R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə25/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   21   22   23   24   25   26   27   28   ...   131

işgüzar  əlaqə  prinsipinin  olmasıdır».  Söhbət  «eyni  idaroetmə  altında 
yaşayanlar arasındakı həmrəylik» hissləri haqqında gedir.
Herbert  Spenser  (1820-1903)  ingilis  filosofu  və  sosioloqu,  poziti- 
vizmiıı  və  təkamülçiilüyün  tərəfdarı,  sosiologiyada  üzvi  məktəbin  bani­
lərindən biridir. O,  1876-1896-cı illərdə yazdığı  «Sosiologiyanın əsaslan» 
əsərində cəmiyyəti canlı bioloji orqanizmə bənzədir.
II.Spenser  üçün  cəmiyyət  fərdlərin  məcmusudur.1  Cəmiyyət  onu 
təşkil  edən  fərdlər  tərəfindən  yaradılır  və  onun  «təbiəti»  fərdlərin 
«təbiəti» ilə müəyyən edilir.2
Il.Spcııscrin  fikrincə,  cəmiyyət  təkmilləşir,  inkişaf  edir,  «ictimai 
artım»  bioloji  orqanizmlərin  böyüməsinə  bənzəyir.  Cəmiyyətin  «artımı» 
prosesində  ictimai  cəmiyyətin  düzümünün  mürəkkəbliyinin  artması»  baş 
verir.  İctimai  orqanizmin  inkişafının  tərkib hissəsini cəmiyyətin  sistemini 
«idarə edənlərin»  -  hakimiyyətin, məhkəmənin,  qanunvericilik orqanları­
nın  funksional cəhətdən  fərqləndirilməsi  təşkil edir.
Cəmiyyətin  üzvi  birliyinin  pozulması  və  onun  ayrı-ayrı  elementləri­
nin  öz  funksiyalarını  lazımi  qaydada  yerinə  yetirmək  iqtidarında  olma­
ması  «bütün  bədənin  məhvinə»  gətirib  çıxarır,  çünki  sosial  orqanizmin 
hissələri  arasındakı  qarşılıqlı  asılılıq  onun  fərqləndirici  xüsusiyyətini  təş­
kil  edir.  «İstehsalla  məşğul  olan  adamlar  sinfi...,  hakimiyyətə  nəzarət 
edən  hökumət,  məhkəmə,  polis  tezliklə  öz  fəaliyyətini  dayandırır,  qay­
danı  müdafiə etmək qabiliyyətini  itirir».3
Liberalizmin  tərəfdarı  olan  «II.Spenser  cəmiyyətdə  özünütənzim- 
ləyici  başlanğıcların  inkişaf etdirilməsi  zərurəti,  fərdlərin azadlığı,  habelə 
təhltikəliliklərin  və  dövlətin  cəmiyyətə  vura  bildiyi  «zəror»in  mümkün­
lüyü haqqında çox yazmışdır.
O,  «Qatıunvcriciləıin  günahı»  (onun  «Şəxsiyyət  dövlət  əleyhinə» 
əsərinin  hissələrindən  biri)  oçerkində  qanunvcricilərin  peşəkar  hazırlığı 
haqqında  məsələ  qoyurdu.  H.Spenser  hüquqi  qanunların  ayrı-ayrı  və­
təndaşların  mənafelərinə  necə  əhəmiyyətli  ziyan  vurması  ilə  bağlı  çox­
saylı  misallar  gətirərək  qeyd  edirdi  ki,  «qanunvcricilərin  törədə  bildiyi 
şərə  görə  məsuliyyəti  biz  böyük  iltifatla  müəyyən  edirik.  Qəbul  etdikləri
1  Спенсер  Г.  Основная  социология // Заподносвропсиская  социология  XIX  века.  М., 
1996,  с.279.
2  С пенсер Г.  Автобиография.  С П б.,  1914, т.2,  с.227.
3  С пенсер  Г.  Основная  социология,  с.  284.
94
qanunlarla  törədikləri  şərə  görə  onları  müzakirə  etmək  belə,  bizim 
ağlımıza gəlmir».1
H.Spenserin  fikrincə,  sivilizasiyanın  bütün  nailiyyətlərinə  görə  biz 
fərdlərin azad yaradıcılığına və  fəaliyyətinə borcluyuq.  «Ilətta  hökumətin 
öz  məmurlarına  sərəncam  verdiyi  və  öz  qanunlarını  buraxdığı  dil  -   bu, 
meydana gəlməsinə görə  onun  heç  də qanunvcriciyə deyil,  öz  şəxsi  məq­
sədlərini  güdən  adamların  ünsiyyət  prosesinin  inkişafına  borclu  olduğu 
alətdir».2
Il.Spcnser  belə  hesab  edirdi  ki,  keyfiyyətsiz  qanunların  qəbul  edil­
məsinin  başlıca səbəbi  qanunvcricinin cəmiyyəti  «testin  bir parçası»  kimi 
təsəvvür etməsindən  ibarətdir.
Fransız  kriminalisti  Qabricl  Tardın  psixoloji  sosiologiyası. 
Psixoloji  sosiologiya  da  üzvi  sosiologiya  ilə  yanaşı  məlum  populyarlığa 
malik  olmuşdur.  Bu  məktəbin  aparıcı  nümayəndələrindən  biri  fransız 
kriminalisti  və  sosioloqu  Qabricl  Tard  (1843-1904)  hesab  olunur.  O, 
«Təqlid  etmə  qanunları»,  «Sosial  məntiq»,  «Sosial  ctiidlər»  və  s.  kimi 
kitabların müəllifidir.
Q.Tard  1893-1896-cı  illərdə  Ədliyyə  Nazirliyində  şöbəyə  başçılıq 
etmiş,  sonralar  isə  tədrislə  məşğul  olmuşdur.  O,  1900-cü  ildən  de  Frans 
Kollecinin yeni  fəlsəfə professoru olub. Tardın qələminə  fəlsəfə və hüquq 
sosiologiyasına dair bir sıra əsərlər məxsusdur.
Q.Tard  sosiologiya  ilə yaxından  məşğul  olan  ilk  fransız hüquqşünas­
larından  biridir,  Qeyd  etmək  lazımdır  ki,  sosiologiya  hiiquqşünaslığı 
köhnəlmiş  metafizik elm  və hətta ilahiyyatın bir hissəsi  hesab edərək, onu 
əvvəllər  qətiyyətlə  rədd  etmişdir.  Buna  onu  da  əlavə  elmək  lazımdır  ki, 
sosiologiyanın  xüsusi  sahələrinin  ayrılması  Kontun  niyyətinə  daxil 
deyildi.  Sosioloqların  yurisprudensiyaya  nifrətini  XII  yüzillikdə  fransız 
həmrəylik  məktəbinin  nümayəndələri  (L.Burjua,  L.Dügi,  M.Oriu  və 
başqaları)  aradan  qaldırmağa  cəhd  göstərmişlər.3  Həmrəylik  məktəbinin 
sosial-hüquqi nəzəriyyəsi belə bir ideyaya əsaslanırdı  ki, cəmiyyəti  dövlət 
idarə etməli deyil, cəmiyyətin özü özünüidarə ilə məşğul olmalıdır.
Q.Tardtk əsərlərinə qayıdaraq göstərmək zəruridir ki, psixoloji  sosio-
1  Спенсер  Г.  Грехи  законодателей  //  Социалистическое  исследование.  1992,  № 2, 
с. 129-136.
2 Yena orada,  с. 135.
3  Луковская  Д.И.  Социалистическое  направление  во  французской  теории  права. 
ЛГУ,  1972, с. 128.
95


logiya  ideyalarına  uyğun  olaraq  cəmiyyət  bir-birini  doğuran  varlıqların 
toplumundan ibarətdir. Təqlid etmə -  bu, insanları cəmiyyətdə birləşdirən 
və insan həyatı  faktlarına sosial məna verən psixoloji prosesdir. Beləliklə, 
sosiologiya insanların psixi qarşılıqlı  fəaliyyət proseslərinin öyrənilməsilə 
məşğul  olan  kollektiv psixologiyadır ki,  bunun  da  başında təqlid dayanır. 
Ona  görə  də  cəmiyyət  kollektiv  təqlidlərin  sistemi  kimi  müəyyən  edilir. 
Sosial  təqlidin  özü  isə  sosial  hipnotizmin  bir  növüdür.  Tardm  sözlərinə 
görə, cəmiyyətdə hər bir insan özünəməxsus  somnabuldur.1
Sosial  psixologiya  və  kriminalistika.  Sosial-psixoloji  ideya  və 
anlayışlar  bir  vaxtlar  müxtəlif  fəlsəfi  təlimlər,  eləcə  do  konkret  elmlər 
(antropologiya,  etnoqrafiya,  kriminologiya,  psixologiya  və  sosiologiya) 
daxilində  tədqiq  edilmişlər.  Təsadüfi  deyildir  ki,  sosial  psixologiyanın 
metodoloji  statusunun  nədən  ibarət  olması  haqqında  indiyədək  diskussi­
yalar davam etməkdədir.2
Məlum olduğu kimi,  sosial psixologiya xiisusi  fənn qismində  1908-ci 
ildə  meydana  gəlmişdir.  Sosial  psixologiyanın  meydana  gəlməsi  ingilis 
psixoloqu  U.Makduqallın  (1871-1938)  və amerikalı  sosioloq E.O.Rossun 
(1866-1951)  əsərlərinin  işıq  üzü  görməsilə  eyni  vaxta  təsadüf edir.  Bu 
müəlliflərin  kitablarının  adında  «sosial  psixologiya»  termini  ehtiva  olu­
nurdu.  Birinci  Dünya  müharibəsindən  sonra  ABŞ-da  eksperimental  fənn 
kimi  sosial  psixologiyanın  fəal  tədqiqinə  başlanmışdır.  Eksperimental 
tədqiqatların  pozitivist  fəlsəfənin  metodoloji  ənənələri  ilə  həyata  keçiril­
diyinə görə,  əsas üsul laborato eksperimenti  olmuşdur.  Təhlillər kəmiyyət 
metodu  əsasında  aparılırdı.  Başlıca  öyrənmə  obyekti  kiçik  sosial  qruplar 
idi.  Bu,  sosial-psixoloji  tədqiqatın  xüsusi  «Amerika»  standartını  doğur­
muşdu.  Sonradan  həmin  standart  Avropa  alimləri  tərəfindən  (T.Tccfcl,
S.Moskovisi) tənqidə məruz qoyulmuşdur.  Çünki  bu standart «sosial kon­
teksti»  təcrid  edir,  elmin  nəzəri  və  dünyagörüşü  prinsiplərini  kifayət 
qədər qiymətləndirmirdi.
Sosial  psixologiya  öz  inkişafına  görə  yuridik  psixologiyaya  çox 
borcdur.  Yuridik  psixologiyanın  da  kökləri  tarixin  çox  da  uzaq  olmayan 
dərinliklərinə  aparıb  çıxarır.  Xatırladaq  ki,  1764-cü  ildə  italyan  hüquq-
1  Somnabulizm  (lat.zomnus  -   yuxu  +-  ambularc  -  yerimək,  sayıqlamaq)  -  yuxu  zamanı 
şüursuz,  zahiran  qaydaya  salınmış  hərəkətlərin  (yerimək,  predmetləri  yerləşdirmək,  otağı 
səliq əyə  salmaq  və  s.)  yerinə  yetirilm əsilə  xarakterizə  olunan  özünəm əxsus  şüur  poz­
ğunluğu.
2 Зелинский  Л.Ф.  Криминальная  психология.  К., Юринком  Интер,  1999, с.240.
96
ştinas  Cczarc  Bckkariyanın  (1738-1794)  kiçik  bir  risaləsi  çapdan  çıxdı. 
