Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

22 

 

Artıq  deyildiyi  kimi  cəbhədəki  məğlubiyyətə  rəğmən  Türk  ordusu  bir  az 



sonra  Azərbaycanı  tərk  edir  və  noyabrın  17-də  ingilis  generalı  Tomson  başda 

olmaqla  ingilis  ordusu  Bakıya  daxil  olur.  Bir  yandan  da  daxili  satqınlarımız 

bolşevikləri Bakıya çağırırdılar. Beləcə Azərbaycan Demokratik Cümhuriyyətinin 

özü təhlükə qarşısında ola-ola arxalarında ingilisin, rusun dayandığı ermənilərlə bir 

neçə  cəbhədə  vuruşa  bilməzdi.  Bir  qədər  sonra  isə  bolşeviklər  gənc  müstəqil 

respublikamızı  devirdilər  və  üstəlik  Zəngəzuru  da  ermənilərə  verməklə 

dayanmayıb  Azərbaycanın  bətnində  gələcəyin  daşnak  ocağını  -  Dağlıq  Qarabağ 

Muxtar Vilayətini yaratdılar. 

Bir  həqiqəti  bilmək  lazımdır  ki,  istər  cümhuriyyət  dövründəki  müstəqil 

dövlətimizin  ordusu,  istərsə  də  özünümüdafiə  dəstələri  ermənilərin  vəhşiliklərinə 

layiqli  cavab  vermiş,  onların  azğınlaşmasının  qarşısını  alaraq  əhalimizin 

təhlükəsizliyini təmin etmişlər. Belə qeyrətli ziyalılardan, el qəhrəmanlarından biri 

Zəngəzurun igid oğlu Sultan bəy idi. Sultan bəy Zəngəzurda böyük hörmət və izzət 

sahibi  Paşa  bəyin  oğludur.  Paşa  bəy  oğlanları  Sultan  bəylə  Xosrov  bəyi  vətəninə 

layiq  övlad  kimi  yetişdirmişdir.  Sultan  bəy  bir  bacarıqlı  hərbçi,  Xosrov  bəy  isə 

həkim kimi kamil təhsil alaraq elinə-obasına xidmət etmişdir. 

Böyük  təsərrüfatı  və  var-dövləti  olan  Sultan  bəyin  çevik  süvari  dəstəsi 

vardı. Türk ordusunun sirrini ingilislərə satdığına görə qulağı kəsilərək Türkiyədən 

qovulmuş  Andranik  Uzanyan  dəstələr  düzəldib  türk  kəndlərinə  hücumlar  təşkil 

edir,  insanların  var-dövlətini  əlindən  alırdı.  Onlar  tutduqları  türk  kəndlərində 

insanlara  olmazın  işgəncələrini  verirdilər.  Onlar  uşaqları  tonqallarda  yandırır, 

boylu  qadınların  qarnına  xəncər  soxur,  adamların  başına  paslı  mismar  vurur, 

kürəyinə qaynar samovar bağlayır, qız və qadınların üzlərinə xaç şəkli çəkirdilər. 

Lakin Andronikin qarşısında Sultan bəy kimi bir zəka və qüdrət sahibi var 

idi.  Buna  görə  də  o,  Sultan  bəydən  Qarabağa  keçmək  üçün  izn  istəyir.  Şuşa 

quberniyasında  işləyən  qardaşı  general  Xosrov  bəylə  məsləhətləşdikdən  sonra 

Andronikə  bildirir  ki,  bir  şərtlə  razıyam  ki,  sənin  dəstənin  təhlükəsizliyini  təmin 

etmək    üçün  mənə  iyirmi  qatır  yüklü  silah  verməlisən.  Silahları  ondan  aldıqdan 

sonra  xəbər  göndərir  ki,  gəlib  keçsin.  Əvvəlcə  onun  170  qatıra  yüklənmiş 

silahlarını, sonra isə özünü və dəstəsini pusquya salıb mühasirəyə alır. Andronikin 

30 min əsgəri Zabıx dərəsində məhv edilir. 

Zəngəzurun  daha  bir  zəka  sahibi,  dini  lideri  və  alimi  Bəhlul  Behcət  də 

erməni  və  rus  birləşmələrinə  qarşı  öz  dəstəsilə  igidcəsinə  vuruşurdu.  Sultanbəy 

Məlik-Əjdər türbələri yanında tikilmiş böyük çadırda Araz çayı ətrafından gəlmiş 

nümayəndələr  ilə  yaylaq  məsələsini  müzakirə  edirdi.  Görüşdə  Qatar,  Zəngilan, 

Cəbrayıl bəyləri də iştirak edirdilər. 

Qatar  bölgəsindəki  vəziyyət  haqqında  çıxış  edən  nümayəndə  daşnakların   

Cavidan tarixi abidələrini vəhşicəsinə dağıtmalarından kədərlə danışdı. 

Sultanbəy  üzünü  Çal  Aslana  tutub  Qaragöl  döyüşü  haqqında  tədbir 

deməsini  təklif  etdi.  Çal  Aslan  ağır  döyüşlərdən  qalib  çıxmış  sərkərdə  təmkinilə 




23 

 

ayağa  durub  bir  qədər  qəzəblə  Cavidan  abidələrinin  sındırılmasından  danışan 



nümayəndəyə baxdı. Bu baxış məxvi müşavirədə iştirak edən bütün bəylərə xüsusi 

təsir bağışladı. O açıb deməsə də, daxilən keçirdiyi gərginlik aydın hiss olunurdu. 

Baxışlarıyla  soruşurdu  ki,  bəs  hanı  sizin  elin  kişiləri  ki,  ata-baba  yurdlarınızı 

dığalar  dağıdırlar?  Sonra  o  Qaragölü  Zəngəzur  dağlarının  üzük  qaşı  adlandırdı. 

Onun xalq təsərrüfatı üçün böyük əhəmiyyətindən danışdı. Bu göldə qiymətli balıq 

növlərinin  yetişdirilə  bilməsindən  dedi.  Nəhayət,  yaxın  vaxtda    Qaragöldə  

başlanacaq ağır döyüşlərin necə əlaqələndirilməsindən və necə idarə olunmasından 

danışaraq fikirlərini belə şərh etdi:  

-  Daşnaklar  Qaragöl  ətrafına  böyük  qüvvə  toplamışlar.  Məqsədləri  qar 

əriyən  kimi  yaylaqları  tutmaq,  Minkənd,  Şəlvə  istiqamətində  hərəkət  edib  Dəli 

dağdan Qarabağa enmək, bu yay aran ellərimizi yaylaqdan məhrum etməkdir. Bu 

çox  təhlükəli  bir  siyasətdir.  Hərgah  biz  aran  ellərimizin  mal-qarasını,  qoyun-

quzunu yaylağa çıxartmasaq hamısı qızdırıb və müxtəlif xəstəliklərə tutulub qırıla 

bilər. Bununla düşmənlər bizim iqtisadiyyatımıza böyük zərbə vurmuş olarlar. Biz 

Qaragöl yaylağından düşmənləri yaxın vaxtda təmiz qovmalıyıq. Bunun üçün təklif 

edirəm: 


1.

 

Qatar  Zəngilan,  Qubadlı  ellərindən  təşkil  olunmuş  dəstələr  Gorusa  sağ 



cinahdan hücum edib daşnakların şəhərdəki qüvvələrinin başını qatsınlar. 

2.

 



Bəhlul  Behcətin  yaratdığı  Müsəlman  din  ordusu  Kəcavə  yolu  ilə  gəlib 

Yazı  düzünə  çıxsın.  Ağdərə  yoxuşundan  aşıb  Qaragölün  Qannıca  dağı  tərəfdən 

olan sahəsini mühasirəyə alsınlar. 

3.

 



Xilaskar  ovçular:  Balakişinin,  Əhmədin,  Xəlilin,  Kərəmin,  Əlyanlı 

Sultanın dəstələri Burunkənddən Qaragölə gedən yolu kəssinlər. 

4.

 

Minkənd  alayı  Sisyandan  gələn  yolu  kəsməklə  hərdən  arxa  tərəfdən 



zərbə endirsin. 

5.

 



Dəli  Xanların  dəstəsi  Xosrovbəyin  Şuşadan  göndərdiyi  pəhləvanlar 

dəstəsinə qoşulub Qannıca dağından Qaragölə gələn yolu nəzarət altında saxlasın. 

6.

 

Pulemyotçular Çınqıllı dağda pusqu yaratsınlar. 



7.

 

Düşmənə əsas zərbə qaranlıq dərədən toplarla endirilsin. 



8.

 

Aşıq  Abbasın  təbilçi  və  zurnaçılar  dəstələri  döyüş  günü  tezdən  Dəli 



Xanların dəstələrinin qabağında meydana tərəf hərəkət etsinlər. Gürz vuran, qılınc 

çalanları döyüşə ruhlandırsınlar. 

Dünya  görmüş  Kərbəlayı  Məmməd,  Bəhlul  Behcət,  Qazi  Çələbi  Çal 

Aslanın  çıxışına  heyran  qalmışdılar.  Güləbirdli  Aslanbəy  yerindən  qalxıb 

«döyüşün  vaxtını  bilmədim»  -  dedi.  Sultanbəy  özü  cavab  verərək  bildirdi  ki, 

Qaragöl döyüşü may ayının onunda səhər saat dörddə başlanacaq. Bununla Məlik-

Əjdər  məxvi  görüşü  öz  işini  qurtardı.  Hamı  verilən  tapşırıqları  yerinə  yetirmək 

üçün böyük məsuliyyət hissi ilə çadırdan çıxırdı. Bəhlul Behcət Sultanbəyi ilk dəfə 

burada  gördüyü  üçün  ona  yaxınlaşıb  əl  verdi.  Sultanbəy  ona  ehtiramla  baş  əyib 

təşrif  gətirməyinə  təşəkkür  etdi.  Bəhlul  Behcət  Azərbaycan  dilinə  tərcümə  edib 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə