kapitalının cəmləşdiyi varlı  şəhərlilər sinfi  - burjuaziya ol­
muşdur.  Məhz burjuaziyanın enerjili hücumu altında dövləti  idarəetmənin 
polis  sistemi  (rejimi)  əlindəki  hakimiyyəti  dövləti  idarəetmənin  liberal 
sisteminə güzəştə getməklə, öz mövqelərini itirmişdir.
Liberalizm  nə  demək  idi?  Onun  başlıca  tələbi  nədən  ibarət  idi? 
Liberalizm  dövlət  hakimiyyətindən  insanın  iqtisadi  və  mənəvi  həyatına 
qarışmamağı  tələb edirdi. Fiziokratlar və A.Smit bunda çox  israrlı  idilər.
Liberallar  dövlətin  vəzifəsini  ictimai  prosesləri  total  şəkildə  idarə 
etmədə deyil, müstəsna dərəcədə hiiquqyaratmada və məhkəmədə şəxsiy­
yətin  hüquq  və  azadlıqlarını  müdafiəetmədə  görürdülər.  Liberalların  ide­
yasına  görə,  hüququn  məqsədi  şəxsi  azadlıqları  təmin  etməkdən  ibarət 
olmalıdır.  Bu isə o demək  idi  ki, polis dövləti hüquqi  dövlətlə əvəz olun­
malıdır.
Artıq  XIX  yüzilliyin  ikinci  yarısında  sosial  məsələnin  ön  plana 
çəkildiyi  vaxt hüquqi  dövlət  doktrinasının  zəifliyi  aşkar  olundu.  Təcrübə 
göstərdi  ki,  insanlar  hətta  liberal  doktrinanın  da  ölçüləri  üzrə  bərabər 
deyillər.  Belə  ki,  sosial  cəhətdən  müdafiə  olunmayan  qruplar  (gənclər, 
qocalar,  qadınlar,  əlillər və  s.)  çox  və  ya  az  dərəcədə  normal  yaşamaları 
üçün,  əksinə,  dövlətin  müdaxilə  etməsini  tələb  edirlər.  Həmin qruplar öz­
lərinə  aid  bir  sıra  sosial  məsələlərin  həllini  dövlətin  buna  qarışmasında 
görürdülər.
131


Tarix  səhnəsinə  qüdrətli  kapitalist  inhisarlarının  gəlməsi  kapitalistlər 
tərəfindən  daxili  və  xarici  bazarlarda  iqtisadi  münasibətlərin  tənzimlən­
məsinə dövlət yardımının göstərilməsi tələbləri  ilə müşayiət olunurdu.  Bu 
isə  gündəliyə  dövlətdaxili  suverenliyin  və  beynəlxalq  hüququn  yeni 
təfsiri  haqqında məsələnin çıxarılması ilə nəticələndi.
Dövlətin  liberal  konsepsiyasından  sosial  dövlət  konsepsiyasına 
doğru. Müasir alman tədqiqatçı-alimləri tərəfindən tez-tez istifadə olunan 
sosial  siyasət  və  sosial  dövlət  konsepsiyası  XIX  yüzilliyin  ikinci  yarı­
sında gedən siyasi  diskussiyalar gedişində kristallaşmışdı.1 Həmin diskus­
siyaların mərkəzində aşağıdakı iki  sual dayanırdı:
1)  sənaye  proletariatının  buıjua  cəmiyyətinə  bu  cəmiyyətin  siyasi  haki­
miyyətinin institusional strukturlarına inteqrasiyası necə mümkündür?
2)  kapitalizmi  və  geniş  dcmokratiyalı  burjuaziya  sinfinin  hegemon­
luğunu sənaye proletariatı kütlələri ilə birlikdə necə yerləşdirməli?
1929-cu  ildə  alman  dövlotşünası  H.Hcllcr  burjuaziyanın  iqtisadi  və 
siyasi  diktaturasının  alternativi  qismində  sosial  hüquqi  dövlət  anlayışını 
irəli  sürdü.  Hcllerin  ideyasına  görə,  sosial  hüquqi  dövlət  kapitalist  bazar 
cəmiyyətinin  siyasi  prinsiplərlə  məhdudlaşdırılmasının  institusional  vasi­
təsidir.  Onun  fikrincə,  bu,  istehsalat  və  nemətlərin  bölgüsü  sferalarında 
formal-hüquqi  bərabərliyi  demokratik  öz  müqəddəratını  təyin  etmə  ilə 
uyğunlaşdıra bilərdi.
İnzibati  hüququn  yaranm ası  tarixi.  Dövlətin  cəmiyyətin  iqtisadi 
və  mənəvi  həyatına  qarışması  haqqında  yeni  təlim  əvvəlki  polis  dövləti 
nəzəriyyəsindən  əhəmiyyətli  dərəcədə  fərqlənirdi.  Bu  təlimin  yaradıcıları 
«polis»  terminindən  imtina  edərək,  dövləti  idarəetmənin  spesifik  forması 
kimi,  inzibatiləşdirmə  haqqında  danışmağa  başlamışdılar.  Bununla 
əlaqədar olaraq  inzibati  hüquq  nəzəriyyəçiləri  spesifik  libcral-dcmokratik 
anlamlı  hüquqi  dövlət  anlayışından  imtina  edir  və  müasir  dövləti  dövlət 
quruculuğu məqsədləri  deyil, onun  fəaliyyət üsulları,  vasitələri,  metodları 
və formaları nöqteyi-nəzərindən hüquqi dövlət qismində qəbul edirdilər.