Bekkarinın  ideyaları  cinayət  ədliyyəsi  təcrübəsində  sanki  çevriliş  etdi.  O. 
dolaşıq  və  son  dərəcə  mürəkkəb  olan  cinayət  qanunlarını,  gi/.li  həyata 
keçirilən  cinayət  mühakimə  icraatını  və  cəzaların  lıaqq  qazandırılmayan 
sərtliyini  (o  dövrdə  hələ  bəzi  ölkələrdə cadugərləri  tonqalda  yandırır,  hər 
yeri  ordalidən  -  cəzanın  miistəsııa  dərəcədə  amansız tətbiqi  üsullarından, 
müxtəlif  işgəncələrdən  istifadə  olunurdu)  inandırıcı  bir  tənqidə  məruz 
qoydu.  İtalyan  hüquqşünası  ilk  dəfə  olanıq  belə  bir  ideyanı  elan  etdi: 
cəzanın  səmərəliliyi  onıın  amansızlığından  deyil,  icranın  dönməzliyindən 
və tezliyindən  asılıdır;  nə  qədər ki,  məhkəmə  insan  haqqında  ittiham  hök­
mü  çıxarmamışdır,  o,  təqsirsiz  hesab  olunmalıdır.  Bckkariyanın  fəlsəfi- 
hüquqi  ideologiyası  Avropada  geniş  yayıldı.  Təklif edilən  humanist  prin­
siplər  əsasında  təkcə  İtaliyada  deyil,  bir  sııa  başqa  ölkələrdə  də  müha­
kimə  icraatının  və  həbsxana  siyasətinin  yenidən  təşkilinə  başlanıldı.  Bır 
sıra ölkələrdə  cins  əlamətinə  görə  məhbusların  ayrıca  saxlanmasına  baş­
lanıldı,  saxlama  rejimi  ilə  bağlı  məhbusların  yaşına  diqqət  yetirilməyə 
başlandı,  məhsuldar  əmək  fəaliyyəti  üçün  şərait  yaradıldı.  Bununla  ya­
naşı,  nəinki  mühakimə  icraatının  hıımanistloşdirilməsı  və  həbsxanada 
saxlama  şəraitiniıı  yaxşılaşdırılması  üçün  zəminlər  yaradıldı,  həm  də  in­
san  şəxsiyyətinin  psixoloji  keyfiyyətləri  nəzərə  alınmaqla,  onunla  hu­
manist roftaretmənin  əsaslan  tədricən müəyyən edilməyə  başladı.
Maarifçilərin  hüquq  fəlsəfəsi  elaıı  edirdi  ki, hüquq  özündə həm  qada­
ğaları,  həm  də  icazələri  ehtiva  elməlidir.  İnsan  şəxsiyyətinin  ayrılma/ 
təbii  hüquqları  tanınmalıdır.  Olbəttə,  şəxsiyyət dövlət qarşısında  müəyyən 
məsuliyyət  daşıyır.  Lakin  eyni  dərəcədə  dövlət  də  şəxsiyyət  qarşısında 
məsuldur.  Yeni  dövrün  hüquqi  dünyagörüşünün  inqilabiləşdirilmiş  prin­
siplərindən  biri  şəxsiyyətin  inkişafının,  insan  davranışı  muxtariyyətinin 
təminat prinsipi  idi.
Fransanın  Təsisedici  Məclisi  tərəfindən  1791-ci  ildə  qəbul  olunmuş 
Cinayət  Məcəlləsi  cinayət-hüquqi  dünyagörüşün  aşağıdakı  əsas  prinsip­
lərini elan edirdi:
1) yalnız qanunla  nəzərdə tutulan əməllər cinayət hesab oluna bilər;
2) cəza dönməz və cinayətə  uyğun  olmalıdır.
Mühakimə icraatının  ittiham  forması  çəkişmə  forması  ilə əvə/ edildi. 
Toqsirsizlik  prczumpsiyası  elan  olundu.  Hüquq  münasibətləri  iştirakçıla­
rının yuridik bərabərliyi  öz təsdiqini  tapdı.  Aııdlılar məhkəməsi təsis edil­
di.  Formal  sübutlar  nəzəriyyəsi  ləğv  edildi.  Andlı  hakimlər  və  hakimlər
97


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə