Təhlükəsizlik Şurası Nizamnaməyə müvafiq olaraq
məcburi tədbirlər görə bilər.
“BMT-
nin möhkəmləndirilməsi” adlanan IV
bənddə aşağıdakı təkliflər irəli sürülür:
-
Baş Məclisdə müzakirələr prosesini tezləşdirmək,
gündəmdə olan
məsələlər barədə
mexanizmi
gücləndirmək, vətəndaş cəmiyyəti barədə məsələlərlə tam,
sistemli məşğul olmaq.
-
Təhlükəsizlik Şurasında islahatlar aparmaq, Təhlükə və
dəyişikliklər üzrə yüksək səviyyəli qrupun təklif etdiyi A
və B variantlarına baxmaq.
-
İqtisadi və Sosial Şura inkişaf sahəsində əməkdaşlığı
gücləndirməli, iqtisadi və sosial sahələrdə müxtəlif
hökumətlərarası təşkilatların qüvvələrini səfərbər etməli,
BMT-nin
inkişaf sahəsində effektli fəaliyyətinə şərait
yaratmalıdır.
-
İnsan Hüquqları üzrə Komissiyanın nüfuzu, qabiliyyəti
aşağı düşdüyü üçün Baş Məclisin əsas, yaxud köməkçi
orqanı kimi Baş Məclisdə
2
/
3
səs çoxluğu ilə seçilən
üzvlərdən ibarət İnsan Hüquqları üzrə Şuranın yaradıl-
ması.
-
Katibliyin strukturunu həyata keçirən əsas məsul şəxs
B
aş katibdir. O, Təşkilatın işi barədə Baş Məclisə illik
hesabat verir, beynəlxalq sülhün və təhlükəsizliyin
qorunub saxlanmasına təhlükə törədə bilən istənilən
məsələ barədə Təhlükəsizlik Şurasına informasiya verir.
Baş katib və heyət vəzifələrini icra edərkən hər hansı
hökumət və ya təşkilatdan, digər hər hansı orqandan
göstərişlər istəməməli və almamalıdırlar.
82
-Koordinator-
rezidentlərin rolunun gücləndirilməsi,
humanitar
vəziyyətlərdə
məcburi
köçkünlərin
hüquqlarının müdafiəsi, regional təşkilatların, xüsusən də
Afrika Birliyi Təşkilatının fəaliyyətinin genişləndirilməsi.
-
Nizamnamədən “düşmən dövlət” ifadəsi, həmçinin
Qəyyumluq üzrə Şura və Hərbi Qərargah Komitəsi ilə
bağlı maddələr çıxarılmalıdır.
Bu hissədə Baş katib onu da qeyd etdi ki, qlobal
problemlər bütün dövlətlərin birgə hərəkəti, ümumi
strategiya çərçivəsində onların hər birinin konkret
problemlərinin nizama salınması hallarında həllini tapa
bilər (74).
Məruzənin “Kollektiv təhlükəsizlik və münaqişə-
lərin qarşısını almaq vəzifələri” adlanan II hissəsinin VIII
bəndi ayrı-ayrı ölkələr, separatçı qruplar, şəxslər
beynəlxalq hüquq normalarını pozduqda beynəlxalq sülh
və təhlükəsizliyin müdafiəsində, müharibə və söz arasında
vacib vasitəçi olan sanksiyaların tətbiq edilməsinin həyati
əhəmiyyətindən bəhs edir. Məruzədə göstərilir ki,
Təhlükəsizlik Şurası sanksiyaların effektli həyata
keçirilməsini təmin etməlidir. Silah satışına embarqo
qoymaq mexanizmi daxil olmaqla,
Təhlükəsizlik Şurası
dərin təhqiqat keçirməyə imkan verən nəzarət mexanizmi
yaratmalı, Təhlükəsizlik Şurasının Sanksiyalar üzrə
K
omitəsi dövlətlərə sanksiyaların həyata keçirilməsində
kömək etməli, Baş katib Təhlükəsizlik Şurası ilə
məsləhətləşərək sanksiyalara nəzarət etməlidir. Məruzənin
“
XXI əsr üçün daha effektli BMT” adlanan IV hissəsində
Baş Məclisin gündəlikdə olan məsələləri həll etməyə qadir
olmadığı, 1948-ci il İnsan hüquqları barədə ümumi
83
bəyannamə və 2000-ci il Minilliyin Bəyannaməsi kimi
bəzi vacib qətnamələr qəbul edilsə də, Baş Məclisin
qətnamələrinin əksəriyyətinin təkrar xarakter daşıdığı,
aydın olmadığı və tətbiq edilmədiyi qeyd edilərək, orada
yalnız müasir təhlükələrə, daha kiçik məsələlərə baxılması
göst
ərilirdi. Təhlükəsizlik Şurasının, xüsusən də maliyyə,
hərbi qüvvələri daha çox verən üzv dövlətlərin münaqişə-
lərin nizama salınmasında, qlobal problemlərin həllində
rolunun art
ırılması, Təhlükəsizlik Şurasının regional və
subregional təşkilatların potensial imkanlarından istifadə
etməsinin əhəmiyyəti qeyd edilirdi. Məruzədə, eyni
zamanda İnsan Hüquqları üzrə Komissiyanın, Katibliyin
təkmilləşdirilməsi, beynəlxalq təhlükəsizliyi iqtisadi və
sosial cəhətdən dirçəltmək üçün yeni institut mexaniz-
minin yaradılması, sülh və təhlükəsizlik iqtisadi inkişafla
vəhdət təşkil etdiyi üçün, Beynəlxalq Valyuta Fondunun,
Ümumdünya Bankının, Ümumdünya Ticarət Təşkilatının,
Avropa Birliyinin BMT-
nin proqramları və təşəbbüs-
lərinin həyata keçirilməsində fəaliyyətinin gücləndirilməsi
t
əklif edilirdi (55).
Baş katibin təkliflərindən bəziləri bəyənildi,
Sülhquruculuğu üzrə Komissiya yaradıldı. Sülhməramlı
fəaliyyətin uğurlu həyata keçirilməsi üçün aşağıdakı
məqsədlər qarşıya qoyulur: heyətin təhlükəsizliyinin
müdafiəsi, rəhbərliyin gücləndirilməsi, maliyyələşdirmə,
milli institutların yaradılması, BMT missiyalarının
münaqişə tərəfləri ilə ciddi işləməsi, yaxşılığa doğru
vəziyyətin inkişafı, vətəndaş cəmiyyətinin qurulması,
silahlı qruplaşmaların tərksilah edilməsi, münaqişə
zonasında humanitar yardım, ixtisaslaşmış qurumların,
84
qeyri-
hökumət təşkilatlarının rolunun gücləndirilməsi,
möhkəm sülh üçün diplomatik danışıqların aydın olması,
regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsi.
K.Annan məqaləsində yazır ki, “BMT öz üzvlərinə 3
istiqamətdə eyni zamanda hərəkət etməyə kömək
etməlidir. Buna görə də yalnız Təhlükəsizlik Şurasında
deyil, İnsan Hüquqları üzrə Şura, İqtisadi və Sosial
Şurada da islahatlar aparılmalıdır… 2015-ci ilə qədər
yoxsulluq iki dəfə azalmalı, inkişaf və maliyyə
məsələlərində yüksəlişə nail olunmalıdır” (19). K.Annan
BMT-
də ali vəzifədə olan Brayan Urkxartın “BMT heç
zaman maliyyə böhranı keçirməmişdir, orada yalnız siyasi
böhran mövcuddur” fikri ilə razılaşır.
Sülh v
ə təhlükəsizlik, beynəlxalq hüquq sahəsində
birt
ərəfli metodlara üstünlük vermək, Təhlükəsizlik Şurası
başda olmaqla, təhlükəsizlik sisteminin möhkəm-
l
ənməsini, BMT-nin strukturunun optimallaşmasını,
f
əaliyyətini yüksəltmək K.Annanın əsas məqsədlərindən
idi. Keçmiş Baş katibin fikrincə Təhlükəsizlik Şurası
q
ətnamələr qəbul etməklə yanaşı, güc tətbiq etməyin
sanksiyalaşdırılmasını həyata keçirməlidir. Baş katib kimi
Kofi Annanın qarşısında duran başlıca tapşırıqlar
aşağıdakılardan ibarət idi: islahatın həyata keçirilməsi
üçün h
ərtərəfli proqramla BMT-nin fəaliyyətini
gücl
əndirmək; beynəlxalq təhlükəsizlik və sülhün
müdafi
əsi və inkişafı sahəsində BMT-nin ənənəvi
f
əaliyyətini möhkəmləndirmək; BMT-nin Nizamnamə-
sind
ə göstərilən insan hüquqlarının, bərabərliyin təbliği,
yeni t
ərəfdaşlarla münasibətlər yaratmaq yolu ilə
içtimaiyy
ətin BMT-yə inamını bərpa etmək, onun sözü ilə
85
Dostları ilə paylaş: |