Hindistanın, Çinin, Braziliyanın, Rusiyanın, Avropa
Birliyinin beyn
əlxalq məsələlərin həllində fəaliyyəti
artırılmalıdır (42). Onun fikrincə, Təhlükəsizlik Şurasının
genişləndirilməsi müsbət nəticə verməyəcək, veto
hüququnda d
əyişiklik etmək lazımdır, veto hüququ
demokratiyanı məhdudlaşdırır. Bir hegemon dövlətin ol-
ma
sı çoxtərəflilik prinsipini şübhə altında qoyur, suveren
b
ərabərlik konsepsiyası əvəzinə hərbi qüvvə konsepsiyası
günd
əmə gəlir. BMT-nin iqtisadi sahədə mərkəzi rolu
keçmişdə qalmalıdır, belə məsələlər BMT-nin digər
ixtisaslaşmış təşkilatlarına həvalə edilməlidir (42).
B.Qalinin BMT-
dəki fəaliyyəti, üzv dövlətlərə
ədalətli yanaşması, dünya problemlərinin həllində ağıllı
hərəkətləri təqdirəlayiqdir. 1992-1996-cı illərdə BMT-
nin B
aş katibi olduğu müddətdə Nyu-Yorkda yaşayan
B.Qali “
Beş il şüşədən tikilmiş evdə” adlı kitabını bu
illərdəki fəaliyyətinə həsr etmişdir. B.Qali deyirdi: “Baş
katib vəzifəsində olarkən, mən BMT-nin müstəqilliyini
qorudum. Bu məqsədlə mən ABŞ və İsrailin maraqlarına
toxunan bir neçə addım atdım”. Nəticədə isə B.Qali Baş
katib vəzifəsinə yenidən seçilmək şansından məhrum
oldu. B.Qalinin belə addımlarından biri Livanın Qana
kəndində faciə barədə məruzə idi. 1996-cı ilin yazında
İsrail ölkənin cənubunu azad etmək uğrunda mübarizə
aparan Livan
vətənpərvərlərinə qarşı geniş miqyaslı
aksiya keçirdi.
Livanın onlarla kəndi darmadağın edildi.
Livanlıların bir hissəsi BMT-nin müşahidəçilərinin
iqamətgahına yönəldilər. Belə iqamətgahlardan biri
Q
anada yerləşirdi. İsraillilər onları atəşə tutdular, BMT-
nin bayrağı altında müdafiəyə ümid edən yüzlərlə sakin
61
öldürüldü.
BMT bu atəşin kimlər tərəfindən, nə səbəbə
edildiyini araşdırmağa başladı. Ekspertlər belə nəticəyə
gəldilər ki, bu, əvvəlcədən planlaşdırılmışdı. ABŞ
B.Qaliyə Qanada “təhqiqat” barədə məruzəni dərc
etdirməməyi, yalnız Təhlükəsizlik Şurasına şifahi məruzə
etməyi təkid etdi. Lakin Baş katib öz sözünün üstündə
dayanaraq bu məruzəni dərc etdirdi. B.Qalinin fikri belə
idi: “
Dünyanın həqiqəti bilmək hüququ var”. B.Qalinin
bu hərəkəti ABŞ-a xoş gəlmədi.
Bundan başqa, 1995-ci ilin avqustunda Serbiya
Respublikasının ərazisinin NATO təyyarələri ilə
bombalanmasına B.B.Qali etiraz etmişdi. Baş katibin
mü
avini olan K.Annan isə ABŞ-ın bu hərəkəti ilə
razılaşmışdı (52; 60).
ABŞ-ın 1996-cı ildə BMT nümayəndəsi olan
Madlen Olbraytla da B.B.Qalinin şəxsi ədavəti var idi.
Madlen Olbrayt onun haqqında belə demişdi: “O, hətta
“BMT”ni düzgün tələffüz edə bilmir”. Madlen Olbrayt
ABŞ-ın siyasətini dəstəkləyərək prezident Bill Klintonun
yanında dövlət katibi vəzifəsini tutdu. Butros Butros Qali
isə intriqalar nəticəsində BMT-nin Baş katibi vəzifə-
sindən uzaqlaşdırıldı. Əsas bəhanə o oldu ki, B.B.Qali
BMT-
də islahatlar aparılmasına ciddi yanaşmır.
B.Qali, məhz ədalətli Baş katib olduğu üçün, ABŞ-
ın vetosu ilə ikinci dəfə bu vəzifəyə seçilmədi. O, BMT-
nin
yeganə Baş katibidir ki, ikinci dəfə bu vəzifəyə
seçilmədi.
B.Qali ABŞ-ın xarici siyasəti barədə belə demiş-
dir: “AB
Ş-ın xarici siyasəti son 10 ildə Böyük Buşun
hakimiyy
ətə gəlməsilə köklü surətdə dəyişmişdir.
62
Beyn
əlxalq içtimaiyyət buna diqqət vermədi, indi isə
Kiçik Buşla onun ətrafındakılar ekstremistlərin hüquq-
larını müdafiə edirlər. Xristian fundamentalistləri olan bu
insanların ideologiyasını amerikançılıq adlandırmaq olar.
BMT ancaq Amerikanın silahıdır. Onlara nə vaxt lazım
olarsa, ondan istifad
ə edirlər, əgər lazım deyilsə, onda
BMT-y
ə söz verirlər. ABŞ-ın indiki şüarı belədir:
”K
onsensus lazım deyil, mən həll edəcəyəm” (42).
“Əgər ABŞ və İngiltərə İraqa BMT-nin qətnaməsi
olmadan hücum edibl
ərsə, BMT-nin saxlanmasının
m
ənası varmı?” sualına B.Qali belə cavab vermişdir.
“Onlar Kosovaya da T
əhlükəsizlik Şurasının qətnaməsi
olmadan getdil
ər. Heç kəs heç nə demədi. ABŞ veto
qoydu v
ə digər üzvləri də qətnamənin verilməməsi
bar
ədə səs verməyə məcbur etdi. Əgər optimistsinizsə,
dey
əcəksiniz ki, bu, BMT-nin həyatında birinci böhran
deyil, o, son 55 ild
ə Berlin, Misir, Koreya, Vyetnam
böhranlarını yaşayıb və işləməyi davam etdirir. Əgər
pessimistsinizs
ə, onda deyəcəksiniz ki, Millətlər Cəmiy-
y
əti II dünya müharibəsinin sonunda dağıldığı kimi, indi
d
ə BMT-nin axırıdır” (42).
“Əgər BMT müfəttişləri İraqda kütləvi qırğın
silahı tapıblarsa, siz İraqda olan müharibənin ədalətli
olduğunu hesab edirsiniz?” sualına keçmiş Baş katib belə
cavab vermişdir: “İsraildə də kütləvi qırğın silahı var, bəs
n
ə üçün İsrail tərksilah edilməməlidir? Onlarda atom
bombaları var. Onlar nüvə silahının yayılmaması barədə
sazişi imzalamayıblar, bəs onlarla niyə müharibə
edilmir? Bu, ikili m
əna daşıyır. BMT siyasi təşkilat kimi
mövcuddur: b
əzi qətnamələr qəbul edilir ki, yerinə
63
yetirilsin, b
əziləri isə hamı bilir, qəbul edilir və heç
zaman yerin
ə yetirilmir”. Bununla belə, B.Qali BMT-ni
h
ələ də müdafiə edir və bildirir ki, “o yeganə təşkilatdır
ki, beyn
əlxalq münasibətlərdə demokratiyaya aparır –
kasıb, zəif, kiçik ölkələrə BMT lazımdır. Çünki onların
daha heç n
əyi yoxdur. Ancaq, böyük dövlətlərin
diplomatiyası, ticarət əlaqələri var, onlar xarici siyasəti
BMT-siz ed
ə bilərlər” (42).
B.B.Qali BMT-nin
Baş katibi vəzifəsindən
getdikdən sonra, gənclik illərini keçirdiyi Parisə qayıtdı.
1997-
ci ildə Frankofon Dövlətlər Assosiasiyası növbəti
iclasda siyasi və iqtisadi əməkdaşlığı gücləndirmək
barədə qərar qəbul etdi. Bunun üçün prezidentlər və
krallar onun baş katibliyini təşkil etdilər. Butros Butros
Qali
Frankofon Dövlətlər Assosiasiyasının baş katibi
seçildi.
B.B.Qalini Azərbaycanla da bağlayan məqamlar
olmuşdur. 1992-ci il 14 fevral tarixli 742 saylı qətnamə
ilə Azərbaycan Respublikası BMT-yə üzv qəbul
edildikdən sonra Azərbaycanla BMTarasında əlaqələr
yaransa da,
Ümummilli Lider Heydər Əliyevin xalqın
çağırışı ilə hakimiyyətə qayıdışından sonra Ermənistan-
Azərbaycan
münaqişəsinin
nizama
salınması
istiqamətində BMT ilə əməkdaşlıq inkişaf etdi. 1994-cü
ildə, Azərbaycan tarixində ilk dəfə olaraq, Azərbaycan
Respublikasının Prezidenti BMT tribunasında nitq etdi.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi
barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi
qətnamələrin həyata keçirilməməsinə həmişə tənqidi
yanaşmışdır. BMT-nin fəaliyyətinin hansı halda müsbət
64
Dostları ilə paylaş: |