1  Геллер  Э.  Условия  свободы:  гражданское  общ ество  и  его  исторические  соперники. 
М .,  1995;  История  политических  и  правовых  учений;  Учебник.  М.,  Инфра  и  М- 
Кодскс,  1995;  История  политических  и  правовых  учений  XIX  в.:  Учебник,  М.,  Нау­
ка,  1993;  Современные  социально-политические  теории.  М.,  МГУ,  1991;  Шумпетер 
И.Л.  Теория  экономического  развития.  М .,  Прогресс,  1982;  Y ens  onun:  Капитализм, 
социализм  и  демократия.  М.,  Экономика,  1995;  Хабермас  Ю.  Демократия.  Разум. 
Нравственность.  М .,  Наука, 
1992;  История  политических  учений,  ч.Н,  М., 
Ю ри длит.,  1978.
132
«İnzibati»  termini  çoxmənalıdır.  О,  ctimoloji  cəhətdən  latınca  «admi- 
nistrare»  sözündən  götürülmüşdür  və  hərfən  «üçün  xidmət»  deməkdir. 
«Ministrare»  feli  «ministris»-dən  törəmədir və  «xidmətçi»  deməkdir.  Həmin 
söz əsası  «minis» (аз) olan yiyəlik hal fonnasından ibarətdir.  «Minus» kökü­
nün olması  isə o barədə  şəhadət verir ki,  administrasiya tabelik vəziyyətində 
yerləşir, çünki onun üzərində həmişə kiminsə hakimiyyəti vardır.
Əgər  Yeni  dövrün  dövləti  idarə  elməyə  dair elm  tarixinə  diqqət  yetiri­
lərsə,  məlum  olar ki,  bu elmi  istiqamət  İngiltərə  və  Almaniyada XVIII  yüz­
illikdə yaranmışdır.  «Kamcral»  və ya «kameralistik» elmlər üzrə xüsusi  mü­
hazirələr  məhz  bu  dövlətlərin  universitetlərində  oxunmuşdur.  «Kamcralist» 
sözü  almancadan  tərcümədə  «dövləti  idarəetmə  elmi»  deməkdir,  sözün  özü 
isə «camera» (xəzinə) qədim latın sözündən götürülmüşdür.1
Kamcral  elmlərin  ilk  rüşcymlərinə  Şatlda (Fransa) kral komissarı  və­
zifəsində  işləmiş  fransız  Nikolas  de  la  Marcnin  (1639-1723)  «Polis  haq­
qında traktat»  əsərində təsadüf olunur.  Bu  dörd  cildlik  əsər  1707-1738-ci 
illərdə nəşr edilmişdir.  Marcni  «polis clmləri»nin banisi  hesab etmək olar. 
O,  bürokratik  xidmətlərin  strukturunu,  eləcə  də  onların  işinin  təhlili 
yollarını  və vasitələrini öyrənmişdir.
Almaniyada  ilk  kamcralist  alimlərdən  biri  Xristian  Volfun  şagirdi 
Jan Anri  Dycdonc  fon Justi  ( 1700-1771) olmuşdur.  1758-ci  ildən  1764-cü 
ilədək  onun  tərəfindən  pul  sistemi,  sənaye  müəssisələri,  kilsə  əmlakı  və 
dövlət  maliyyələri  haqqında  bir  sıra  əsərlər  nəşr  etdirilmişdir.  O,  Jan 
Etycn  Püttcrlə (1725-1807)  birlikdə  Almaniyada  kamcral  elmlərin  nəzəri 
əsaslarının  bünövrəsini qoymuşdur.
Kamcral  elmlərin  çiçəklənməsi  Vena  universitetinin  siyasi  elmlər 
üzrə  professoru  İosif fon  Soncnfclin  adı  ilə  bağlıdır.  O,  polisin,  peniten- 
siar müəssisələrin  maliyyə  sferasında  işlərinin  yaxşılaşdırılmasına  böyük 
töhfə verməklə dünya şöhrəti  qazanmışdır.
Kamcralist  alimlər  içərisində  ən  məşhuru  Lorcnts  fon  Ştcyn  olmuş­
dur.  Onun  əsas  əsəri  olan  «Dövləti  idarəetmə  nəzəriyyəsi»  8  cilddə  Ştut- 
qatda  1866-1884-cü  illərdə  nəşr  olunmuşdur.  Ştcyn  «Avstriya» jurnalına 
rəhbərik  etmiş,  həmin  jurnalda  dövləti  idarəetmənin  elmi  məsələləri  işıq­
1  Гурсц  С.  Введение  в  науку  управления.  М.,  Прогресс,  1069;  Драго  Р.  Администра­
тивная  наука.  М.,  Прогресс,  1982;  Старосьняк  Г.  Элементы  науки  управления.  М., 
Прогресс,  1965;  Тарановский  Ф.В.  Государственная  практика  и  канцелярская  наука 
в  XVIII  в.в  Германии.  Варшава,  1902;  Административное  право  зарубежных  стран. 
М„  СПАРК,  1996.
133


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə