R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə19/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   15   16   17   18   19   20   21   22   ...   131

Hazırda  eksperimentdən  praktiki  olaraq  bütün  elm  sahələrində  isti­
fadə  olunur.  Lakin  eksperimentin  sosiologiyada  tətbiqi  son  dərəcə  məh­
duddur.  Fizika,  kimya  və  psixologiya  sahəsində  isə  o,  idrakın başlıca va­
sitəsidir.  Eksperimentin  metodika  və  metodologiyası  da  sosiologiyaya 
psixologiyadan keçmişdir.
Eksperiment  metodundan  sosial  elmlərdə  XX  yüzilliyin  20-ci  illə­
rindən  istifadə  edilməyə  başlanmışdır.  Eksperiment  bu  və ya  digər sosial 
qrupların  yaranmış  situasiyanın  dəyişdirilməsinə  kömək  edən  amillərə 
təsir  göstərməsinin  optimal  metodudur.  Belə  hallarda  sosioloq-tədqiqatçı 
qarşısında  lazımi  amilləri  aşkara  çıxara  bilən  süni  şəraitin  yaradılması 
vəzifəsi  dayanır.  Deməli,  eksperimentator  sosial  birliyin  hərəkətlərinə 
müdaxilə etməklə onu öz eksperimentinin  şərtlərinə tabe edir.
Lakin  fiziki  və  bioloji  reallıqla  müqayisədə  sosial  reallıq  ekspe­
rimentin  aparılması  iiçiin  çox  çətin bir obyektdən  ibarətdir.  Sosial  hadisə­
lərin  öyrənilməsinə  eksperimentin  tətbiqi,  hər  şeydən  əvvəl,  onunla  sərt 
şəkildə  məhdudlaşdırılmışdır  ki,  sosial  səviyyədə  subyektiv  amil  -   eks­
perimentdə  iştirak  edən  insanların  şüuru,  iradəsi,  mənafeləri  və  maraqları 
fəaliyyətdə  olur,  eksperimentator  isə  bu  çətin  düşünülmüş  amili  hesaba 
almaq  məcburiyyətində  qalır.  Bundan  başqa,  insanlarla  və  cəmiyyətlə  eks­
perimentin  aparılması  həmin  cəmiyyətdə  mövcud  olan  əxlaq  və  hüquq 
normaları  ilə  məhdudlaşdırılmışdır.  Nəhayət,  sosial  sistem  öz  bütövlüyünü 
qoıuyub saxlamaq  və müdafiə etmək funksiyasına malikdir və yeni  amillərin 
bu bütövlük üçün təhlükə yaratdığı, yaxud sistemin normal fəaliyyətinə mane 
olduğu  və  ya  müdaxilə  etdiyi  hallarda  o,  həmin  kənar  amillərə  müqavimət 
göstərmək funksiyasını da realizə edir.
Sərt  məhdudiyyətlərin  hələ  də  saxlanmaqda  davam  etdirilməsinə 
baxmayaraq,  eksperiment  metodu  sosiologiyada,  o  cümlədən  hüquq  so­
siologiyasında möhkəm yer tutur.
Sosioloji  eksperiment  dedikdə,  eksperimentator  tərəfindən  daxil 
edilən  və nəzarət olunan  təsirlər nəticəsində tədqiq  edilən  obyektin həyati 
fəaliyyətində  kəmiyyət və keyfiyyət dəyişikliklərinin  əmələ gəlməsi  haq­
qında informasiya əldə etməyə imkan verən spesifik tədqiqat metodu başa 
düşülür.
Tədqiqat proseduru kimi, eksperimentin strukturu eksperimentator və 
ya tədqiqatın  subyekti  olmaq  etibarilə  bu elementlərdən  yaranır.  Eksperi­
mentin  obyekti  qismində  eksperimentator  tərəfindən  süni  yaradılan 
şəraitə qoyulan sosial birlik və ya qrup çıxış edir.
70
Bundan  başqa,  aşağıda  göstərilənlər  də  eksperimentin  obyekti  ola 
bilərlər:
a)  eksperimental  amil  və  ya  müstəqil  dəvisən  -   eksperimentator 
tərəfindən  idarə  olunan  və  nəzarət  edilən  xüsusi  şərait,  eksperimentin 
çərçivələri  ilə məhdudlaşdırılan  təsirin intensivliyi və istiqaməti;
b)  eksperimental  situasiya  -   eksperimental  amilin  daxil  edilməsinə- 
dək tədqiqatçı tərəfindən yaradılan  situasiya.
Eksperimentin  hipotetik modelinin tədqiqi  zamanı  edildiyi kimi, əgər 
tədqiq  edilən  sosial  obyekt  dəyişkən  kəmiyyətlərin  qarşılıqlı  əlaqəli  sis­
temi  qismində  təsəvvür  edilərsə,  eksperimentator tərəfindən  daxil  olunan 
amil  müstəqil  dəyişən  sistem  üçün  yad  rolda  çıxış  etmiş  olar.  O,  sistem­
dən  və  bu  sistemin  hər  hansı  elementindən  asılı  olmadığına  və  eks- 
perimentatorun  iradəsinə  tabe  olduğuna  görə  müstəqil  adlandırılır.  Müs­
təqil dəyişən  asılı  dəyişənlərə təsir göstərir.  Asılı  dəyişənlər tədqiq edilən 
qarşılıqlı  münasibətlər,  təsirlər,  parametrlər  və  xassələr  sisteminin 
daxilində təşəkkül tapır.
Müstəqil  dəyişən  qismində  adətən,  eksperimentatorun  iradəsilə 
dəyişə  bilən  və  sınaqdan  keçirilən  fəaliyyətin  subyektiv  xarakteristikasına 
təsir göstərən  obyektiv  amillər  seçilirlər.  Bu  və ya digər xətalara görə  müx­
təlif cəzaları  və hovəsləndirmələri,  müəyyən  stimul  və  maneələri  və s.  buna 
misal  göstərmək  olar.  Davranış  motivləri,  vərdişlər,  stereotiplər,  siyasi, 
hüquqi, dini və iqtisadi  fəallıq asılı dəyişənlər qismində çıxış edirlər.
Eksperimentin  gedişində  yaradılan  situasiya  tipindən  asılı  olaraq,  o, 
səhra  və  ya  laborator,  nəzarət  edilən  və  ya  nəzarət  edilməyən  (təbii) 
eksperimentdən  ibarət ola bilər.
Eksperimental  amili  qeydə  almaq  və  onun  eksperimentin  obyektinə 
təsirini  öyrənmək  məqsədilə  onun  eksperimentator  tərəfindən  süni  daxil 
edildiyi eksperiment nəzarət edilən  eksperiment hesab olunur.
Eksperimental  amilin  hərəkətə  tədqiqatçı  tərəfindən daxil edilmədiyi, 
şərti  olaraq  eksperimental  kimi  baxılan  artıq  müəyyən  mövcud  amillərin 
öyrənmə  obyektinə  təsirini  tədqiqatçının  yalnız  müşahidə  etdiyi  eks­
periment nəzarət edilməyən  və ya təbii eksperiment adlanır.
Səhra  eksperimenti  dedikdə,  müstəqil  dəyişənin  daxil  edilmə  təsi­
rinin eksperimentin başlanmasınadək mövcud olan təbii  şəraitdə  izləndiyi 
eksperiment növü başa düşülür.
Səhra  eksperimentindən  fərqli  olaraq,  laborator  eksperimenti  de­
71


dikdə,  müstəqil  dəyişənin  təsirinin  bunun  üçün  xüsusi  olaraq  süni  yara­
dılan şəraitdə tədqiq edilməsi nəzərdə tutulur.
Eksperimentin  daha  bir  təsnifatı  fikrən  modelləşdirilən  situasiya  ilə 
real mövcud olan situasiya arasında fərqlərə əsaslanan təsnifatdır.
Müstəqil  dəyişəni  real  mövcud olan  situasiya  kontekstinə  daxil etmə 
ilə aparılan eksperiment  real eksperiment adlanır.
Fikrən  modelləşdirilən  və ya  ideal  eksperim ent dedikdə,  real  sosial 
kontekstdə  deyil,  informasiya  sahəsində  aparılan  eksperiment  başa 
düşülür.
Fikri  eksperimentin  sosiologiyadakı  müasir  forması  sosial  obyektin 
və  ya  prosesin  riyazi  modelinin  yaradılmasından  və  onlara  müxtəlif 
eksperimental  amillərin  mümkün  təsir variantlarının  tədqiq  edilməsindən 
ibarətdir.  Fikri  eksperiment  real  eksperimentə  nisbətən  ölçüyəgəlməz 
dərəcədə  daha  geniş  imkanlara  malikdir.  Çünki  onun  aparılması  real 
eksperiment iiçün  labüd olan çərçivələrlə məhdudlaşdırılmır.
Təşkil  edilmə  formasından  asılı  olaraq paralel  və ardıcıl  eksperiment 
fərqləndirilir.
Tədqiqatçı  tərəfindən eksperimental  qrupun  vəziyyətinin  müqayisəsi­
nin  aparıldığı  eksperiment  forması  paralel  eksperiment adlanır.  Bu  hal­
da  bütün  nəticələr  aparılan  müqayisə  əsasında  çıxarılır.  Paralel  eksperi­
ment  eksperimental  qrupla  nəzarət  qrupu  arasındakı  vəziyyətin  müqayisə 
edilməsi  məqsədilə aparılır.
Ardıcıl  eksperiment  də  müqayisəyə  əsaslanır,  lakin  o,  iştirakçıların 
iki  qrupu  arasında  deyil,  müstəqil  dəyişənin  daxil  cdilmosinodok  və 
müstəqil  dəyişənin  ona  təsirini  göstərməsindən  sonra  eyni  eksperimental 
qrupların  vəziyyəti  arasında aparılır.
Eksperimentin  əlahiddə  növünü  istintaq  (kriminalistik  eksperiment) 
eksperimenti  təşkil edir.  İstintaq  eksperimenti  miiasir kriminalistikanın on 
mühüm  metodlarından  biridir.  Məhz  istintaq eksperimenti  sayəsində yeni 
biliklər  əldə  olunur,  gerçəklikdə  baş  verən  dəyişikliklər  və  həqiqətin 
kritcriyaları  müşahidə  olunur.  Buna gərə  də  müasir kriminalistika  ekspe­
rimentə metodoloji tədqiqatlardan biri  kimi  xüsusi  diqqət yetirir.
Kriminalistika  üçün  həlledici  amil  müşahidənin  nəyə  istiqamətlən- 
dirilməsindən  və onun  necə həyata keçirilməsindən  ibarətdir.
İstintaq  eksperimenti  səbəblə  nəticə  arasında  real  qarşılıqlı  əlaqənin 
daha  ciddi  tədqiqini  təmin  edir.  Sadə  müşahidədən  fərqli  olaraq,  istintaq 
eksperimenti  müvafiq hadisəni  və ya prosesi  ən  müxtəlif şəraitdə yenidən 
canlandırmağa  əlverişli  şərait yaradır.  Bu  da öz növbəsində  cinayət hadi­
72
səsinin  bu  və  ya  digər  cəhətlərini  öyrənməyə  imkan  verir.  İdrakın  digər 
metodları  ilə müqayisədə  istintaq eksperimentinin  əsas  spesifikliyi  ondan 
ibarətdir ki, burada insan  fəal subyekt kimi çıxış edir.
Kriminalistikada  istintaq  eksperimentinin  aparılması  aspektlərinə 
aşağıdakılar aid edilir:
1)  planlaşdırm a aspekti -  eksperimentə  hazırlıq və onun  aparılması 
üzrə  bütün  tədbirlərin  görülməsi.  Planlaşdırma  yazılı  formada  tərtib  edi­
lir.  Plan  özündə  istintaq  eksperimentinin  məqsədini,  növünü,  metodunu 
və aparılma qaydasını ehtiva edir;
2) təhlükəsizlik aspekti  -  istintaq eksperimenti  iştirakçılarının  həyat 
və  sağlamlığının  mühafizə  edilməsi  üzrə  təminat  tədbirlərinin  (məsələn, 
məhkəmə-ballistik eksperimentinin aparılması zamanı) görülməsi;
3)  əxlaqi-etik  aspekt 
insanın  şərəf  və  ləyaqətinin  alçaldılmasına 
yol verilməməsi, əxlaqi-mənəvi  tələblərə ciddi əməl  edilməsi;
4)  sosial-psixoloji  aspekt 
istintaq  eksperimentinin  real  şəraitdə 
aparılması  üçün  onun  yerinin  və  vaxtının,  eksperimentin  aparıldığı  yerə 
yaxın  ərazidə  yaşayan  əhalinin  narahatlığının,  eksperimentin  onlara  tə­
sirinin nəzərə alınması;
5)  maddi  aspekt  -  istintaq  eksperimenti  nəticəsində  vurula  bilən 
zərərin  tədqiq  edilən  cinayət  hadisəsi  üçün  faydası  ilə  optimal  qarşılıqlı 
münasibətinin nəzərə alınması;
6)  zaman  aspekti 
istintaq  eksperimenti  aparılarkən  qanunla  ciddi 
müəyyən  edilmiş prosessual  müddətlərə əməl  edilməsi.
İstintaq  eksperimenti  müstəqil  istintaq  hərəkətidir  və  o,  hər  şeydən 
əvvəl,  iş  üzrə artıq  toplanmış  sübutların  yoxlanmasına yönəldilir.  Deməli, 
istintaq  eksperimentinin  vəzifəsi  əvvəllər  digər  istintaq  hərəkətlərinin 
(dindirmənin,  axtarışın,  hadisə  yerinin  müayinəsinin  və  s.)  aparılması  nə­
ticəsində  toplanmış  sübutların  yoxlanmasından  və  qiymətləndirilmə­
sindən  ibarətdir1.  Məhz  bu  nöqteyi-nəzərdən  istintaq  eksperimentinin 
aparılması  yekunu  kimi,  əldə  edilən  nəticələrin  miihüm  sübutu  əhəmiy­
yəti  vardır.  Belə  ki,  məhkəmə  istintaq  eksperimentinin  düzgün  nəticələ­
rini  sübut növlərindən  biri qismində qiymətləndirə bilər.
Beləliklə,  hüquq  sosiologiyasının  dərketmə  metodlarından  biri  kimi, 
eksperiment  əhatə  dairəsinə  görə  mühüm  sosial-hüquqi  əhəmiyyət  kəsb 
edir.  Onun  nəticələri  sosial  reallıqların  düzgün  qiymətləndirilməsində 
böyük  rol  oynayır.  Eksperiment bir çox  hallarda cəmiyyətdə mövcud  olan 
sosial təhriflərin aşkar olunmasına və aradan qaldırılmasına xidmət edir.
1 Криминалистика:  Учебник (Под.рсд.В.Л.Образцова).  М.,  Юристь,  1997, с.437,
73


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə