Hazırda eksperimentdən praktiki olaraq bütün elm sahələrində isti
fadə olunur. Lakin eksperimentin sosiologiyada tətbiqi son dərəcə məh
duddur. Fizika, kimya və psixologiya sahəsində isə o, idrakın başlıca va
sitəsidir. Eksperimentin metodika və metodologiyası da sosiologiyaya
psixologiyadan keçmişdir.
Eksperiment metodundan sosial elmlərdə XX yüzilliyin 20-ci illə
rindən istifadə edilməyə başlanmışdır. Eksperiment bu və ya digər sosial
qrupların yaranmış situasiyanın dəyişdirilməsinə kömək edən amillərə
təsir göstərməsinin optimal metodudur. Belə hallarda sosioloq-tədqiqatçı
qarşısında lazımi amilləri aşkara çıxara bilən süni şəraitin yaradılması
vəzifəsi dayanır. Deməli, eksperimentator sosial birliyin hərəkətlərinə
müdaxilə etməklə onu öz eksperimentinin şərtlərinə tabe edir.
Lakin fiziki və bioloji reallıqla müqayisədə sosial reallıq ekspe
rimentin aparılması iiçiin çox çətin bir obyektdən ibarətdir. Sosial hadisə
lərin öyrənilməsinə eksperimentin tətbiqi, hər şeydən əvvəl, onunla sərt
şəkildə məhdudlaşdırılmışdır ki, sosial səviyyədə subyektiv amil - eks
perimentdə iştirak edən insanların şüuru, iradəsi, mənafeləri və maraqları
fəaliyyətdə olur, eksperimentator isə bu çətin düşünülmüş amili hesaba
almaq məcburiyyətində qalır. Bundan başqa, insanlarla və cəmiyyətlə eks
perimentin aparılması həmin cəmiyyətdə mövcud olan əxlaq və hüquq
normaları ilə məhdudlaşdırılmışdır. Nəhayət, sosial sistem öz bütövlüyünü
qoıuyub saxlamaq və müdafiə etmək funksiyasına malikdir və yeni amillərin
bu bütövlük üçün təhlükə yaratdığı, yaxud sistemin normal fəaliyyətinə mane
olduğu və ya müdaxilə etdiyi hallarda o, həmin kənar amillərə müqavimət
göstərmək funksiyasını da realizə edir.
Sərt məhdudiyyətlərin hələ də saxlanmaqda davam etdirilməsinə
baxmayaraq, eksperiment metodu sosiologiyada, o cümlədən hüquq so
siologiyasında möhkəm yer tutur.
Sosioloji eksperiment dedikdə, eksperimentator tərəfindən daxil
edilən və nəzarət olunan təsirlər nəticəsində tədqiq edilən obyektin həyati
fəaliyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinin əmələ gəlməsi haq
qında informasiya əldə etməyə imkan verən spesifik tədqiqat metodu başa
düşülür.
Tədqiqat proseduru kimi, eksperimentin strukturu eksperimentator və
ya tədqiqatın subyekti olmaq etibarilə bu elementlərdən yaranır. Eksperi
mentin obyekti qismində eksperimentator tərəfindən süni yaradılan
şəraitə qoyulan sosial birlik və ya qrup çıxış edir.
70
Bundan başqa, aşağıda göstərilənlər də eksperimentin obyekti ola
bilərlər:
a) eksperimental amil və ya müstəqil dəvisən - eksperimentator
tərəfindən idarə olunan və nəzarət edilən xüsusi şərait, eksperimentin
çərçivələri ilə məhdudlaşdırılan təsirin intensivliyi və istiqaməti;
b) eksperimental situasiya - eksperimental amilin daxil edilməsinə-
dək tədqiqatçı tərəfindən yaradılan situasiya.
Eksperimentin hipotetik modelinin tədqiqi zamanı edildiyi kimi, əgər
tədqiq edilən sosial obyekt dəyişkən kəmiyyətlərin qarşılıqlı əlaqəli sis
temi qismində təsəvvür edilərsə, eksperimentator tərəfindən daxil olunan
amil müstəqil dəyişən sistem üçün yad rolda çıxış etmiş olar. O, sistem
dən və bu sistemin hər hansı elementindən asılı olmadığına və eks-
perimentatorun iradəsinə tabe olduğuna görə müstəqil adlandırılır. Müs
təqil dəyişən asılı dəyişənlərə təsir göstərir. Asılı dəyişənlər tədqiq edilən
qarşılıqlı münasibətlər, təsirlər, parametrlər və xassələr sisteminin
daxilində təşəkkül tapır.
Müstəqil dəyişən qismində adətən, eksperimentatorun iradəsilə
dəyişə bilən və sınaqdan keçirilən fəaliyyətin subyektiv xarakteristikasına
təsir göstərən obyektiv amillər seçilirlər. Bu və ya digər xətalara görə müx
təlif cəzaları və hovəsləndirmələri, müəyyən stimul və maneələri və s. buna
misal göstərmək olar. Davranış motivləri, vərdişlər, stereotiplər, siyasi,
hüquqi, dini və iqtisadi fəallıq asılı dəyişənlər qismində çıxış edirlər.
Eksperimentin gedişində yaradılan situasiya tipindən asılı olaraq, o,
səhra və ya laborator, nəzarət edilən və ya nəzarət edilməyən (təbii)
eksperimentdən ibarət ola bilər.
Eksperimental amili qeydə almaq və onun eksperimentin obyektinə
təsirini öyrənmək məqsədilə onun eksperimentator tərəfindən süni daxil
edildiyi eksperiment nəzarət edilən eksperiment hesab olunur.
Eksperimental amilin hərəkətə tədqiqatçı tərəfindən daxil edilmədiyi,
şərti olaraq eksperimental kimi baxılan artıq müəyyən mövcud amillərin
öyrənmə obyektinə təsirini tədqiqatçının yalnız müşahidə etdiyi eks
periment nəzarət edilməyən və ya təbii eksperiment adlanır.
Səhra eksperimenti dedikdə, müstəqil dəyişənin daxil edilmə təsi
rinin eksperimentin başlanmasınadək mövcud olan təbii şəraitdə izləndiyi
eksperiment növü başa düşülür.
Səhra eksperimentindən fərqli olaraq, laborator eksperimenti de
71
dikdə, müstəqil dəyişənin təsirinin bunun üçün xüsusi olaraq süni yara
dılan şəraitdə tədqiq edilməsi nəzərdə tutulur.
Eksperimentin daha bir təsnifatı fikrən modelləşdirilən situasiya ilə
real mövcud olan situasiya arasında fərqlərə əsaslanan təsnifatdır.
Müstəqil dəyişəni real mövcud olan situasiya kontekstinə daxil etmə
ilə aparılan eksperiment real eksperiment adlanır.
Fikrən modelləşdirilən və ya ideal eksperim ent dedikdə, real sosial
kontekstdə deyil, informasiya sahəsində aparılan eksperiment başa
düşülür.
Fikri eksperimentin sosiologiyadakı müasir forması sosial obyektin
və ya prosesin riyazi modelinin yaradılmasından və onlara müxtəlif
eksperimental amillərin mümkün təsir variantlarının tədqiq edilməsindən
ibarətdir. Fikri eksperiment real eksperimentə nisbətən ölçüyəgəlməz
dərəcədə daha geniş imkanlara malikdir. Çünki onun aparılması real
eksperiment iiçün labüd olan çərçivələrlə məhdudlaşdırılmır.
Təşkil edilmə formasından asılı olaraq paralel və ardıcıl eksperiment
fərqləndirilir.
Tədqiqatçı tərəfindən eksperimental qrupun vəziyyətinin müqayisəsi
nin aparıldığı eksperiment forması paralel eksperiment adlanır. Bu hal
da bütün nəticələr aparılan müqayisə əsasında çıxarılır. Paralel eksperi
ment eksperimental qrupla nəzarət qrupu arasındakı vəziyyətin müqayisə
edilməsi məqsədilə aparılır.
Ardıcıl eksperiment də müqayisəyə əsaslanır, lakin o, iştirakçıların
iki qrupu arasında deyil, müstəqil dəyişənin daxil cdilmosinodok və
müstəqil dəyişənin ona təsirini göstərməsindən sonra eyni eksperimental
qrupların vəziyyəti arasında aparılır.
Eksperimentin əlahiddə növünü istintaq (kriminalistik eksperiment)
eksperimenti təşkil edir. İstintaq eksperimenti miiasir kriminalistikanın on
mühüm metodlarından biridir. Məhz istintaq eksperimenti sayəsində yeni
biliklər əldə olunur, gerçəklikdə baş verən dəyişikliklər və həqiqətin
kritcriyaları müşahidə olunur. Buna gərə də müasir kriminalistika ekspe
rimentə metodoloji tədqiqatlardan biri kimi xüsusi diqqət yetirir.
Kriminalistika üçün həlledici amil müşahidənin nəyə istiqamətlən-
dirilməsindən və onun necə həyata keçirilməsindən ibarətdir.
İstintaq eksperimenti səbəblə nəticə arasında real qarşılıqlı əlaqənin
daha ciddi tədqiqini təmin edir. Sadə müşahidədən fərqli olaraq, istintaq
eksperimenti müvafiq hadisəni və ya prosesi ən müxtəlif şəraitdə yenidən
canlandırmağa əlverişli şərait yaradır. Bu da öz növbəsində cinayət hadi
72
səsinin bu və ya digər cəhətlərini öyrənməyə imkan verir. İdrakın digər
metodları ilə müqayisədə istintaq eksperimentinin əsas spesifikliyi ondan
ibarətdir ki, burada insan fəal subyekt kimi çıxış edir.
Kriminalistikada istintaq eksperimentinin aparılması aspektlərinə
aşağıdakılar aid edilir:
1) planlaşdırm a aspekti - eksperimentə hazırlıq və onun aparılması
üzrə bütün tədbirlərin görülməsi. Planlaşdırma yazılı formada tərtib edi
lir. Plan özündə istintaq eksperimentinin məqsədini, növünü, metodunu
və aparılma qaydasını ehtiva edir;
2) təhlükəsizlik aspekti - istintaq eksperimenti iştirakçılarının həyat
və sağlamlığının mühafizə edilməsi üzrə təminat tədbirlərinin (məsələn,
məhkəmə-ballistik eksperimentinin aparılması zamanı) görülməsi;
3) əxlaqi-etik aspekt
insanın şərəf və ləyaqətinin alçaldılmasına
yol verilməməsi, əxlaqi-mənəvi tələblərə ciddi əməl edilməsi;
4) sosial-psixoloji aspekt
istintaq eksperimentinin real şəraitdə
aparılması üçün onun yerinin və vaxtının, eksperimentin aparıldığı yerə
yaxın ərazidə yaşayan əhalinin narahatlığının, eksperimentin onlara tə
sirinin nəzərə alınması;
5) maddi aspekt - istintaq eksperimenti nəticəsində vurula bilən
zərərin tədqiq edilən cinayət hadisəsi üçün faydası ilə optimal qarşılıqlı
münasibətinin nəzərə alınması;
6) zaman aspekti
istintaq eksperimenti aparılarkən qanunla ciddi
müəyyən edilmiş prosessual müddətlərə əməl edilməsi.
İstintaq eksperimenti müstəqil istintaq hərəkətidir və o, hər şeydən
əvvəl, iş üzrə artıq toplanmış sübutların yoxlanmasına yönəldilir. Deməli,
istintaq eksperimentinin vəzifəsi əvvəllər digər istintaq hərəkətlərinin
(dindirmənin, axtarışın, hadisə yerinin müayinəsinin və s.) aparılması nə
ticəsində toplanmış sübutların yoxlanmasından və qiymətləndirilmə
sindən ibarətdir1. Məhz bu nöqteyi-nəzərdən istintaq eksperimentinin
aparılması yekunu kimi, əldə edilən nəticələrin miihüm sübutu əhəmiy
yəti vardır. Belə ki, məhkəmə istintaq eksperimentinin düzgün nəticələ
rini sübut növlərindən biri qismində qiymətləndirə bilər.
Beləliklə, hüquq sosiologiyasının dərketmə metodlarından biri kimi,
eksperiment əhatə dairəsinə görə mühüm sosial-hüquqi əhəmiyyət kəsb
edir. Onun nəticələri sosial reallıqların düzgün qiymətləndirilməsində
böyük rol oynayır. Eksperiment bir çox hallarda cəmiyyətdə mövcud olan
sosial təhriflərin aşkar olunmasına və aradan qaldırılmasına xidmət edir.
1 Криминалистика: Учебник (Под.рсд.В.Л.Образцова). М., Юристь, 1997, с.437,
73
Dostları ilə paylaş: |