Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   9   10   11   12   13   14   15   16   17

28 

 

İrşad  İbrahimov  yazır:  «Roma  sərkərdəsi  Mark  Antoni  e.ə.  34-cü  ildə 



uydurma "böyük Ermənistan" çarı II Tiqranın oğlu II Artavaxdı ona xəyanət etdiyi 

üçün  qandallayıb  İsgəndəriyyəyə  aparmış  və  başını  kəsdirməklə  edam  etmişdir. 

Ermənilər indi yaşadıqları ərazidə, qədim, avtoxton olduqlarını sübut etmək üçün 

dəridən-qabıqdan  çıxırdılar.  Onlar  müsəlman  qəbir  daşlarını,  Atabəylərin 

buraxdıqları sikkələri və onlardakı ərəb əlifbasıyla yazılmış yazıları tərsinə oxuyub 

öz  tarixlərini  süni  surətdə  qədimləşdirmək  istəyirdilər.  Ancaq  bəzən  onların 

fırıldaqları  baş  tutmur.  Bu  mənada  akademik  B.Piotrovski  onları  ölümcül  ifşa 

etmişdir.  Ermənilər  Yerevan  şəhərinin  yaşının  2750  il  olduğunu  iddia  edib  BMT 

xətti ilə onun yubileyinin keçirilməsini planlaşdırırdılar. Lakin iddia əsassız olduğu 

üçün BMT onu qəbul etmədi. Həqiqətən Yerevan İrəvan adlanmaqla 1509-cu ildə 

Şah İsmayılın əmri ilə salınmışdır. Yalnız 1936-cı ildə şəhər Yerevan adlandırılıb. 

Ermənilər Qərbi Azərbaycan torpaqlarındakı türk nişanələrini kəsmək üçün 

buradakı  bütün  türk  adlarını  dəyişdirmişlər.  Əziz  Ələkbərlinin  «Qədim  türk-oğuz 

yurdu  «Ermənistan»  kitabında  bu  məsələlərə  işıq  tutulur.  Bu  gün  «Ermənistan» 

adlanan Qərbi  Azərbaycanın  sahəsi 29,8 min kv.kilometrdir. Buraya 36  rayon, 24 

şəhər və  kəndlər daxildir.  O  cümlədən vaxtilə Qərbi Azərbaycanda 7 mahal  var 

idi. 

Ermənilər zaman-zaman türk izlərini itirmək üçün buradakı türk yer adlarını 



erməniləşdirmək siyasətini də həyata keçiriblər. Məsələn, rayon adlarını onlar belə 

erməniləşdiriblər: Abaranı «Aparan» eləyiblər. O cümlədən Damcılını «Mravjan», 

Babakişini «Bujakan», Gülablını «Dzoraqlux» şəklinə salıblar və sair. 

Akin  rayonunu  «Ani»ya  çeviriblər.  Eləcə  də  həmin  rayonun  kəndlərindən 

Söyüdlünü  «Sarnaxpyur»,  Bəbirlini  «Bartsraşen»,  Daşqalanı  «Karaberd»  kimi 

dəyişiblər  və  sair.  Vaxtilə  dədə-babalarımızın  Manas  adlandırdığı  rayonu  əvvəl 

Allahverdi,  sonra  isə  «Tumanyan»  eləyiblər.  Eləcə  də  Qaçağan  kəndinin  adını 

«Arevadzor», Uzunları isə «Odzun» şəklinə salıblar və sair. 1988-89-cu illərdə isə 

bu rayonun dörd sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. 

Amasiya  rayonunun  İlli  kəndini  «Hoğmak»,  Qaraməmmədi  «Məğraşat», 

Cələbi «Rodzor» adlandırıblar. 1988-89-cu illərdə 13 nəfər soydaşımız öldürülüb. 

Axta rayonunun adı dəyişib «Hrazdan», kəndləri Dərəçiçək «Tsaxkadazor», 

Ərzəkəndə  «Arzakan»,  Paşakənd  «Marmarik»  kimi  dəyişikliyə  məruz  qalıb.  Bu 

rayonun  da  üç  nəfər  Azərbaycan  türkü  olan  sakini  1988-89-cu  illər  hadisələri 

zamanı  vəhşicəsinə  öldürülüblər.  Aşağı  Qaranlıq  rayonu  Martuni  adlandırılıb. 

Həmçinin  rayonun  bir  sıra  kəndlərinin  də  adı  dəyişdirilib:  Avdalağlı  «Vavaşen», 

Vəliağalı «Dzorakyuğ», Göl «Liç», Kəsikbaş «Lernaker» və sair şəklinə salınıb.  

Barana  rayonu  Noyamberyan  edilib.  Habelə  rayonun  kəndləri  Əskipara 

«Boskepar»,  Ləmbəli  «Debedaşen»,  Qalaça  «Berdavan»,  Körpülü  «Haxtanak» 

adlandırılıb və sair. Məlum hadisələr zamanı üç nəfər rayon sakini olan soydaşımız 

öldürülüb.  Basarkeçər  rayonunun  adı  dəyişdirilib  Vardanes  edilib.  Kəndlərindən 

Ağkilsə  -«Azad»,  Qırxbulaq  -  «Akunk»,  Gödəkbulaq  -  «Karçaxpyur»,  Yarpızlı  - 




29 

 

«Lçavan»  edilib  və  sair.  Rayonun  45  Azərbaycan  türkü  1988-89-cu  illərdə 



vəhşicəsinə qətlə yetirilib. «Böyük Qarakilsə» rayonunu Quqark, «Vedini» Ararat 

eləyən  ermənilər  bir  şeyi  başa  düşmürlər  ki,  yer  adını  dəyişmək  olar,  amma 

ruhumuzu dəyişmək, ruhumuzu işğal etmək mümkün deyil. 

Ermənilər  bütün  rayonların,  kəndlərin  adını  dəyişdilər.  1988-ci  il 

hadisələrindən  sonra  isə  Azərbaycanın  20  faiz  torpaqlarını  işğal  etdilər.  «Ocaq» 

kitabının  müəllifi  Zori  Balayanın  fitvası  ilə  minlərlə  Azərbaycan  türkünün  qanını 

tökdülər. 

Ermənilər torpaqlarımızı işğal etməklə  özlərini dünya  ilə  üz-üzə qoydular. 

İndi mən sizə BMT-nin sənədlərini bütöv halda çatdırmaq istəyirəm: 

 

BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı bəyanatları 



 

Təhlükəsizlik Şurası sədrinin bəyanatı  

12 may 1992-ci il 

 

Təhlükəsizlik  Şurasının  üzvləri  arasında  məsləhətləşmədən  sonra  Şuranın 



sədri  Şuranın  adından  1992-ci  il  mayın  12-də  onun  3072-ci  iclasında  «Dağlıq 

Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar 

aşağıdakıları  bəyan  etmişdir:  «Təhlükəsizlik  Şurasının  üzvləri  Dağlıq  Qarabağa 

dair  vəziyyətin  pisləşməsi  və  atəşkəs  barədə  sazişlərin  pozulması  ilə  bağlı  böyük 

insan  tələfatına  və  xeyli  maddi  ziyan  vurulmasına  gətirib  çıxaran  son 

məlumatlardan,  eləcə  də,  bunların  region  ölkələri  üçün  nəticələrindən  dərin 

narahatlıq keçirirlər. 

Təhlükəsizlik  Şurasının  üzvləri  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 

Müşavirəsi  (ATƏM)  çərçivəsində  görülən  səyləri,  eyni  ilə  tərəflərə  sülh  yolu  ilə 

nizamlanma əldə etməyə və humanitar yardım göstərilməsinə yönələn digər səyləri 

yüksək qiymətləndirir və dəstəkləyirlər. 

Onlar  Baş  Katib  tərəfindən  bu  bölgəyə  təcili  olaraq  faktların  araşdırılması 

və  tərəflərə  sülh  yolu  ilə  nizamlanma  əldə  etmək  üçün  ATƏM  çərçivəsində 

göstərilən  səylərə  tezliklə  kömək  edilməsi  yollarının  və  vasitələrinin  öyrənilməsi 

üçün  missiya  göndərilməsini  alqışlayır.  Bu  missiya  həmçinin  beynəlxalq  birlik 

tərəfindən  təxirəsalınmaz  humanitar  yardım  göstərilməsinin  mümkün  yollarının 

öyrənilməsi üçün özünə müvafiq texniki elementi daxil edəcəkdir. 

Təhlükəsizlik  Şurasının  üzvləri  bütün  maraqlı  tərəfləri  zorakılığa  son 

qoyulması,  Baş  Katibin  missiyasının  işini  asanlaşdırmaq  və  onun  personalının 

təhlükəsizliyini  təmin  etmək  üçün  bütün  zəruri  tədbirləri  görməyə  çağırır.  Onlar 

Şuranın  Sədri  adından  1992-ci  il  yanvarın  23-də  (S/23496)  və  fevralın  14-də  (S-

23597)  müvafiq  olaraq  Ermənistanın  və  Azərbaycanın  Birləşmiş  Millətlər 

Təşkilatına  üzv  qəbul  olunması  barədə  edilən  bəyanatlarını  və  xüsusilə  də, 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə