R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə27/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   23   24   25   26   27   28   29   30   ...   131

banilərindən  biri  lil ton  Mcyonun  (1880-1949)  tədqiqatı  olmuşdur.1  O, 
Çikaqo  yaxınlığındakı  Xotoron  şəhərindəki  «Vcstcrn  elektrik  kompani» 
konsern  zavodunda  apardığı  eksperimentlərlə  məşhurlaşmışdı.  Bu  eks­
perimentlərin  ən  əhəmiyyətli  yekunu  fəhlələrin  və  qeyri-formal  qrupların 
qarşılıqlı  münasibətlərin  səbəblərinin  aşkar  edilməsi  olmuşdur.  Həmin 
eksperimentlərin  yekunlarının  ümumiləşdirilməsi  sosioloji  konsepsiya­
ların  və  «insan  münasibətləri»  məktəblərinin  formalaşması  üçün  meto­
doloji  baza  olmuşdur.  Alimlərin  hesab  etdiyi  kimi,  «insan  münasibətləri» 
məktəbinə  sosiologiyanın  tətbiqi  sahəsi  -   kiçik  qrupların  sosiologiyası 
qismində baxmaq olar.
XIX yüzilliyin  ikinci  yarısı  və XX yüzilliyin  başlanğıcında  Alma­
niyada  sosiologiya  elminin  inkişafı.  Empirik  sosiologiyanın  metodolo­
giyasının  işlənib  hazırlanmasına  alman  sosioloqları  öz  böyük  töhfəsini 
vermişdir.''
XII  yüzillikdə  Almaniyada sosiologiyanın  inkişafı  L.fon  Şteynin  fəa­
liyyətilə  bağlıdır.  L.fon  Şteynin  (1815-1890)  «Sosializm  və  kommunizm 
müasir  Fransada»  (1842)  əsəri  alman  sosiologiya  elminin  inkişafına təsir 
göstərmişdir.
Alman  sosioloqlarının  tarixi  sırasında  ikinci  yer  Ferdinand  Tönnisə 
(1855-1936)  məxsusdur.  Onun  1887-ci  ildə yazdığı  «Birlik  və  cəmiyyət» 
kitabı  öz  dövründə  güclü  səs  salmışdı.  Həmin  kitab  1912-ci  ildə  «Xalis 
sosiologiyanın  əsas  anlayışları»  sərlövhəsilə  yenidən  nəşr  edilmişdir. 
Tennisin  ideyasına  uyğun  olaraq  mədəniyyətin  inkişafı  gedişində  birlik­
lər  dövrünün  cəmiyyət  dövrü  ilə  əvəz  olunması  baş  verir.  Əgər  birlik 
üçün  qarşılıqlı  razılaşma,  adətlər  və  din  səciyyəvi  idisə,  cəmiyyət  mü­
qavilə,  siyasət  və  ictimai  rəylə  səciyyələndirilirdi.  Biz,  Tönnisin  şəx­
sində  faktiki  olaraq  ictimai  hadisə  və  proseslərin  sosial-psixoloji  toqquş­
masına  əsaslanan  mədəniyyət sahəsində sosioloqu görürük.
Tönnisin nəzərində sosiologiya aşağıdakı növlərə bölünürdü:
1)  xalis (nəzəri) sosiologiya;
1  Sənaye  sosiologiyası  haqqında  ətraflı  bax.:  Кравченко  Л.И.  Социология труда  в XX  в. 
М ,  Наука,  1987;  Подмарков  В.Г.  Введение  в  промышленную  социологию.  М.. 
Мысль,  1973;  Филиппов  Л .В .  Производственная  социология,  психология  и  педаго­
гика.  М.,  Высшая  ш кола,!989;  Эпштейн  С.И.  Индустриальная  социология  в  США, 
М.,  Политиздат,  1972.
?  Вах:  Богомолов  Л.С.  Немецкая  буржуазная  философия  после  1865  года.  МГУ. 
1969;  История  буржуазной  социологии  первой  XIX  -начале  XX  в.  М.,  Наука,  1979; 
История буржуазной  социологии первой  половины X X   в.,  М.,  Наука,  1979.
102
2)  tətbiqi sosiologiya;
3) empirik sosiologiya.
Nəzəri  (xalis)  sosiologiya  mövcudatm,  mədəni  birliklərin  və  cəmiy­
yətlərin  inkişafının  ümumi  problemləri  ilə  məşğul  olur.  Tətbiqi  sosiolo­
giya ruhən  fəlsəfə tarixinə yaxındır və sosial  inkişafın nəhəng proseslərini 
tədqiq  edir.  Empirik  sosiologiya  sosial  hadisə  və  proseslərin  dərk 
edilməsində müşahidəyə və statistik metoddan istifadəyə üstünlük verir.
Tönnis  Sosioloji  Cəmiyyətin  (1909)  banilərindən  biri  və  nasistlər bu 
Cəmiyyəti buraxanadək  onun  1933-cii ilədək prezidenti  olmuşdur.
Tennisdən  sonra  formal  sosiologiyanın  yaradıcısı  Georq  Zimmelin 
(1858-1918)  adını  çəkmək  zəruridir.  Həyat  fəlsəfəsinin  ən  güclü  nüma­
yəndələrindən  biri  qismində o,  sonralar əsasən  mədəniyyət  fəlsəfəsi  prob­
lemləri  üzərində çalışmışdır.  Zinımel  həyatı  insanın yaradıcı  təşəkkül  pro­
sesi  kimi  başa düşürdü.  Bu  proses  insan  şəxsiyyətinin  sərəncamında  olan 
rasional  vasitələrlə bitə  bilməz.  O, ancaq  intuisiyanın  köməyilə dərk edilə 
bilər.  Onun  sosiologiyaya  dair  1890-1900-cü  illərdə  yazdığı  əsərlərdə 
insanların  qarşılıqlı  fəaliyyət  formaları  sosiologiyanın  predmeti  elan 
olunur.  Bu  metodoloji  göstərişə  uyğun  olaraq  Zimmcl  müqavilə,  müna­
qişə, rəqabət,  nüfıız, tabelik və  s.  bu kiıııi  sosial  formaları  təhlil  edir.  Yeni 
kiçik sosial qruplarda yaranan  münasibətlər təhlil edil.
Zimmelin  sosioloji  əsərləri  Almaniya,  ABŞ  və  Rusiyada  sosiologi­
yanın  iııkişalina böyük  təsir göstərmişdir.
Almaniyada  eksperimental  psixologiyanın çiçəklənməsi  və sosiologi­
yanın  elm  kimi  təşəkkül  tapınası  atmosferində Almaniyada məşhur alman 
sosioloqu,  filosof  və  tarixçisi,  elmi  dünyagörüşü  ncokantçılığın  güclü 
təsiri  altında  formalaşmış  Maks  Veberin  (1864-1920)'  «empirik  sosiolo­
giyasının  formalaşması  prosesi  getmişdir.  O,  ııcokantçı  filosof Q.Rikkcrt 
(1863-1936)  və  filosof  B.Diltccmlə  (1833-1911)  birgə  özünün  «empirik 
sosiologiyasıwııın  metodoloji  əsası  olnııış  ideal  tiplər  konsepsiyasını  işlə­
yib hazırlamışdır.  Həmin  konsepsiyaya  uyğun  olaraq  ideal  tiplər dedikdə, 
empirik  materialı  qaydaya  salmağa  imkan  verən  bəzi  nəzəri  sxemlər  başa 
düşülür.
M.Veberin  əsərləri  sosiologiyanın  inkişafında  böyük  rol  oynamışdır. 
Veberin  mühüm  əsərləri  sırasına  «Ümumi  iqtisadi  tarix»,  «Sosial  və
Неусыхин  А.И.  «Эмпирическая  социология»  Макса  Вебра  и  логика  исторической 
пауки  //  В  кн.:  Неусыхин  А.И.  Проблемы  европейского  феодализма.  М.,  Наука, 
1974,  с .4 13-471.
103


iqtisadı  təşkilat  nəzəriyyəsi»,  «Protestant etikası  və kapitalizmin ruhu»  və 
s.  kitabları  aid  edilir.
M.Vcbcrin  ЫоцгаПап  qeyd  edirlər  ki,  elmi  işlə  yanaşı,  Vebcri 
Almaniyanın.  Siyasəti  də  dərindən  maraqlandırmışdır və o,  siyasi  həyata 
bütün  varlığı  ilə  qoşulmaq  istəyini  tez-tez  hiss  etmişdir.  Onun  şəxsiyyə­
tinin  giieii,  mahir  natiqlik  istedadı,  şübhə  doğurmayan  səmimiliyi  belə 
fəaliyyətə  yardım  göstərə  bilərdi.  M.Vebcr  Vcymar  konstitusiyasının 
işlənib hazırlanmasında yaxından  iştirak etmişdi.
M.Vcbcr  Alman  Sosioloji  Assosiasiyasının  əsasını  qoyanlardan  biri 
olmuşdur.
İdeologiya,  iqtisadiyyat  və  siyasət  Vcbcrin  tədqiqatçılıq  istedadının 
xüsusi  təzahür etdiyi  üç  mühüm sahə olmuşdur.  Onun ideyalarının təsirini 
bir  çox  alimlər  hiss  etmiş,  həmin  ideyalar  Almaniyanın  hüdudlarını  aşa­
raq  bir çox  ölkələrdə,  o cümlədən bütün  ingilisdilli dünyada yayılmışdır.
Alman  alimini  belə  bir  sual  narahat edirdi:  bu  və ya digər cəmiyyət öz 
təşkilati  strukturuna  görə  deyil,  daha  çox  məqsədlərinə  və  motivasiyasma 
görə (həmin  sosial  təşkilat məhz bunun naminə mövcuddur) nədən ibarətdir?
M.Vcbcrin  müasiri  olduğu  kapitalist  cəmiyyəti  gerçəkliklərinin  dü­
zünə  empirik  müşahidəsi  və  onların  nəzəri  ümumiləşdirməsi  adekvat 
izahat  verə  bilmir,  çünki  buna  dərk  edən  subyektin  dəyər məqsədləri  ma­
ne  olur.  Huna  görə  də  o,  insan  cəmiyyətinin  mahiyyətinin  açılması  üçün 
tamamilə  yeni  metod  işləyib  hazırlamağa  səy  göstərirdi.  Həmin  metod 
təbii  sınaqçılar  tərəfindən  hesaba  alınmayan  ınotivasiya  və  dəyərlərin 
başa  düşülməsi  ilə  əlaqədar olmalı  idi.  O,  Rikkcrtin  ardınca  aşağıdakı  iki 
aktı  fərqləndirirdi:
1) dəyərlərə münasibət;
2) dəyərlərin qiymətləndirilməsi.
Əgər birinci akt bizim  fərdi  təəssüratımızı  obyektiv və ümuməfıəmiy- 
yətlı  mühakiməyə  çevirsə,  ikinci  akt  belə  subyektivlikdən  (qərəzli  qiy­
mətləndirmədən)  azad  deyil.  Lakin  o,  tədqiq  edilən  predmetləri  bu  və  ya 
digər  dəyərlər  sisteminə  şüurlu  surətdə  aid  edir.  Mədəniyyət və cəmiyyət 
haqqında  elm  belə  subyektivlikdən  azad  olmalıdır.  Dəyərlərə  mütləq  və 
tarixüstü  bir  şey  kimi  baxan  Rikkertdən  fərqli  olaraq,  Vcbcr  dəyərləri 
müvafiq  tarixi  dövrün  məqsədi,  dövrə  xas  olan  mənafelərin  istiqaməti 
kimi  izah etməyə meylli  idi.
M.Vcbcr  özünün  «empirik  sosiologiya»smı  bu  metodoloji  əsas  üzə­
rində  qururdu.  Həmin  metodoloji  əsas  keçmiş  dövrlərin sosial  fizikasında
104
sosial  idrakda  dəyər  amillərini  nəzərə  almayan  ənənəvi  empirik  metod­
lardan  fərqlənirdi.  Onun  fikrincə,  sosiologiyada  ingilis  empirizmi  ruhun­
da  induksiyaya əsaslanan  elmi  sistem  işlənib hazırlanmır.  İnsanlar mono- 
ton şəkildə təkrar olunan  hərəkətləri  qabaqcadan  müəyyən  edilmiş  sxemə 
uyğun  surətdə  avtomatik  olaraq  həyata  keçirən  maşın  deyildir.  İnsanlar 
həmişə  dəyişən  motivləri  və  niyyətləri  rəhbər tuturlar.  Deməli, cəmiyyəti 
bilmək  fizikada  və  ya  kimyada  obyektlərin  öyrənilməsi  zamanı  olduğu 
kimi,  qabaqcadan hazırlanmış  sxemdən  ibarət  mənasız davranışdan deyil, 
düşünülmüş  insan  davranışının  real  motivasiyasını  bizim  nə  dərəcədə 
biləcəyimizdən  asılı  olmalıdır.  Ancaq  bu  motivasiyanı  bilməklə  dərk 
etmək  olar  ki,  cəmiyyətdə  həqiqətən  də  müəyyən  dəyərlər  əsasında  mü­
rəkkəb, dinamik sistem kiıııı  qarşılıqlı  fəaliyyət baş  verir.
M.Vcbcr  motivasiyaya  kollektiv  hərəkətlər  nöqteyi-nəzərindən  ba­
xırdı.  Kollektiv  hərəkətlər  fərdi  hərəkətlərdən  özünün  kütləvi  miqyas- 
dakı  tipikliyi  ilə  fərqlənir.  O,  kollektiv  insan  davranışının  bu  tinlərini 
«ideal tiplər» adlandırır.
Sosioloji  təhlilin  Vcbcr  metodologiyasının  səciyyəvi  cəhətləri  ən 
ümumi  şəkildə yuxarıda göstərilənlərdən  ibarət idi.
Sosiologiyada  neopozitivist  istiqamətin  rüşeymləri.  Sosiologiyada 
pozi-tivist  istiqamətin  metodologiyası başqa yolla,  inkişaf etmişdi.
Son  dərəcə  səciyyəvidir  ki,  ncopo/.itivizmin  banilərindən  biri,  Avro­
pada  sosiologiyanın  inkişafına  yetərincə  müəyyən  təsir  göstərmiş  isveç­
rəli  filosof Rixard  Avcııariusun  (IX43-I896)  fəlsəfi  görüşləri  Almaniyada 
qeyd  olunan  uğurların  (əsiri  altında,  eksperimental  psixologiya  və  fizio­
logiyaya  dair ilk  əsərlərin  meydana gəldiyi  vaxt  təşəkkül  tapmışdır.  İnsan 
idrakının  taleyi  onun  həyata  uyğunlaşması  və  ya  bioloji  möhkəmliyi  ilə 
müəyyən  olunur.  Hər  cür  idrak  dəyəri  yalnız  müvafiq  bioloji  kontekstdə 
düzgün parlaqlıq  əldə edir.
Avenariusun  idraka  analoji  görüşlərinə  məşhur  avstriyalı  fizik  və 
filosof Erkst  Max  (1838-1916)  tərəfdar çıxmışdır.  O,  idrakın  əsas  vəzifə­
sini  fikirlərin  faktlara və  fikirlərin  fikirlərə  uyğunlaşmasında görürdü.
E.Max  ö/,  əsərlərində  bütün  dərketmə  gücünün  bu  və  ya  başqa  cür 
özünüqoruma  instinkti  ilə  şərtləşdiyini  qeyd  edərək,  idrakın  bioloji  də­
yərinə daha çox  üstünlük verirdi.
Vilfrcdo  Paretonun  -  subyektivist  sosiologiyası.  Sosial  idrak  tari­
xində  görkəmli  yer  italyan  iqtisadçısı  və  sosioloqu  Vilfrcdo  Paretoya 
(1848-1923)  məxsusdur.  O,  son  dərəcə  faydalı  iqtisadi  nəzəriyyənin  ya­
105


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə