və Ermənistanın işğal edilən ərazilərə erməni əhalinin
kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırılması siya-
sətinin Müharibə zamanı mülki şəxslərin müdafiəsi üzrə
1949-
cu ildə qəbul edilmiş dördüncü Cenevrə konven-
siyalarının müddəalarını açıq şəkildə pozduğunu bildirdi
(11, s.130).
Baş Məclisdə çıxışında İlham Əliyev əlavə etdi
ki, t
əcavüzkar Ermənistan və Dağlıq Qarabağ separat-
çıları xarici şirkətləri də qeyri-qanuni biznesə cəlb
etməyə çalışaraq işğal olunmuş Azərbaycan ərazilərində
təbii sərvətləri də istismar edirlər (11, s.131).
İ.Əliyev Ermənistanın Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin tarixini saxtalaşdırması, mədəni və
arxitektura irsinə qeyri-qanuni şəkildə yiyələnməsi,dini
və tarixi abidələrimizin, qədim əlyazmalarımızın və
digər mədəni sərvətlərimizin dağıdılması, talanıb aparıl-
m
ası barədə də danışdı (11, s.131).
95
P
AN Qİ MUN (Koreya)
BMT-
nin Baş katibi(2007)
Pan Qi Mun 2007-ci il
yanvarın 1-dən BMT-nin Baş
katibidir.
Pan Qi Mun 1944-cü il
iyunun 13-
də indiki Koreya Res-
pub
likasında anadan olmuşdur.
Həmin dövrdə Koreyada Yapo-
niyanın hakimiyyətinin sonları idi.
P.Q.Munun
ailəsi Çxuncuya köçdü
və o, uşaqlıq və gənclik illərini bu
şəhərdə keçirdi. Atası biznesmen idi, lakin tezliklə
müflisləşdi. Pan Qi Munun 6 yaşı olanda Koreya müha-
ribəsindən xilas olmaq üçün ailəsi ölkənin müharibədən
uzaq rayonlarına qaçdı. Müharibə qurtardıqdan sonra ailə
Çxuncuya qayıtdı. Həmin vaxtlarda Pan Qi Mun amerika
hərbiçiləri ilə görüşləri xatırlayır. Orta məktəbi o, əla
qiymətlərlə oxumuşdu. Xüsusən də ingilis dilinə maraq
göstərmişdi. Yerli sakinlərin dediklərinə görə, ingilis dilini
praktiki öyrənmək üçün, o, 10 km-ə qədər yolu piyada
gedərək, fabriklərdən birində çalışan amerikalılarla söhbət
edirmiş.
1962-
ci ildə Pan Qi Mun Qırmızı Xaç Cəmiy-
yətinin təşkil etdiyi konkursda müvəffəqiyyət qazanaraq
ABŞ-a səfər imkanı əldə edir. O, bir neçə ay San-
Fransiskoda yaşayır, prezident Con Kennedi ilə görüşür.
Jurnalistlərlə gələcək karyera barədə söhbətində tərəddüd
etmədən diplomat olacağını bildirir (67).
96
Pan Qi Mun 1970-
ci ildə Seul Xalq Universitetində
beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi, 1985-ci
ildə Harvard Universitetində Kennedi adına İdarəetmə
məktəbində dövlət idarəetməsi üzrə magistr dərəcəsi aldı.
Onun elmi rəhbəri Cozef Nay olmuşdur. C.Nay magis-
trının təhlilləri dəqiq, aydın apardığını qeyd edirdi (67).
Ran Qi Mun xanımı Yu(Pan) Suntxeklə 1962-ci
ildə orta məktəbdə oxuyarkən tanış olmuşdu. 1 oğlu və 2
qızı var.
Pan Qi Mun Koreya Respublikasının Xarici İşlər və
Ticarət Nazirliyində işləmişdir. 2004-cü ilin noyabrından
2006-
cı ilin noyabrınadək nazir vəzifəsində olmuşdur
(67).
P.Q.Mun Cənubi Koreyanın Hindistanda olan
səfirliyində işləmiş, həmçinin Nyu Yorkda BMT yanında
olan daimi nümayəndəliyin başçısı olmuşdur. O, Cənubi
Koreyanın ABŞ-da səfirliyində çalışmış, Cənubi Koreya
Xarici İşlər Nazirliyinin “Amerika” şöbəsinə rəhbərlik
etmişdir. 1990-cı illərin ortalarında xarici işlər nazirinin
beynəlxalq təşkilatlarla əlaqələr və siyasi məsələlər üzrə
müavini, həmçinin Cənubi Koreya prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi olmuşdur.
Pan Qi Mun 1975-ci ild
ən BMT-də çalışır. O, Nyu-
Yorkda Koreya Respublikas
ının BMT yanındakı nüma-
y
əndəliyinin birinci katibi, Seulda nazirlikdəki BMT
departamentinin direktoru, Vyanada s
əfir, 1999-cu ildə
Nüv
ə sınaqlarının qadağan olunması barədə müqavilə
üzr
ə komissiyanın sədri olmuşdu. 2001–2002-ci illərdə
Koreya Respublikas
ının nümayəndəsi kimi Baş Məclisin
s
ədri olarkən 11 sentyabr terror aktları barədə ilk qətna-
m
ənin qəbul edilməsi, Baş Məclisin funksiyasının möh-
97
k
əmləndirilməsi, bəzi islahatlar keçirilməsi barədə ciddi
t
əşəbbüslər etmişdi (36).
Bundan başqa, Pan Qi Mun hər iki Koreya arasında
münasibətlərin yaradılmasında fəal iştirak etmişdi. Şimali
Koreya ilə nüvə silahı barədə dəfələrlə danışıqlar apar-
mışdı. Nəticədə Koreya yarımadasının nüvəsiz zonaya
çevrilməsi barədə birgə bəyannamə qəbul edildi. 1992-ci
ildə Koreya yarımadasının nüvəsiz zona elan olunması
barədə birgə bəyannamədən sonra o, xarici işlər nazirinin
xüsusi məsləhətçisi kimi Şimali və Cənubi Koreya
arasında nüvə probleminə nəzarət üzrə birğə komissiyanın
sədr müavini oldu. P.Q.Mun 1999-cu ildə Nüvə silahının
sınaqdan keçirilməsinin qadağan edilməsi barədə müqa-
viləni hazırlayan komissiyanın rəhbəri təyin edildi. O,
2001-
ci ildə BMT Baş Məclisinin 56-cı sessiyasında
iştirak edərkən Baş Məclisin dəftərxanasına rəhbərlik etdi
(66).
P.Q.Mun 2005-
ci ilin sentyabrında Koreya
yarımadasında Şimali Koreya ilə bağlı nüvə probleminin
nizama salınması barədə birgə bəyannamənin qəbul
edilməsində mühüm rol oynamışdı (66).
2007-ci il 1 yanvar
tarixdə 37 illik siyasi təcrübəyə
malik olan Pan Qi Mun BMT-
nin səkkizinci Baş katibi
seçildi. Pan Qi Mun BMT-nin B
aş katibi seçilərkən
Koreya Respublikasının Xarici işlər və xarici ticarət işləri
üzrə naziri vəzifəsində çalışırdı. İşlədiyi müddətdə o,
xarici siyasət üzrə, milli təhlükəsizlik üzrə prezidentin
məsləhətçisi, siyasətin planlaşdırılması və Amerika
departamentinin direktoru vəzifələrini də yerinə yetir-
mişdi. P.Q.Munun Baş katib olduğu dövrdə İranda, Şimali
98
Dostları ilə paylaş: |