Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   2   3   4   5   6   7   8   9   ...   17

12 

 

edilir.  Brest-Litovsk  müqaviləsinin  imzalanmasından  sonra  bütövlükdə  Qars 



vilayətində olduğu kimi, Ağbabada da qaçqın əhali də öz yerlərinə qayıdır. 

Türkiyənin  Birinci  Dünya  Müharibəsində  məğlubiyyəti  nəticəsində 

bağlanan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən türk qoşunları 

1914-cü  il  sərhədlərinə  geri  çəkilməli  olur,  bölgəyə  ingilis  qoşunları  nəzarət 

edirlər. Lakin Sovet Rusiyasının 29 dekabr 1917-ci il tarixli «Türkiyə Ermənistanı 

haqqında dekret»inə əsaslanan ermənilər həmin ərazilərə sahib çıxmaq istəyirdilər. 

Bunun  qarşısını  almaq  üçün  1918-ci  il  noyabrın  5-də  Qars  İslam  Şurası  yaradılır. 

Şuranın sədri Borçalının Kəpənəkçi kəndindən olan Emin ağa seçilir. Noyabrın 15-

də I Qars konqresi keçirilir. Konqresdə Gümrü və Ağbabanı Peterburqda ali təhsil 

almış  Vəkil  Xəlilbəyoğlu  Əli  bəy  təmsil  edir.  Konqresdə  Fəxrəddin  Ərdoğanın 

başçılığı  ilə  «Müvəqqəti  heyət»  seçilir.  Ağbabanın  Qaraçanta  kəndindən  Əhməd 

bəy  Hacıyev  heyətin  tərkibinə  daxil  olur.  Konqres  Qafqazdan  geri  çəkilən  türk 

ordusundan  silah  əldə  etməyi  və  Üç  Sancaq  çevrəsində  Qars  İslam  Şurasının 

şöbələrini  açmağı  qərara  alır.  Həmin  ərəfədə,  yəni  oktyabrın  20-də  Axıskada 

Müvəqqət  Hökuməti  və  noyabrın  3-də  Naxçıvanda  Araz-Türk  hökuməti 

qurulmuşdu.  Noyabrın  30-da  keçirilən  II  Qars  konqresinə  qədər  Ağbaba  Milli 

Şurası  təşkil  edildi.  Ağababanın  Köhnə  İbiş  kəndindən  olan  Hacı  Abbas  oğlu 

Kərbəlayı  Məhəmməd  ağa  şuranın  sədri  və  konqresə  nümayəndə  seçildi.  Şuranın 

tərkibi 7 nəfərdən  -  Hacı  Abbas oğlu Kərbəlayı Məhəmməd ağa, onun qardaşları 

Mahmud və Əsəd ağalar, Babaş ağa Bayramoğlu, Haşım Ağbaba, Xəlil Vəli oğlu 

Budaq və İbişli Həmzə ağadan ibarət idi. 

Üç gün davam edən II Qars konqresində Batumdan Naxçıvanadək əraziləri 

birləşdirən  Qars  İslam  Şurası  Hökuməti  qurulur.  Hökumətin  rəisi  əslən  gümrülü 

İbrahim  bəy  Cahangirzadə  seçilir.  Parlament  funksiyasını  icra  edən  12  nəfərdən 

ibarət  Mərkəzi  Müməssələr  Heyətinin  tərkibinə  Ağbabadan  Hacı  Abbas  oğlu 

Kərbəlayı  Məhəmməd  ağa  və  qarançantalı  Əhməd  bəy  Hacıyev  daxil  olurlar. 

Ağbaba  Şurası  bölgə  əhalisini  erməni  hücumlarından  qorumaq  üçün  yerli 

səfərbərlik keçirir və Ağbaba süvari alayını təşkil edir. Belə qayda qoyulubmuş ki, 

əsgər  verə  bilməyən  ailələr  bir  tüfəngin  pulunu  və  bir  at,  yaxud  bir  inək  verməli 

idilər. Bu qaydaya əməl etməyənlər ciddi cəzalandırılmışlar. 

1914-cü  il  Rusiya-Türkiyə  sərhəddinə  doğru  geri  çəkilən  türk  ordusunun 

zabiti yüzbaşı Xurşud bəy Ağbabada qalıb, könüllü dəstələrin təlimi vəzifəsini öz 

üzərinə  götürmüş, onları  erməni qoşunlarına  qarşı  mücadilə  edəcək bir səviyyəyə 

çatdırmışdır. 

1919-cu  il  yanvarın  17-18-də  141  nümayəndənin  iştirak  etdiyi  III  Qars 

konqresi hökumətin adını dəyişdirərək Cənubi Qərbi Qafqaz Hökuməti Müvakkati 

Milliyəsi  adlandırmış,  onun  Anayasası  (Konstitusiya)  qəbul  edilmişdir.  Bu  arada 

ermənilər  ara-sıra  Ağbabanın  Gümrüyə  yaxın  olan  aran  kəndlərinə  hücumlar 

edirdilər.  Yanvarın  21-də  Arpaçayın  qərbinə  (yəni  Ağbabaya)  keçməyi 

bacarmayan  ermənilər  Gümrü  ətrafındakı  kəndlərə  hücumlar  edib,  xalqın  hər  cür 




13 

 

ərzaq  və  mülkünü  talan  edib,  əhalisini  ucdantutma  güllələmişdilər.  Cənubi-Qərbi 



Qafqaz  hökuməti  1919-cu  il  yanvarın  27-də  Azərbaycan  hökumətinə  müraciət 

etmiş,  ondan  bölgə  əhalisinə  hərbi  təlimlər  keçmək  üçün  zabitlər,  silah-sursat 

almaq üçün pul istəmişdi. 

Cənubi-Qərbi  Qafqaz  Hökumətinin  xarici  işlər  naziri  olmuş  Fəxrəddin 

Ərdoğan  xatirələrində  yazır  ki,  ermənilərin  alayları  və  topları  ilə  türk  köyləri 

üzərinə  yürüdüklərini  görən  Çıldırdan  Qoca  oğlu  Məhəmməd  bəylə  doktor  Əsəd 

bəy  və  Ağbabadan  Hacı  Abbas  oğlu  Kərbəlayi  Məhəmməd  Axılkələyə  gələrək, 

Borçalı  yolu  ilə  Bakıya  getdilər,  yardım  üçün  Azərbaycan  hökumətindən  əsgəri 

qüvvə  istədilər.  Azərbaycan  hökumətinin  bir  tümən  (min)  əsgəri  qüvvəsini 

Gürcüstan  ərazisindən  Qarsın  bölgələrinə  göndərilməsinə  gürcülər  icazə 

vermədilər.  Əvəzində  Bakıdan,  albay  (polkovnik)  İsmayıl  bəy  Yadigarov,  Yusif 

Kənan bəy, İsmayıl bəy Nəzərəliyevlə birlikdə xeyli Azərbaycan parası götürərək, 

Ağbabaya gəldilər, oradan da Çıldıra keçdilər. 

Azərbaycan  hökumətinin  Ağbabaya  göstərdiyi  kömək  haqqında  başqa  bir 

sənəddə  deyilir:  «İngilislərdən  maddi  və  mənəvi  kömək  alan  ermənilər  getdikcə 

Qarsda qırğın və zülmlərini artırırdılar. Bu səbəbdən çoxlu məhrumiyyətlərə məruz 

qalan Şörəyel kəndlərindən İran yolu ilə Azərbaycan Demokratik Cümhuriyyətinə 

qaçaraq  yardım  istəyənlər  olmuşdu.  Mərkəzi  Bakıdan,  könüllü  silahlı  dəstələrini 

çoxaltsın deyə, əlaltından bir diplomatik nümayəndənin gətirdiyi heybədə bir neçə 

min altun (qızıl) Ağbabada qəhrəman mücahid Hacı Abbas oğlu Məhəmməd bəyə 

«yardım» olaraq göndərmişdilər. 

1919-cu  il  martın  25-də  Cənubi  Qərbi  Qafqaz  Hökuməti  öz  müstəqilliyini 

elan edir və özünü Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti adlandırır. 

İngilislərin  1919-cu  il  aprelin  12-də  CQQDR-i  süquta  yetirməsindən  bir 

neçə  gün  sonra  Gümrüdən  general  Osipyanın  komandanlığı  altında  daşnak 

hökumətinin  Qars  valisi  təyin  etdiyi  Korqanovla  birlikdə  respublikanın 

sərhədlərinə  daxil  oldular.  İngilislər  CQQDR-in  parlament  və  hökumət  üzvlərini 

həbs  edib,  onlardan  11  nəfərini  Malta  adasına  sürgün  edirlər.  Aprelin  19-da 

İngilislərin  müşayiəti  ilə  Qarsa  daxil  olan  Korqanovu  yerli  əhali  rədd  edir. 

Nəhayət,  aprelin  30-da  daşnak  hökuməti  Qarsda  öz  fəaliyyətinə  başlayır  və 

bölgələrdə  qəza  təşkilatlarını  qurmaq  üçün  öz  nümayəndələrini  yerlərə  göndərir. 

F.Ərdoğan  xatirələrində  yazır:  «Çıldırda  doktor  Əsəd  bəy,  Arpaçayın  quzey 

bölgəsində Qocaoğlu Məhəmməd bəy əllərindəki qüvvətlərini gecə-gündüz çalışıb 

yerləşdirdikdən  sonra,  bura  ermənilərin  girməsinə  mane  olurlar.  Ermənilər  də 

burada qəza təşkilatlarını qurmaq üçün alay komandanı Marzmanovun idarəsindən 

iki  top, səkkiz  ağır  makinalı  tüfənglə  bu qüvvətlər  üzərinə hücuma başladı.  Milli 

qüvvətlərimiz birləşərək Marzmanova qarşı vuruşur və onu geri çəkilməyə məcbur 

edirlər». 

Daha  sonra  F.Ərdoğan  yazır  ki,  milli  təşkilatlarımız  erməniləri  elə 

sıxışdırmışdı  ki,  onlar  «Böyük  Ermənistan»  xülyasından  əl  çəkib,  kiçik 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə