R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə21/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   17   18   19   20   21   22   23   24   ...   131

Determinasiya,  ziddiyyət,  rasionalizasiya  və  cmpirizm  hüquq  sosiologi­
yasının  metodoloji  prinsipləridir.  Onların  hər  birini  ayrı-ayrılıqda nəzər­
dən keçirək.
1.  Determinsiya  prinsipi.  Hüquq  sosiologiyasının  sərəncamında 
olan  bu prinsiplərdən  biri kimi, determinasiya prinsipi  ümumi  metodoloji 
prinsip qismində konkret dərketmə vəzifələrinin həllinə arxalanır.
Determinasiya  prinsipinə  uyğun  olaraq  ictimai  münasibətlər,  sosial 
institutlar  özlərinin  bütün  sosiogen  formalarını  ilə  cəmiyyətdə  mövcud 
olan müvafiq hüquq qaydası  strukturlarına,  hüquq münasibətlərinə və hü­
quq  düşüncəsinə  müəyyən  məqsədli  istiqamət,  məzmunlu-fıkri  kon­
fiqurasiya vermək qabiliyyətinə malikdirlər.
Sosial-hüquqi  sferada  determinasiyamn  nomotetik  (zərurət,  qanun- 
nomosun  dönməzliyi  vasitəsilə  həyata  keçirilir)  və  cvantual  (təsadüf 
vasitəsi  ilə təzahür edir) növlərini  fərqləndirmək vacibdir.
Ənənəvi  olaraq  belə  hesab  olunur  ki,  determinasiyamn  nomotetik 
növü  hüquqi  reallıqlara  əsas  parametrləri  verməklə  hüquq  sahəsində 
əhəmiyyətli rol oynayır.
Determinasiyamn  cvantual  problemləri  klassik  dövrə  elmi  maraqlar 
periferiyasına  yalnız  XIX  yüzillikdə,  ilk  növbədə  sincrgctikanın  inkişaf 
sayəsində  qədəm  qoymuşlar.  Sincrgctikanın  inkişafı  ilə  hüquqi  reallıq 
sferasında determinasiyamn bu növünün roluna münasibət dəyişmişdir.
Hüquqi  reallıqların  birbaşa  və  geriyə  dctcrminasiyası  ilə,  yəni  so- 
siumun  hüquqa,  hüququn  isə  sosiuma  təsiri  məntiqi  ilə  bağlı  olan  prob­
lemlər  hüquq  sosiologiyası  üçün  bilavasitə  maraq  doğurur.  Sosiologiya 
belə  ehtimal  etməyə  meyllidir  ki,  hüququn  bütün  tapmacaları  öz  kökləri 
ilə  sosiumun  sirlərinə  gedib  çıxır.  Yəni  sosiumun  hüquqi  reallıqlarla 
qarşılıqlı  fəaliyyətinin  gizli  və  acıq  ziddiyyətlərinin  kökləri  çox  dərindir. 
Əgər  nəzərə  alınşa  ki,  ziddiyyət  universal  struktur  və  onun  varlığı  fraq­
mentin  miqyasından  asılı  olmayaraq  istənilən  fraqmentdə  aşkar  olunur, 
sosial-hüquqi  reallıq  isə  ziddiyyətlərin,  toqquşmaların,  münaqişələrin  an- 
taqonizmin terminlərinin təsvirlərində təzahür edir.
2.  Ziddiyyət  prinsipi.  Sosial-hüquqi  reallıq  ziddiyyət  prinsipi 
əsasında  göz  qarşısında  hüquq  münasibətlərinin  və  hüquq  düşüncəsinin 
müxtəlif kommunikativ və motivasiyalı  kolliziyaları  -  münaqişələr, anta- 
qonizmlər,  antinomiyalar,  antitezlor,  müxalifətlər,  dissonanslar  və  s. 
şəklində  canlanır.  Sosial-hüquqi  fenomendə  tərəflərin  bir-birinə  qarşı 
durduğu  daxili  müxalifliklərin  aşkar  olunması  müəyyən  mənada  sosial
78
gerçəklikdə  nəyin  baş  verdiyinin  sxemləşdirilməsi  demək  olardı.  Qarşı­
durmalar arasındakı  münasibətlərdə hətta on  ətraflı tədqiqatların  belə tam 
nəzərə  ala  bilmədiyi  bir çox  halların  qaldığı  aydın  olur  və  onların  sosial 
reallığın  daxilinə  qədəm  qoymuş  insanın  «canlı  həyatında»  tamhüquqlu 
mövcudluğu müəyyən edilir.
Əsas  diqqəti  sosial-hüquqi  ziddiyyətlərə  yetirən  sosioloji  şüur  ona 
əsaslanır ki, bu ziddiyyətlər də «canlı həyat»dır.  Başqa  sözlə, ziddiyyətsiz 
«canlı  həyat»  qeyri-miimkündür.  Bu qeyri-mümkünlük  ağuşa alınmayanı 
ağuşuna alsa da, nəzəri  təhlilə mane olmur.
Sosioloji  tədqiqatlarda belə bir amil  do nəzərə alınır ki, hər bir sosial- 
hüquqi  fenomendə  öz  əhəmiyyətinə  görə  bir-birilə  bəhsə  girən  əks 
cəhətlər,  xassələr,  keyfiyyətlər,  bir-birini  qarşılıqlı  surətdə şərtləşdiron və 
eyni  zamanda  da  qarşılıqlı  surətdə  inkar  edən  qarşılıqlı  asılı  münasibət­
lərdə  olan,  nisbi  müstəqilliyə  malik  funksional  xüsusiyyətlər  ehtiva 
olunur və onlar aşkar edilə bilərlər.
Əksliklərin  münasibətləri  tərəflərin  məzmunlu-funksional  «asimmet- 
riyasıwnı  nəzərdə  tutur.  Yəni  aparıcı  və  aşkar  surətdə  üstün  və  tabe 
tərəflərin  hər  biri  həm  xarici  təsirlərə,  həm  də  özünüinkişafın  daxili 
məntiqinə tabe olaıı özünəməxsus dəyişkənlik ənənəsinə malikdir.
Hər  bir  konkret  sosial-hüquqi  ziddiyyət  yaranmasından  qəli  həllinədək 
bir  sıra  inkişaf  pillələrindən  keçir.  Öz  məzmunlu-funksional  xüsusiyyət­
lərindən  asılı  olaraq,  hüquqi  ziddiyyətlər ya  ictimai  sistemin  sabitləşməsinə, 
onun  strukturlarının  qaydaya  salınmasına,  onun  sivilizasiyalılıq  dərəcəsinin 
yüksəlməsinə  yardım  edə,  ya  da  əksinə,  cəmiyyətin  miitəşəkkilliyinin, 
strukturlarının pozulmasına və qarışıqlıq yaranmasına kömək edə bilər.
Bütün  hüquqi  ziddiyyətlər  sosial  subyektlərin  dəyişməz  iştirakı  ilə 
yaranır,  kəskinləşir  və  həll  edilir,  onların  konstruktiv  və  dekonstruktiv 
səyləri  ilə  təzahür  edirlər.  Bu  zaman  ziddiyyətlər  eyni  zamanda  konkret 
amillərin  bir  qisminin  hərəkətlərinin  nəticəsi,  digər  qisminin  yaranma­
sının səbəbləri kimi  çıxış edirlər.
Hər bir xüsusi ziddiyyətin  həlli  labüd  surətdə elə həmin arealın  sosial 
məkanı  hüdudlarında  yeni  ziddiyyətlərin  yaranmasına  gətirib  çıxarır.  İn­
sanların  mövcudluğunun  sosial  dramatizminin  qarşısıalınmaz  olduğu  da 
məhz  bundan  ibarətdir.  Ahəngdarlığın  nisbi,  qarşıdurmanın  isə  ən  müx­
təlif formalarda təzahür etdiyi yerdə bu, qaçılmaz bir həqiqətə çevrilir.
Hüquqi  reallıq  sferasında  saysız-hesabsız  hüquqi  ziddiyyətlərin,  o 
cümlədən  konkret  sosial-hüquqi  ziddiyyətlərin  yaranması,  kəskinləşməsi 
və həlli  hesabına xoşxassoli  və pisniyyotli dəyişikliklər baş verir.
79


3.  Rasionali/asiva  prinsipi.  Bu  prinsipə  uyğun  olaraq  dərk  edən 
ağıl,  hər şeydən  əwol,  sosial-hiiquqi  reallıq sferasında nəyin baş verməsinə 
aid  olan  xalis  rasional  izahedici  sxemlərin  qurulmasına  üstünlük  verir. 
Rasional  dərketmə  bu  zaman  fikiryaratma prosesi  kimi  görünür.  Bu proses 
nəticəsində predmetdə ehtiva olunan obyektiv fikirlər fərdi  şüurun şəxsi malı 
olan  subyektiv  fikirlərlə birləşirlər.  Son  nəticədə isə şeylərin,  proseslərin  və 
münasibətlərin mahiyyətinə əlavə işıq saçan üçüncü amil yaranır.
Tədqiqatçı  üçün  bu  kontekstdə  konkret  reallığı  başa  düşmək  artıq 
fikirlərin obyektində  ehtiva  olunan  konsepsiyanı  öz konsepsiyasının  fikri 
prinsiplərinə  tabe  etmək  deməkdir.  Rasional  dərketmə  təkcə  həmin  mə­
qamda  sosioloqların  sərəncamında  olub  qavranılmalı  olan  informasiyalı 
biliklərə  malik  olmaqdan  ibarət  deyildir.  Bu  informasiyalar  fərdi  şüurda 
subyektiv-şəxsi  müəyyənlik  əldə  edir,  tədqiqatçı  tərəfindən  qoyulmuş 
spesifik  fikri  aksentlərin  təsiri  altında  məzmunlu  konfiqurasiyanı  dəyişir. 
Autentik  dorketme  prosesini  maksimum  dərəcədə  şərtloşdirən  zəminli 
intellektual situasiya məhz belə yaradılır.
4.  Kmpirizm  prinsipi.  Ilüquqi  reallığın  sosioloji  mənzərəsinin 
tamlığı  üçün  müəyyən  hüquq  münasibətlərinə  aid  konkret  amillərin 
çoxluğu  haqqında  informasiyaya  malik  olmaq  zəruridir.  Sosiologiya  isə 
sosial-hüquqi  həyatın  reallıqlarının  təhlili  üçün  kifayət  qədər  səmərəli 
alətlərə malikdir.
Müasir  sosiologiyanın  sərəncamında  empirik  tədqiqatların  müxtəlif 
metod və metodikaları vardır.  Onların köməyilə  ilkin informasiyanın top­
lanması  və  işlənməsi  həyata  keçirilir,  hüquq  sisteminin  fəaliyyəti  haq­
qında hüquqşünasların  özünün  ənənəvi  analitik  vasitələrlə  əldə  etmək  iq­
tidarında  olmadıqları  informasiyalar əldə  olunur.  Rmpiıik  hüquq  sosiolo­
giyasının  təqdirəlayiqliyini  onun  sosial-hiiquqi  sferada  işlərin  vəziyyəti 
haqqında  obyektiv  informasiya  əldə  etməyə,  onu  nəinki  dövlət  institut­
larına,  həm  də  vətəndaş  cəmiyyətinin  təsisatlarına  təqdim  etməyə  qadir 
olması  təşkil  edir.  Bu  isə  hüquq  sisteminin  fəaliyyətinə  nəzarət  və  onun 
təkmilləşdirilməsi üzrə tədbirləri vaxtında qəbul etməyə kömək edir.
Alman  informasiyanın  obyektivliyi  və  qərəzsizliyi  onun  mühüm 
xassələridir.  Bu  xassələr  hüquq  sisteminin  fəaliyyətinin  müxtəlif cəhət­
lərinə  aid  subyektiv  qiymətləndirmələrin  gündəlik  hökmranlığı  fonunda 
xüsusi  dəyər kəsb  edir.  Bilavasitə  empirik  öyrənmə  üçün hüquqi  reallıq­
ların  əlçatmaz  olduqları  halda  (məsələn,  hüquqi  reallığın  tarixi  keçmişdə
80
qalması),  lakin həmin reallıqdan tək-tək mətnlərin, yazılı sənədlərin və ya 
sair şəhadətlərin qaldığı  vaxt, sosioloq üçün onlar informasiya mənbəyinə 
xidmət edə bilərlər.
Artefaktlar qismində  olan  sənədlər cəmiyyətin  və şəxsiyyətin  həqiqi, 
heç  vaxt  mövcud  olmamış  hüquqi  həyatının  ilkin  faktları  haqqında 
şəhadət  verirlər.  Müxtəlif qanunvericilik  aktları,  məcəllələr,  dövlət  baş­
çısının  fərmanları,  hökumətin  qərarları,  istintaq  hərəkətlərinin  və  məh­
kəmə  baxışlarının  protokolları,  müxtəlif hüquqi  prosedur  iştirakçılarının 
yazılı  şəhadətləri,  habelə publisist  və  bədii  əsərlər,  müxtəlif hüquqi  prob­
lemləri  işıqlandıran  ayrı-ayrı  yazılı  sənədlər  sosioloqlara  xeyli  sayda 
zəruri  məlumatlar verə bilərlər.
Belə  faktların  təhlili  zamanı  sosioloq  hüquqşünas,  hüquqşünas  isə 
sosioloq  olur.  F.yni  hadisə  sosioloqa  tipik  sosial  fakt,  hüquqşünasa  isə 
səciyyəvi  yuridik  fenomen  -   kazus  kimi  görünür.  Hər  iki  baxışın 
so­
sioloji  hüquqi  baxışın  eyni  bir  məxrəcə  gətirilməsi  tədqiq  edilən  sosial- 
hiiquqi  reallığın  iri  həcmli  təsvirini  yaradır,  həmin  təsvirdə  ən  zəruri 
xassələri  qeyd etməyə  imkan verir.
Adət  hüququnun  müxtəlif,  arxaik  və müasir  formalarının  vəziyyətini 
səciyyələndirən  informasiyanın  toplanması  üçün  folklor  -  qədim  millər, 
xalq  nağılları,  rəvayət  və  əfsanələr,  dastanlar,  eləcə  də  müxtəlif etnoq­
rafik  məlumatlar müəyyən  maraq  doğııra  bilər.  Bədii,  xüsusən  də  yüksək 
bədii  zövqə  malik  olan  sosioloqlar  sosial-hüquqi  informasiyanın  mənbə­
ləri  kimi  ədəbi-bədii  əsrlərlə,  o  cümlədən  ədəbi  traktatlarla,  cpolarla  və 
digər bədii  yazılı  abidələrlə  uğurla  işləyə  bilərlər.  Məsələn,  Nizami  Gən­
cəvinin  «Sirlər  xəzinəsi»  sosial  ədalət  və  ədalətli  hökmdar,  «İsgəndər- 
namə»  poeması  utopik  cəmiyyət,  Nəsirəddin  Tusinin  «Əxlaqi-Nasiri»  və 
«Əxlaqi-Möhtəşəmi»  əsərləri,  dövlətin  mənşəyi,  siyasət,  qanun  və  qanun­
çuluq,  Əvhədi  Marağayinin  «Cami-Cəm»  poeması  orta  əsrin  ədalət  mü­
hakiməsi,  hakimlərin  xisləti,  Məhəmməd  Füzulinin  «Leyli  və  Məcnun» 
poeması  qadının  sosial-hüquqi  vəziyyəti,  qadın  hüquqsuzluğu  haqqında 
sosial-siyasi  və  hüquqi  ideyalarla,  məlumatlarla  zəngindir.  Nizamül- 
mülkün  «Siyasətnamə»  əsəri  dövləti  idarəetməyə  dair  zəngin  materiala 
malikdir.  Mütəfəkkir  bir  çox  sosial-siyasi  və  hüquqi  problemləri  tarixi 
faktlar əsasında ifadə etmişdir.  Bu əsərin müasir dövrdə do dövlət qurucu­
luğu nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən müddəaları vardır.
Hipotczaların  təsdiqi  və  onlara  ziddi  olan  ehtimalların  təkzibi  üçün
81


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə