R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   30   31   32   33   34   35   36   37   ...   131

1)  romalılar mahiyyəti  üzrə ilk dəfə  olaraq xüsusi  mülkiyyət hüqu­
qunu,  abstrakt  hüququ»  xüsusi  hüququ,  abstrakt  şəxsiyyət  hüququnu 
işləyib hazırlamışdılar (K.Marks);
2)  Roma  xüsusi  hüququ -  bu,  ancaq bizim  tanıdığımız kimi  özünün 
xüsusi  mülkiyyət  əsasına  malik  olan  mükəmməl  hüquq  formasıdır 
(F.Engcls).
Roma  hüququnun  mənimsənilməsində  hələ  IX  yüzilliyin  hüquqşü­
naslarının  əhəmiyyətli  rolu  olmuşdur.  Rusiya  məlum  səbəblərə  görə  Ro­
ma xüsusi  hüququnu rcscpsiya etmədi. XX yüzilliyin başlanğıcında mülki 
qanunvericilik  layihələrinin  hazırlanması  prosesində  onun  mənimsənil­
məsinə  yenicə  başlanılsa  da,  oktyabr  çevrilişi  bu  prosesi  dayandırdı  və 
tezliklə  V.İ.Ulyanov  (Lenin)  1922-ci  il  20  fevral  tarixli  məktubunda 
RSFSR-in  Ədliyyə  naziri  D.I.Kurskiyə  belə  bəyan  edirdi:  «Biz  «xüsusi» 
heç  nəyi  tanımırıq...»  və  tələbi  bu  idi:  «Roma  hüququ Külliyyatını deyil, 
bizim  inqilabi  hüquq  düşüncəmizi  tətbiq  etmək  lazımdır».  Hamıya 
məlum olan hüquq əvəzinə özbaşınalığın təsdiqi  nəyə gətirib çıxardı? Ta­
rix  şəhadət verir ki, bəşər mədəniyyəti əsaslarının əleyhinə çıxan istənilən 
hakimiyyətin  başlanğıcda  cəllad,  sonra  isə  qurban  olması  labüddür.  İndi 
Rusiyada  xüsusi  mülkiyyət  qanuniləşdirilmişdir  və  Roma  xüsusi  hüqu­
qunun  öyrənilməsi  böyük  səylər  tələb  edir».1  M.H.IIutızın  yuxarıdakı 
mülahizəsinə  biz  yalnız  onu  əlavə  edə  bilərik  ki,  V.İ.Ulyanov  (Lenin) 
1922-ci  ildə Roma hüququnu bu sözün həqiqi mənasında qəddarcasına qı- 
lıncladı,  lakin  XX  yüzilliyin  90-cı  illərində  həmin  qılınc  onun  öz başına 
endirildi.
Bu  mülahizələrdən  məqsədimiz  həm  də  ondan  ibarətdir  ki,  Azərbay­
canın indiki sürətli  sosial-iqtisadi, elmi-mədəni inkişafı şəraitində Roma klas­
sik  hüququnun  öyrənilməsini  və  dərindən  mənimsənilməsini  diqqətdən 
kənarda qalmamalıdır.  Dünya birliyi  yurisirudcnsiyasının bu  sahədəki  təcrü­
bəsinə yiyələnməklə, Roma klassik hüququnu ölkə hüquqşünaslarının xüsusi 
öyrənmə prcdmctlarindən birinə çevirmək son dərəcə zəruridir.
Polis dövlətinin  fərqləndirici  xüsusiyyətləri».  «Polis dövləti» nəzə­
riyyəsi  XVIII yüzillikdə  alman  maarifçisi  Xristian  Volfun  maarifçi  fəlsə­
fə  və  təlim  ideyasının  təsiri  altında  inkişaf  etdirilməyə  başlamışdır.  Bu 
nəzəriyyəyə uyğun olaraq dövlətin məqsədi vətəndaşların rifahı qayğısına 
qalmaqdan ibarətdir.  Dövlət öz vətəndaşlarının rifahım təmin etmək məq-
1 Ətraflı  bax:  Хутыз M .X.  Римское  частное  право.  M.,  «Былина»,  1994,  c .7 -1 1.
126
sədilə  məişətin  on  intim cəhətlərinə qarışmaqla, onların  bütün  hərəkətləri­
nə  rəhbərlik  etməlidir.  Bu  nəzəriyyənin  sadiq  ardıclı  və  fəal  təbliğatçısı, 
Prussiya  kralı  Böyük  Fridrix  təsdiq  edirdi  ki,  kiçik uşaq  kimi,  xalqa  nəyi 
yeyib-içməyi  göstərmək  lazımdır.  Belə  baxışları,  dövlətə  bu  mövqedən 
yanaşmanı XVIII yüzillikdə müxtəlif dövlətlərin maarifçiləri  böyük enerji 
ilə  həyata keçirirdilər.  Rusiyada  həmin  nəzəriyyənin  ifadəçisi  I  Pyotr ol­
muşdur.
Polis dövlətinin əlamətləri, fərqləndirici cəhətləri  nədən ibarətdir?
Əvvələn,  polis  dövləti  özündə  bürokratik  idarəçilik  formasını  tə­
cəssüm  etdirir.  İkincisi,  bu  dövlətin  inzibati  fəaliyyəti  müstəsna dərəcədə 
çoxprcdmetlidir.  Üçüncüsü,  polis dövləti öz təbəələrinin  həyat və məişə­
tini  xırdalıqlarınadək  reqlamentləşdirməyi  özünün  prioritet  funk­
siyalarından  biri  hesab  edir.  Dördüncüsü,  dövlət  üçün  mühüm  olan  nə 
varsa,  hamısı  onun  inzibati  idarəetmə  fəaliyyətinə  daxildir  və  bunlar 
fiziki və ya hüquqi  şəxslərin  azad və sərbəst mülahizəsinə verilə bilməz. 
Beşincisi,  formal-kazuistik  qayda  və  reqlamentlər  mahiyyətinə görə,  fər­
di  azadlıqla  hakimiyyət  səlahiyyətləri  arasındakı  hər  cür  sərhədləri 
aradan  qaldırmışdır.  Altıncısı,  polis  dövlətində  hökumətin  fəaliyyəti  hü­
quq normalarından daha çox «fayda və məqsədəuyğunluq» mülahizələri 
ilə  müəyyən  edilir.  Yeddincisi,  polis  dövlətində  təbəələri  saxlama  nöq­
teyi-nəzərindən  hakimiyyət  sakinlər  üzərində  xırdaçılıq,  usandırıcıiıq 
himayəçiliyi  kimi  çıxış  edir,  forma  baxımından  isə  hakimiyyət  qanundan 
yüksəkdə dayanır və qanundankənar xarakter daşıyır.
Polis  dövləti  nəzəriyyəsinin  nümayəndələri  hər  bir  insan  həyatının 
guya  həm  maddi,  həm  də  mənəvi  cəhətdən  layiqli  etmək  qayğısına  qal­
mağa  səylər göstərirlər.  Həmin  tip dövlət  nəzəriyyəçiləri  məhz  buna  görə 
do  polis  dövlətinin  mahiyyətində  zorakılığın  olmadığını  iddia  edirlər. 
Polis  dövləti  nəzəriyyəçilərindən  biri  İ.-Q.-Q.Yusti  yazırdı  ki,  yoxsulluq 
«adamları bir çox  günahlara şirnikləndirir».  Məhz bu  nöqteyi-nəzərdən  də 
polis  dövlətində  ilk  növbədə  maddi  rifah’  insanın  təbii  hüququ  elan  olu­
nur.1
Polis  dövləti  özünün  çoxsaylı  vəzifələrini  həyata  keçirərkən  nəhəng 
məmur aparatı  yaratmaq məcburiyyətində qalmış və həqiqətən  də  belə bir 
məmur aparatını -  bürokratiyanı  yaratmışdır.  Məhz belə bürokratik aparat 
«millətin  atasının»,  rəhbərin  iradəsini  həyata  keçirməyə  xidmət  edir.
1  Общая  теория  права  и  государства  /   Под  ред.  В.В.Лазарева.  М.,  ЮРИСГЬ,  1996, 
с.364.
127


Əlbotto,  xüsusi  idarəetmə  aparatı  (idarə  edənlər  elitası)  olmadan  heç  bir 
dövlət belə mürəkkəb  vəzifənin öhdəsindən gələ bilməz.  Lakin polis döv­
lətinin  tarixi  göstərir  ki,  bürokratiya  çox  asanlıqla  ictimai  mənafelərdən 
kənarda  yaşayan  müstəqil,  əlahiddə  kastaya  çevrilir.  Buna görə  də  hər 
şeyə qadir,  qüdrətli rəhbər qarşısında  fərd hüquqsuzdur.  O, nə hakimiy­
yətin,  nə  də  hüququn  subyekti  deyil,  ancaq  hakimiyyətin  obyektidir. 
Polis  dövləti  bürokratiyasının  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  praktiki 
olaraq qanuna hörmət hissilə yanaşmır.
Polis  dövlətində  hakimiyyət  labüd  surətdə  sakral  xarakter  daşıyır. 
Burada  hakimiyyət  məmurların  məhdud  dairəsinin  əlində  cəmləşmişdir. 
Polis  dövlətində  şəxsiyyət  dövlətin,  dövlət  aparatının  mah  hesab  olu­
nur.  Bu  dövlətdə  kütlə  realizə  oluna  bilməyən  ideyaların  həyata  keçiril­
məsi üçün sanki tikinti materialıdır.
Polis  dövlətində  hakimiyyətin  bölgüsü  reallıqdan  daha  çox  şüar­
çılığı  xatırladır.  Bütün  dövlət  hakimiyyəti  «millətin  atasının»,  yaxud  bir 
para  azlığın  əlində  cəmləşmişdir.  Məhz  bu  azlıq  ali  qanunvericilik,  icra 
və  məhkəmə  hakimiyyətini  həyata  keçirir.  Belə  tip dövlət çoxsaylı  funk­
siyalarını  həyata keçirərkən bu və ya digər hərəkətinin qanuni olub-olma­
masına  diqqət  yetirmir.  Ən  başlıcası  odur  ki,  müvafiq  funksiya  «faydalı 
və zəruridir».
Polis dövlətində qanunçuluğa əməl  edilməsi qayğısına nəinki qalın­
mır,  bu  barədə,  ümumiyyətlə,  nəzəriyyədə  belə,  danışılmır.  Dünya 
dövlətlərinin  həm  qədim,  həm  də  müasir  tarixi  şəhadət  verir  ki,  qeyri- 
azad,  totalitar  dövlətlər  öz  hüquqi  göstərişlərinin  mühafizəsini  güc­
ləndirməklə  seçilirlər.  O,  məsələnin  başqa  tərəfidir  ki,  həmin  hüquqi 
göstərişlərin  nə təbii  hüquq nəzəriyyəsi,  nə azadlıq kateqoriyası  ilə, nə də 
insan  şəxsiyyətinin  fərdiliyi  ilə  heç  bir  bağlılığı  yoxdur.  Məhz buna  görə 
də polis dövlətində totalitar ideyaların  müsbət  hüquqa diffuziyası, eləcə 
də hüquqi doktrinaya çevrilməsi çox asanlıqla mümkün olmuşdur.
Polis  dövləti  xüsusi  mülkiyyətçidən,  azad  sahibkardan,  deməli, 
sərbəst  bazar  münasibətlərindən  qorxur.  Bu  dövlət  müstəqil  sahibkara 
etibar  etmir.  Polis  dövlətinin  hakimiyyət  daşıyıcısı  azad  sahibkarlığın 
həmin cəmiyyət üzvünə müstəqillik və sərbəstlik verdiyini yaxşı dərk edir 
və bunun nə özünə, nə də məhdud sayda olan ətrafına sərf etmədiyini  də­
rindən  anlayır.  Dövlətlərin  inkişaf tarixi  göstərir  ki,  belə  amillər  haki­
miyyəti  obyektiv  surətdə  dcsakrallaşdırır  və polis  inhisarının  itirilməsinə 
səbəb olur.
128
Polis  dövlətində  məcburi  yekdillik  hökmranlıq  edir.  İnsanın  ən 
mühüm  təbii  hüquqlarından  biri  olan  söz  və  əqidə  azadlığı  «siyasi  sa­
bitliyə»  qurban  verilir.  Ona görə də polis dövləti  nəinki iqtisadi,  həm  də 
siyasi  liberalizmə  qarşı  dözülməzlik  nümayiş  etdirir.  Polis  dövlətində 
insan  öz  inam  və  əqidəsini  maskalamalıdır  ki,  repressiyanın  qurbanına 
çevrilməsin.  Elə  bu  baxımdan  da  bu  dövlətdə  xəbərçilik  etmək  vətən­
daşlıq borcu, xeyirxahlıq və fəzilət kimi  qiymətləndirilir.
Polis  dövlətinin  formalaşması  və  bu  lip  dövlət  nəzəriyyəsinin  təşək­
külü  tarixi  şəhadət  vcriı  ki,  polis  dövləti  tarixdə  miiəyyən  miisbət  rol  da 
oynamışdır.1
Polis dövlətinin formalaşması dövlətin  idarəçilik  formalarının tarixi 
inkişaf,  təkamül  və daxili-obyektiv  qanunauyğunluqlarına tabe  olmuşdur. 
Təsadüfi,  mənasız  və  qəribəliklərə  malik  hadisələrin  sayı  çox  deyildir. 
İstənilən  böyük  hadisə  və  ya  hər  lıansı  proses  tarixən  müəyyən  səbəblər­
dən  doğur.  Belə  hadisə  və  proseslər  ona  gərə  yaranırlar  ki,  onlar  yaran­
maya bilməzdilər.  Söhbət  faşizm,  «kazarma  sosializmi»,  yaxud barəsində 
danışdığımız polis dövləti  haqqında getmir.  Lakin, əgər  tarixdə  faşizm  və 
ya polis  dövləti  hadisəsi  baş  verməsəydi,  insanlar bunun  nə  olduğunu  nə 
heç  vaxt  bilməzdi,  nə  də  gələcəkdə  belə  hadisələrdən  qaçmaqdan  ötrü 
müvafiq tədbirlər işləyib hazırlaya bilməzdilər.
Polis  dövləti  tarixdə  müəyyən  müsbət  rol  da oynamışdır,  feodal  da­
ğınıqlığını  aradan  qaldıran,  torpaqları  vahid  tamda  birləşdirən,  ayrıca  bir 
hökmdarın  şıltaqlığı,  yaxud  tərsliyi  əksinə  olaraq  vahid  dövlət  hakimiy­
yətinin  və  qanunçulıığun  üstünlüklərini  təsdiq  edən  polis  dövləti  növbəti 
pillə  -   hüquqi  dövlət  iiçiin  zəmin  hazırlamışdır.  Məsələn,  müasir  fraıı- 
sanın  ərazisində  nə  vaxtsa  onlarla  knyazlıqlar,  hersoqluqlar,  qrallıqlar  və 
s  mövcud  olmuşdur.  Onların  arasındakı  və  daxilindəki  münasibətlər
T.Hobbsın,  məşhur  «Hamının  hamı  əleyhinə  müharibəsi»  kəlamını  xatır­
ladır.  Belə vəziyyətə məhz polis  dövləti  son qoymuşdur.
XVIII  yüzillikdə  polis  qaydası  tərəfdarlarının  xüsusi  görkəmli  yer 
tutduğu  Almaniyada  hətta  tətbiqi  dövlətşiinaslığın  xüsusi  sahəsi  də  təşək­
kül  tapmışdı.  Həmin  sahə  dövlət  dəftərxanası  təcrübəsinə  həsr  olunmuş­
du.  Son dərəcə  böyük  özünəməxsusluğu  ilə  seçilən  bu  siyasi  fənnin  atası 
alman  dövlət  hüququnun  doqmatikcəsinə  işlənib  hazırlanmasının  məşhur 
nümayəndəsi İohanıı Yakob Mozer (1701-1785) olmuşdur.
'  Общая  теория  права  и  государства  /  Под  рсд.  В.В.Лазарева.  М.,  ЮРИСТЬ.  1996, 
с.369.
129


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə