R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə28/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   24   25   26   27   28   29   30   31   ...   131

radıcılarından  biridir.  Bu  nəzəriyyəni  məlum  mənada  iqtisadi  sosiologi­
yanın qurucusu adlandırmaq olar, çünki Parcto iqtisadi məsələlərin həllin­
də  sosioloji  aspektlərlə  ciddi  maraqlanmışdır.  O  cümlədən,  Parcto  öz- 
özünə  belə  bir  sual  verirdi:  hansı  sosial  tələbatlar  iqtisadi  cəhətdən təmin 
oluna  bilər?  Bu  suala  cavab  vermək  üçün  do  faldalılıq  anlayışı  həmin 
nəzəriyyəyə  daxil  edilmişdir.  Faydalılıq,  maraqlı  şəxsi  ona  lazım  olan 
predmetlə bağlayan təsəvvürdən ibarət idi.
Parcto  1916-cı  ildə  yazdığı  başlıca əsəri  olan  «Ümumi  sosiologiyaya 
dair traktat»ında  insan  fəallığını  iki  əsas  tipə -  məntiqi və qeyri-məntiqi 
hərəkətlərə  bölərək,  sosial  mexanikanı  inkişaf  etdirir.  Bu  zaman  qeyd 
olunur  ki,  real  həyatda  bu  hər  iki  tip  demək  olar  ki,  həmişə  qarışıq  for­
mada çıxış edirlər.
Həmin  təsnifat  sosiologiyada  psixoloji  istiqamətə  tamamilə  uyğun­
dur.  Bu  istiqamətin  liderlərindən  biri do  məhz  Paretodur.  O, təsdiq  edirdi 
ki,  sosial  təkamül  insanların  hərəkətlərinin  psixoloji  mənası  ilə  müəyyən 
olunur.  Bu  hərəkətlər  həm  məntiqi  cəhətdən  əsaslandırılmış,  yəni  məq­
sədyönlü,  həm  do  məntiqi  cəhətdən  əsaslandırılmamış,  yəni  instinktiv, 
qeyri-şüuri  ola  bilər.  Cəmiyyətin  hərəkət  edən  qüvvələri  qeyri-məntiqi 
hərəkətlərdir.  Bu  hərəkətlərin  əsasında  təhrikcdici  instinktlərin,  tələbat­
ların,  istəklərin,  maraqların  kompleksi  dayanır.  Bunlar  lap  başlanğıcdan 
insan  varlığına  xas  olmuş  və  bu  varlığın  davranışının  sabit  psixoloji kon- 
stantını  təşkil  etmişdir.
Paretonun  nöqteyi-nəzorineo,  insanların  böyük  əksəriyyətinin  hərə­
kətləri  ağılla deyil, onların  hisslərilə müəyyən olunur.  Köklü  insan hisslə­
rinin  əsasını  qalıqlar  yaradırlar.  Bu  qalıqları  bəzən  instinktlər  adlandı­
rırlar.  Iəmin  instinkt-qalıqların  böyük  hissəsi  insanlar  tərəfindən  dərk 
edilmirlər.  Onları  dərk  edənlər  isə,  bunu  açıq  şəkildə  etiraf etmirlər.  İn­
sanlar özlərinin gerçəkliyə uyğun olmayan hərəkətlərinə əsas verməyə üs­
tünlük  verirlər.  Parcto  belə  əsaslandırmaları  törəmə  əsaslandırmalar  ad­
landırır.  Şüurumuzda  «törəmələr»in  olması  şüurlu  ikiüzlülük  haqqında 
danışmır.  Paretonun  fikrincə,  insan  elə  yaranmışdır  ki, o,  özünə  öz hərə­
kətlərinin  əsaslandırılmasının  həqiqiliyinə  inamı  təlqin  etməyə  üstünlük 
verir.  Kütlələrin  psixologiyasını  əhatə  edən  «törəmələr»  siyasi  və  dini 
doktrinalara çevrilə bilərlər.
Parcto  belə  sxem  əsasında  ictimai  həyat  mexanizmlərinin  izahım 
verirdi.  Onun  fikrincə,  cəmiyyət  qeyri-sabit  müvazinətdə  olan  sistemdir, 
çünki  siniflərin  və  sosial  qrupların  antaqonist  maraqları  bir-birini  sanki
106
şikəst  edir.  Bu  əbədi  antaqoııizın  «qalıqların»  insanlar  arasında  qeyri- 
bərabər  bölgüsü  ilə  şərtləşir,  yəni  belə  şərtlilik  onların  intellektual  və 
iradəvi  keyfiyyətlərinin  qeyri-bərabərliyindən  irəli  gəlir.  Məsələn,  rəhbər­
lik  etmək  qabiliyyətinə  cəmiyyətin  ancaq  kiçik  bir  hissəsi,  onun  sosial 
piramidanın  zirvəsində  olan  elitası  malikdir.1 2
  Lakin  elitanın  özünün  içə­
risində  də  qeyri-bərabərlik  vardır.  Buna  görə  do  hökmranlıq  edən  və 
hökmranlıq  etməyən  elita  mövcuddur.  Göstərilən  clitar qruplar arasında 
daim  hakimiyyət  uğurunda  mübarizədən  və  rolların  dəyişməsindən  irəli 
gələn  münaqişələr baş  verir.  Bu  siikanlı  dəyişmə prosesi  sosiologiya  ədə­
biyyatına  «cütlərin  dövrələnməsi»  adı  altında  daxil  olmuşdur.  Hər bir eli­
ta  tipi  yalnız  məhdud  üstünlüklərə  malikdir  və  real  sosial  həyatın  bütün 
tələblərini  toırıin  etmək  iqtidarında deyildir.  Onlar dövri  olaraq öz mövqe­
lərini  vermək  məcburiyyətində  qalırlar.  Bu  bəzən  zorakı  çevriliş  nəticə­
sində  də  baş  verir.  Paretoya  görə  bu,  «bütövlükdə  cəmiyyət  üçiin  fay­
dalıdır».
Fəlsəfi-sosioloji  praqmatizm  və  onun  Amerika  hüquq  sosiologiya­
sına  təsiri.  Pozitivizmin  özünəməxsus  radikal  modifikasiyası  ABŞ-da' 
hüquq sosiologiyasının inkişafına güclü təsir göstərmiş praqmatizmdir.’
Praqmatizm  fəlsəfəsi  və  sosiologiyası  tarixində  mühüm  məqam 
amerikalı  filosof,  məntiqçi,  riyaziyyatçı  və  təbii  sınaqçı  Cari/.  Sanders 
Pirsin  (1839-1914)  1878-ci  ildə  nəşr  etdirdiyi  «İdeyalarımızı  necə  aydın 
edək»  adlı  məqaləsi  olmuşdur.  Pirsin  sözlərinə  görə,  o,  «praqmatizm» 
terminini  İ.Kantdan  əxz  etmişdir.  İlk  dövrlərdə  bu  termin  «Pirs  prinsipi» 
ifadəsinin  ekvivalenti  olmuşdur.  20  il  keçdikdən  sonra  amerikalı  filosof 
və  psixoloq  Uilyaııı  Coins  (1842-1910)  Pirsin  ideyasını  inkişaf etdirərək
«praqmatizm» sözünü  özünün  fəlsəfə «bayrağına» yazmışdır.  U.Genişdən 
sonra  praqmatizm  nəhəng  fəlsəfi  hərəkata  çevrilmiş,  Amerika  və  İngil­
tərədə  geniş  yayılmış,  İtaliyanın  da  bir  hissəsini  əhatə  edərək  Fransada 
məşhur filosof A.Bcrqson (1859-1941), onun şagirdi  və katolik  moderniz- 
minin  tərəfdarı  M.Blonde!  (1861-1949),  riyaziyyatçı  və  filosof B.Lc  Rua 
(1870-1954)  və  başqaları  tərəfindən  rəğbətlə  qarşılanmışdır.  Maraqlıdır
1  Bax:  Лиши  Г.К.  Современные  теории  члиты.  М.,  Международные  отношения, 
1985.
2  Вах:  Ьакрадче  К.С.  Очерки  но  истории  новейшей  и  современной  буржуазной  фи­
лософии.  Тбилиси, «ССабчота  Сакартвело»,  I960.
5  Вах:  Американская  социология  мысл.  МГУ,  1994; 
Американская  социология. 
Перспективы.  Проблемы.  Методы.  М..  Прогресс,  1972;Хшш  Г.И. Современные тео­
рии  познания.  М.,  Прогресс,  1965.
107


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə