(
Heydər Əliyev BMT Baş Məclisinin 49-cu sessiyasında nitq edərkən.
Nyu York, 1994).
H.Əliyev B.B.Qalinin “təşəkkül tapmış beynəlxalq
sistem çərçivəsində xalqların öz müqəddəratını təyin
etməsi və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və
müstəqilliyi kimi eyni dərəcədə qiymətli və mühüm olan
məsələlərin bir-birilə ziddiyyət təşkil etməsinə yol
vermək olmaz” fikri ilə razı olduğunu vurğuladı (1, s.11).
1994-
cü il oktyabrın 28-də ilk dəfə olaraq
Azərbaycana səfər edən Baş katib B.B.Qali öz çıxışında
Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi
barədə qəbul etdiyi qətnamələrin 4 əsas prinsip üzərində
qurulduğunu bildirdi: 1.Azərbaycan Respublikasının
ərazi bütövlüyü 2.Azərbaycanın sərhədlərinin toxunul-
mazlığı 3.Torpaq zəbt etmək üçün güc işlədilməsinin
yolverilməzliyi 4.Bu üç prinsip əsasında işğal edilmiş
bütün
torpaqlardan qo
şunların heç bir qeyd-şərt qoyul-
ma
dan, təcili çıxarılması (1, s.87).
67
Azərbaycanda səfərdə olduğu vaxt B.B.Qaliyə Bakı
Dövlət Universitetinin fəxri doktoru adı verildi.
Ermənistana səfəri zamanı B.B.Qali qətnamələrdə
göstərilən ərazi bütövlüyünün dəstəklənməsi barədə
prinsipləri açıqladı (7, s.129). Cənubi Qafqaz ölkələrinə
səfərini qurtardıqdan sonra Cenevrəyə gələn Baş katib,
BMT-
nin Bakıdakı nümayəndəsi Mahmud Əl-Səidə zəng
vuraraq, Azərbaycana humanitar yardımın 2 dəfə
artırılmasını xahiş etdi (7, s.129).
1995-
ci il oktyabrın 22-də BMT-nin 50 illik
yubileyində iştirak etmək üçün ABŞ-da olan Ümum-
milli
Lider H
eydər Əliyev Baş Məclisdə çıxışında
Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi
barədə qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyini,
ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticə
vermədiyini bir daha bəyan etdi (1, s.23). H.Əliyev
BMT
tribuna
sından bəyan etdi ki, dövlətlər arasındakı
münasibətlərdə beynəlxalq hüquq normalarının pozul-
ması, beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının
yayılması, aclıq və səfalətin aradan qaldırılması, ekoloji
fəlakətlərin qarşısının alınması köklü surətdə həll
olunmalıdır. Dünyanın bir çox regionlarında qanlı
müharibələrə, milyonlarla insanların saysız-hesabsız
əzab-əziyyətlərinə səbəb olan təcavüzkar millətçilik və
separatizm halları sülh üçün böyük təhlükədir (34).
69