R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə38/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   34   35   36   37   38   39   40   41   ...   131

yüksək  sivilizasiyanın  əsası kimi  qiymətləndirən rus filosofu,  sosioloq və 
publisistlərindən  biri  Pyotr  Lavroviç  Lavrov  (1823-1900)  olmuşdur.  O, 
rus  inqilabi  xalqçılığının  ideoloqu  kimi  XIX  yüzilliyin  70-80-ci  illərində 
Rusiya  inqilabi  hərəkatına  böyük  təsir  göstərmişdi.  N.K.Mixaylovskidən 
fərqli  olaraq, K.Marks və F.Engelso rəğbət bəsləmişdir.
P.L.Lavrov  bir  filosof kimi  XIX  yüzilliyin  50-ci  illərinin  sonunda  rus 
realist estetikasının banisi,  Hegel fəlsəfəsi  ilə maraqlanan V.Q.Belinski və rus 
publisisti,  materialist  filosof A.İ.Gertscnin  və  alman  klassik  fəlsəfəsinin təsiri 
altında  formalaşmış,  öz  baxışlar  sistemini  «realizm»  adlandırmışdır.  Buraya 
«materializm»  (təbiət  haqqında  təlim),  «antropologizm»  (insan  və  cəmiyyət 
haqqında təlim) və «pozitivizm» (elmilik tələbi) daxildir.
P.L.Lavrovun  ideyasına  görə  tərəqqinin  hərəkətverici  motivləri  3 
qrup  insan tələbatıdır:
1)  əsas  tələbatlar  -   zooloji,  sosioloji  (qidalanmaq  və  təhlükəsizlik, 
əsəb gərginliyi);
2) müvəqqəti tələbatlar  -  dövlət,  mülkiyyət,  dini formalar;
3) inkişaf tələbatları -- tarixi  həyat.
P.L.Lavrovun  fikrincə,  sosial  inkişafın  məqsədi  insanların  həmrəyli­
yinin  gücləndirilməsindən  ibarətdir.  Bunu  isə  təbiəti,  insanı  və təfəkkürü 
elmi  cəhətdən  dərk  etmədən  həyata  keçirmək  qeyri-mümkiindür.  O,  belə 
hesab  edirdi  ki,  həmrəyliyə  can  atmaqla  insanlar  gələcək  cəmiyyətin 
ideallarını  hazırlamalı,  bunun  üçün  zəhmətkeşlərin  mövqelərində  da­
yanmalıdırlar.
N.İ.Karyevin  əsərlərində  sosiologiya.  Hüquqa  sosioloji  yanaşma 
problemləri  ilə  məşğul  olanlar  içərisində  ikinci  sırada  Peterburq  univer­
sitetinin  Avropa  tarixi  üzrə  professoru,  sosioloq  Nikolay  İnvanoviç  Kar- 
yev  (1850-1931)  dayanır.  O, 7  cildlik  «Yeni  dövrdə Qərbi  Avropa tarixi» 
(1892-1917),  «Sosiologiyaya giriş» (1897),  «Sosiologiyanın ümumi əsas­
ları»  (1919),  «Rus  sosiologiyası  əsasları»  (nəşr  edilməmiş  böyük  əsər) 
kimi toməlli əsərlərin  müəllifidir.
Tarixçilərin  fikrincə,  N.İ.Karyev  Rusiya  akademik  mühitində poziti- 
vistlərin  birinci  nəslinə  mənsubdur.  Onun  bir  sıra  tarixi-sosioloji  əsərləri 
hüquq sosiologiyası  ilə bilavasitə bağlıdır və onlar bizim Qərbi Avropada 
elmi-hüquqi  təfəkkürün  formalaşması  haqqında  təsəvvürlərimizi əhəmiy­
yətli  şəkildə  dəqiqləşdirir.  O  cümlədən  «Müasir  xalq-hüquqi  dövlətin 
mənşəyi»  (1908)  kitabının  çox  maraqlı,  dərin  və  məzmunlu  olduğunu 
qeyd etmək olar.
142
S.A.Muromtscvin  hüquq  sosiologiyası.  Hüquq  sosiologiyası  xüsusi 
olaraq məşhur rus hüquqşünası,  alimi,  publisisti  və  zem xadimi  (Zemstvo 
yığıncağının  üzvü)  Sergey  Andreyeviç  Muromtsevin  (1850-1910)  əsərlə­
rindən  başlanır.
E.A.Kistyakovskinin  sözlərinə  görə,  rus  elm  aləmi  onunla  fəxr  edə 
bilər  ki,  digər  elmlərdən  əvvəl  məhz  rus  elmi-hiiquq  ədəbiyyatında  hü­
ququ  sosial hadisə kimi öyrənmək tələbi  irəli  sürüldü.
III  yüzilliyin  70-ci  illərində  məhz  Muromtsev  birinci  və  fövqəladə 
ardıcıllıqla  hüquq  nəzəriyyəsinin  nizami  sosial-elmi  əsaslarını  işləyib  ha­
zırladı.  Onun  hüquqa  dair  həmin  nəzəriyyəsi  1879-cu  ildə  yazdığı  «hü­
ququn  tərifi  və  əsas  bölgüsü»  adlı  kitabında  parlaq  ifadəsini  tapmışdır. 
Bu,  demək olar ki,  hüquq  sosiologiyasının  baniləri  hesab ediləcək  Y.Erlix 
və R.Paunddan bir neçə onillik əvvəl  həyata keçirilmişdi.
1875-1884-cü  illər S.A.Muromtscvin  Moskva  universitetində  profes­
sorluq  fəaliyyəti  dövrüdür.  Bu dövrdə o,  başlıca elmi  əsərlərini  yazmış  və 
həmin  əsərlər  ona  şöhrət  qazandırmışdır.  Məhz  həmin  əsərləri  sayəsində 
o,  rus  hüquqşünaslığında  sosioloji  istiqamətin  başçısı  hesab  olunmuşdur. 
Bu  əsərlərə aşağıdakılar aid  edilir:
1) «Dövlət hüququnun ümumi nəzəriyyəsinin oçerkləri» (1H77);
2)  «Qədim  Roma mülki  hiiququ» (1883);
3)  «Qərbdə Roma hüququnun rcscpsiyası» (1886);
4) «hüquq ehkamı nədir?» (1884) və s.
Sosiologiyanın xarakterinə və ümumi  vəzifələrinə  uyğun  olaraq,  Mu­
romtsev  tərəfindən  hüququn  sosioloji  cəhətdən  öyrənilməsi  tələbi  irəli 
sürülmüşdür.  Həmin  tələb  hüququn  mənşəyinin  və  inkişafının  sosial  sə­
bəblərinin kəşfinə istiqamətləndirilmişdi.
Sosioloji  nöqteyi-nəzərdən  hüquq  münasibətləri  ictimai  münasibət­
lərin xüsusi  halıdır.  S.A.Muromtsev belə hesab edirdi  ki,  məhz  buna görə 
də  hüququn  anlayışının  işlənib  hazırlanmasına  normalardan  və  qaydalar­
dan  deyil,  ictimai  münasibətlərin  təhlilindən  başlamaq  lazımdır.  Burada 
söhbət  hüquq  münasibətləri  kimi  səciyyələndirilən  ictimai  münasibətlər 
haqqında  gedir.  Deməli,  hüquq  normalarının  məcmusu  əvəzinə  hüquq 
dedikdə,  hüquq münasibətlərinin  məcmusunu və ya hüquq qaydası  adlan­
dırılan  münasibətləri  başa  düşmək  lazımdır.  Bu  nöqteyi-nəzərdən  hüquq 
normaları hüquq qaydasının bəzi  atributlarından ibrətdir.
S.A.Muromtsev  inkişaf etmiş  hüquq qaydası tərkibində aşağıdakı  iki 
elementi  fərqləndirirdi:
143


1)  bütövlükdə  bütün  hüquq  qaydasının  xarakterini  müəyyən  edən 
hüquq institutları;
2) hüquq qaydasının komponentlərini yaradan və ya onların meydana 
gəlməsindən  ibarət olan pərakəndə və azsaylı münasibətlər.
Hüququn  sosioloji  cəhətdən  öyrənilməsi  mülki  hüquq  faktlarının 
təsvirinə  yönəldilən  və  məqsədi  xalis  hazırlıq  işlərindən  ibarət  olan  hü­
quqi  ehkama  qarşı  qoyulurdu.  Muromtsevin  fikrincə,  hüquqi  ehkam  elm 
deyil,  «incəsənət»,  yəni  tətbiqi,  texniki-köməkçi  fəndir.  Hüquqi  materia­
lın  sistemləşdirilməsi  və  təsnifləşdirilməsi  kimi,  hüquqi  ehkam  yalnız  o 
vaxt uğurla tədqiq oluna bilər ki, o,  sosiologiya  ilə sıx bağlı olan hüququn 
elmi-obyektiv  nəzəriyyəsinə  arxalansın.  Muromtsevin  nöqteyi-nəzərmcə, 
hüquq  nəzəriyyəsi  ancaq  sosioloji  fənn  kimi  mümkün  ola bilər.  Hüququn 
sosioloji  nəzəriyyəsi  do  öz  növbəsində  bir  elm  kimi  tarixi-müqayisəli 
metodla sıx əlaqədə qurulmalıdır.
S.A.Muromtscv  hüququn  iimumi  nəzəriyyəsi  əsasında  tətbiqi  fənnin 
-   hüquq  siyasəti  fənninin  yaradılması  vəzifəsini  irəli  sürürdü.  Bu  hüquq 
siyasəti  fənni  öz  məzmununa  görə  L.İ.Pctrajilskinin  hüquq  siyasətindən 
fərqlənirdi. Muromtsevə görə, hüquq  siyasətinin  məqsədi mövcud qurulu­
şun  çatışmazlıqlarının  aradan  qaldırılması  üzrə  tədbirlər  işləyib  hazırla­
maqdan  ibarət olmalıdır.
A.A.Muromtscv  apardığı  təhlillər  və  müşahidələr  əsasında  belə  bir 
nəticəyə gəlirdi  ki, hüquqşiinaslıq aşağıdakı iiç hissədən ibarət olmalıdır:
1) hüququn obyektiv-elmi tədqiqi (əsil mənada hüquq elmi);
2) hüququn praktiki,  tətbiqi  sahəsi kimi, hüquq siyasəti;
3)  hüquq  normalarının  və  institutlarının  təsvirinə,  sistcmloşdiril- 
məsinə,  təsnifləşdirilməsinə  və  şərh  edilməsinə  yönəldilən  texniki-totbiqi 
fənn  kimi, hüquq ehkamı.
S.A.Muromtsevin  izahında  hüququn  sosioloji  cəhətdən  öyrənilməsi 
hüquq elmi sahəsi  kimi  təzahür edir.
M.M.Kovalevskinin  tarixə,  iqtisadiyyata  və  hüquqa  sosioloji  ya­
naşması.  Maksim  Maksimoviç  Kovalevski  (1851-1916)  S.A.Muromtse­
vin yaxın dostu və həmkarı olmuşdur.
M.M.Kovalevski  I877-ci  ildən  1887-ci  ilədək  Moskva universitetin­
də  işləmiş,  Avropa  ölkələrinin  dövlət  hüququndan  və xarici  qanunverici­
liklər  tarixi  kursundan  mühazirələr  oxumuşdur.  XIX  yüzilliyin  80-ci  il­
lərində  o,  etnoqraf və  sosioloq  kimi  çıxış  etmiş,  1880-ci  ildə  «Yurispru- 
densiyada  tarixi-müqayisəli  metod»  adlı  əsərini  nəşr  etdirmişdir.  Siyasi
144
baxışlarına  görə  1884-cti  ildə  Moskva  universitetindən  xaric  olunmuş  və 
bundan sonra dərhal xaricə getmişdir.
M.M.Kovalevski  Avropa  və  Amerikanın  mədəni  mərkəzlərində  mü­
hazirələr oxumuş, rus jurnallarından və xarici jurnallarda çalışaraq onlarla 
əməkdaşlıq etmişdir.  Belə əməkdaşlıq prosesində o, aşağıdakı monoqrafi­
yaları yazmış  və nəşr etdirmişdir:
1) «Ailənin və mülkiyyətin mənşəyi  və inkişafı oçerki» (1890);
2) «Müasir demokratiyanın  mənşəyi» -  4 cilddə ( 1895-1897);
3) «İqtisadi təkamülün qısa  icmalı və onun dövrlərə bölgüsü» (1899);
4) «Qərbi  Avropada xalq təsərrüfatının inkişafı» (1899);
5)  «Kapitalist  təsərrüfatının  yaranmasınadək  Avropada  iqtisadi 
artım»-7 cilddə (1898-1914);
7) «Etnoqrafiya və sosiologiya» (1904);
6) «XIX əsrin ikinci yansmda siyasi fikrin inkişafının ümumi gedişi» (1905);
8) «Dövlət haqqında ümumi təlim» (1909);
9) «Yeni dövrün siyasi  təlimlər tarixi» (1910);
10) «Sosiologiya» -  2 cilddə (1910).
M.M.Kovalevski  Moskva  Psixologiya  Cəmiyyətinin,  Peterburqda 
Psixonevroloji  İnstitutun  nəzdində  sosiologiya  kafedrasının,  Beynəlxalq 
Sosiologiya  İnstitutunun  və  Parisdə  İctimai  elmlərin  Rus  Ali  Məktəbinin 
banilərindən biridir.
B.A.Kistyakovskinin  hüquq  sosiologiyası.  Boqdan  Alcksaııdroviç 
Kistyakovski  rus  hüquq  sosiologiyasının  parlaq  simalarından  biridir.  O, 
1868-1920-ci  illərdə yaşamışdır.
В.A.Kistyakovski  Kiyevdə  doğulmuş,  Kiyev  universitetinin  tarix- 
filologiya  fakültəsində,  sonra  isə  Xarkov  və  Derptsk  universitetlərində 
təhsil almışdır.  1895-ci  ildə  Berlin  universitetinin  fəlsəfə  fakültəsinə daxil 
olmuş,  orada  filosof və  sosioloq  Georq  Zimmelin  rəhbərliyi  altında  çalış­
mışdır.  G.Zimmcl  həyat  fəlsəfəsinin  ən  görkəmli  nümayəndələrindən  biri 
və  formal  sosiologiyanın  tanınmış  müəllifi  olmuşdur.  K.Zimmelin 
əsərləri  Almaniyada  (L.Vizcnin,  V.Zombartın,  R.Ştammlcrin),  ABŞ-da 
(Q.Bckkcrin,  L.Kozcrin)  və  Rusiyada  (B.A.Kistyakovskinin,  P.B.Stru- 
venin yaradıcılığına)  sosiologiyanın  inkişafına böyük təsir göstərmişdir.
E.A.Kistyakovski  1902-ci  ildə Rusiyaya qayıtmış,  bir müddət Voloq- 
dada  yaşamış,  1903-1904-cü  illərdə  Rusiya  liberal  ziyalılarının  «Azadlıq 
İttifaqı»  (kated  partiyasının  pıoobrazı)  qeyri-leqal  siyasi  birliyinin  qurul­
taylarında iştirak etmişdir.  Həmin qurultaylar Almaniyada keçirilirdi.
145


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə