Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

18 

 

Almaniyanın ciddi təzyiqi ilə üzləşdi. Osmanlı dövlətinin müttəfiqi olan Almaniya 



Türkiyənin Azərbaycana hərbi yardım göstərməsinə qəti  etirazını bildirdi. 1918-ci 

il  iyulun  sonu  -  avqustun  əvvəllərində  Almaniya  hərbçiləri  Qafqaz  İslam  Ordusu 

hissələrinin  Bakıya  doğru  irəliləməsinin  və  Bakı  neftinin    Osmanlı    hökumətinin  

nəzarəti altına keçməsinin qarşısını almaq üçün Ənvər paşa qarşısında sərt tələblər 

qoydular.  Almaniyanın  tələbinə  görə,  türk  hərbi  hissələri  Bakıya  doğru  hücumu 

dayandırmalı  və  geri  çəkilməli  idi.  Əks  təqdirdə,  türk  ordusunda  xidmət  edən 

alman zabitləri geri çağırılmalı və Almaniya türk, hərbi hissələrinin Bakıya doğru 

irəliləməsinin  qarşısını  almaq  üçün  konkret  tədbirlər  həyata  keçirilməli  idi.  Odur 

ki,  Ənvər  paşa  türk  ordusunda  kifayət  qədər  yüksək  vəzifələrdə  olan  alman 

zabitlərinin diqqətini Bakını azad etmək  əməliyyatından yayındırmaq üçün, rəsmi 

olaraq,  1918-ci  il  avqustun  4-də  3-cü  ordu  komandanına  göndərdiyi  məktubunda 

yazırdı: «Nuru paşaya çatdırılması lazımdır: əmri qəti təkrar edirəm ki, Bakıya heç 

bir surətlə tərəfimizdən düçari-təərrüz (hücum) olmayacaqdır. Bundan başqa hansı 

çətə  (silahlı  dəstə)  olursa-olsun  və  haradan  gəlirsə-gəlsinlər  Bakıya  qarşı  heç 

kimsənin irəliləməməsi haqda təkmili-nüfuzunuzu istemal etməlisiniz...» Bununla 

alman  hərbçilərini  duyuq  düşməyə  qoymayan  Ənvər  paşa,  eyni  zamanda,  Nuru 

paşanın yanına şəxsi nümayəndəsini göndərib tələb etdi ki, rəsmi məktublara fikir 

verməsin və Bakının azad olunmasını tezliklə başa çatdırsın. Bundan əlavə, Ənvər 

paşa Bakının azad olunması əməliyyatını qələbə ilə başa çatdırmaq üçün 15-ci türk 

diviziyasının da Azərbaycana göndərilməsinə nail oldu. 

Ənvər paşanın Bakının azad edilməsinə nə qədər böyük önəm verdiyi onun 

Nuru  paşaya  göndərdiyi  teleqramdan  da  aydın  görünür:  «Böyük  Turan 

imperatorluğunun  Xəzər  kənarındakı  zəngin  bir  qonaq  yeri  olan  Bakı  şəhərinin 

zəbti xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin 

bu  xidmətinizi  unutmayacaqdır.  Qazilərimizin  gözündən  öpər,  şəhidlərimizə 

fatihələr ithaf edərim». 

Bakı  azad  edildikdən  sonra  Ənvər  paşa  onun  mühafizəsinin 

gücləndirilməsinə  də  xüsusi  əhəmiyyət  verirdi.  1918-ci  il  oktyabrın  1-də  Nuru 

paşaya  məktubunda  o,  Bakının  dənizdən  mühafizəsinin  gücləndirilməsini  tələb 

etdi.  Bu  məsələnin  həlli  və  bütünlüklə  Azərbaycan  milli  hərbi  qüvvələrinin 

möhkəmləndirilməsi  üçün,  Ənvər  paşanın  əmri  ilə,  1918-ci  il  oktyabrın 

əvvəllərində  Azərbaycana  çoxlu  silah  və  sursat  göndərildi.  Türk  hərbi  qüvvələri 

Azərbaycanı  tərk  etməyə  məcbur  olduqda,  Osmanlı  dövlətinin  Qafqaz  siyasətinin 

əsas təşəbbüsçülərindən biri olan Ənvər paşa Nuru paşanın diqqətini Azərbaycanın 

müstəqilliyinin  qorunmasına  və  möhkəmləndirilməsinə  yönəltməyə  çalışırdı.  O, 

1918-ci  il  oktyabrın  15-də  Nuru  paşaya  ünvanladığı  məktubunda  yazırdı: 

«Düşmənlə...  sülh  yapmaq  məcburiyyətinə  girdim.  ...Bizim  vəziyyətdə 

Azərbaycanın istiqlalını təmin qayət mühümdür». 

Birinci  dünya  müharibəsinin  nəticələrinə  əsasən,  Osmanlı  hökuməti  istefa 

vermək  məcburiyyətində  qaldıqda,  Ənvər  paşa  Azərbaycana  gəlmək  və  ölkənin 




19 

 

müstəqilliyinin  möhkəmləndirilməsinə  xidmət  göstərmək  niyyətində  idi.  O,  1918-



ci  il  oktyabrın  23-də  Xəlil  paşaya  göndərdiyi  məktubda  yazırdı:  «Ümumi 

vəziyyətin sülhə getməmizi icab etdiyini yazmışdım. Bu vəziyyətdə Azərbaycanın 

təşəkkülünü  təmin  etməyi  mühüm  bir  vəzifə  bilirəm.  Əvvəla,  oranın  təşkilatının 

ikmalı üçün adam, silah, cəbbəxana ilə həmən yardım edilsin. Buradan ora 700 min 

lirə  göndəririm.  ...Başladığımız  hərbi  iyi  bitirmədiyimiz  üçün  çəkilmək  üzrəyiz. 

Mən işsiz indi sıxılacağımdan bəlkə Azərbaycana indilik səyahət üçün, bilaxərə də 

orada bir həyat əsəri görərsəm, büsbütün qalmaq üçün hərəkəti düşünürəm». 

Müttəfiqlər tərəfindən məğlub edilmiş Osmanlı dövləti üçün təslim aktı olan 

Mudros  barışığı  (1918)  imzalanandan  sonra  Ənvər  paşanın  həyatına  təhlükə 

yarandı.  Belə  olduqda  o,  1918-ci  il  noyabrın  8-də  hökumətin  bir  neçə  üzvü  ilə 

birlikdə  Azərbaycana  gəlmək  üçün  gizlicə  Türkiyəni  tərk  etmək  məcburiyyətində 

qaldı.  Alman  gəmisi  ilə  Krıma  gələn  Ənvər  paşa  Şimali  Qafqazda  hərbi  şəraitin 

kəskinləşməsi üzündən Azərbaycana gələ bilmədi və Moskvaya getdi. Ənvər paşa 

burada  «İslam ihtilal cəmiyyətləri ittihadı»nı  yaratdı. Bu cəmiyyətin  nümayəndəsi 

kimi  Azərbaycana  gəldi  və  1920-ci  il  sentyabrın  1-7-də  Bakıda  keçirilən  Şərq 

xalqlarının qurultayında iştirak etdi. Qurultayda iştirak edən türk kommunistlərinin 

tələbi ilə onun çıxışına imkan verilmədikdə, Zinovyevin təklifi  ilə Ənvər paşanın 

çıxışının mətni bolşevik Ostrovski tərəfindən oxundu. 

Lakin  bolşevik  hökuməti  ilə  əməkdaşlığın  onun  əqidəsinə  zidd  olduğunu 

anlayan  Ənvər  paşa  1922-ci  ildə  yenidən  Bakıya  gəldi  və  buradan  Türküstana 

keçdi.  Türküstanda  sovet-bolşevik  işğalçılarına  qarşı  azadlıq  mübarizəsinə 

qoşuldu.  Ənvər  paşa  1922-ci  il  avqustun  4-də  indiki  Tacikistan  ərazisində,  Abi-

Dərya  çayı  kənarında  bolşevik  qüvvələrinə  qarşı  döyüşdə  şəhid  oldu.  20-ci  əsrin 

90-cı  illərində  onun  cənazəsinin  qalıqları  İstanbula  gətirilərək  burada  torpağa 

tapşırıldı.  İndi  isə  Azərbaycanın  müstəqilliyi  tarixinə  böyük  töhfə  verən  Nuru 

Paşanın həyat tarixçəsinə qısaca nəzər salaq. 



Nuru  Paşa  (1889,  İstanbul  -  1949,  İstanbul)  -  Qafqaz  İslam  Ordusunun 

komandanı, Osmanlı ordusunun general-leytenantı. 1934-cü ildən etibarən Killigli 

soyadını  götürmüşdür.  İlk  təhsilini  başa  vurduqdan  sonra  1906-cı  ildə    quru  

qoşunları  məktəbinə daxil olmuş, 1909-cu ildə həmin məktəbi bitirərək, zabit kimi 

xidmətə  başlamışdı.  1913-cü  ildə  yüzbaşı,  1916-cı  ildə  minbaşı,  1918-ci  ildə  isə 

yarbay  rütbələri  almışdı.  Birinci  dünya  müharibəsi  (1914-18)  illərində  Şimali 

Afrikada  olan  Osmanlı  ordusunda  xidmət  edirdi.  O,  Liviya  ərazisində  cəbhə 

komandanı  idi.  Elə  buradakı  xidməti  dövründə  Nuru  paşa  özünün  hərbi  istedada 

malik olduğunu nümayiş etdirmişdi.  Liviya cəbhəsində göstərdiyi igidliklərə görə 

Nuru paşa minbaşı rütbəsinə, 1916-cı ildə «Altun ləyaqət» medalına, Almaniyanın 

Dəmir  xaç  medalına,  1917-ci  ildə  «Altun  imtiyaz»  medalına,  habelə  Avstriya-

Macarıstan  dövlətinin  üçüncü  dərəcəli  fərqlənmə  nişanına  layiq  görülmüşdü. 

Trablus  qərb  cəbhəsində  göstərdiyi  şücaətə  görə,  Nuru  paşa  Trablus  qərb 

qəhrəmanı kimi də tanınır.  




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə