Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   2   3   4   5   6   7   8   9   ...   17

 

nin  18  maddədən  ibarət  Konstitusiyası  qəbul  olundu.  Cümhuriyyətin  40  min  kv. 



km ərazisi, 1,7 milyon nəfər (1,5 milyonu türk-müsəlman) əhalisi vardı. Dövlət dili 

olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ,  yaşıl və qara), ay-ulduzlu bayrağı 

vardı.  Batumdan  həftədə  üç  dəfə  çıxan  «Sədayi  millət»  qəzeti  hökumətin  rəsmi 

orqanı  idi.  Beləliklə,  Rusiya  imperiyasının  dağılması  ilə  əlaqədar  olaraq  Qars, 

Batum,  Axalsıx,  Axalkələk,  Şərur,  Naxçıvan,  Sürməli  və  İrəvan  qəzasının  cənub-

şərq hissəsinin əhalisi öz müstəqilliyini elan etdi. 

Qısa  müddətdə  CQQC-nin  Müvəqqəti  hökuməti  təşkil  edildi.  İbrahim  bəy 

Cahangirzadə  cümhurbaşqanı  seçildi.  Nazirlər  şurası  beynəlmiləl  tərkiblə  təşkil 

olunmuşdu. Xarici işlər naziri vəzifəsinə türk Piroğlu Fəxrəddin bəy, xalq maarifi 

naziri  vəzifəsinə  əvvəlcə  yunan  M.Andreyanot,  sonra  isə  türk,  müəllim  Mehmed 

bəy Kocaoğlu təyin edilmişdilər. 

Partiyalar  olmadığından,  65  bitərəf  deputatdan  ibarət  parlament  yaradıldı. 

Doktor Əsəd bəy Oktay (Əsəd bəy  Hacıyev) parlamentin sədri seçildi. Parlament 

respublikanın 

xarici 

və 


daxili 

siyasətinin 

aşağıdakı 

istiqamətlərini 

müəyyənləşdirdi:  1)  CQQC  bütün  qonşuları  ilə,  xüsusən  yeni  yaradılmış  Qafqaz 

dövlətləri ilə mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir; 2) CQQC neytral 

dövlətdir; 3) CQQC-nin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, 

siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. 

Yeni  yaranan  dövlət  ixtisaslı  kadrlar  və  maliyyə  baxımından  çətinliklərlə 

üzləşirdi.  CQQC-nin  köməyinə  ümid  bəslədiyi  ilk  dövlət  Azərbaycan  Xalq 

Cümhuriyyəti  idi.  Azərbaycan  Cümhuriyyətinin  Batumdakı  konsulu  məsələ  ilə 

bağlı  Bakıya  teleqram  göndərərək  bildirdi  ki,  CQQC  əhalisi  Azərbaycan  Xalq 

Cümhuriyyətinin ona  hərtərəfli  yardım edəcəyinə  böyük ümidlər bəsləyir. CQQC 

hökuməti  1919-cu  il  yanvarın  25-də  Azərbaycan  Xalq  Cümhuriyyətinə  müraciət 

edərək,  hərbi  və  maddi  yardım  istəmişdi.  Buna  cavab  olaraq,  Azərbaycan 

Hökuməti CQQC-nə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi. 

CQQC, sülhsevər mövqeyinə baxmayaraq, yarandığı gündən Ermənistan və 

Gürcüstan  hökumətlərinin  təcavüzkar  xarici  siyasəti  ilə  üzləşdi.  Respublikanın 

silahlı  qüvvələri  15,5  min  nəfərdən  ibarət  idi.  Bu  qüvvə  ilə  iki  dövlətin  – 

Ermənistan  və  Gürcüstanın  təzyiqlərinə  davam  gətirmək  mümkün  deyildi.  Digər 

tərəfdən, Ermənistan və Gürcüstanı ingilislər də dəstəkləyirdilər. İngilislər CQQC-

nin  ərazisini  Ermənistan  və  Gürcüstan  arasında  bölüşdürmək  istəyirdilər.  Onlar 

üzdə  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökumətini  CQQC  ilə  bağlı  status-kvonu 

saxlayacaqlarına inandırmağa çalışsalar da, əslində, CQQC-nin ləğvi istiqamətində 

fəaliyyət  göstərirdilər.  CQQC  Müvəqqəti  hökumətinin  sədri  Azərbaycan  Xalq 

Cümhuriyyəti  Hökumətinə  1919-cu  il  26  yanvar  tarixli  notasında  bildirirdi  ki, 

Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün 

müsəlman  əhalisi  buna  qarşı  ayağa  qalxmışdır.  Ermənilər  də  Naxçıvan  qəzasına 

hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 

min  davar  aparılmışdı.  Ermənilər  1919-cu  il  aprelin  12-də  ingilislərin  dəstəyi  ilə 




 

Qars  vilayətinə  soxuldular.  Azərbaycan  Cümhuriyyəti  Hökuməti  ermənilərin 



Qarsda  törətdiyi  soyqırımı  ilə  bağlı  Britaniya  komandanlığına  etirazını  bildirdi. 

Buna  baxmayaraq,  CQQC-nə  kömək  göstərmək  ingilislərin  planlarına  daxil 

deyildi.  Əksinə,  ingilislər  CQQC  hökumətinin  35  üzvünü  həbs  edərək,  zirehli 

qatarda  Gümrüyə,  oradan  da  Batum  yolu  ilə  Malta  adasına  sürgünə  göndərdi. 

Bununla  da,  Cənub-Qərbi  Qafqaz  Cümhuriyyəti  süqut  etdi.  Aprelin  14-də  ingilis 

generalı  Devinin  tövsiyəsilə  6  türk,  1  rus,  1  yunandan  ibarət  yeni  Milli  Şura 

yaradıldı.  Aprelin  19-da  S.Korqanov  Qarsda  qubernator  kimi  fəaliyyətə  başladı. 

Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk 

əhali  dəhşətli  soyqırımına  məruz  qaldı.  Aprelin  30-da  qondarma  Milli  Şura  ləğv 

edildi.  1920-ci  ilin  payızınadək  Cənub  Qərbi  Qafqaz  Cümhuriyyətinin  ərazisi 

ermənilərin və gürcülərin işğalı altında qaldı. 

İ.Cahangirzadə başda olmaqla, CQQC-nin Hökumət üzvləri yalnız 1921-ci  

il  mayın  23-də  Azərbaycan  Xalq  Komissarları  Sovetinin  sədri  Nəriman  

Nərimanovun  köməyi  sayəsində  Maltadan  əsirlikdən  vətənə  qayıtdılar.  Bəs 

İ.Cahangirzadə haqqında nə bilirik?  

İbrahim  Bəy  Cahangiroğlu,  Cahangirzadə  (1874,  Gümrü  -  19.5.1948, 

Qars)  -  dövlət  xadimi,  hərbçi,  erməni-rus  istilaçılarına  qarşı  fəal  mübariz.  Cənub-

Qərbi  Qafqaz  hökumətinə  başçılıq  etmişdir.  Gümrüdə  və  Qarsda  mədrəsədə 

oxumuş,  üç  il  Qars  şəhər  məktəbində  rus  dilində  təhsil  almışdır.  Zəngin  və 

tanınmış ailədən olduğundan Aleksandropol (Gümrü) kazak alayına qəbul edilmiş, 

beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərəfəsində Qarsdakı  gizli 

«İslam  cəmiyyəti»  ilə  əlaqələri  müəyyən edilərək, Dağıstana sürgün olunmuşdur 

(1903).  Əfv  fərmanına  əsasən,  6  aydan  sonra  azad  olunaraq  Qarsa  qayıtmış  və 

maliyyə məmuru işləmişdir. 1905-06-cı illərdə ermənilər Azərbaycan xalqına qarşı 

soyqırımı həyata keçirərkən könüllü dəstə toplayaraq, qardaşı Hasanxanla birlikdə 

Qarabağa  köməyə  gəlmiş,  1906-cı  ildə  oradan  öz  dəstəsiylə  Təbriz  vilayətinə 

keçmişdir. İbrahim bəy Qarsa qayıtdıqdan sonra vilayət qubernatorunun icazəsi ilə 

erməni  komitəçilərinə  qarşı  «Nəşri-maarif»  cəmiyyətini  qurmuş,  eyni  zamanda, 

Azərbaycandakı  «Difai»  partiyası  ilə  gizli  əlaqə  yaratmış,  habelə  «İttihad  və 

Tərəqqi» partiyası Ərzurum şöbəsinin üzvü olmuşdur. 1907-ci ildə Xoya köçmüş, 

Təbrizdə hürriyyət mücadiləsinə qoşularaq, şah rejiminə qarşı mübarizə aparan bir 

dəstəyə  başçılıq  etmiş,  1912-ci  ilin  oktyabrında  700  mücahidlə  Türkiyəyə  -  Van 

vilayətinə  qayıtmışdır.  1913-cü  ilin  martında  «İttihadçı»ların  dəvətilə  öz 

könüllülərilə  birgə  İstanbula  getmiş,  üç  ay  yarım  təlim  keçən  «Qafqaz  könüllü 

taburu» onun komandanlığı altında Ədirnəni bolqarlardan azad etmişdir. 

1914-cü  ilin  noyabrında  Türkiyənin  hərbi  naziri  Ənvər  paşa  İbrahim  bəyi 

könüllüləri  ilə  birlikdə  İran  və  İraq  cəbhələrinə  göndərmişdir.  Burada  o,  rus 

ordusuna  qarşı  vuruşmuşdur.  1918-ci  ilin  mayında  Ənvər  paşa  onu  İstanbula 

çağıraraq  «Fəxri  alay  komandanı»  sifətilə  9-cu  Ordu  komandanı  Yaqub  Şevqi 

paşanın sərəncamına göndərilmişdir. İyunun ortalarında Şörəyel qaymakamı təyin 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə