R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə26/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   22   23   24   25   26   27   28   29   ...   131

qoran  daxili  inam  əsasında  qəbul  etmək  hüququ  əldə  etdilər.  Müttəhimin 
müdafiə  hüququ  təşəkkül  tapdı.  Sübutetmək  vəzifəsi  ittihamçıya  həvalə 
edildi.  Bəraət  hökmü  təqsirin  sübut  edilməməsi  zamanı  məcburi  amilə 
çevrildi.
XVIII-XVII  yüzilliklərdə  yeni  hüquqi  ideologiya əsasında psixoloji- 
hüquqi  biliklərin  ixtisaslaşdırılmış  sahəsi -  kriminal,  sonra isə daha geniş 
kontekstdə -  məhkəmə psixologiyası təşəkkül tapdı.
Kriminal  psixologiya  çərçivəsində  cinayətkar  davranışın  psixologi­
yasına və cinayətkarın şəxsiyyətinin  psixologiyasına aid  faktların empirik 
təhlilinin  həyata  keçirilməsinə  başlandı.  Mühakimə  icraatında,  hüquqi 
tənzimetmənin  bütün  sistemində  psixoloji  biliklərin  zəruriliyinin  dərk 
edilməsinə  başlanıldı.  XII  yüzilliyin  ikinci  yarısında  antropoloji  hüquq 
məktəbi  formalaşdı.  Buna  müvafiq  surətdə  hüquqşünasların  «insan  ami- 
li»nə marağı  daha də artdı.1
XIX  yüzilliyin  sonunda  kriminalistikanın  və  kriminologiyanm  for­
malaşması  ilə  əlaqədar  məhkəmə,  sonra  isə  hüquq  psixologiyası  intensiv 
surətdə  təşəkkül  tapmağa  başlayır.  Məşhur  isveçrəli  psixoloq  E.Klaparcd 
(1873-194)  məhkəmə  psixologiyası  üzrə  Cenevrə  universitetində  müha­
zirələr  oxuduğu  illərdə  mohkəmə-psixoloji  problemlərin  dairəsini  xeyli 
genişləndirdi  və  II  yüzilliyin başlanğıcında «hüquqi psixologiya» (yuridik 
psixologiya) terminini elm aləminə gətirdi.
Kriminalistikanın  banisi  sayılan  avstriyalı  hüquqşünas  Hansı  Qross 
(1847-1915)  «Kriminal  psixologiya»  adlı  təmolli  bir əsər yazdı.  O,  məh­
kəmə  psixologiyasına  ümumi  psixologiyanın  tətbiqi  sahəsi  kimi  baxırdı. 
Qross  hüquqşünasları  eksperimental  psixofı/.iologiyanın  ona  müasir olan 
nailiyyətləri  ilə,  insanın  psixomtihərrik  xüsusiyyətlərilə,  təfəkkürün  və 
yaddaşın qanun uyğunluqları  ilə və s.  ilə tanış etdi.
İfadələrin  alınması  psixologiyası  inkişaf  etdirilirdi.  Albert  Helvinq 
dindirən  (polisin,  hakimin,  ekspertin)  və  «dindirilən  şəxsin  (müqəssirin, 
zərər  çəkmiş  şəxsin,  şahidin)  psixologiyasını  öyrənirdi.  Bundan  başqa  o, 
dindirmənin özünün psixoloji texnikasını tədqiq edirdi.
Lakin XX  yüzilliyin  birinci yarısında  məhkəmə psixologiyası  əsasən 
empirik  sahə,  təsvircdici  elm  olaraq  qalırdı.  Cinayətkar  şəxsiyyət  (cina­
yətkarın  şəxsiyyəti),  onun  motivləqadirici  sferası  «amansızlıq»,  «aqres-
1  Закаревский  И.  Об учениях  уголовно-антропологической  школы,  Харьков,  1893,
с.233;  Ковлер  Л.И.  Антропология  нрава,  М.,  НОРМА,  2002.  с.480;  Рулан  Н.  Юри­
дическая антропология. М.,  НОРМА,  1999, с..310.
98
sivlik», «intiqam»,  «tamah», «vicdansızlıq»,  «sadizmə meyli ilik»  və s.  bu 
kimi və bunlara bənzər arnorf anlayışlarla təsvir olunurdu.
XX  yüzillikdə  cinayətkarın  şəxsiyyətinin  psixodiaqnostika  problemi 
ortaya  qoyuldu.  Eyııicinsli  cinayət  törətmiş  şəxslərin  psixoloji  təhlilinə 
kəskin  ehtiyac  yarandı.  Bununla  bağlı  bir sıra  tədqiqatlar  meydana  gəldi. 
Məsələn,  A.Bcrrc  böyük  bir  empirik  materialda  (Stokholm  mərkəzi 
həbsxanasının  məhbusları  üzərində) qətllərin  psixoloji  təhlilini  apardı,  bu 
kateqoriya cinayətkarların psixi  cəhətdən «zəif olan yerlərini» tədqiq etdi.
Ziqımınd  Freydin  (1356-1939)  psixoanalitik  nəzəriyyəsinin  təsiri 
altında  məhkəmə  psixoloqları  cinayətkarın  şüuraltı  sferasına  nüfuz 
etməyə səylər etdilər.  Psixoloqlar (Frans  Alcksandcr,  Iluqo Ştaub,  Alfred 
Adler,  Valter  Bromberq  və  başqaları)  şəxsiyyətin  dərin  xassələrini  aşkar 
etməyə  cəhd  göstərirdilər.  Məhbuslar  psixodiaqnostik  testlərlə  və  digər 
psixoanalitik  metodlarla  tədqiq  edilirdilər.  Belə  müayinələrin  yekununda 
psixoloqlar  və  kriminoloqlar  belə  nəticəyə  gəldilər  ki,  cinayətkarların 
əksəriyyətində  şəxsiyyətin  psixi  sferası  inkişaf etməmişdir,  sosial  özünə- 
nəzarətin  daxili  strukturu  dağılmış,  əyləndiriei  (sakitləşdirici)  və  qıcıq­
landırıcı  (qızışdırıcı)  proseslərin  qarşılıqlı  fəaliyyətində  balans  pozul­
muşdur.
XX  yüzilliyin  birinci  yarısında  məhkəmə  (cinayət)  psixologiyası 
Almaniyada  özünün  xüsusi  inkişaf  pilləsinə  qalxmışdı.  Alman  krimino- 
loqlaıı  öz.  elmi  tədqiqatlarında  ağırlıq  mərkəzini  cinayətkarın  şəxsiy­
yətinin.  onun  yaşayış  mühitinin  öyrənilməsi  üzərinə  keçirmişdilər  Bıı 
sahədə  alman  kriminoloqlarıııdan  Frans  fon  List,  Merits  Lipman  və  baş­
qaları  tədqiqatlar  aparırdılar.  1903-cii  ildə  Qııstav  Aşaff'enburqun  «Cina­
yətkarlıq  və  onunla  mübarizə»  kitabı  çapdan  çıxdıqdan  sonra  xarici  hü­
quqşünasların  cinayətkarın  şəxsiyyətinə,  onun  öyrənilməsinə  münasibəti 
dərhal  yüksəldi.  1904-cü  ildə  Aşaffenburq  «Məhkəmə  psixologiyasının 
problemləri  və cinayət  hüququnun  islahatları  üzrə aylıq jurnal»  təsis  etdi. 
O,  cinayətkarlığı  cinayətkarların  sosial  yarasız.lığının  müxtəlif  fərdi 
təzahürləri  ilə  izah edirdi.
Alman  məhkəmə  psixologiyası  və  kriminologiyasında  psixopatoloji 
və bioloji  istiqamətlər öz təsdiqini  tapmışdı.  Cinayətlərin  əsas səbəblərinə 
psixoloji  və  psixopatoloji  amillər  (iradənin,  təfəkkürün  anomaliyası,  əh­
val-ruhiyyənin qeyri-sabitliyi  və s.) baxımından yanaşılırdı.
Ernst  Zcclinq  və  Karl  Bayndlcr  cinayətkarların  tiplərinin  təsnifatını 
müəyyən  etməyə  ilk  cəhdlərini  etdilər.  Onlar  belə güman  edirdi  ki,  cina­
99


yətkarlığın  əsil  səbəblərini  ancaq  bu  yolla  aşkar  etmək  olar.  Onlar  cina­
yətkarların  səkkiz  tipini  fərqləndirirdi:  peşəkar,  əmlak,  seksual,  təsadüfi, 
primitiv  reaksiya  verən,  qərəzli  (əmin  olan),  xuliqanlıq  edən,  işləmək 
istəməyən  cinayətkarlar.  Onların  fikrincə,  bu  cinayətkarların  şəxsiyyəti­
nin  xüsusiyyətlərini  elmlərin  kompleksi  ilə  -  biologiya,  psixologiya  və 
psixiatriya vasitəsilə öyrənmək lazımdır.
ABŞ-da  hüquqi  psixologiya  ənənəvi  olaraq  kriminalistika  ilə  sıx 
bağlı  idi.  Bu sahədəki  tədqiqatlar universitetlərdə cəmləşdirilmişdi.  Lakin 
həmin  tədqiqatlara  rəhbərlik  federal  Ədliyyə  Nazirliyi  tərəfindən  həyata 
keçirilirdi. ABŞ-ın penitcnsiaı-psixoloji tədqiqatlarında cəmiyyətdə sosial 
konform  davranışın  öyrənilməsi  metodikası  intensiv  surətdə  işlənib  ha­
zırlanırdı.
İtaliyada  məhkəmə  psixologiyası  ənənəvi  olaraq  klinik  istiqamətə 
yönəldilmişdi.  Fransada məhkəmə psixologiyası  sosial-psixoloji və sosio­
loji  istiqamətdə  tədqiq edilirdi.  Belçika  və  Fransada  azyaşlıların  cinayət­
karlığının  öyrənilməsi  mərkəzi  fəaliyyət  göstərirdi.  Yaponiyada  cinayət­
karlığın tədqiqi əsasən psixiatriyaya  istiqamətləndirilmişdi.
Mənfi-deviant davranışın əsas səbəblərindən biri sosial-konform dav­
ranışın müntəzəm və məqsədyönlü  öyrədilməsinin  (bu problemlər nəzarət 
nəzəriyyəsi  daxilində  Albet  Reys,  Ayvcn  Nayom,  Martin  Qould  və  baş­
qaları  tərəfindən  işlənib hazırlanmışdır)  olmaması  hesab olunur.  Bu nəzə­
riyyə  nümayəndələrinin  fikrincə,  hətta  vulqar  təfəkkür  və  özünüdəyər- 
ləndinnənin aşağı  səviyyəsi  kriminogen amillər ola bilərlər.
Stiqmatlaşdırma  (damğalarım)  nəzəriyyəsinin  nümayəndələri  hesab 
edirlər  ki,  şəxsiyyətin  kriminal  dcviantlığı  zahirən  yapışdırılmış  yarlığın 
şəxsiyyətin  daxili  özünüdoyorlondirməsilə üst-üstə düşdükdə  də  güclənir. 
İnteraksiya  (digər  şəxsin  rolunu  qəbul  etmə  əsasında  təzahür  edən  şəxs- 
lərarası  qarşılıqlı  fəaliyyət)  kriminal-psixoloji  nəzəriyyədə  ayrıca  fərdin 
hərəkətlərinə ictimai reaksiyanın  əhəmiyyəti problemi (Q.Bckkcr, N.Xris- 
ti və başqaları) işlənib hazırlanmışdır.
Yuxarıda  göstərilən  nəzəriyyələrin  ümumi  çatışmazlığı  onların 
fraqmentli  olması,  onlarda  zəruri  sislcmliliyin  olmaması  və  insan  davra­
nışının təhlilinə kompleks yanaşmanın olmamasıdır.
Hüquqi psixologiya  sahəsində  müasir dövrün  ən  iri  əsərlərinin müəl­
lifləri  R.Luvaj  (Psixologiya  və  cinayətkarlıq,  Ilamburq,  1956),  Q.Tox 
(hüquqi  və  kriminal  psixologiya,  Nyu-York,  1961),  N.Conston  (Cəzanın 
və  islaholmanın  psixologiyası,  London,  1970),  D.Abıahamsen  (Kriminal
100
psixologiya,  Nyu-York,  1967),  Q.Tosb  (Cinayətkarlığın  psixologiyası  və 
cinayət  ədalət  mühakiməsi,  Nyu-Yoık,  1979)  və  başqalarıdır.  Bu  əsər­
lərdə  fransız sosioloqları  olan  Qabricl 'fardın  və  Fmil  Dürkhcymin  sosial- 
psixoloji  və kıiminoloji  ideyalarından geniş  istifadə edilmişdir.
Göründüyü  kimi, müasir sosial psixologiyanın  səlahiyyətlərinə hüqu­
qi  psixologiya  problcmatikası  daxildir  ki,  bu  da  sosial  fəlsəfə  və  hüquq 
sosiologiyası  sferasında  şəxsiyyətin  fəlsəfi  izahında  əks  olunmaya  bil­
məz.
Em pirik  sosiologiyanın  təşəkkülü.  Psixoloji  sosiologiyanın  (sosial 
psixologiyanın)  formalaşmasından  əvvəl  idrakın  eksperimental  metod­
larına  arxalanan  empirik  psixologiyanın  bərqərar  olması  mərhələsi 
olmuşdur.
Empirik psixologiyanın  inkişafı  empirik sosiologiyanın  inkişafını sti­
mullaşdırmış  və empirik  tədqiqatların  eksperiment  kimi  miihüm  bir  me­
todu təşəkkül  tapmışdır.  Sosial  elmlərdə eksperiment  ideyası addımbaad- 
dım  öz  ətrafına  daha  çox  tərəfdarlar  toplamışdır.  Sosiologiya  sahəsində 
isə ilk  həqiqi  elmi  sosial  eksperimcntatorlardan  biri  kimi  amerikalı  sosio­
loq  Uilyam  Ayzek  Tomasın  (1863-1X47)  və  onun  həmkarı  Florian  Vitold 
Znanetskinin  (1882-1958)  adını  çəkmək  lazımdır.  F.Xnanctski  əslən  Pol­
şalıdır və  1941-ci  ildə ABŞ vətəndaşlığını qəbul etmişdir.1
Bu  sosioloqlar  1918-1920-ci  illərdə  apardıqları  eksperimental  tədqi­
qatlarını  «Polşa  kəndlisi  Avropada və Amerikada» kitabında  təsvir etmiş­
lər.  Onlar  cksperimcntal-sosioloji  metodlar  əsasında,  belə  metodlardan 
geniş  istifadə  etməklə  polyak  cmiqrantlarmdan  olan  çoxlu  ailələrin,  on­
ların  qohumlarının  həyalını  öyrənmiş,  cmiqrantların  ruhi  aləmindəki  də­
yişikliklərin  səbəblərini  və  xarakterini  izləmiş,  onların  dəyər yönümlərini 
müşahidə  etmiş,  yeni  sosial  şəraitə  düşıniiş  insanın  həmin  şəraitə  uyğun­
laşması  mexanizminin  mahiyyətinə nüfuz etmişlər.
Göründüyü  kimi,  eksperiment  metodu  qismində  istifadə  olunan  em­
pirik sosiologiya nisbətən  yaxın  keçmişə aid olan hadisədir.2
Sosiologiyanın  nüvəsində  fövqəladə  mühüm  eksperimental  tədqiqat 
amerikalı  sosioloq,  industrial  (sənaye  sosiologiyası)  sosiologiyanın
1  Томас  У.,  Знанепкий  Ф.  М ст д о л ш  ичеекме  чамегки  //  В  кн.:  Американская  социа­
листическая  мысль.  МГУ,  1994,  с..135-357.
2  Кэмпбелл  Д.  Модели  эксперимента  в  социальной  психологии  и  прикладных  ис­
следованиях.  М.,  Прогресс,  1980:  Рывкина  Р.Б.,  Винокур  Л.Б.  Социальный  экспе­
римент.  Новосибирск,  «Паука»,  1968.
101


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə