R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə48/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   44   45   46   47   48   49   50   51   ...   131

zərdə  tuturlar.  Vəzifəli  şəxslər  bəzən  bu  çərçivədən  kənara  çıxmağa  səy 
göstərir,  münasibətləri  hüququn  verdiyi  model  üzrə  deyil,  öz  mülahizə­
lərinə görə qurmağa cəhd göstərirlər.
Hüquq  normaları  öz yuridik  qüvvəsinə,  formuləlorin  dəqiqliyinə,  sə­
mərəliliyinə və  ədalətliliyinə görə qiymətləndirilirlər.  Dövlət orqanları və 
vəzifəli  şəxslər  səlahiyyətlərinin  həcminə,  intizamına,  qərarların  düzgün­
lüyünə,  vicdanlılıq  və digər mənəvi,  şəxsi  və  işgüzar keyfiyyətlərinə görə 
fərqləndirilirlər.
Bir  sıra  hüquq  normaları  dövlət  orqanları  və  ya  vəzifəli  şəxs  tə­
rəfindən  hüquqi və müvafiq  sübuti  əhəmiyyətə malik halların tədqiq  edil­
məsi  nəticəsində qəbul olunmuş qərar olmadan realizə oluna bilməzlər.
Hüquq  norması  -   bu,  mübahisənin  həlli  nümunəsi,  «qərəzsiz  ar- 
bitridir».  Ilüquq  normalarını  tətbiq  edən  şəxslər  heç  də  həmişə  qərəzsiz 
olmurlar.  Onlar  tərəfindən  birinin  hisslərinə  şərik  ola  və  ya  yüksək 
vozifoli  şəxsi  bununla  əlaqədar  inandırmağa  meyl  edə  bilər.  Yaxud 
əksinə, tərəflərdən birinə nifrətli münasibət bəsləyə bilər.
Qədim  yunan  filosofu  Platonun  dövlətin  və  hüququn  qarşılıqlı  əlaqəsi 
haqqında  fikirləri  və  radikallığı  ilə  seçilir.  Platon  dövlətlərin  təsnifatında 
hökmdarların  hüquqa  münasibətini  əsas  götürərək  yazır:  «İdarəetmə qanun­
lara  uyğun  və  qanunazidd  olur».1  Hökmdarların  qanunlara  tabe  olması 
zərurəti haqqında fikir onun «Qanunlar»2 kitabında ehtiva olunur.
4.  Ilüquq sosial normalar sistemində
Cəmiyyətdə  hüquqla  yanaşı  həmişə  onunla  qarşılıqlı  fəaliyyətdə, 
bəzən isə ziddiyyətdə olan çoxlu başqa normalar da mövcud olmuşdur və 
indi  də  mövcuddur.  Bu  normalar  növlərə  bölünür  və  onlardan  hər  biri 
özünəməxsus  keyfiyyətlərə  malik  və  müəyyən  sistem  yaradır.  Müasir 
cəmiyyətin sosial normalar sisteminə hüquq,  əxlaq, adətlər, vərdişlər, dini 
normalar,  nizamnamə normaları  (korporativ normalar) və s.  aiddir.  Sosial 
normalar  müəyyən  olunmaları  üsuluna  və  ifadə  formasına,  məzmununa 
və adamların  davranışına təsiıctmə  metodlarına, ictimai münasibətlərə tə­
sir  vasitələrinə,  bu  normaların  pozuntularından  mühafizəcdilmə  vasitə­
lərinə görə fərqlənirlər.
1  Платон. Сочинение.  В  3-х томах. т.З, ч.2, М .,  1072,  с.70.
2 Успэ orada,  s. 189,  208  v ə s.
182
Tədqiqatçıların  əksəriyyəti  texniki  normalarla  sosial  (etnik  normalar, 
birgəyaşayış  qaydaları)  normalar arasında  fərqin  olduğunu  qeyd  edirlər.1 
Belə  bölgü  bəzən  lazımsız  diskussiyalara  zəmin  yaradır,  çünki  bir  sıra 
texniki normalar (məsələn, əməyin texniki  təhlükəsizlik qaydaları,  nəqliy­
yatın  hərəkət  təhlükəsizliyi  qaydaları,  sanitar  normalar,  baytarlıq  norma­
ları)  sosial  xarakter  daşıyır,  bəzi  sosial  normalar  (maya  dəyə  normaları, 
dil normaları,  qidalanma normaları  və s.) isə texniki  normalara yaxındır.
Keçmiş  sovet  hüquq  ədəbiyyatında  sosial  normaların  sinfi  xarakteri 
və  müvafiq  surətdə  onların  hökmran  sinfin  hüququna  yaxınlığı,  yaxud 
əksinə,  ona  zidd  olduğu  həmişə  qeyd  edilmişdir.  Sosial  normaların  öz 
məzmununa  və  növlərinə  ziddiyyətli  olması  problemi,  hakim  əxlaqın 
hüququ  ilə  qarşılıqlı  əlaqəsi,  ictimai  rəylə,  hakim  və  müxalifətçi  partiya­
ların  qərar  və  normaları,  dövlət  dini  normaları  ilə  qarşılıqlı  münasibəti 
geniş  işıqlandırılmışdır.  Bütün  bunlar  hüququn  digər  sosial  (etik)  nor­
malarla qarşılıqlı  əlaqəsi  probleminin  mürəkkəbliyini  bitirmir.
Bütün  sosial  normaların  əsas məqsədinin  bəzən  ictimai  münasibətləri 
hüquqi  tənzimləmə  nümunəsində  tənzim  etməkdən  ibarət  olduğu  hesab 
edilmişdir.  Miivafiq  surətdə,  hüquq  normalarının  məntiqi-nəzəri  strukturu 
ümumiyyətlə  bütün  sosial  normalara  şamil  olunmuş,  hər hansı  bir qrupun 
mənafelərinin  və  hər  hansı  sanksiyaları  (dini,  korporativ,  ictimai  və  s.) 
hədəsi  altında  müvafiq  davranış  göstərişinin  ifadə  edilməsinin  onların 
ümumi  məqsədi  olduğu  qeyd  olunmuşdur.  Lakin  tənzimetmə  hüquqdan 
fərqlənən  sosial  normaların  yeganə  funksiyası  olmamışdır.  Sosial 
normalar  qiymətləndiriri  təfəkkürün  tərkib  hissəsidir.  Adamlar  və  kol­
lektivlər  məhz  bunun  vasitəsilə  cəmiyyətdə  öz  müqəddəratını  təyin  edir, 
konkret  tarixi  şəraitdə  ö/,  istiqamətini  müəyyənləşdirir  və  həmin  şəraitə 
adaptasiya  olunur,  əksinə,  onları  dəyişdirməyə  cəhd  göstərir,  ətrafdakı 
şəxslərin  və özünün şəxsi davranışını  proqnozlaşdırır.
Sosial  normaların  sistemi  bütövlükdə  ancaq  tənzimetmə  sistemi  de­
mək  deyildir.  Onlar  hər  şeydən  əvvəl  sosial  yönüm  sistemidir.  Belə 
yönümü  hər bir  şəxsiyyət həyata  göz açdığı  andan  hazır şəkildə əldə edir 
və  yaxud  ona  uyğunlaşır,  yaxud  onu  nə  iləsə  və  ya  bütövlükdə  dəyiş-
1  Коркунов  П.М.  Лекции  по  обш ей  теории  права  (но  изданию  1989  г.)  //  История 
русской  правовой  мысли.  Ьншрафня.  Документы.  Публикации.  М.,  1998,  с. 106; 
Шершенович  Г.Ф.  Общая  теория  нрава.  Учебное  пособие  (по  изданию  1910-1912 
гг.) т. I,  М„  1995,  с. 133.
183


dirməyə  cəhd  göstərir.  Sosial  normalar'  mənəvi  aləmin  mühüm  hissəsi, 
cəmiyyətin  həyat  tərzinin  konstruksiyasıdır.  Bu  normaların  müxtəlifliyi 
(ziddiyyəti il iyi) cəmiyyətin hər bir üzvünə özü üçün həmfikirlər tapmağa, 
başqa  insanlara  münasibətini  müəyyən  etməyə,  kollektiv  və  bütövlükdə 
dünyaya baxışlarını müəyyənləşdirməyə imkan verir.
Sosial  normaların  insanların  şüuruna  və  davranışına,  onların  arasın­
dakı  münasibətlərə  təsiri  qiymətləndirici  təfəkkür  sistemində  baş  verir. 
Məntiqi  dəyişiklik  zamanı  istənilən  norma  qiymət  xarakteri  alır:  yaxşı- 
pis;  adi-qeyri-adi;  müsbət-mənfi.  Belə  qiymətləndirmə  seçimi  müəyyən 
edir: yaxşıdır  -  deməli, lazımdır; pisdir  -  deməli, lazım deyil.
Bütün  sosial  normalar insanların  iradəvi  hərəkətlərini  və ya bu hərə­
kətlərin  nəticələrini,  yekunlarını  qiymətləndirirlər.  Bundan  başqa,  yalnız 
çoxsaylı  kollektiv  tərəfindən  bəyənilən  və  müdafiə  olunan  norma  sosial 
norma  kimi  tanınır.  Belə  ki,  sosial  normalar  təkcə  bir  insanın  deyil, 
insanların kiçik bir qrupunu deyil, böyük ictimai qrupun sərvətidir.
Sosial  normalar  sferasında  qiymətləndirmədən  göstərişlər  irəli  gəlir: 
«insanı  qətlə  yetirmək  -  bu,  şor əməldir;  deməli,  insanlar başqa insanları 
qətlə  yetirməməlidirlər»;  «mərhəmət  -   bu,  xeyirxahlıqdır;  deməli,  mər­
həmətli  olmaq  lazımdır»;  «rəsmi  qobula  ev  geyimində  getmək  -   bu, 
pisdir; nəticə: rəsmi qobula ev geyimində getmək lazım deyil».
Görmək  çətin  deyil  ki,  qiymətləndirmə  (müsbət  və  mənfi  variantlar 
arasında  seçim  etmə)  ümumiyyətlə,  insan  fəaliyyətinin  bütün  növlərinə 
xasdır.  Ncokantçılıq  elmin  normaları  (həqiqətin  dərk  edilməsini  müəy­
yən  edən  məntiqi  normalar)  arasındakı  fərqləri  çoxdan  bəri  göstərmiş  və 
izah  etmişdir.  Bu  istiqamətin  nümayəndələrinin  fikrincə,  xeyrə  nail 
olmaq üçün fəaliyyəti  müəyyən edən estetik normalarla (gözəlliyin seyri) 
etik normalar arasında fərqlər mövcuddur.
Hüquq  hər  bir  cəmiyyətdə  ictimai  qaydanı  n  əsası  və  nüvəsidir.  La­
kin  bütün  digər sosial  normalar da  hüquq  kimi  həyat tərzinin,  cəmiyyətin 
varlığının  və  şüurunun  eyni  hissəsidir.  Hüquq  kimi  sosial  normalar  da 
sabit ictimai münasibətlərdə və təsisatlarda təcəssüm olunurlar.
Dini  institusiyalar  -  bu, dindarların, dini  icmaların, məscidlərin, teo­
kratik  dövlətlərin  təşkilatlarıdır.  Əxlaqın  institusionallaşmış  nəticəsi  qis­
mində  mənəviyyat  çıxış  edir.  Korporativ  normalar  əsasında  təşkilatlar 1
1  Sosial  nonnaları  bozon  etik  normalar  da  adlandırırlar  (N.M.Korkıınov,  L.İ.Pctıajitski  vs 
b).  Aristotelin,  stoikbrin,  Spino/.anm,  Kantm  vo digər mütəfəkkirlərin  əsərlərində «etikan 
anlayışı  hüquq,  əxlaq  və  m ənəviyyat anlayışını  əhatə  edir.
184
yaradılır  və  fəaliyyət  göstərirlər.  Hüquq  düşüncəsi  hüquq  institusio- 
nallaşır.  Bəzi  sosial  normalar  insanın  davranışına,  ictimai  münasibətlərə 
və  hətta  sosial-siyasi  quruluşa  təsir  qüvvəsilə  hüququ  ötüb  keçmişdir. 
Xüsusilə kütləvi  hərəkatların  əsasını  təşkil  edən dini  normalar buna  misal 
ola bilər.
Sosial  normalar  öz  məzmununa  və  növlərinə  görə müxtəlifdir.  Belə 
müxtəliflik  tarixən  təşəkkül  tapmışdır.  Belə  bir  ehtimal  irəli  sürülür  ki, 
ibtidai  cəmiyyətdə  mövcud  olmuş  «protonormalar»  adətlərin,  əxlaq 
normalarının  və dini normaların  keyfiyyətini  əlaqələndirən  «mononorma- 
lar»dan ibarət olmuşlar.
«Protonormalannn  tərifi  müəyyən  edilməmişdir,  çünki  onlar  ibtidai 
cəmiyyət  normalarına  yalnız  müasir  tədqiqatçıların  münasibətini  ifadə 
edirlər.  «Protonormalar»  hüquqi  və digər sosial  normaların  əmələ  gəlmə­
sindən neçə-neçə minilliklər əvvəl mövcud olmuşlar.
İstənilən  sosial  normanın  əlaməti  onun  sabitliyidir.  Çünki  norma 
dəfələrlə tətbiq edilməyə hesablanmışdır və onun  icrası sonsuzdur.
5.  Hüququn  əsas  konsepsiyası
Vətəndaş  cəmiyyətinin  təşəkkülü  və  inkişafı  prosesində  hüququn  üç 
konsepsiyası  bərqərar olmuşdur.  Həmin  konsepsiyalar aşağıdakılardır:
1)  pozitiv konsepsiya;
2)  təbii  hüquq  konsepsiyası;
3)  sosioloji  konsepsiya.
Hüququn  pozitiv-normativ  cəhətdən  dərk  edilməsi  o  təsəvvürlərə 
əsaslanır  ki,  hüquq  -   bu,  qanunlarda  və  digər  normativ-hüquqi  aktlarda 
ifadə olunan  normadır.  Dil  insanların  əsas  ünsiyyət vasitəsidir.  Buna  görə 
də  ancaq  söz  və  ifadələrlə  nə  etmək,  nəyi  etmək,  nə  düzgündür,  nə  düz­
gün deyil kimi  anlayışları  müəyyən  etmək olar.
Bu  nöqteyi-nəzərdən  hiiquq  dövlətin  xalqla  danışdığı,  onunla  ünsiy­
yət  saxladığı  dildir.  Məhz  buna  görə  də  qanunlar  qanunla  xüsusi  olaraq 
ciddi  müəyyən  edilmiş  kütləvi  informasiya  vasitələrində  rəsmi  dərc  edil­
dikdən  sonra qüvvəyə minirlər.  Qanunun mətni böyük  məna yükü daşıyır. 
Bəzən  onun  məzmunundan  biri  sözün  çıxarılması  və  ya  ona  başqa  bir 
sözün  əlavə edilməsi  hər hansı  məsələyə  dair dövlətin  hüquq  siyasətində 
əhəmiyyətli dəyişikliyə səbəb ola bilər.
185


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə