R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə20/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   16   17   18   19   20   21   22   23   ...   131

5.  Ilüquq sosiologiyasının funksiyaları
Ilüquq  sosiologiyasının  həll  etməli  olduğu  əsas  vəzifələrdən  biri 
sosioloji  görüntüdə  və  hüquqi  reallığın  dərk  edilməsində  onun  insana  və 
cəmiyyətə  nə  verdiyini,  onun  imkanlarının  və  üstünlüklərinin  nədən 
ibarət olduğunu nümayiş etdirməkdən  ibarətdir.
Hüquq  sosiologiyası  bir  sıra  funksiyalara  malikdir.  Məhz  həmin 
funksiyalar bu  fənnin  nə üçün  zəruri  və  faydalı  olduğunu,  eləcə  də hansı 
təmolli  vəzifələri  həll  etmək  iqtidarında  olduğunu  müəyyən  etməyə  im­
kan verir.  Həmin  funksiyaları  ayrı-ayrılıqda nəzərdən keçirək.
1.  Deskriptiv  (sosioqrafik)  funksiya.  Bu  funksiyanın  mahiyyəti 
sosioloqları  maraqlandıran  sosial-hüquqi  hadisələri  təsvir  etməkdən,  bu 
hadisələrin  əlamətlərini  maksimum  dərəcədə  bütün  tamlığı  ilə  əks  etdir­
məklə onların hərtərəfli nəzərini təsvirini verməkdən ibarətdir.
Burada  varlığın  müxtəlif formaları  hər hansı  ideoloji  retuşlar və  əx- 
laqiləşdirici  sentensiyalar  olmadan  özünün  bütün  təbii  ziddiyyətləri  ilə 
təzahür  edir.  Bu  zaman  sosioloq  kobud  bir  fərdi  xatırlatmamalıdır.  Yəni 
etnoqraf Tcylrun təbirineo o, ancaq «gördüyünə inanan, inandığını gərən» 
olmamalıdır.  Sosioloqun  peşə  borcu  sosial-hüquqi  fenomenləri  təmiz 
vicdanla  və qərəzsiz təsvir etməkdən  ibarət olmalıdır.  Yalnız belə olduğu 
halda  xaricdən  daxilin  reallığını,  zahirdən  mahiyyəti  gərmək  və  düzgün 
dərk etmək olar.
Sosioqrafik  yanaşma  empirik  faktları  onların  «xalis»  halında  ifadə 
olunmasına  imkan  yaradır.  Belə  yanaşma  subyektivizmə  uymağa  imkan 
vermir.  O,  formal  qiymətləndirici  mükalimələrə  qaçmağın  qarşısını  alır. 
Sosioqrafik yanaşma  ideoloji  interpretasiyaların  və  bədii  aranjirovkaların 
təhrif olunmasının  önünə sədd çəkir.
2. Qiymətləndirici-diaanostik funksiya.  Hüquq  sosiologiyasının bu 
funksiyası  mövcud  olan  köhnə  məlumatlar  və  yeni  biliklər  əsasında 
qiymətləndirici  əlamətlərlə  əhatə  olunan  izahcdici  modellərin  qurulma­
sına  imkan  verir.  Cəmiyyətin  hüquq  sisteminin  bu  və  ya  digər  elemen­
tinin  vəziyyətinə  diaqnoz  qoymaq,  yaxud  belə  vəziyyəti  diaqnozlaş- 
dırmaq  onu  həmişə  geniş  sosiomədəniyyət  kontekstində  yerləşdirməyə 
cəhd kimi görünür.
Diaqnozlaşdırma  hüquq  sisteminin  hər  hansı  elementinə  müəyyən 
dəyər şkalası  verir.  Məhz bu  funksiyanın  köməyilə  hüquq  sisteminin mü-
74
vafıq  elementinin  cəmiyyətdə  öz  funksional  vəzifələrini  necə  yerinə 
yetirməsi haqqında nəticələri  formalaşdırmağa nail  olunur.
Qiymətləndirici-diaqnostik  funksiya hüquq sisteminin  bu və ya digər 
elementinin  ö/,  ictimai  təyinatına  nə  dərəcədə  uyğun  gəldiyini,  ictimai 
tələblərə  hansı  səviyyədə  cavab  verdiyini  aşkar  edir.  Bu  yolda  sosioloqu 
ya ideoloji çağırış, ya da sxolastik boşboğazlıq təhlükəsi gözləyə bilər.
İdeoloji  çağırış  halında diaqnoz bilərəkdən  (qəsdən)  cəmiyyətdə  hökm­
ran olan  siyasi elitanın  xeyrinə saxtalaşdırılır, yaxud təhrif olunur, yəni onun 
həqiqi  mahiyyəti  gizlədilir.  İkinci  halda  isə  həmin  hüquqi  fenomeni  dərk­
etmənin  tələb  olunan  elmi  səviyyəsinə  çıxması  üçün  sosioloqun  sadəcə 
olaraq yaradıcılıq, intellektual enerjisi azlıq edir və ya çatışmır.
3.  Proqnostik  funksiya.  Hüquq  sosiologiyasının  proqnostik  funksi­
yası  onun  sosial  xronotop  probleminə,  hüququn  tarixi  zaman  məkanına 
keçmiş,  indiki  və  gələcək  sivilizasiyaya  gəlməsi  məsələsinə  olan  marağının 
nəticəsidir.  Gələcəyə  diqqət  hüquq  sosiologiyasının  proqnostik  funksiyanı 
yerinə  yetirmək  funksiyası  ilə  başıdır.  Belə  ki,  hüquq  sosiologiyası:  Nəyi 
gözləmək  olar?  -   sualına  cavab  vermək  iqtidarında  olmalıdır.  Başqa  sözlə, 
hüquq  sosiologiyası  nəyə  hazır olmağın  zəruri  olduğunu,  nəyə  ümid  edildi­
yini, nədə inamlı olmağı və ya nədən ehtiyat etməyi proqnozlaşdınualıdır.
Hüquqi  reallıq  sferasına  keçirilən  bu  məsələlər  sosioloji  şüuru  kon­
kret  sosial  sistem  şəraitində  hüquq  münasibətlərinin  və  hüquq  dü­
şüncəsinin  mümkün  vəziyyətinə  aid  olan  yaxın  ehtimallar  və  uzunmüd­
dətli  proqnozlar  irəli  siirməyə  vadar  edir.  Belə  proqnozların  həqiqətəox- 
şar,  realist  olmasından  ötrü  hüquq  sosiologiyası  hüquqi  reallığın  keçmiş 
və  indiki  statusları  haqqında  etibarlı  biliklərə  arxalanmalı  və  ləməlli 
prinsiplərə  söykənməlidir.  Bu  isə  hüququn  tarixi  sosiologiyası  kimi  bilik­
lər sahəsinin yaxşı  işlək  vəziyyətdə olmasını  tələb edir.
Sosial  təcrübə  göstərir  ki,  konkret  hüquqi  hadisənin  tarixi  keçmişini 
ancaq  mükəmməl  bilmək  sayəsində  onun  müasir  reallıqlarını  dərk  etmək 
olar.  Belə müasir hüquqi  reallıqların  gələcək  taleyi  ilə  bağlı  kifayət  qədər 
əsaslandırılmış ehtimalların  qurulmasından  ötrü  bu  reallıqların  formaları­
nın səviyyəsini öyrənmək  və başa düşmək zəruridir.
Nəzəri  ehtimalların  qurulmasına  və  ya  irəli  sürülməsinə  hüququn 
bilavasitə  özünə  dialektik  baxış  kömək  edə  bilər.  Yəni  hər  yerdə  aşkar 
edilən  sosial-hüquqi  ziddiyyətlər metodoloji cəhətdən  elə  aradan  qaldırıl­
malıdır  ki,  onların  təzahürləri  gələcək  inkişafın  istiqamətlərinə  əngəl 
törədə  bilməsinlər.  Ona  görə  də  belə  ziddiyyətlərin  aradan  qaldırılması 
aşağıdakıların yerinə yetirilməsini  tələb edir:
75


1)  sosial-hüquqi  reallıq  daxilində  əsas  obyektiv  ziddiyyətlərin  aşkar 
və qeyd olunması;
2)  həmin  ziddiyyətlərin  həll  edilməsi  yolları  və  üsullarının  bütün 
mümkün variantalarının müəyyən edilməsi;
3)  həmin  yollardan  və  üsullardan  ən  optimal  olanlarının  dəqiq  siya­
hısının  tərtib  edilməsi  və  bunun  əsasında  etibarlı  proqnostik  təkliflərin 
işlənib hazırlanması.
Yuxanda  göstərilən  prosedurlardan  sonuncusu  tədqiq  edilən  sosial 
sferada  mövcud  və  bilavasitə  aşkar olunmuş ziddiyyətlərin  xarakterindən 
asılı  olan  proseslərlə  bağlı  proqnozların  irəli  sürülməsi  əsaslarına xidmət 
etmək  iqtidarında olacaqdır.  Sosioloqlar tərəfindən  formula edilmiş proq­
nozları  əldə  edən  şəxslərin  üzərinə  müvafiq  səyləri  yalnız  öz  məcrasına, 
yəni  düzgün  məcraya  yönəltmək  düşür.  Bu,  praktikada  situativ  ziddiy­
yətlərin  arzuolunmaz  variantlarının  inkişafının  və  daha  geniş  miqyas 
almasının qarşısının alınmasına xidmət etməlidir.
Deməli,  hüquq  sosiologiyasının  proqnostik  funksiyası  öz  üzərinə 
hüquq  qaydasının  və  qanunçuluğun  möhkəmləndirilməsi  üzrə  zəruri 
tədbirlərin  qabaqcadan  planlaşdırılması  vəzifəsini  götürür,  Yeni  biliklərə 
nail  olmaq hüquq sosiologiyasının məqsədi  deyildir.  Cəmiyyətdə mövcud 
olan  praktikaya  və  onun  ehtiyaclarına  düzgün  yönüm  bu  elmin  mühüm 
xassəsidir.
Hüquq  sosiologiyası  yekun  nəticələr  sferasında  öz  səylərini  sosial 
mühəndisliyə  yönəldir,  hüquq  münasibətlərinin,  hüquq  qaydasının  və  qa­
nunçuluğun  təkmilləşdirilməsi  üzrə  sosial  texnologiyaların  işlənib  hazır­
lanmasında  fəal  iştirak edir. 6
6. Hüquq  sosiologiyasının prinsipləri
Bütün  digər  nəzəri  fonnlər  kimi,  hüquq  sosiologiyasının  da  başlıca 
təyinatı  sosial  sferada  biliklərin  artmasını  və  zənginləşməsini  təmin 
etməkdən, sosiumla hüququn qarşılıqlı əlaqəsi və fəaliyyəti haqqında yeni 
informasiyalara malik olmaqdan ibarətdir.
Bu  biliklər  sosioloji  elmik  tədqiqat  imkanlarının  bütün  potensialının 
konkret  problemli  sahə  kimi  hüququn  sosiosferası  daxilində  cəmləş- 
dirilməsi  nəticəsində  yaranır.  Sosiologiya  həmin  sosiosferanı  zənginləş-
76
dirən  məna  və  fikirlərin  mahiyyətinin  açılması  üzrə  məqsədyönlü  səylər 
göstərir,  tədbirlər  işləyib  hazırlayır.  Bu  zaman  onun  axtarış  strategiyası 
bir necə səviyyədə təzahür edir.
Birinci  səviyyə  fəlsəfi  və  metodoloji  xarakterə  malikdir.  Bu  səviy­
yəni  hüququn  metasosiologiyası  səviyyəsi  adlandırmaq  olar.  Həmin 
səviyyədə  hüquqi  reallığın  təhlilinə  universal  dərketmə  prinsiplərinin 
tətbiqi  imkanlarının  aid  edildiyi  təmolli  tədqiqatlar həyata keçirilir.  Məhz 
bu  səviyyədə  başlıca  normativ  və  dəyərli  istiqamətlər  aşkar  olunur.  Hə­
min istiqamətlər hüquq sahəsində alim-sosioloqlarının qabaqcıl qrupunun 
hərəkət etdiyi yolun əsas problemli magistralları müəyyən edilir.
İkinci  səviyyədə  hüququn  nəzəri  sosiologiyası  yerləşir.  Hüququn 
nəzəri  sosiologiyası  müəyyən  hipotezalar  formalaşdırır.  Bu  hipotezalar 
əsasında  arqumentləşdirilmiş  konsepsiyalar  və  izahcdici  metamorfozalar 
qurulur.  Bütün bunlar sivilizasiyalı sistemlərin sosial kontekstində hüquqi 
fenomenlərlə qarşılıqlı  əlaqədə olurlar.  Bu  səviyyədə təhlillər hüquqi,  so­
sioloji,  psixoloji,  demoqrafik,  statistik  və  digər elmi-nəzəri  və elmi-prak­
tiki  fonnlərin  dərketmə  vasitələrindən  istifadə  edilməklə  aparılır.  Bu 
zaman  izahcdici  modellər,  bir  qayda  olaraq,  məhdud  normativ  məkan­
larda  və  lokal  fikirlərdə  qurulur  ki,  bu  da  onlara  açıq  daxili  ziddiyyət­
lərdən  qaçmağa imkan verir.
Üçüncü  səviyyə  hüququn  empirik  sosiologiyası  sahəsidir.  Bu, 
bilavasitə hüquq  münasibətləri  praktikasına çox yaxın  olan  sahədir.  Məhz 
bu  sahədə  praktiki  işlər görülür,  müşahidənin  müxtəlif formaları  aparılır, 
eksperimentlər,  sorğular,  ankctlnşdirmə  həyata  keçirilir.  Bunlar  isə  öz 
növbəsində  konkret  sosial  faktları  toplamağa  şərait  yaradır.  Toplanmış 
konkret  sosial  faktlar  sonradan  tədqiq  edilir,  qruplaşdırılır,  ümumiləşdi­
rilir,  nəzəri  ehtimalların  əsasına  qoyulur  və  son  nəticədə  mövcud  hi- 
potczaların  təsdiq  və ya tokzib edilməsinə xidmət edirlər.
Göstərilən  səviyyələrin  hər  üçü  eyni  dərəcədə  zəruridir.  Onların  hər 
birinin  konkret  vəzifəsi  vardır.  Səviyyələrin  hamısının  bir-birinə  ehtiyacı 
vardır.  Onların  hər  üçü  ancaq  birgə  hərəkət  etdikləri  zaman  tam  yararlı 
sosioloji  informasiya  əldə  etmək  və  keyfiyyətli  və  faydalı  biliklərin 
zənginləşdirilmosini  həyata  keçirmək  iqtidarında  olurlar  ki,  elin  də  bun­
suz mövcud ola bilməz.
Hüquq  sosiologiyasının  məhz  yuxarıda  göstərilən  dərketmə  imkan­
ları  əsasında  onun  prinsiplərinin  təhlilini  vermək  olar.  Həmin  prinsiplər 
hüquq  sosiologiyasının  metodoloji  prinsipləri  qismində  çıxış  edirlər.
77


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə