32
təhlükəsizliyi üçün qorxu törədən düşmənçilik hərəkətlərinin hamısına dərhal son
qoymağı və bu qüvvələri oradan çıxarmağı tələb edir.
Bununla əlaqədar Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərin
suverenlik və ərazi bütövlüyünü, onların sərhədlərinin pozulmazlığını təsdiq
edərək, ATƏM çərçivəsində sülh prosesinə tərəfdar olduğunu bildirir. O, ümid
etdiyini bildirir ki, Minsk Qurupun bu yaxınlarda əldə etdiyi ilkin sazişdən sonra
yaxın vaxtlarda atəşi dayandırmaq, müşahidəçilərin yerləşdirilməsi cədvəli, siyasi
bəyannamənin layihəsi barədə sazişlər də əldə olunacaq və Minsk Konfransı
tezliklə çağırılacaqdır.
Təhlükəsizlik Şurası müvafiq tərəfləri ATƏM çərçivəsində sülh prosesində
irəliləyiş olması üçün əllərindən gələni əsirgəməməyə və problemin siyasi həllini
çətinləşdirə bilən heç bir hərəkətə yol verməməyə təkidlə çağırır. Şura həmçinin
mülki əhalinin iztirablarını azaltmaq məqsədi ilə bölgədə, o cümlədən münaqişəyə
cəlb olunmuş bütün rayonlarda humanitar yardım göstərilməsi sahəsində
beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırır.
Təhlükəsizlik Şurası Baş Katibdən xahiş edir ki, ATƏM ilə məsləhətləşərək,
faktları müvafiq şəkildə müəyyənləşdirsin və təcili olaraq Şuraya hadisə yerində
vəziyyətə qiymət verilən məruzə təqdim etsin. Şura bu məsələ ilə məşğul olmaqda
davam edəcəkdir».
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi.
30 aprel 1993-cü il
Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi barədə Təhlükəsizlik
Şurası sədrinin 1993-cü il yanvarın 29-da (S/1999) və aprelin 6-da (S/25539)
verdiyi bəyanatlara istinad edərək, Baş Katibin 1993-cü il aprelin 14-dəki
məruzəsini (S/26600) nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlıq izhar
edərək, silahlı hərbi əməliyyatların güclənməsi, qismən də Azərbaycan
Respublikasının Kəlbəcər rayonuna yerli erməni qüvvələrinin son təcavüzünü
narahatlıqla qeyd edərək, eləcə də vəziyyətin bölgədəki əmin-amanlığı və
təhlükəsizliyi qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki şəxsin
yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə
durumla bağlı ciddi narahatlıq ifadə edərək, bölgədəki bütün dövlətlərin
suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edərək, eləcə də
beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq
etməyin yolverilməzliyini bir daha təsdiqləyərək, ATƏM çərçivəsində həyata
keçirilən sülh prosesini dəstəklədiyini bildirir və silahlı hərbi əməliyatların
güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq
keçirərək:
33
1.
Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və
düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı
qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa
rayonlarından dərhal çıxarılmasını tələb edir;
2.
Bu işdə maraqlı olan tərəfləri münaqişəni ATƏM-in Minsk Qrupunun
sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışıqları bərpa etməyə və
problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə
israrla dəvət edir; Bölgədə, o cümlədən, münaqişənin əhatə etdiyi bütün rayonlarda
mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi
sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə
çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn
prinsiplərinə və normalarına əməl etməyə borcludurlar;
3.
Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə, habelə ATƏM-in
Minsk Qrupunun sədri ilə məsləhətləşmə keçirib bölgədəki, o cümlədən
Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə qiymət versin və Şuraya yeni
məruzə təqdim etsin;
4.
Qərara alır ki, bu məsələ ilə fəal məşğul olunmasını davam etdirsin.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi.
29 iyul 1993-ci il
Təhlükəsizlik Şurası 1993-cü il 30 aprel tarixli öz 822 (1993) saylı
qətnaməsini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə
dair Müşavirənin (ATƏM) Minsk Qrupunun sədri tərəfindən 1993-cü il iyulun 27-
də (S/26184) baxılmış məruzəni nəzərdən keçirərək, Ermənistan Respublikası ilə
Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onların arasındakı
gərginliklə əlaqədar olaraq ciddi narahatlıq keçirdiyini ifadə edərək, əlaqədar
tərəflərin onun 822 (1993-cü il) saylı qətnaməsinin həyata keçirilməsi sahəsində
təxirəsalınmaz tədbirlər cədvəlini qəbul etməsini alqışlayaraq, hərbi əməliyyatların
güclənməsini, o cümlədən, Azərbaycan Respublikasında Ağdam rayonunun işğal
olunmasını təşvişlə qeyd edərək, bu vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün
qorxu törətməsindən narahat olaraq, Azərbaycan Respublikasında çox böyük sayda
mülki şəxslərin didərgin düşməsi və bölgədəki fövqəladə humanitar vəziyyətlə
əlaqədar yenə də ciddi narahatlıq keçirdiyini ifadə edərək:
1. Azərbaycan Respublikasının Ağdam rayonunun və bu yaxınlarda zəbt
olunmuş bütün digər rayonlarının işğalını pisləyir;
2. Bölgədə gələcəkdəki bütün düşmənçilik hərəkətlərini, o cümlədən, mülki
şəxslərə hücumları və yaşayış rayonlarının bombalanmasını və top atəşinə
tutulmasını pisləyir;