Determinasiya, ziddiyyət, rasionalizasiya və cmpirizm hüquq sosiologi
yasının metodoloji prinsipləridir. Onların hər birini ayrı-ayrılıqda nəzər
dən keçirək.
1. Determinsiya prinsipi. Hüquq sosiologiyasının sərəncamında
olan bu prinsiplərdən biri kimi, determinasiya prinsipi ümumi metodoloji
prinsip qismində konkret dərketmə vəzifələrinin həllinə arxalanır.
Determinasiya prinsipinə uyğun olaraq ictimai münasibətlər, sosial
institutlar özlərinin bütün sosiogen formalarını ilə cəmiyyətdə mövcud
olan müvafiq hüquq qaydası strukturlarına, hüquq münasibətlərinə və hü
quq düşüncəsinə müəyyən məqsədli istiqamət, məzmunlu-fıkri kon
fiqurasiya vermək qabiliyyətinə malikdirlər.
Sosial-hüquqi sferada determinasiyamn nomotetik (zərurət, qanun-
nomosun dönməzliyi vasitəsilə həyata keçirilir) və cvantual (təsadüf
vasitəsi ilə təzahür edir) növlərini fərqləndirmək vacibdir.
Ənənəvi olaraq belə hesab olunur ki, determinasiyamn nomotetik
növü hüquqi reallıqlara əsas parametrləri verməklə hüquq sahəsində
əhəmiyyətli rol oynayır.
Determinasiyamn cvantual problemləri klassik dövrə elmi maraqlar
periferiyasına yalnız XIX yüzillikdə, ilk növbədə sincrgctikanın inkişaf
sayəsində qədəm qoymuşlar. Sincrgctikanın inkişafı ilə hüquqi reallıq
sferasında determinasiyamn bu növünün roluna münasibət dəyişmişdir.
Hüquqi reallıqların birbaşa və geriyə dctcrminasiyası ilə, yəni so-
siumun hüquqa, hüququn isə sosiuma təsiri məntiqi ilə bağlı olan prob
lemlər hüquq sosiologiyası üçün bilavasitə maraq doğurur. Sosiologiya
belə ehtimal etməyə meyllidir ki, hüququn bütün tapmacaları öz kökləri
ilə sosiumun sirlərinə gedib çıxır. Yəni sosiumun hüquqi reallıqlarla
qarşılıqlı fəaliyyətinin gizli və acıq ziddiyyətlərinin kökləri çox dərindir.
Əgər nəzərə alınşa ki, ziddiyyət universal struktur və onun varlığı fraq
mentin miqyasından asılı olmayaraq istənilən fraqmentdə aşkar olunur,
sosial-hüquqi reallıq isə ziddiyyətlərin, toqquşmaların, münaqişələrin an-
taqonizmin terminlərinin təsvirlərində təzahür edir.
2. Ziddiyyət prinsipi. Sosial-hüquqi reallıq ziddiyyət prinsipi
əsasında göz qarşısında hüquq münasibətlərinin və hüquq düşüncəsinin
müxtəlif kommunikativ və motivasiyalı kolliziyaları - münaqişələr, anta-
qonizmlər, antinomiyalar, antitezlor, müxalifətlər, dissonanslar və s.
şəklində canlanır. Sosial-hüquqi fenomendə tərəflərin bir-birinə qarşı
durduğu daxili müxalifliklərin aşkar olunması müəyyən mənada sosial
78
gerçəklikdə nəyin baş verdiyinin sxemləşdirilməsi demək olardı. Qarşı
durmalar arasındakı münasibətlərdə hətta on ətraflı tədqiqatların belə tam
nəzərə ala bilmədiyi bir çox halların qaldığı aydın olur və onların sosial
reallığın daxilinə qədəm qoymuş insanın «canlı həyatında» tamhüquqlu
mövcudluğu müəyyən edilir.
Əsas diqqəti sosial-hüquqi ziddiyyətlərə yetirən sosioloji şüur ona
əsaslanır ki, bu ziddiyyətlər də «canlı həyat»dır. Başqa sözlə, ziddiyyətsiz
«canlı həyat» qeyri-miimkündür. Bu qeyri-mümkünlük ağuşa alınmayanı
ağuşuna alsa da, nəzəri təhlilə mane olmur.
Sosioloji tədqiqatlarda belə bir amil do nəzərə alınır ki, hər bir sosial-
hüquqi fenomendə öz əhəmiyyətinə görə bir-birilə bəhsə girən əks
cəhətlər, xassələr, keyfiyyətlər, bir-birini qarşılıqlı surətdə şərtləşdiron və
eyni zamanda da qarşılıqlı surətdə inkar edən qarşılıqlı asılı münasibət
lərdə olan, nisbi müstəqilliyə malik funksional xüsusiyyətlər ehtiva
olunur və onlar aşkar edilə bilərlər.
Əksliklərin münasibətləri tərəflərin məzmunlu-funksional «asimmet-
riyasıwnı nəzərdə tutur. Yəni aparıcı və aşkar surətdə üstün və tabe
tərəflərin hər biri həm xarici təsirlərə, həm də özünüinkişafın daxili
məntiqinə tabe olaıı özünəməxsus dəyişkənlik ənənəsinə malikdir.
Hər bir konkret sosial-hüquqi ziddiyyət yaranmasından qəli həllinədək
bir sıra inkişaf pillələrindən keçir. Öz məzmunlu-funksional xüsusiyyət
lərindən asılı olaraq, hüquqi ziddiyyətlər ya ictimai sistemin sabitləşməsinə,
onun strukturlarının qaydaya salınmasına, onun sivilizasiyalılıq dərəcəsinin
yüksəlməsinə yardım edə, ya da əksinə, cəmiyyətin miitəşəkkilliyinin,
strukturlarının pozulmasına və qarışıqlıq yaranmasına kömək edə bilər.
Bütün hüquqi ziddiyyətlər sosial subyektlərin dəyişməz iştirakı ilə
yaranır, kəskinləşir və həll edilir, onların konstruktiv və dekonstruktiv
səyləri ilə təzahür edirlər. Bu zaman ziddiyyətlər eyni zamanda konkret
amillərin bir qisminin hərəkətlərinin nəticəsi, digər qisminin yaranma
sının səbəbləri kimi çıxış edirlər.
Hər bir xüsusi ziddiyyətin həlli labüd surətdə elə həmin arealın sosial
məkanı hüdudlarında yeni ziddiyyətlərin yaranmasına gətirib çıxarır. İn
sanların mövcudluğunun sosial dramatizminin qarşısıalınmaz olduğu da
məhz bundan ibarətdir. Ahəngdarlığın nisbi, qarşıdurmanın isə ən müx
təlif formalarda təzahür etdiyi yerdə bu, qaçılmaz bir həqiqətə çevrilir.
Hüquqi reallıq sferasında saysız-hesabsız hüquqi ziddiyyətlərin, o
cümlədən konkret sosial-hüquqi ziddiyyətlərin yaranması, kəskinləşməsi
və həlli hesabına xoşxassoli və pisniyyotli dəyişikliklər baş verir.
79
3. Rasionali/asiva prinsipi. Bu prinsipə uyğun olaraq dərk edən
ağıl, hər şeydən əwol, sosial-hiiquqi reallıq sferasında nəyin baş verməsinə
aid olan xalis rasional izahedici sxemlərin qurulmasına üstünlük verir.
Rasional dərketmə bu zaman fikiryaratma prosesi kimi görünür. Bu proses
nəticəsində predmetdə ehtiva olunan obyektiv fikirlər fərdi şüurun şəxsi malı
olan subyektiv fikirlərlə birləşirlər. Son nəticədə isə şeylərin, proseslərin və
münasibətlərin mahiyyətinə əlavə işıq saçan üçüncü amil yaranır.
Tədqiqatçı üçün bu kontekstdə konkret reallığı başa düşmək artıq
fikirlərin obyektində ehtiva olunan konsepsiyanı öz konsepsiyasının fikri
prinsiplərinə tabe etmək deməkdir. Rasional dərketmə təkcə həmin mə
qamda sosioloqların sərəncamında olub qavranılmalı olan informasiyalı
biliklərə malik olmaqdan ibarət deyildir. Bu informasiyalar fərdi şüurda
subyektiv-şəxsi müəyyənlik əldə edir, tədqiqatçı tərəfindən qoyulmuş
spesifik fikri aksentlərin təsiri altında məzmunlu konfiqurasiyanı dəyişir.
Autentik dorketme prosesini maksimum dərəcədə şərtloşdirən zəminli
intellektual situasiya məhz belə yaradılır.
4. Kmpirizm prinsipi. Ilüquqi reallığın sosioloji mənzərəsinin
tamlığı üçün müəyyən hüquq münasibətlərinə aid konkret amillərin
çoxluğu haqqında informasiyaya malik olmaq zəruridir. Sosiologiya isə
sosial-hüquqi həyatın reallıqlarının təhlili üçün kifayət qədər səmərəli
alətlərə malikdir.
Müasir sosiologiyanın sərəncamında empirik tədqiqatların müxtəlif
metod və metodikaları vardır. Onların köməyilə ilkin informasiyanın top
lanması və işlənməsi həyata keçirilir, hüquq sisteminin fəaliyyəti haq
qında hüquqşünasların özünün ənənəvi analitik vasitələrlə əldə etmək iq
tidarında olmadıqları informasiyalar əldə olunur. Rmpiıik hüquq sosiolo
giyasının təqdirəlayiqliyini onun sosial-hiiquqi sferada işlərin vəziyyəti
haqqında obyektiv informasiya əldə etməyə, onu nəinki dövlət institut
larına, həm də vətəndaş cəmiyyətinin təsisatlarına təqdim etməyə qadir
olması təşkil edir. Bu isə hüquq sisteminin fəaliyyətinə nəzarət və onun
təkmilləşdirilməsi üzrə tədbirləri vaxtında qəbul etməyə kömək edir.
Alman informasiyanın obyektivliyi və qərəzsizliyi onun mühüm
xassələridir. Bu xassələr hüquq sisteminin fəaliyyətinin müxtəlif cəhət
lərinə aid subyektiv qiymətləndirmələrin gündəlik hökmranlığı fonunda
xüsusi dəyər kəsb edir. Bilavasitə empirik öyrənmə üçün hüquqi reallıq
ların əlçatmaz olduqları halda (məsələn, hüquqi reallığın tarixi keçmişdə
80
qalması), lakin həmin reallıqdan tək-tək mətnlərin, yazılı sənədlərin və ya
sair şəhadətlərin qaldığı vaxt, sosioloq üçün onlar informasiya mənbəyinə
xidmət edə bilərlər.
Artefaktlar qismində olan sənədlər cəmiyyətin və şəxsiyyətin həqiqi,
heç vaxt mövcud olmamış hüquqi həyatının ilkin faktları haqqında
şəhadət verirlər. Müxtəlif qanunvericilik aktları, məcəllələr, dövlət baş
çısının fərmanları, hökumətin qərarları, istintaq hərəkətlərinin və məh
kəmə baxışlarının protokolları, müxtəlif hüquqi prosedur iştirakçılarının
yazılı şəhadətləri, habelə publisist və bədii əsərlər, müxtəlif hüquqi prob
lemləri işıqlandıran ayrı-ayrı yazılı sənədlər sosioloqlara xeyli sayda
zəruri məlumatlar verə bilərlər.
Belə faktların təhlili zamanı sosioloq hüquqşünas, hüquqşünas isə
sosioloq olur. F.yni hadisə sosioloqa tipik sosial fakt, hüquqşünasa isə
səciyyəvi yuridik fenomen - kazus kimi görünür. Hər iki baxışın
so
sioloji hüquqi baxışın eyni bir məxrəcə gətirilməsi tədqiq edilən sosial-
hiiquqi reallığın iri həcmli təsvirini yaradır, həmin təsvirdə ən zəruri
xassələri qeyd etməyə imkan verir.
Adət hüququnun müxtəlif, arxaik və müasir formalarının vəziyyətini
səciyyələndirən informasiyanın toplanması üçün folklor - qədim millər,
xalq nağılları, rəvayət və əfsanələr, dastanlar, eləcə də müxtəlif etnoq
rafik məlumatlar müəyyən maraq doğııra bilər. Bədii, xüsusən də yüksək
bədii zövqə malik olan sosioloqlar sosial-hüquqi informasiyanın mənbə
ləri kimi ədəbi-bədii əsrlərlə, o cümlədən ədəbi traktatlarla, cpolarla və
digər bədii yazılı abidələrlə uğurla işləyə bilərlər. Məsələn, Nizami Gən
cəvinin «Sirlər xəzinəsi» sosial ədalət və ədalətli hökmdar, «İsgəndər-
namə» poeması utopik cəmiyyət, Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri» və
«Əxlaqi-Möhtəşəmi» əsərləri, dövlətin mənşəyi, siyasət, qanun və qanun
çuluq, Əvhədi Marağayinin «Cami-Cəm» poeması orta əsrin ədalət mü
hakiməsi, hakimlərin xisləti, Məhəmməd Füzulinin «Leyli və Məcnun»
poeması qadının sosial-hüquqi vəziyyəti, qadın hüquqsuzluğu haqqında
sosial-siyasi və hüquqi ideyalarla, məlumatlarla zəngindir. Nizamül-
mülkün «Siyasətnamə» əsəri dövləti idarəetməyə dair zəngin materiala
malikdir. Mütəfəkkir bir çox sosial-siyasi və hüquqi problemləri tarixi
faktlar əsasında ifadə etmişdir. Bu əsərin müasir dövrdə do dövlət qurucu
luğu nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən müddəaları vardır.
Hipotczaların təsdiqi və onlara ziddi olan ehtimalların təkzibi üçün
81
Dostları ilə paylaş: |