R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə36/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   32   33   34   35   36   37   38   39   ...   131

landırılmışdır.  Ştcynin  və  onun  ardıcıllarının təklifləri  əsasında nazirliklərin 
təşkilində, qulluqçuların  seçilməsi və hazırlanması,  idarəetmə aparatının tək­
milləşdirilməsi  işlərində mühüm yenidənqurmalar həyata keçirilmişdir.  Ştey- 
nin  fikrincə,  dövləti  idarəetmə  elminin  məqsədi  «sosial  idarəetmə  prinsip­
lərinin həyata keçirilməsindən ibarətdir».
3.  Ilüquq sosiologiyasının nəzəri-metodoloji 
əsaslarının yaradılması
Ümumi  qeydlər.  Hüquq  sosiologiyası  sahəsində  tədqiqatların  mü­
hüm  problemi  sosial,  iqtisadi  vo  siyasi  deyərlər  problemidir.  Məhz  bu 
problemlər həmin hüquq sisteminə xidmət edirlər.
Nisbətən  yaxın  dövrlərdə  hüquqşünaslar,  bir  qayda  olaraq,  hələ 
sosioloji  tədqiqatlarla  məşğul  olmur,  sosioloqlar  isə  müxtəlif sənədlərin 
hüquqi  təhlilinə  dair  metod  və  üsullara  heç  də  lazımi  səviyyədə  malik 
deyildilər.  Yalnız XX yüzilliyin başlanğıcında Avropada çox və ya az də­
rəcədə  müntəzəm  tədqiqatların  aparılmasına  başlanıldı,  hüquqşünaslar, 
hüquq  sosioloq  və  filosofları  üçün  maraq  doğuran  müvafiq  materiallar 
toplandı.
Diqqətəlayiq  haldır  ki,  hüquqa  sosioloji  yanaşma  ənənələrinin  ilk 
rtişeyınləri  sosioloqlardan  daha  çox,  hüquqşünasların  adı  ilə  bağlıdır.  Bu, 
hüquqşünasların  cəmiyyət  həyatında  baş  verən  müxtəlif  hadisə  və  pro­
sesləri  əks etdirən ayrı-ayrı  sosial  məzmunlu  sənədlərlə rastlaşmalarından 
irəli  gəlmişdir.  Bir  fakt  da  diqqətəlayiqdir  ki,  1894-cü  ildə  keçirilmiş 
Beynəlxalq  Sosiologiya  İnstitutunun  1-ci  konqresi  iştirakçılarının  xeyli 
hissəsi  hüquqşünaslardan  ibarət olmuşdur.
Məhz  ilk  dəfə  hüquqşünaslar  öz  təcrübələri  əsasında  ictimai  rəyin 
mühümlüyünü  və  əhəmiyyətini  qiymətləndirmiş,  sosioloqların  diqqətini 
bu  fenomenə  yönəltmişlər.  İctimai  rəyin XIX-XX yüzilliklərdə təlqinedi- 
ci  siyasi  məna  daşıdığını  da  ilk  dəfə  məhz  hüquqşünaslar  sosioloqların 
diqqətinə  çatdırmışdır.  Elə  bunun  nəticəsidir  ki,  müasir  dövrdə  sosioloji 
müəssisə  və  mərkəzlərin  böyük  əksəriyyəti  müstəsna  dərəcədə  ictimai 
rəyin təhlili  ilə məşğuldur.
İctimai  rəy  və  hüquq  sosiologiyası.  Görkəmli  rus  hüquqşünası  və 
parlaq  məhkəmə  natiqi  Anatoli  Fyodroviç  Koni  (1844-1927)  bir  vaxtlar 
qeyd  edirdi  ki,  hakimə  olan  inam  onun  fəaliyyətinin  zəruri  şərtidir.  Ha­
134
kim qanunvcricinin məqsədlərinin  canlı  və müstəqil  ifadəçisidir.  Onun vicda­
nının  göstərişləri  ilə  özbaşınalığı  arasında  böyük  fərq  vardır.  Müasir  cinayət 
prosesi  hakimi  canlı  insanla  üz-üzə  qoyur.  Aşkarlıq  vo  şifahilik  məhkəmə 
icraatında  mühakimə  etmək  üçün  materialın  qavranılmasının  başlanğıcını 
qoydu. Hakim fəaliyyətinin yeni elementi də məhz bundan yarandı.1
Heç  bir xüsusi  izah  olmadan  bu mülahizələri  dərk  etmək çətin  deyil­
dir.  Lakin  A.F.Koni  məlum  həqiqətlərə  istinad  etməklə  kifayətlənmirdi. 
O,  bütün  ciddiliyi  ilə  göstərirdi  ki,  hakimlərə  xarici  təsir  amilləri  içəri­
sində ictimai rəyin xüsusi yeri  vardır.
Bu paraqrafın  «ictimai  rəy»  anlayışı  ilə  başlaması  heç də təsadüfi  de­
yildir.  Məsələ burasındadır ki,  göstərilən  anlayışın  «konstitusiya dövləti», 
«suverenlik»,  «beynəlxalq  hüquq»,  «adət hüququ»  anlayışları  ilə  və digər 
mühüm  hüquqi  anlayışlarla  birbaşa  əlaqəsi  vardır.  Onun  təhlili  elə  gizli 
mexanizmləri  aşkar  etməyə  imkan  verir  ki,  hüquqşünaslar  sosiologiyaya 
müraciət  etmək  və  onun  metodoloji  vasitələrinin  işlənib  hazırlanmasında 
iştirak etmək məcburiyyətində qalırlar.
Qeyd  etmək  lazımdır ki,  «rəy»  anlayışı,  hər  şeydən  əvvəl,  fəlsəfi  an­
layışdır.  O  bu  «elmlər  clmiwndə  ən  qədim  dövrlərdən  kök  salmışdır.  Hə­
min  anlayış  ilk  dəfə  hələ  qədim  yunan  filosoflarının  diqqətini  özünə  cəlb 
etmişdi.  Belə  ki,  antik  filosoflar  «rəy»  (doksa)  və  «bilik»  (epistema) 
anlayışlarını  bir-birindən  fərqləndirirdilər.  Qədim  yunan  fəlsəfi  fikrinin 
erkən  mərhələlərində  rəy  və  bilik  anlayışlarının  bir-birindən  fərqləndiril­
məsi  ilahi  biliyin  «dəqiqliyi»  və  insan  biliklərinin  «təqribiliyi»  haqqın­
dakı  təsəvvürlərlə şərtləşirdi.
Platonda  «rəy»  anlayışı  həqiqi  biliklə  (həqiqi  varlıqla)  biliksizlik 
(yoxluq)  arasında aralıq  yeri  tuturdu.  Platonun  izahında  rəy  insanın  inam 
və güman sahəsi  idi.
«Rəy»  anlayışı  məzmununun  təhlilində növbəti  addım  Aristotel  tərə­
findən  atılmışdır.  Aristotel  fəlsəfəsinə  uyğun  olaraq  bilik  iki  növə  bölü­
nür:  a)  bilavasitə-iııtuitiv  bilik;  b)  diskursiv  bilik.  Diskursiv  bilik  də  öz 
növbəsində apodiktik biliyə və diolektik biliyə bölünür.
«İctimai»  istilayı  əlavə bir  söz kimi  «rəy»  anlayışına  dəyər xarakteri 
verir.  Bu,  sadəcə dəyər deyil,  əgər ictimai proses və hadisələrin  dövlət tə­
rəfindən  idarə  olunması  nəzərə  alınarsa,  siyasi  və  iqtisadi  nöqteyi-nə­
zərdən nəzərdə tutulan dəyərdir.
1  Кони  Л.Ф.  Избранные  произведения.  M.,  10ри д.ли т.!956, с .33.
135


Varlıların  hakimiyyəti  xüsusilə  də  o  vaxt  ictimai  rəylə  hesablaşmalı 
olur ki, cəmiyyət «xalq»  anlayışı  sayəsində  suverenin  roluna qarşı  tələb­
lər  irəli  stiriir,  yəni  nümayəndəli  hakimiyyəti  haqqında  məsələ  qaldırılır. 
Başqa sözlə,  ictimai rəy problemi bu və ya digər dərəcədə hüquqi görkəm 
alır.
Konstitusiya  dövləti  və vətəndaşların  suveren  hüquqları  sosioloji 
təhlilin  obyekti  kimi.  XV1I1  yüzilliyin  ortalarında  İngiltərədən kontinen­
tal  Avropaya  yayılan  konstitusiya  dövləti  doktrinası  ictimai  rəy haqqında 
siyasi-hiiquqi  təsəvvürlərin  formalaşmasına əhəmiyyətli  təsir göstərmişdi. 
Şəxsiyyətin  və  sosial  qrupların  hüquqlarının  kral  hakimiyyətinin  mütlə­
qiyyətindən  müdafiəsi  həmin doktrinanın başlıca məqsədi olmuşdur. Gös­
tərilən  məqsədə nail  olmağın vasitələri aşağıdakılardan  ibarət idi:
1) dövlət hakimiyyətinin miisbət qanunlarla məhdudlaşdırılması;
2)  orqanlardan  heç  birinin  dövlət  hakimiyyətinin  qeyri-məhdud  nü­
mayəndəsi  olmayacağı  şərtilə  dövlət  hakimiyyətinin  ayrı-ayrı  funksiyala­
rının  müxtəlif  orqanlar  arasında  bölgüsü  vasitəsilə  hakimiyyət  orqan­
larının məhdudlaşdırılması;
3)  qanunvericilikdə  və  dövləti  idarəetmədə  iştirak  da  daxil  olmaqla, 
vətəndaşların müəyyən  siyasi hüquqlarının tanınması.
Şəxsiyyətin  mülki  və  siyasi  hüquqlarının  müdafiəsi  XIX  yüzilliyin 
birinci  yarısında  konstitusiya  dövləti  doktrinasının  başlıca  nümayən­
dələrindən  biri  olan  məşhur  fransız  yazıçısı,  publisisti  və  siyasətçisi 
Hcnjamcn  Konstanı  (Bcnjamcn  Anri  Konstaıı  de  Rebek,  1767-1830)  su­
verenliyin  sonsuzluğu  ideyasının  inkarına  gətirib  çıxardı.  Onun  ideyasına 
uyğun  olaraq  cəmiyyətin  bütövlükdə  öz  üzvlərinə  münasibətdə  sonsuz 
suverenliyə  malik  olması  haqqında  düşünmək  səhv  olardı.  Yurisdiksiya- 
nın  suverenliyi  fərdi  həyatın  və  şəxsi  müstəqilliyin  başlandığı  yerdə 
qurtarır.  Ayrıca  insanın  hüquqları  sərhədlərini  aşan  cəmiyyət  ziyanlı  və 
despotik  cəmiyyətdir.  J.-J.Russonun  bu həqiqəti  dərk etməməsi nəticəsin­
də  onun  bütün  insan  hüquqlarının  cəmiyyətin  xeyrinə  tam  və  şərtsiz 
olaraq  özgəninkiləşdirilməsini  nəzərdə  tutan  ictimai  müqaviləsi  hər  cür 
növdən  olan  despotizmin  on  dəhşətli  ideoloji  köməkçisinə  çevrildi  ki, 
bunu, da Böyük fransız  inqilabı nümayiş etdirdi.
Mülki  azadlıq  hüquqları  anlayışı  yalnız  Yeni  dövrdə  inkişaf etdi.  O, 
birinci  dəfə  XVIII  yüzillikdə  vətəndaş  hüquqlarının  dövlət  üçün  təbii  və 
toxunulmaz  olduğunu  elan  etmiş  ingilis  konqreqasionalistləri  və  inde- 
pcndtləıi  sayəsində  təzahür etdi.  İkinci  İngilis  inqilabının  (1688-1689-cu
136
illərdə  baş  vermiş  həmin  inqilab  «Şanlı  inqilab»  adlandırılsa  da,  faktiki 
olaraq  dövlət  çevrilişi  idi)  sonunda  ingilis  vətəndaşlarının  bu  hüquqları 
1689-cu  il  hüquqlar  haqqında  Bili  tərəfindən  qəti  surətdə  tanındı  və  və­
təndaş  azadlığı  hüquqları  haqqında  təlim  C.Lokkun  və  görkəmli  ingilis 
hüquqşünası  Uillam  Blekstonun  (1723-1780)  əsərlərində  öz  inkişafını 
tapdı.  Dövlətin  müdaxilə  etməməli  olduğu  vətəndaşın  fəaliyyət  sfcrasın- 
dakı xüsusi  azadlıq  hüquqlarının olması  haqqında təsəvvürlər ingilis  müs­
təmləkəçiləri  tərəfindən  Amerikaya  aparıldı  və  həmin  hüquqlar  1776-cı 
ildə  xüsusi  bəyannamələr  şəklində  Şimali  Amerikada  təşkil  edilmiş  ştat­
ların  konstitusiyalarında  təsbit  edildilər.  Bu  bəyannamələr  26  avqust 
1789-cu  il  tarixdə  verilmiş  İıısaıı  və  vətəndaş  hüquqları  Bəyannaməsinin 
(fransız  Bəyannaməsi)  prototipi  oldu.  Mülki  azadlıq  hüquqlarına  xüsusi 
əhəmiyyət  verən  Beııjamen  Konstaıı  güman  edirdi  ki,  Yeni  zəmanənin 
xalqları  vətəndaşlara  nəinki  dövlət  hakimiyyətində  iştirak  etmək  hüqu­
qunun  verilməsini,  həm də  vətəndaş  hüquqlarının  dövlətin  qüdrətilə  məh- 
dudlaşdırılmamasını  tələb  edirdilər.  Mütəfəkkir həmin  hüquqlarda  dövlət 
suverenliyinin həddini  görürdü.
Dövlət  sosial  institut  və  hüquqi  şəxs  kimi.  Deməli,  nə  bütövlükdə 
cəmiyyət,  nə də dövlət  orqanları  mütləq  suverenliyə malik  deyillər,  malik 
ola  bilməzlər  və  olmamalıdırlar.  Bu  hüquq  hüquqi  şəxs  kimi  dövlətə 
məxsusdur.  Ilüqııqi  şəxs  qismində  tanınan  belə  dövlət  dedikdə,  sosial 
institut nəzərdə tutulur.
Sosioloqlar  «sosial  institut»  istilahını  yurisprudensiyadan  əxz  edib­
lər.  Həmin  istilahla  yurisprudcıısiyada  sosial-hüquqi  münasibətləri  tən­
zimləyən hüquq normalarının  məcmusu göstərilir.
Hər  cür  institut  sosial  cəhətdən  müəyyən  edilən,  qrııp,  sinif,  bütöv­
lükdə  cəmiyyət  tərəfindən  sosial  cəhətdən  tanınan  təyin  etmədən  başqa 
bir şey deyildir,
Müxtəlif təsisatlar (məsələn, dövlət, nazirlik, ordu, məscid və s.), elə­
cə  do  məişətdə  və  xidmətdə  davranışın  xarakterini  və  formalarını  müəy­
yən edən sosial  normalar «sosial  institut» anlayışı  ilə əhatə olunur.
Sosial  institutlar  toxunmalı  və  ya  gözlə  görməli  olan  maddi  pred- 
mctlər  deyillər.  Sosial  institutların  fərqləndirici  cəhəti  onların  fəaliyyət 
qaydalarının  olmasıdır.  Sosial  institutları  insanlar yaradırlar.  Bu,  insan- 
lalara  müxtəlif fəaliyyəti  həyata  keçirməkdən  ötrü  lazım  olur.  Sosial  in­
stitutlar  həm  do  qrammatika  və  ya  hansısa  idman  qaydalarına  bənzər 
müəyyən prosedur qaydalarını qəbul  etmək üçün zəruridir.  Belə qayda­
137


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə