Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   9   10   11   12   13   14   15   16   17

26 

 

bildirdilər ki, evdən heç nə götürmədən həbs olunursunuz. Əynimizin paltarını da 



götürməyə  imkan  vermədilər.  Gecə  hamımızı  gətirdilər  Bayıl  türməsinə.  Biz 

türmədə  eşitdik  ki,  Məmməd  Əmin  Rəsulzadənin  ailəsi  də  buradadır.  Sonra  bizə 

dedilər ki, 700 azərbaycanlı qadını bu gecə sürgün edəcəklər. Səhərə yaxın bizi yük 

vaqonlarına  doldurub  Bakıdan  çıxartdılar.  Hara  apardıqlarını  bilmirdik.  Yağışın, 

küləyin,  günün  altında  bir  aya  yaxın  yollarda  qaldıq.  Aclığa,  susuzluğa  tab 

gətirməyib  ölənləri  qatar  gedə-gedə  hara  gəldi  atırdılar.  Demək  olar  ki,  hamı 

üzülmüşdü. Körpə uşaqların vəziyyəti daha ağır idi. Üstümüzdə dayanan silahlılar 

azərbaycan  uşaqlarına  düşmən  uşağı  kimi  baxırdılar.  Hər  gün  gözümüzün 

qabağında  onlarla  uşaq  ölürdü.  Bu  vaxt  ən  dəhşətlisi  ölən  azərbaycanlıların 

məzarları üstündə ad-soyad yazmağa icazə verməmələri idi. Gələcəyə iz qalmasın 

deyə, qəbiristan yaratmağa qoymurdular. Azərbaycanlıları mənəvi cəhətdən ən çox 

sarsıdan  burada  da  məhbusların  taleyinin  ermənilərin  ixtiyarına  verilməsi  idi. 

Azərbaycanlılar  yaşayan  həbs  düşərgələrində  ermənilər  ağlasığmaz  dəhşətlər 

törədirdilər.  Canilər  qadınların  üstlərindəki  qızıl  zinətləri  (təsadüfi  hallarda  bəzi 

qadınların  üstündə  qızıl  olurdu)  açırdılar,  hətta  ağızlarındakı  qızıl  dişlərini  də 

kəlbətinlə  sındırıb  çıxarırdılar.  Düşərgələr  dolu  idi  azərbaycanlılarla.  Çox  vaxtı 

adamlar  bir-birlərindən  soruşurdular  ki,  görən  Azərbaycanda  heç  azərbaycanlı 

qalıbmı?!  Sürgündəki  adamları  çox  işlədirdilər.  Qazaxıstanın  bir  çox  vilayətləri 

sürgün  olunmuş  azərbaycanlıların  qabarlı  əlləri,  alın  tərləri  hesabına 

abadlaşdırılmışdır.  Anam  qoçaqlıqda  ad  qazanmışdı.  İşdən  sonra  sürgündəki 

azərbaycan  uşaqlarına savad  öyrətmək  məqsədi ilə dərnək  təşkil etmişdi.  Uşaqlar 

anamı "müəllim" deyə çağırırdılar. 

1948-ci  ildə  anam  icazə  ilə  Bakıya  gəlib,  Bağırovun  qəbuluna  yazılıb 

onunla  görüşür.  Ailəmizin  Bakıya  qayıtması  haqqında  icazə  istəyir.  Lakin  anam 

istəyinə nail ola bilməyib kor-peşman yenə Qazaxıstana qayıtdı. 1956-cı ilə qədər 

bir sürgündə qaldıq.  

Qaradərə kəndində Qaçaq Fərzalı, Vedibasarda Kərbəlayı İsmayıl və Qəmlo 

daşnaklara və bolşeviklərə qarşı vuruşaraq xalqımızın qəhrəmanlıq tarixini yenidən 

yazırdılar. Xalqımızın tarixində qaçaq dövrü həm də torpaqlarımızın müdafiəsində 

mühüm bir mərhələ kəsb edir. 

Ermənilərin və bolşeviklərin zaman-zaman xalqımıza etdikləri zülmlər Bilal 

Ənsərin və onun ailəsinin taleyində öz əksini tapa bilib. Onun qeydlərində deyilir: 

"17  il  bundan  əvvəl  böyük  qardaşlarının  -  rusların  köməyi  ilə  216  nəfəri  qətlə 

yetirib,  250  min  türkü  topla-tüfənglə  doğma  dədə-baba  yurdlarından  qovmuş 

ermənilər, hələlik o torpağa sahib çıxıblar. Elə buna görə də qaldırdığınız məsələ, 

eyni vaxtda, Dağlıq Qarabağın həlli üçün də əsas amil olar. 

Bu  bir  həqiqətdir  ki,  dünyada  ilk  dəfə  1828-ci  ildə,  Azərbaycan 

parçalanandan  sonra,  böyük  qardaşların  köməyilə  1111  kənddən  ibarət  erməni 

vilayəti  yaradıldı.  Həmin  kəndlərin  də  yalnız  62-də  erməni  yaşayırdı.  Bu  da 

həqiqətdir  ki,  1914-cü  ilə  kimi  İrəvan  xanlığını  bir-birinin  ardınca  49  türk  idarə 




27 

 

edib.  Şərqi  Anadolunun  sınırlarında  yaşamış  2  milyon  29  min  sakini  ancaq  o 



torpaqlara sahib olmaq arzusu ilə çarpışıb. 

Rusiyada  kommunistlər  hakimiyyətə  gələndən  sonra,  xüsusilə,  Qafqazda 

kütləvi  qırğınlar  başladı.  Rusiya-Türkiyə,  erməni-gürcü,  erməni-müsəlman 

qırğınları  ara  vermirdi.  Ermənilərin  silahlı  hücumları  qarşısında  əliyalın  türklər 

aciz  qalırdılar.  Ona  görə  də  doğma  torpaqlardan  uzaqlarda  yaşamağa  məcbur 

olundular.  Voronsovka,  Cəlaloğlu,  Qızıl  Qoç,  Amasiya,  Başkeçid,  Bolnisi 

bölgələrindən Türkiyənin Qars, Ərdahan, İqdır, Ərzurum, Bitlis, Muş, Ərzincan... 

bölgələrinə pənah aparmış yüzlərcə həmvətənlərimiz var.  

Tarixçi-alim  Sevil  Kərimovanın  «Çarizmin  Azərbaycanın  işğalında  və 

müstəmləkəçilik siyasətində erməni siyasətbazlarının rolu» kitabında XVIII əsrin I 

yarısında Qafqazın işğalında erməni təhriki və rusların onlara himayədarlığı, eləcə 

də XVIII əsrin II yarısında, həmçinin də XIX əsrdə bu prosesin inkişafı tamamilə  

sübuta    yetirilib.  1669-cu    ildə    İsfahandakı  erməni  tacirləri  I  Pyotra  qiymətli 

hədiyyələr  bağışlayaraq  Qafqazın  işğal  yolunu  ona  izah  etmişlər.  Erməni  «milli 

azadlıq  hərəkatının  lideri»  kimi  qələmə  verilən  İzrail  Ori  isə  I  Pyotra  məktub 

yazaraq erməniləri müsəlman zülmündən qurtarmağı din qardaşlarından xahiş edib. 

Özü  də  rus  ordusunun  100  min  əsgərinin  ərzağının  erməni  tacirləri  tərəfindən 

ödəniləcəyini də bəri başdan vəd verir. İ.Ori məktubunda bir az da qabağa gedərək 

rus  ordusunu  təkcə  Qafqazı  deyil,  həm  də  Osmanlı  dövlətini  də  ələ  keçirməyə 

çağırırdı. 

Ermənilərin ruslara  sədaqətli olduğunu görən çarizm 1779-cu  ildə  Rostov-

Don şəhəri ətrafında bir erməni şəhəri saldırır, erməniləri ora köçürür, şəhərin adını 

da qoyur Naxçıvan! 

1803-cü  ildə  Sisianov  hələ  Gəncə  üzərinə  hücum  etməzdən  xeyli  əvvəl 

erməni  əsilli  general-mayor  Lazarov  ona  yazırdı:  «Bütün  Gəncə  erməniləri  Rus 

ordusunun Gəncəyə hücumunu səbirsizliklə gözləyir». 

Qafqazın,  o  cümlədən  Azərbaycanın  işğalında  rusların  ən  yaxın  köməkçisi 

olan erməni generalı Valerian Mədətəvun əli xalqımızın qanına batmışdır. 

Türkmənçay müqaviləsi başa çatdıqdan sonra müqavilənin 15-ci maddəsinə 

əsasən ermənilər İrandan Azərbaycana, Qarabağa köçürülürlər. Bu işdə Rusiyanın 

İrandakı səfiri A.Qriboyedov xüsusi rol oynamışdır. 

Sonrakı dövrlərdə də ermənilər rusların ətəyindən tutaraq özlərinə Qafqazda 

yer eləməyə çalışırdılar. Və Azərbaycan torpaqları hesabına buna nail oldular da. 

Erməni  satqınlığı  və  erməni  yalanı  bəzən  ayaq  tutub  yerisə  də,  bəzən  bu 

hiylə  və  yalan  hörümçəyinin  toxuduğu  torlar  dağılır.  Məşhur  erməni  yazıçısı 

Vardges Petrosyan yazır: «...erməni tarixi sanki satqınsız ola bilməz. Bizim bir çox 

satqınlarımız tarixi şəxsiyyətlərdir və hətta biz onların harada dəfn olunduqlarını da 

bilirik... Bu Melik Frankül, Vasak, Merujan, Arsruni, Best-Sarkis, yüzbaşı Miqran, 

onların sayı-hesabı yoxdu». 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə