R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə40/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   36   37   38   39   40   41   42   43   ...   131

hüquq  sosiologiyasının  ənənəsi  nümayəndələri  sırasına  aid  edirlər.  «İrq 
və  dövlət»  (1875)  «İqti  mübarizə»  (1883),  «Sosiologiyanın  əsaslan» 
(1885) L.Qumploviçin əsas əsərləri  hesab olunur.
Sosiologiyanın  təyinatını  səciyyələndirən  Qumploviç  belə  hesab 
edirdi  ki, nəzəri  sosiologiyanın  empirik faktlardan yayınmağa haqqı  yox­
dur.  Nəzəri  sosiologiya  ancaq  empirik  faktlar əsasında  hər hansı  ümumi- 
ləşdirməni qura bilər.  Onun əsas vəzifəsi məkan və zamanda böyük sosial 
qrupların  hərəkət  dinamikasını  Öyrənməkdən  ibarətdir.  Bu  hərəkət  əbədi 
və  dəyişməz  qanunlara  tabedir.  Sosiologiya  elmi  həmin  qanunları  aşkar 
etməyə  borcludur.  Belə  əsaslı  yönümlər  sosiologiyaya  sosiohumanitar 
elmlər  kompleksində  xüsusi  yer  tutmağa,  cəmiyyət  həyatı  haqqında  əldə 
edilmiş  bütün  biliklərin  haqqındakı  məlumatları  vahid  şəklə  salıb  ümu­
miləşdirmək  üzrə  əlaqələndirici  və  inteqrasiyacdici  funksiyam  yerinə  ye­
tirməyə imkan verir.
L. 
Qumploviç üçün  sosial qanunlar təbii  qanunların (təbii hüquqların) 
bir növü  idi.  Onun  fikrincə,  sosial  qanunlar özlərini  təzahürlərin  eyniliyi, 
ritmik  təkrarlanma  (dövrlənmo),  qarşılıqlı  fəaliyyətin  təmin  olunması, 
müxtəlif  sosial  birliklərin  səylərinin  əlaqələndirilməsi  və  moqsədəuy- 
ğunluğu,  bütün  insan  səylərinin  özünümühafizə  cəhdlərinə,  digər  fərdlər 
üzərində  rifaha  və  hakimiyyətə  (hökmranlıq  etməyə)  tabe  edilməsi  kimi 
amillər vasitəsilə aşkarlayırlar.
L.Qumploviç mübarizəni sosial həyatm  atributu kimi qiymətləndirir­
di.  Onun  mövqeyinə  uyğun  olaraq  ictimai  reallığın  mühüm  qanunauyğun­
luğunu təbii və sosial elementlərin qarşılıqlı  fəaliyyətinin həmişə zəiflərin öz 
hakimiyyətinə tabe etməyə cəhd  göstərilməsinə aparıb çıxarması təşkil edir. 
Bu  zaman  müqavimət  göstərilməsi  zəiflərin  özlərinin  məhv  edilməsilə 
nəticələnir. Qarşıdurmanın və qarşılıqlı məhvetmənin məntiqi sosial birgəya­
şayışa  mənsubiyyətin  ayrılmaz  hissəsidir.  Buna  görə  do  Qumploviçi  ilk 
növbədə  sosial  inteqrasiya  və  sosial  qayda  problemləri  deyil,  sivilizasiyaya 
dağıdıcı və pozucu təsir göstərən amillərlə birlikdə inteqrasiyanı pozan, onu 
iflic vəziyyətinə salan proseslər maraqlandırırdı.
L.Qumploviç  insan  birliklərinin  mövcudluğunun  səciyyəvi  xüsusiy­
yətini  fərdin  «özününkülərə»,  yəni  yaxın  ətrafının  üzvlərinə,  həmyerlilə­
rinə,  həmvətənlərinə və fərdin özünü eyniləşdirmədiyi «özgələrə» müxtə­
lif münasibətində  görürdü.  Fərd  öz  yaxın  ətrafından  olanlara  həmrəylik 
və  hörmət  mövqelərindən  dostcasına  münasibət  göstərməyə  hazırdır.
150
«Özgələrə»  münasibət  isə  ksenofobiya  ilə  aşkar  surətdə  ifadə  olunan 
düşmənçilik motivlərinə tabe edilmişdir.
İkili  sosial  davranışın  belə  tipik  modelinin  dərin  köklərə  malik  ol­
ması  nəticəsində,  eləcə  də  insan  nəslinin  çoxsaylı  lokal  birliklərə  parça­
lanması  fonunda  bir-birini  «özgələr»  kimi  qəbul  edən  insan  qrupları  ara­
sında  münaqişələrin  və  müharibələrin  alovlanması  həmişə  labüd  olmuş­
dur.  Çünki  «mənim  yaxın  ətrafımdan  olmayan  mənə  yaddır»  tezisi  hə­
mişə qanlı  toqquşmalara aparıb çıxarmışdır.
L.Qumploviç  bəşəriyyətin  ümumi  tarixinə  təbii  seçmə  prosesi  kimi 
baxırdı.  Bu,  yaşamaq  üçün  mübarizə  aparmaq qanunlarına  tabe  edilən  təbii 
seçmə  prosesi  idi.  Onun  bu  konsepsiyasına  uyğun  olaraq  ibtidai  icma 
orduları  arasında mübarizə xalqların  və  savadlı  dövlətlərin  təzahür etməsinə 
gətirib  çıxarmışdır.  Kiçik  və  zəif  qəbilələrin  daha  güclü  olan  qəbilələr 
tərəfindən  zorakılığa  məniz  qoyulması  xalqların  yaranmasına  səbəb  ol­
muşdur.  Bütün müasir dövlətlər xalqlar arasında aparılan sonsuz və çoxsaylı 
müharibələr  gedişində  yaranmışdır.  Qumploviçin  dövlətin  mənşəyinə  dair 
nəzəriyyəsinin  sosial-hüquqi  mahiyyətini  də  məhz  bu  təşkil  edirdi:  «Dövlət 
güclülərin zəiflər üzərində zorakılığı nəticəsində yaranmışdın).
Dövlətin  mənşəyinə dair  «zorakılıq  nəzəriyyəsi»  dövlətin  təbiətinin 
antihumanistliyilə  bağlı  onun  mövqeyini  əks  etdirir.  Qumploviç  dövlətin 
mənşəyinə  dair  klassik  müqavilə  nəzəriyyəsini  rədd  edir.  Onun  fikrincə, 
düşmənçilik  cdəıı  qruplaşmaların  sosial  barışıq  orqanı,  insanların  ümumi 
sülhə  hərəkət  vasitəsi  deyil,  hökmranlıq  cdəıı  çoxluğun  azlığı  əzən  ürək­
siz  maşınıdır.  Dövlətlərin  meydana  gəlməsi  insanları  total  düşmən­
çilikdən  xilas  edə  bilməmişdir.  Belə  total  düşmənçilik  təbəqə-sinif və si­
yasi  münaqişələr  şəklində  dövlətlərin  daxilində  üstünlüyə  malik  olmuş­
dur.  Beynəlxalq  aləmdə  isə  bu,  dövlətlər  arasında  genişmiqyaslı  hərbi 
əməliyyatlarda  zaman-zaman  alovlanan  diplomatik  toqquşmalar  forma­
sında təzahür etmişdir.
L.Qumploviçin sosial-hüquqi  görüşləri, eləcə də onun hüquq sosiolo­
giyası  onun  mövqeyini  sosial-darvin  mövqeyi  kimi  qiymətləndirməyə 
imkan  verir.  Bununla  yanaşı  onun  konsepsiyasının  ayrı-ayrı  müddəaları 
sosial  antaqonizmlərin  marksist  nəzəriyyəsilə  kəsişir.  Qumploviç  üçün 
partiyalararası,  siniflərarası  və  dövlətlərarası  mübarizənin  aparıcı  səbəbi 
qismində  tərəflərin  iqtisadi  maraqları,  insanların  öz  maddi  tələbatlarını 
təmin  etmək  səyləri  çıxış  edir.  Lakin  maraqların  antaqonizmlori  cəmiy­
yətin ancaq yalnız sosial-iqtisadi həyatının atributu deyildir.
151


L.Qumploviç  mübarizə  və  antaqonizm  fenomenlərini  universallaş- 
dırır,  onları  irqlorarası  qarşılıqlı  fəaliyyət  səviyyəsinə qaldırırdı.  Nə  döv­
lətçilik,  nə hüquq,  nə  din  və nə də  əxlaq hər bir insan varlığında yaşayan 
və  praktikada  təzahür  etməyə  bəhanələr  axtaran  mübarizə  instinktini 
cilovlamaq  iqtidarında  deyildir.  Müasir  insan  işlərin  belə  vəziyyətini  də­
yişdirməyə qadir deyil,  çünki bu, onun antropoloji təbiətinin dəyişməsinə 
gətirib çıxarırdı.  Bu isə qeyri-mümkündür.
Maks  Veberin  hüquq  sosiologiyası.  Artıq  adı  bir  neçə  dəfə  xatır­
ladılan  Maks Vcber (1864-1920) hüquq sosiologiyasına daha çox töhfələr 
vermiş  görkəmli  alman  sosioloqu  və  sosial  filosofudur.  O,  hüquqşünas 
ailəsində  doğulmuş,  uşaqlıqda  xəstəliyi  ilə  əlaqədar  ətrafmdakılarla  az 
ünsiyyətdə  olsa  da,  çox  mütaliə  etmişdir.  Erkən  intellektual  inkişaf  və 
parlaq  qabiliyyət  onun  gələcəkdəki  nailiyyət  və  yaradıcılıq  uğurlarını 
şərtləşdirmişdir.  O, tələbəlik illərində hüquq elmini  öyrənmiş, artıq 30 ya­
şında  professor  rütbəsini  almış,  Berlin,  Frcyburq,  Gcydelbcrq,  Vena  və 
Münhen  universitetlərində  mühazirələr  oxumuş,  alman  sosiologiya  cə­
miyyətinin  əsasını  qoymuşdur.  Yaradıcılığının  çiçəkləndiyi  dövrdə pnev- 
ıuoniyadan  vəfat  etmişdir.  Hüquq  sosiologiyası  da  daxil  olmaqla,  onun 
sosiologiyadan  yazdığı  əsərlər  bu  gün  də  sosiologiya  üzrə  klassik  yara­
dıcılıq nümunələri kimi  qiymətləndirilir. Əsas əsərləri  aşağıdakılardır:
1) «Orta əsrlərdə ticarət cəmiyyətlərinin tarixinə dair» (1889);
2)  «Roma  aqrar tarixi  və  onun  dövlət  hüququ  və  xüsusi  hüquq  üçün 
əhəmiyyəti» (1891);
3) «Milli  dövlət və xalq təsərrüfatı  siyasəti» (1895);
4) «Sosial-elmi və sosial-siyasi  idrakın obyektivliyi» (1904);
5) «Protestant etikası və kapitalizm ruhu» (1905);
6) «Mədəniyyət haqqında elm sahəsində tənqidi  tədqiqatlar» (1906);
7) «Rusiyada burjua demokratiyasının vəziyyətinə dair» (1906);
8) «Sosiologiyanın başa düşülməsi kateqoriyaları haqqında» (1913);
9) «Dünya dinlərinin təsərrüfat etikası» (1919);
10) «Siyasət peşə kimi» (1919);
11) «Təsərrüfat və cəmiyyət» (1921) və s,
İki  metod konsepsiyası  Veberin yaradıcılığında mühüm yer tutur.  O, 
belə  bir müddəaya  əsaslanırdı  ki,  təbiət  və  cəmiyyət  müxtəlif qanunlarla 
yaşayır.  Bu sferaların hər biri özünün bilik tipinə və öz metodologiyasına, 
təbii-elmi  və  ya  sosiohumanitar  metodologiyasına  uyğun  olmalıdır.  İki 
əsas  metod -  izah  etmə və başa düşmə mövcuddur.  İzah etmə əsasən  tə­
152
biətşünaslıqda təcrübədən keçirilsə də, ondan sosial problemlər sferasında 
da  istifadə  olunur.  Başa  düşmə  metodu  sosiologiya  üçün  səciyyəvidir  və 
predmetlərin öyrənilməsində sosioloqa kömək edir.
M.Vebcrin  diqqət  yetirdiyi  digər  məsələlərdən  biri  sosial  hərəkət­
lərin  tipləri  problemidir.  Vcber  üçün  sosiologiya  adamları  hərəkətetmə 
səbəblərinin  aşkar  edilməsi  yolu  ilə  onların  davranışının  sosial  mənasını 
başa  düşməyə  cəhd  göstərən  elindir,  çünki  davranış  subyektiv  məna 
daşıyan  insan  hərəkətidir.  Sosial  faktı  sosioloji  təhlilin  elementar  vahidi 
hesab  edən  E.Dürkhcymdən  fərqli  olaraq,  Vcber  sosial  fakta  sosial  hərə­
kət  qismində  baxır.  Sosial  hərəkətin  əsas  əlamətləri  motivləşdirmə  və 
ətraf mühitə şüurlu yönümdür.
M.Vcber  özünün  hüquq  sosiologiyasının  əsasına  «rasionallıq»  anla­
yışını  qoyurdu.  Bu  anlayış  ümumiyyətlə,  onun  sosiologiyasının  və  bütün 
sosioloji  təhlillərinin  mərkəzi  anlayışı  idi.  Bu  anlayış  daha  tam  və  dürüst 
şəkildə  din  sosiologiyasında  açılır,  sonradan  isə  bürokratiyanm  və  burjua 
hüququnun vcbercəsinə izahında konkretləşdirilir.
M.Vcber  rasionallıq  kontekstində  rasional  və  irrasional  motivləş- 
dirm ənin  fərqləndirilməsi  əsasında  hərəkətlərin  iki  modelini  aşkar  edir. 
TosəiTülat-iqtisadi  sferada  adamların  sosial  davranışını  tədqiq  edərkən  o, 
«iqtisadi  insanın»  hərəkətlərinin  iki  modelini  verir.  Birinci  -  bu,  irra- 
sional-avantür  modeldir.  Həmin  model  qədim  keçmişdə  meydana  gəl­
miş,  ticarətçilər,  möhtəkirlər,  sələmçilər və  maliyyə-ticaro kapitalının  nü­
mayəndələri  üçün  səciyyəvi  olmuşdur.  Bunlar  əmtəə  istehsal  etmədən 
«pul  qazanmaq»  məqsədini  güdmüşlər.  Bu  immoral-kriminal  model  zo­
rakılığı,  hərbi  aksiyaları,  dəniz  qulduıiuğunu,  qul  əməyindən  istifadəni, 
həyasızlığı, aqressivliyi və hüquqi  nihilizmi  istisna etmirdi.
İkinci model  -  bu, Avropada  Rcformasiya dövründə meydana gəlmiş 
rasional  modeldir.  Həmin  modelin  meydana  gəlməsi  protestant  ölkələrdə 
monastırların  ləğv  edildiyi  vaxtlara  təsadüf edir.  Protestant  etiqadı  tərəf­
darlarının  çoxu  üçün  əmək  dini  məna  kəsb  etməyə  başlamışdı.  Belə  bir 
inam  möhkəmlənirdi  ki,  Allah  üçün  insanın  çox  və  vicdanla  işləməsi 
əlverişlidir.  Belə  əqli  əhval-ruhiyyəni  Vcber  «kapitalizmin  ruhu»  adlan­
dırmışdır.  Belə  ruh  bütün  həyatın  məqsədü-rasional  təşkilini,  mötədil 
praqmatizmi,  pulun  həddən  aılıq  və düşünülmədən  xərclənməsinin  qada­
ğan  olunmasını  (aristoktrat  feodallar  pulu  sağa-sola  həvəslə  xərcləyir­
dilər) tələb edirdi.
153


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə