R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə22/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   18   19   20   21   22   23   24   25   ...   131

sosioloqlar  özlərinə  zoruri  olan  sosial-hiiqııqi  kolliziyalar  -   real  situasi- 
yalı  miilahizolor  modelləşdirə  bilərlər.  Görkəmli  söz  ustaları  tərəfindən 
yaradılmış  dərin  sosial-siyasi  və  hüquqi  məzmunlu  dram  əsərlərini, 
pyesləri, romanları  (xüsusilə də tarixi  romanları) və povestləri, hətta kiçik 
həcmli  hekayələri  müxtəlif fikri  eksperimentlər  sferası  hesab  etmək  olar. 
Məhz  belə  məzmunlu  bədii  əsərlərdə  hiiqııq  münasibətlərinin  müxtəlif 
aspektlərini,  fərdi  hüququn  və  kriminal  şüurun  mürəkkəb  strukturlarını 
tədqiq etmək olar.
Məhz  belə  predmet-problemli  arealda  bioqrafik  metoddan  istifadə 
ilə  bağlı  məsələlər  təzahür  edir.  Bioqrafik  metod  aşağıdakıları  yerinə 
yetirməyə imkan yaradır:
1)  psixoloji,  sosioloji  və  əxlaqi-hüquqi  xarakterli  zoruri  infor­
masiyaları toplamaq;
2)  konkret  şəxsiyyətin  və ya  müəyyən  kateqoriya  fərdlorin  bu  və  ya 
digər  sosial-hüquqi  hadisə  və  proseslərə  münasibətinin  xüsusiyyətlərinə 
aid hipotezalar formula etmək;
3)  hüquq  düşüncəsinin  xarakteri,  şəxslərin  tədqiqatçıları  maraqlandıran 
davranışının sosial-hüquqi xüsusiyyətləri haqqında f ərziyyələr qurmaq.
Müasir  sosial-hiiquqi  nəzəriyyədə  bioqrafik  metoddan  fəal  istifadə 
olunmasına  XX  yüzilliyin  ilk  onilliyində  başlanmışdır.  Bu,  U.Xilin 
«Cinayətkar»  (1915),  «Ruhi  münaqişələr  və  qeyri-düzgün  davranış» 
(1917),  Z.Frcydin  «Dostoyevski  və  ata  qatili iy i»  (1928)  əsərinin  nəşr 
olunması  ilə bağlıdır.
Qərbi  Avropanın  bir  çox  tədqiqatçıları,  o  cümlədən  F.Znanctski, 
Ç.Kuli,  Q.D.LassuclI,  D.Q.Mid,  U.A.'Lomas  onları  maraqlandıran  insan­
ların  sosial  davranışının  motivləri  haqqında  etibarlı  məlumatlar  əldə 
etmək  məqsədi  ilə  şəxsi  sənədləri,  məktubları  və  gündəlikləri  öyrənməyə 
başlamışlar.  Ailə  münasibətlərinin,  nəsillərin  vərəsəlik  və  varislik  prob­
lemlərinin,  insanların  ağır  həyati  situasiyalardakı  hərəkətlərinin,  onların 
ətrafdakılarla  qarşılıqlı  münasibətlərinin  təhlili  vasitəsilə  nəinki  şüurlu, 
həm  də  qeyri-şüuri  meyllər  və  vərdişlər  aşkar  olunmuşdur.  Belə  meyllər 
həm qanuna itaətli,  həm də  hüquqazidd davranışlarda mövcud olmuşdur.
Bioqrafik  xarakterli  empirik  məlumatlar  ektraordinar  şəraitdə  intihar 
edən,  həbsxanada  olarkən  cinayətlər  törədən  fərdlorin  daxili  həyatının 
mürəkkəb motivli kolliziyasını yenidən qurmağa imkan  yaradır.
82
7.  Hüquq sosiologiyasının strukturu
Hüquq  sosiologiyası  bir-birinə  qarşılıqlı  surətdə  nüfuz  edən  və  bu­
nunla  yanaşı  nisbi  müstəqilliyini  saxlayan  qarşılıqlı  əlaqəli  problemli 
sferaların məcmusundan  ibarətdir.
Hər  bir  problemi  kompleks  özünəməxsus  fikir  axtarışları  dairəsinə  və 
onlarla  qarşılıqlı  əlaqədə  olan  dərketmə  vəzifələrinə  malikdir.  Hüquq  haq­
qında  sosioloji  biliklərin  strukturu  eyni  zamanda  iyerarxik  xarakter  daşıyır. 
Belə ki, həmin struktur şaquli yöniimlü üçpilləli quruluşa malikdir.
Hüquq  sosiologiyasının  ən  yiiksək  pilləsində  hüququn  metasosio- 
logiyası  dayanır.  Hüququn  mctasosiologiyası  özündə  sosiıımun  və  onun 
normativ-dəyər strukturlarının  mövcudluğunun  ümumi  və (əməlli  prinsip­
ləri  haqqında  bilikləri  ehtiva  edir.  Qeyd  etmək  lazımdır  ki,  metasosioloji 
ideya və prinsiplər aşağıdakılarda təzahür edirlər:
a) metodoloji  funksiyanı yerinə yetirirlər;
b)  metodoloji  funksiyanın yönümünii müəyyən edirlər;
e) sosioloji  fikri  istiqamətləndirirlər;
d)  sosial-hüquqi  rcallının  konkret  problemlər  sferasının  uğurlu 
tədqiqi üçün əsas nəzəri  zəminlər yaradırlar.
Hüquq sosiologiyasının orta pilləsində  hüquq sosiologiyası nəzəri* vəsi 
yer  tutur.  Hüquq  sosiologiyası  nəzəriyyəsi  ictimai  sistem  kontekstimlə 
hüququn və onun institutlarının  fəaliyyət sosiodinamikasını tədqiq edir.
Hiiquq  sosiologiyasının  aşağı  pilləsində  empirik  hüquq  sosiologiyası 
sferası  yerləşir.  Bmpirik  hüquq  sosiologiyası  faktların  toplanmasına,  mü­
şahidələr və sorğular aparılmasına, ankctləşdirmənin  həyata keçirilməsinə 
və müxtəlif sosioloji  tədqiqatların  aparılmasına  istiqamətləndirilmişdir.
Sosial-hiiquqi  həyatın  digərlərindən  təcrid  edilmiş  halda  götürülən 
ayrı-ayrı  faktları  efemerik  və  tczaxımlıdır.  Belə  faktlar  özünü  aşkar,  özii 
barəsində  məlumat  verərkən  dərhal  yeni  hadisələrin  axarında  əriyir  və 
bəzən  ictimai  şüurda  özlərindən  sonra  heç  bir  iz  qoymurlar.  Lakin 
sosiologiya  izsiz yox olmasının qarşısını almaqda acizdir.
Nəzəri  şüur vasitəsilə qeydə alınan həmin  faktlar hipoteza və konsep­
siyaların  qurulmasında  iştiraka  cəlb  olunurlar.  Bu  hipoteza  və  konsep­
siyalar  sosial  aləmdə  baş  verənlərin  mahiyyətini,  bu  aləmin  hara  hərəkət 
etdiyini  və  onu  yaxın  gələcəkdə  nəyin  gözlədiyini  izah  edirlər.  Beləliklə, 
hüquq  sosiologiyasının  bütün  üç  pilləsi  vahid  idrak  kompleksi  kimi  çıxış 
edərək, qarşılıqlı asılılıq və qarşılıqlı tabelik münasibətlərini aşkar edirlər.
Hüquq  haqqında  sosioloji  biliklər sistemində  hüquq  sosiologiyasının
83


tarixi  ayrıca  yer  tutur.  Hüquq  sosiologiyası  tarixinin  vəzifəsi  sosiohu- 
manitar fikrin çoxəsrlik inkişaf tarixi  ərzində analitiklorin nəsli tərəfindən 
toplanmış  nəzəri  təcrübənin  müasir  tədqiqatçıların  sərəncamına  vermək­
dən,  həmin  fikrin aktuallıqlarını üzə çıxarmaqdan  ibarətdir.
Hüquq sosiologiyasının strukturunu,  onu  öz daxilində makrososioloji 
və  mikrososioloji  səviyyəyə  ayırmaqla  bir  qədər  başqa  cür  də  təsvir  et­
mək olar.
Hüquq  makrososiologivasının  predmetini  kifayət  qədər  uzun  olan 
tarixi  dövrlər  ərzində  hüquqi  sivilizasiyaların  inkişafı  və  fəaliyyəti  təşkil 
edir.  Ilüquq  mikrososiologivasının  predmetini  isə  konkret  sosial 
birliklər  daxilindəki  sosial  subyektlər  arasında  mövcud  olan  bilavasitə 
hüquq münasibətləri təşkil edir.
Hüquq  sosiologiyası  biliklər  sisteminin  hansı  şəkildə  strukturlaşma­
sından  asılı  olmayaraq,  o,  istənilən  halda  öz  məzmununun  inkişafının və 
zənginləşməsinin acıq, dinamik sistemi  olaraq qalır.
Hüquq sosiologiyası  elmi bilik  sahəsi  kimi  məhz özünə xas olan əsas 
problemlərin  dairəsinə  malikdir.  Belə  problemlərə  aşağıdakı  sahələri  aid 
etmək olar:
1) hüquq sosiologiyasının ümumi nəzəri və metodoloji məsələləri;
2)  hüquq  sosiologiyasının  xüsusi  problemləri  və  konkret  sosial- 
hüquqi  tədqiqatları;
3) sosial-hüquqi tədqiqatların metodikası  və texnikası.
Hüquq  sosiologiyasının  ifadə  olunan  strukturu  belə  bir nəticəyə  gəl­
məyə  imkan  verir  ki,  ondan  olahiddə  hüquq  tədris  fənni  kimi  istifadə 
oluna bilər.
84
İKİNCİ  FƏSİL
IIÜQUQ SOSİOLOGİYASININ  YARANMASI TARİXİ
1. Sosial fizikadan sosial və siyasi-hüquqi 
problemlərə doğru
Ümumi  qeydlər.  Hüququn  və  onun  tarixi  rolunun  nəzəri  cəhətdən 
başa düşülməsində əks olunan  mühüm əhəmiyyətli hadisə Fransada  1848- 
ci  ildə  baş  vermiş  Fevral  inqilabı  olmuşdur.  Fevral  inqilabı Fransada 2-ci 
respublikanı  bərqərar etmişdi.  İnqilab aşkar surətdə  göstərdi  ki, o  dövrün 
şəxsiyyətinin  statusunun yuridik cəhətdən  müəyyənliyi  onun dövlət  həya­
tındakı  həqiqi  vəziyyətinə  uyğun  gəlmir.  İnqilab yuridik  və siyasi  forma­
ların  arxasında  gizlənmiş  sosial  məsələni  üzə  çıxardı.  Bu,  gözlənilməz 
hadisə  idi.  Belə  gözlənilməzlik  bir  çox  hüquqşünasları  və  siyasətçiləri 
heyrətə  gətirdi.  O, eyni  zamanda  yeni  anlaşılmaz  faktı  izah etməyi  özünə 
borcu  hesab  edən  elmi  fikrə  təkan  verdi.  Bu  yönümdə  istiqamət  götürən 
elmi  işlər  sosioloji  əsərlərin  meydana  gəlməsinə  şərait  yaratdı.  Belə 
əsərlərin  ümumi  nəticələri  hüququn  tarixi-sosioloji  cəhətdən  öyrənilməsi 
vəzifələrinin müəyyənləşdirilməsinə mühüm təsir göstərdi.
Cəmiyyətə  və  onun  tarixinə  sosioloji  baxışların  ilkin  nəticəsi  sosial 
həyatın  bütün  cəhətlərinin  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olmasının  tanın­
ması  oldu.  Bu  o  demək  idi  ki,  hüquq  cəmiyyətdə  baş  verən  hadisə  və 
proseslərdən  təcrid  edilmiş  halda  öyrənilə  bilməz.  Kyni  zamanda  hüquq 
ancaq  mənəvi  mədəniyyətlə  (dil,  əxlaq,  din)  məhdudlaşmamalıdır.  Cə­
miyyət  həyatının  iqtisadi  şəraiti  də  daxil  olmaqla  hüquq,  ictimai  həyatın 
bütün cəhətlərilə sıx qarşılıqlı əlaqədə tədqiq edilməlidir.
İkinci  nəticə ondan  ibarət  idi  ki, cəmiyyətdə insanlar arasında yuridik 
tənzimləmədən  və  dövlət  hakimiyyəti  tərəfindən  təsirdən  asılı  olmayan 
əlaqələr  müəyyən  edilir.  Bunlar,  hər  şeydən  əvvəl  ictimai  əlaqələrdir.  Bu 
əlaqələrin  məcmusu  dövlət  institutundan  və  onun  konkret-tarixi  hüquq 
qaydasından  fərqlənən  ictimai  orqanizm  yaradır.  İctimai  əlaqələr  insan­
ların  həyati  mənafelərinin  təsiri  altında müəyyən  edilirlər.  Mənafelər bir­
liyi  insanları xüsusi  qruplarda  birləşdirir.  İctimai  siniflər adlandırılan  belə 
xüsusi  qruplar bir-birindən öz sinfi  maraqlarına görə  fərqlənirlər.
Üçüncüsü,  ictimai  əlaqələrin  əsaslandığı  başlıca  element  müvafiq
85


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə