R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə17/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   13   14   15   16   17   18   19   20   ...   131

Üçüncü  fərqləndirici  cəhət sorğunun  məqsədidir.  Müstəntiq, yaxud 
jurnalist  ümumiləşdirilmiş  informasiyaya  heç  bir səy göstərmir.  Məsələn, 
müstəntiq  bir  insanı  digərindən  nəyin  fərqləndirdiyini  aydınlaşdırır.  O, 
şübhə edilən  şəxslə zərər çəkmiş  şəxs arasındakı  fərqli  cəhətləri müəyyən 
etməyə  çalışır.  Əlbəttə  o,  bu  prosesdə  soruşulan  şəxsdən  həqiqəti  əldə 
etməyə,  obyektiv  həqiqətə  nail  olmağa cəhd edir.  Belə  şəraitdə müstənti­
qi,  sensasiyalı  material  əldə  etmiş  jurnalistlə  müqayisədə  obyektiv  hə­
qiqət  daha  çox  maraqlandırır.  Lakin  nə  müstəntiq,  nə  də jurnalist  elmi 
biliyin  genişləndirilməsi,  elmin  zənginləşdirilməsi  məqsədinə  xidmət 
etmirlər.  Obyektiv  həqiqətin  müəyyən  edilməsinə  nail  olmaq  müstəntiq, 
ictimaiyyətin  böyük  marağına  səbəb olacaq  məlumatı  onun  nəzərinə  çat­
dırmaq jurnalist üçün başlıca məqsəddir.
Sorğunun  iki  əsas növü  fərqləndirilir:  a) anketləsdirmə:  b) intervü.
Ankctləşdiımə sorğunun yazılı  formasıdır.  Sorğunun belə formasında 
müəyyənedici  həlqədən  istifadə  olunur.  Belə  müəyyəncdici  həlqəyə  qa­
baqcadan tərtib edilmiş suallar və ya anket aiddir.
İntervü  tədqiqatçının  respondentlə  şifahi  formada apardığı  söhbətdən 
ibarət  olan  sorğudur.  İntervünün  aparıldığı  şəxsə  verilən  suallar  konkret 
tədqiqatın  məqsədinə  yönəldilir.  Verilməli  olan  suallar  qabaqcadan  elə 
ardıcıllıqla hazırlanır ki,  respondentin  cavabları  onun  bu və ya digər fakt­
lara real münasibətini  aşkar etsin.
Anket  sosioloq-tədqiqatçının  bilavasitə  iştirakı  olmadan  da  dolduru­
lur və ankctləşdiımə,  bir qayda  olaraq  belə  aparılır.  Məhz bu nöqteyi-nə­
zərdən  bu  üsulla əldə edilən cavablar daha obyektiv hesab olunur.  İntervü 
gedişində  isə  tədqiqatçı  yönəldici  suallar  verir  və  özünün  emosional 
iştirakı  və  izahları  ilə  respondentə  müəyyən  təsir  göstərir.  Ancaq  bunu 
intervü  ilə  alman  cavabların  subyeklivliyi  kimi  qiymətləndirmək  olmaz. 
Bu  metodun  üstünlüyü  ondan  ibarətdir  ki,  respondentlər  onlara  verilən 
sualların  mahiyyətini  daha dərin  səviyyədə dərk  edir və intervünü  aparan 
tədqiqatçı  ilə  birbaşa  əlaqə  qarşılıqlı  anlaşmanı  təminatlandırır.  Yalnız 
hər  iki  metodun  -   ankctləşdiımə  və  intervünün  əlaqələndirildiyi  halda 
optimal nəticələrin əldə edilməsinə nail olunur.
Bütün sorğular iki əsas tipə bölünürlər: a) acıq sorğu; b) qapalı sorğu.
Acıq  sorğularda  tədqiqatçı  sualların  mətnində  boş  yerlər  saxlayır  və 
onların yerinin doldurulmasını respondentin özündən xahiş edir. Məsələn, minik 
avtomobilinin qaçınlmasmda sizdən savayı kim (kimlər) iştirak etmişdir?
Qapalı  sorğularda  isə  sualların  mətnində  qapahlığı  və  ya  alternativi
62
nəzərdə tutur.  Məsələn,  mənzildən  oğurlanmış  pul:  a)  500  manatla  700  ma­
nat; b) 800 manatla  1000 manat; e)  1200 manatla  1500 manat arasındadır.
Eyni  sual  həm acıq,  həm  də qapalı  tipdə qoyula bilər. Qapalı  sualları 
kompüterin  köməyilə  tədqiq  etmək  daha  asandır,  lakin  bu,  sosioloqdan 
predmetə  dair  bitkin  bilik  tələb  edir.  Açıq  suallardan  isə  bu  biliklərin 
məhdudlaşdırıldıqları  yerlərdə  istifadə olunur və  tədqiqat  kəşfiyyat  məq­
sədi ilə aparılır.
Sorğunun ekspert sorğusu  kimi  növü  də  mövcuddur.  Respondent qis­
mində  öyrənilən  problem  üzrə  öz  peşəsi,  zəngin  həyat  təcrübəsi  ilə 
başqalarından  seçilən  və  obyekt  barəsində  böyük  informasiyaya  malik  olan 
şəxslərin  -  ekspertlərin iştirak etdiyi sorğu ekspert sorğusu hesab olunur.
Müasir dövrdə sorğunun  təşkilinin statistik  metodları  və əldə edilmiş 
məlumatların  tədqiq  edilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Sosiologiyada 
anket  sorğusunun  iki  tipi  fərqləndirilir:  a)  bütöv  sorğu;  b)  nümunəli 
sorğu.
Əgər  sosioloji  tədqiqat  respondentlər  qismində  bu  və ya  digər sosial 
qrupun,  yaxud  kollektivin  üzvlərinin  bütün  məcmusunu  əhatə edirsə,  bu, 
bütöv sorğu  kimi başa düşülür.
Əgər  sosioloji  tədqiqatın  respondentləri  qismində  sosial  qrupun  bü­
tün üzvləri  deyil,  onun  ayrı-ayrı  nümayəndələri  əhatə  olunursa,  sorğunun 
belə forması  nümunəli sorğu hesab olunur.
Bütöv  sorğuda  rəyi  soruşulanlar  (sosial  qrupun  bütün  üzvləri)  bas 
məcmu  adlandırılır.  Nümunəli  sorğunu  əhatə  edən  ayrı-ayrı  nümayən­
dələr isə nümunəli  məcmu sayılırlar.
Seçim  rcprczcnlativ  olmalıdır.  Bu  halda  reprezentativ  dedikdə,  baş 
məcmunun  real xarakteristikasını  əks etdirmək  seçimi  üsulu başa düşülür. 
Bu  o deməkdir ki,  sorğuya  məruz qoyulan  insanların  nümunəli  məcmusu 
baş  məcmunun  malik  olduğu  öyrənilən  xassə  və  keyfiyyətlərin  eyni 
statistik  bölgüsünə  malik  olmalıdır.  Bu  halda  seçim  bütün  baş  məcmuda 
işlərin obyektiv vəziyyətini dəqiq əks etdirir və sosioloq-tədqiqatçı nümu­
nəni  tədqiq  edərkən  bütün  baş  məcmunun  sorğusunda  əldə olunmuş  eyni 
nəticələri  əldə edir.
Qeyd  etmək  zəruridir  ki,  sorğunun  bütöv  sorğu  tipindən,  məsələn, 
əhalinin siyahıya alınması zamanı  geniş istifadə olunur.  Belə ki, siyahıya 
alma gedişində ölkənin bütün  əhalisinin rəyi  soruşulur.
Əhalinin  siyahıya  alınmasına  ilk  dəfə  XIX  yüzilliyin  lap  əvvəlində 
Avropa  ölkələrində başlanmışdır.  İndi  isə  ondan  dünyanın  demək  olar ki,
63


bütün dövlətlərində istifadə olunur. Belə tədbir adətən, on ildən bir həyata 
keçirilir.
Siyahıyaalma  dövlət  üçün  böyük  maliyyə  sərfləri  hesabına  başa  gəlsə 
də,  bu  tədbir  son  dərəcə  dəyərli  informasiya  verir.  Bu  nöqteyi-nəzərdən 
bütöv  sorğu  əhatəsinə  görə  hansısa birliyə  və  ya  sosial qrupa  mənsub  olan 
respondentlərin  bütün  məcmusunun  bitkin  göstəricisidir.  Ölkə  əhalisi  belə 
birliklərin  on  nəhəngidir.  Lakin  daha  kiçik  olan  birliklər do  mövcuddur və 
bütöv  sorğu  belə  birliklərdə  do  aparıla  bilər.  Məsələn,  müəyyən  bir müəs­
sisənin  işçi  heyətinin,  müharibə  iştirakçıları  və  ya  veteranlarının,  əlillərin, 
böyük olmayan şəhər əhalisinin bütöv sorğusunun həyata keçirilməsi.
4. 
Statistik  metod.  Statistika  sosial  həyatda  baş  verən  kütləvi 
(sosial-iqtisadi,  sosial-siyasi,  elmi-mədəni)  hadisələrin  kəmiyyət  qanuna­
uyğunluqlarını  keyfiyyət  qanunauyğunluqlarından  ayırmadan  səciyyələn­
dirən  məlumatların  toplanmasına,  işlənməsinə  və  təhlilinə  yönəldilmiş 
ictimai  fəaliyyət növüdür.
İlk statistik təcrübələrin aparılması dövlətin və hüququn təşəkkül tapdığı 
və  formalaşdığı  tarixi  dövrə  təsadüf edir.  Lakin  elm  sahəsi  kimi,  statistika 
çox  sonralar meydana  gəlmişdir.  Onun  başlanğıcı  XVII  yüzilliyin  sonunda 
müəyyən  mənada  statistikanın  banisi  sayılan  U.Pettinin  və  ilk  dəfə  olaraq 
əhalinin  hərəkətlərindəki  qanunauyğunluqları  aşkar  etmiş  C.Qrauntun  əsəri 
sayılan «Siyasi arifmetika» adlanan elmlə əlaqələndirilir.
Müasir  statistikadan  əvvəl  gələn  tarixi  fənn  dövlətşünaslıq  fənnidir. 
Alman  alimi  H.Konrikin  əsərlərində  siyasi  arifmetika  (hesab)  ilə  eyni 
zamanda  formalaşmağa başlamış  və XVIII  yüzillikdə,  xüsusən  də Alma­
niyada,  daha  sonra  Rusiyada  inkişaf etmişdir.  DÖvlətşünaslıqda  statisti­
kaya  coğrafiya,  etnoqrafiya,  hüquq  məlumatları  və  s.  ilə  birlikdə  tam 
şəkildə baxılırdı.  XIX yüzilliyin ortalarında  Belçika  statistiki  L.A.J.Ketlc 
və  onun  ardıclıları  statistika  sıralarında  qanunauyğunluqların  mövcud­
luğunu  sübut  etdilər.  XIX  yüzilliyin  ikinci  yansı  və  XX  yüzilliyin  əv­
vəllərində statistika sürətlə inkişaf etməyə başlamışdır.
Hüquqşünaslıqda statistikadan  istifadə çox da uzaq olmayan keçmişə 
aiddir.  1827-ci  ildə  Fransada  «Mülki  işlər  və  cinayət  işləri  üzrə  ədalət 
mühakiməsi  haqqında hesabat»  adı  altında  məhkəmə  təcrübəsinə  dair ilk 
statistik məlumatlar dərc olunmuşdur.  Fransa ədliyyə nazirliyinin rəhbər­
liyi  altında  həyata  keçirilmiş  bu  rəsmi  nəşr,  elmi  nəşrdən  daha  çox 
inzibati  nəşr idi  və ölkədə  ədalət  mühakiməsinin  necə  həyata  keçirilməsi 
haqqında hökumətin məlumatlandırılması üçün nəzərdə tutulmuşdu. Fors-
64
major  halları  (müharibə  dövründə)  istisna olmaqla belə  hesabatın  ildə bir 
cildinin  buraxılması  şərtilə  hər  il  buraxılması  nəzərdə  tutulurdu.  Fran­
sızların  bu  təşəbbüskar  nümunəsindən  tezliklə  Avropanın  digər  ölkələri 
də istifadə etməyə başlamışdır.
Fransada  nəşr  olunmuş  «Ədalət  mühakiməsi  haqqında  hesabat»  kəs­
kin tənqidə  do  məruz  qalmış,  tənqidçilər  hətta onu elmi nöqteyi-nəzərdən 
yararsız  hesab  etmişlər.  Lakin  zaman  keçdikcə  belə  informasiya  toplu­
sunun  əhəmiyyəti  dərk  edilmişdir.  Belə rəqəmli  materialların ehtiva olun­
duğu  hesabatlar  yiiksok  qiymətləndirilmiş  və  onların  başqa  yerdən  əldə 
olunmasının qeyri-mümkünlüyü dəfələrlə qeyd olunmuşdur.
Bəzən  nomostatistika  adlandırılan  hüquqi  statistika  həyata  məh­
kəmə  təcrübəsi  sferasında  vəsiqə  almışdır.  Çünki  məhkəmədə  baxılan 
işlərin bilavasitə həmin orqanda yerləşməsi onların nisbətən asanlıqla təd­
qiq edilməsinə şərait yaradırdı.
Hüquqi  statistikanın  (o  cümlədən  məhkəmə  statistikasının)  elmi 
nöqteyi-nəzərdən  inkişaf etdirilməsi  son dərəcə zəruridir.  Çünki  məhz hü­
quqi  statistika  inzibati,  mülki  hüquq  pozuntuları,  müxtəlif  ictimai  təh- 
lükəliliyə  malik  olan  kriminal  əməllər  də  daxil  olmaqla,  cəmiyyətdə  baş 
vermiş  hüquq pozuntularının ümumi  sayı  haqqında məlumatlar  verir.  I iü- 
quqi  statistika  dedikdə,  kəmiyyət  göstəricilərini  öyrənən,  hüquqi  proses­
lərin  dinamikasını  səciyyələndirən  tətbiqi  hüquq  elmi  başa  düşülür. 
Hüquqi  statistika  kriminoloji  tədqiqatlar  sahəsində  xüsusilə  böyük  əhə­
miyyət  kəsb  edir.  Buna  görə  do  cinayət  statistikası  və  məhkəmə  sta­
tistikası  hüquqi  statistikanın başlıca bölmələri hesab olunur.1
Qeydə  alınan  cinayətlərin  sayı  həmin  cəmiyyətdə  mövcud  olan  ci­
nayətkarlığın  səviyyə göstəricisini  yaradır.  Bu göstərici  ilə yanaşı, hüquqi 
statistikada cinayətkarların sayı  və onlara tətbiq  edilmiş cəza tədbirləri də 
öz  ifadəsini  tapır.  Bu  ilkin  məlumatlar  əsasında  orta  statistik  həddən 
ibarət olan ümumiləşdirici göstəricilər -  cəzaların orta müddəti,  işlərə ba­
xılmasının  orta  müddətləri,  cinayətlərin  törədilməsi  nəticəsində  vurulan 
zərərin  orta  məbləği,  eləcə  də  cinayətkarlar  tərəfindən  cəmiyyətə  dəyən 
ziyanın orta məbləği  hesablanır.
Statistik  göstəricilər,  bir  qayda  olaraq  zamana  görə  müəyyən  edilir. 
Həmin  göstəricilərin  zamana  görə  tutuşdurulması  (üst-üstə  qoyulması) 
cinayətkarlığın  artım  səviyyəsinin  və  ya  azalması  prosesinin  ümumi  di­
namikasını  əks etdirir.
Hüquqi  statistikanın  mühüm  göstəricisi  açılmış  cinayətlərin  faizidir.
1  Q uliyev A .İ.  Hüquq ensiklopediyası.  Bakı,  “Qanun”, 2007,  s.472.
65


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə