Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   9   10   11   12   13   14   15   16   17

34 

 

3.  Bütün  hərbi  əməliyyatların  təxirə  salınmadan  dayandırılmasını  və 



münaqişədə  iştirak  edən  işğal  qüvvələrinin  Azərbaycan  Respublikasının  Ağdam 

rayonundan dərhal, tamamilə və qeyri - şərtsiz çıxarılmasını tələb edir; 

4. Əlaqədar tərəfləri atəşin dayandırılması haqqında razılığa gəlməyə və bu 

razılaşmalara əməl etməyə çağırır; 

5.  Bölgədə  iqtisadi,  nəqliyyat  və  energetika  əlaqələrini  bərpa  etməyə  dair 

özünün  əvvəlki  çağırışlarını  yuxarıdakı  3  və  4-cü  bəndləri  baxımından  bir  daha 

təsdiq edir; 

6.  Münaqişənin  dincliklə  aradan  qaldırılmasına  nail  olmaq  sahəsində 

ATƏM-in Minsk Qrupunun davam etdirdiyi səyləri, o cümlədən, 822 (1993-cü il) 

saylı  qətnamənin  həyata  keçirilməsi  sahəsində  səyləri  bəyənir  və  hərbi 

əməliyyatların  gücləndirilməsinin  bu  səylər  üçün  fəlakətli  nəticələr  verə  biləcəyi 

ilə əlaqədar ciddi narahatlıq keçirdiyini ifadə edir

7.  ATƏM-in  müşahidə  üzrə  nümayəndə  heyətinin,  həmçinin  onun 

yerləşdirilməsi  cədvəlinin  hazırlanması  sahəsində  tədbirləri,  habelə  bölgədə 

ATƏM-in  nümayəndələrinin  olmasının  təmin  edilməsinə  dair  təkliflərə  ATƏM 

çərçivəsində baxılmasını alqışlayır; 

8. Əlaqədar tərəfləri münaqişənin dincliklə aradan qaldırılmasına maneçilik 

törədən  hər  hansı  hərəkətlərdən  çəkinməyə  və  vəziyyətin  qəti  şəkildə  nizama 

salınmasına nail olmaq məqsədilə danışıqları ATƏM-in Minsk Qrupu çərçivəsində, 

habelə  əlaqədar  tərəflər  arasında  birbaşa  görüşlər  vasitəsi  ilə  davam  etdirməyə 

təkidlə çağırır; 

9.  Ermənistan  Respublikasının  hökumətini  Azərbaycan  Respublikasının 

Dağlıq  Qarabağ  bölgəsi  ermənilərinin  822  (1993-cü  il)  saylı  qətnamənin 

müddəalarına əməl etməsi və ATƏM-in Minsk Qrupunun təkliflərini həmin tərəfin 

qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır; 

10.  Dövlətləri  münaqişənin  güclənməsinə  və  ya  ərazinin  işğalının  davam 

etdirilməsinə  gətirib  çıxara  biləcək  hər  hansı  silah  və  ləvazimat  göndərməkdən 

çəkinməyə təkidlə çağırır; 

11.  Mülki  əhalinin  artmış  iztirablarını  yüngülləşdirmək  üçün  bölgədə, 

xüsusən münaqişənin əhatə etdiyi bütün rayonlarda humanitar yardım göstərilməsi 

sahəsində  beynəlxalq  fəaliyyətin  maneəsiz  həyata  keçirilməsini  təmin  etməyə 

yenidən  çağırır  və  bir  daha  təsdiq  edir  ki,  bütün  tərəflər  beynəlxalq  humanitar 

hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar; 

12.  Baş  Katibdən  və  müvafiq  beynəlxalq  idarələrdən  xahiş  edir  ki,  zərər 

çəkmiş  mülki  əhaliyə  təcili  humanitar  yardım  göstərsin  və  didərgin  düşmüş 

şəxslərə öz evlərinə qayıtmağa kömək etsinlər; 

13.  Baş  Katibdən  xahiş  edir  ki,  ATƏM-in  indiki  sədri  ilə  məsləhətləşərək 

yaranmış vəziyyət haqqında Şuraya məruzələr təqdim olunmasını davam etdirsin

14. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır. 

 



35 

 

Təhlükəsizlik Şurası sədrinin bəyanatı. 



18 avqust 1993-cü il 

 

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq, Şuranın sədri 



Şuranın  adından  onun  1993-cü  il  avqustun  18-də  keçirilmiş  3264-cü  iclasında 

«Dağlıq Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə 

əlaqədar aşağıdakıları bəyan etmişdir: 

Təhlükəsizlik Şurası Ermənistan Respublikası ilə Azərbaycan Respublikası 

arasında  münasibətlərin  pisləşməsi  ilə  və  onların  arasındakı  gərginliklə  əlaqədar 

ciddi  narahatlıq  keçirdiyini  bildirir.  Şura  Ermənistan  Respublikasının  hökumətini 

Azərbaycanın  BMT  TŞ-nin  822  və  853  saylı  qətnamələri  ilə  razılaşmalarına  nail 

olmaq məqsədilə öz təsirindən istifadə etməyə çağırır. 

Şura  habelə  bu  günlərdə  Füzuli  rayonunda  döyüş  əməliyyatlarının 

güclənməsindən  dərin  narahatlıq  keçirdiyini  bildirir.  Şura  əvvəllər  Azərbaycan 

Respublikasının  Kəlbəcər  və  Ağdam  rayonlarına  müdaxilənin  və  onların  işğalını 

pislədiyi  kimi,  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  bölgəsindən  Füzuli 

rayonuna  edilən  hücumları  sülh  və  təhlükəsizlik  üçün  qorxu  törədən  hərbi 

əməliyyatların  və  bombardmanların  dərhal  dayandırılmasını  tələb  edir,  habelə, 

işğalçı  qüvvələrin  Füzuli  zonasından,  həmçinin,  Azərbaycan  Respublikasının 

Kəlbəcər,  Ağdam  rayonlarından  və  bu  yaxınlarda  işğal  olunmuş  başqa 

rayonlarından  dərhal,  tamamilə  və  qeyri-şərtsiz  çıxarılmasını  tələb  edir.  Şura 

Ermənistan  Respublikasının  hökumətinin  bu  məqsədlə  öz  təsirindən  istifadə 

etməyə çağırır. 

Şura  Azərbaycan  Respublikasının  və  regionun  bütün  başqa  dövlətlərinin 

suverenliyini və ərazi bütövlüyünü, habelə, onların sərhədlərinin pozulmazlığını bir 

daha  təsdiq  edir  və  münaqişənin  sülh  yolu  ilə  aradan  qaldırılmasına  nail  olmağa 

dair  ATƏM-in  Minsk  Qrupunun  səylərinə  döyüş  əməliyyatlarının  göstərdiyi 

təsirdən  dərin  narahatçılıq  keçirdiyini  bildirir.  Şura  ATƏM-in  sülh  prosesini 

tamamilə  müdafiə  etmədiyini  qeyd  edir  və  Minsk  Qrupunun  danışıqlarını  indiki 

mərhələsində  öz  baxışlarını  və  mövqelərini  bilavasitə  ifadə  etmək  üçün 

münaqişədə  iştirak  edən  tərəflərə  verilmiş  imkanı  xüsusilə  nəzərə  çarpdırır.  Bu 

baxımdan  Şura  bütün  tərəfləri  avqustun  13-də  Minsk  Qrupunun  təqdim  etdiyi 

«BMT  Təhlükəsizlik  Şurasının  822  və  853  saylı  qətnamələrinin  yerinə 

yetirilməsinə dair təxirə  salınmaz tədbirlər cədvəli»nin dəqiqləşdirilmiş variantına 

müsbət  cavab  verməyə  və  məsələnin  sülh  yolu  ilə  həllini  poza  biləcək  hər  hansı 

hərəkətdən  çəkinməyə  çağırır.  Şura  yaranmış  vəziyyətin  bütün  cəhətləri  barədə 

məruzə hazırlamaq üçün bölgəyə missiya göndərmək haqqında ATƏM-in niyyətini 

alqışlayır. 

Son  günlərdə  münaqişənin  genişlənməsi  ilə  əlaqədar  Şura  dövlətləri 

münaqişənin  güclənməsinə  və  ya  Azərbaycan  Respublikası  ərazisinin  işğalının 

davam  etdirilməsinə  gətirib  çıxara  biləcək  hər  hansı  silah  və  döyüş  sursatı 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə