Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   9   10   11   12   13   14   15   16   17

32 

 

təhlükəsizliyi  üçün  qorxu  törədən  düşmənçilik  hərəkətlərinin  hamısına  dərhal  son 



qoymağı və bu qüvvələri oradan çıxarmağı tələb edir. 

Bununla  əlaqədar  Təhlükəsizlik  Şurası  bölgənin  bütün  dövlətlərin 

suverenlik  və  ərazi  bütövlüyünü,  onların  sərhədlərinin  pozulmazlığını  təsdiq 

edərək,  ATƏM  çərçivəsində  sülh  prosesinə  tərəfdar  olduğunu  bildirir.  O,  ümid 

etdiyini bildirir ki,  Minsk Qurupun bu  yaxınlarda  əldə  etdiyi ilkin  sazişdən  sonra 

yaxın vaxtlarda atəşi dayandırmaq, müşahidəçilərin yerləşdirilməsi cədvəli, siyasi 

bəyannamənin  layihəsi  barədə  sazişlər  də  əldə  olunacaq  və  Minsk  Konfransı 

tezliklə çağırılacaqdır. 

Təhlükəsizlik Şurası müvafiq tərəfləri ATƏM çərçivəsində sülh prosesində 

irəliləyiş olması üçün əllərindən gələni əsirgəməməyə  və  problemin siyasi həllini 

çətinləşdirə  bilən  heç  bir  hərəkətə  yol  verməməyə  təkidlə  çağırır.  Şura  həmçinin 

mülki əhalinin iztirablarını azaltmaq məqsədi ilə bölgədə, o cümlədən münaqişəyə 

cəlb  olunmuş  bütün  rayonlarda  humanitar  yardım  göstərilməsi  sahəsində 

beynəlxalq  fəaliyyətin  maneəsiz  həyata  keçirilməsini  təmin  etməyə  çağırır. 

Təhlükəsizlik  Şurası  Baş  Katibdən  xahiş  edir  ki,  ATƏM  ilə  məsləhətləşərək, 

faktları  müvafiq  şəkildə  müəyyənləşdirsin  və  təcili  olaraq  Şuraya  hadisə  yerində 

vəziyyətə qiymət verilən məruzə təqdim etsin. Şura bu məsələ ilə məşğul olmaqda 

davam edəcəkdir». 

 

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi. 

30 aprel 1993-cü il 

 

Təhlükəsizlik  Şurası  Dağlıq  Qarabağ  münaqişəsi  barədə  Təhlükəsizlik 



Şurası  sədrinin  1993-cü  il  yanvarın  29-da  (S/1999)  və  aprelin  6-da  (S/25539) 

verdiyi  bəyanatlara  istinad  edərək,  Baş  Katibin  1993-cü  il  aprelin  14-dəki 

məruzəsini  (S/26600)  nəzərə  alaraq,  Ermənistan  Respublikası  ilə  Azərbaycan 

Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlıq izhar 

edərək,  silahlı  hərbi  əməliyyatların  güclənməsi,  qismən  də  Azərbaycan 

Respublikasının  Kəlbəcər  rayonuna  yerli  erməni  qüvvələrinin  son  təcavüzünü 

narahatlıqla  qeyd  edərək,  eləcə  də  vəziyyətin  bölgədəki  əmin-amanlığı  və 

təhlükəsizliyi  qorxu  altına  aldığından  narahat  olaraq,  çoxlu  sayda  mülki  şəxsin 

yerdəyişməsi  və  bölgədə,  o  cümlədən  Kəlbəcər  rayonunda  yaranmış  fövqəladə 

durumla  bağlı  ciddi  narahatlıq  ifadə  edərək,  bölgədəki  bütün  dövlətlərin 

suverenliyinə  və  ərazi  bütövlüyünə  hörməti  bir  daha  təsdiq  edərək,  eləcə  də 

beynəlxalq  sərhədlərin  toxunulmazlığını  və  ərazi  əldə  etmək  üçün  qüvvə  tətbiq 

etməyin  yolverilməzliyini  bir  daha  təsdiqləyərək,  ATƏM  çərçivəsində  həyata 

keçirilən  sülh  prosesini  dəstəklədiyini  bildirir  və  silahlı  hərbi  əməliyatların 

güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq 

keçirərək: 




33 

 

1.



 

Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və 

düşmənçilik  hərəkətlərinin  dərhal  dayandırılmasını,  eləcə  də  bütün  işğalçı 

qüvvələrin Kəlbəcər rayonundan və  Azərbaycanın son  vaxtlar işğal edilmiş başqa 

rayonlarından dərhal çıxarılmasını tələb edir

2.

 



Bu  işdə  maraqlı  olan  tərəfləri  münaqişəni  ATƏM-in  Minsk  Qrupunun 

sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışıqları bərpa etməyə və 

problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə 

israrla dəvət edir; Bölgədə, o cümlədən, münaqişənin əhatə etdiyi bütün rayonlarda 

mülki  əhalinin  iztirablarını  yüngülləşdirmək  üçün  humanitar  yardım  göstərilməsi 

sahəsində  beynəlxalq  fəaliyyətin  maneəsiz  həyata  keçirilməsini  təmin  etməyə 

çağırır  və  bir  daha  təsdiq  edir  ki,  bütün  tərəflər  beynəlxalq  humanitar  hüququn 

prinsiplərinə və normalarına əməl etməyə borcludurlar

3.

 

Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə, habelə ATƏM-in 



Minsk  Qrupunun  sədri  ilə  məsləhətləşmə  keçirib  bölgədəki,  o  cümlədən 

Azərbaycanın  Kəlbəcər  rayonundakı  vəziyyətə  qiymət  versin  və  Şuraya  yeni 

məruzə təqdim etsin; 

4.

 



Qərara alır ki, bu məsələ ilə fəal məşğul olunmasını davam etdirsin. 

 

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi. 



29 iyul 1993-ci il 

 

Təhlükəsizlik  Şurası  1993-cü  il  30  aprel  tarixli  öz  822  (1993)  saylı 



qətnaməsini  təsdiq  edərək,  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  məsələlərinə 

dair Müşavirənin (ATƏM) Minsk Qrupunun sədri tərəfindən 1993-cü il iyulun 27-

də  (S/26184)  baxılmış  məruzəni  nəzərdən  keçirərək,  Ermənistan  Respublikası  ilə 

Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onların arasındakı 

gərginliklə  əlaqədar  olaraq  ciddi  narahatlıq  keçirdiyini  ifadə  edərək,  əlaqədar 

tərəflərin  onun  822  (1993-cü  il)  saylı  qətnaməsinin  həyata  keçirilməsi  sahəsində 

təxirəsalınmaz tədbirlər cədvəlini qəbul etməsini alqışlayaraq, hərbi əməliyyatların 

güclənməsini,  o  cümlədən,  Azərbaycan  Respublikasında  Ağdam  rayonunun  işğal 

olunmasını təşvişlə qeyd edərək, bu vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün 

qorxu törətməsindən narahat olaraq, Azərbaycan Respublikasında çox böyük sayda 

mülki  şəxslərin  didərgin  düşməsi  və  bölgədəki  fövqəladə  humanitar  vəziyyətlə 

əlaqədar yenə də ciddi narahatlıq keçirdiyini ifadə edərək: 

1.  Azərbaycan  Respublikasının  Ağdam  rayonunun  və  bu  yaxınlarda  zəbt 

olunmuş bütün digər rayonlarının işğalını pisləyir; 

2. Bölgədə gələcəkdəki bütün düşmənçilik hərəkətlərini, o cümlədən, mülki 

şəxslərə  hücumları  və  yaşayış  rayonlarının  bombalanmasını  və  top  atəşinə 

tutulmasını pisləyir; 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə