des
ək, “hər şeyi elə etməli ki, BMT insanlara daha yaxın
olsun”.
BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı K.
Annan iki variant təklif etmişdi: 1) Veto hüququ olmayan
6 yeni daimi və 4 yeni müvəqqəti üzvün Təhlükəsizlik
Şurasının tərkibinə seçilməsi 2) Yeni daimi üzv qəbul
edilməməklə, üzvlərin 4 il müddətinə yeni kateqoriya ilə
seçilməsi (72).
K.Annan BMT-
də islahatlar aparmaq, kollektiv
tədbirlər keçirmək, BMT-nin əsas orqanlarının funksiyası
barədə tövsiyələr vermək üçün 2005-ci il sammitində 15
tanınmış siyasi xadimdən ibarət Təhlükə və dəyişikliklər
üzrə yüksək səviyyəli qrup da yaratdı (25, s.59-62).
Təhlükə və dəyişikliklər üzrə yüksək səviyyəli qrupun
məruzəsində
də
BMT-nin sülh potensialının
möhkəmləndiilməsi barədə təkliflər var idi (54).
2001-
ci ilin aprelində Kofi Annan “şəxsən özünün
birinci vəzifəsi” kimi VİÇ/SPİD-ə qarşı mübarizə barədə
beş bənddən ibarət “Hərəkətə çağırış” adlı məruzəsini
dərc etdirdi. Bu məruzədə Baş katib sağlamlığın
qorunmasında inkişaf edən ölkələrin qlobal fond yarat-
mağa kömək etməsini, əlavə maliyyə vəsaiti ayrılması
zəruriliyini vurğulamışdı (61).
Baş Məclisin qərarı ilə K.Annan 2001-ci il iyunun
29-dan 2006-
cı il dekabrın 31-dək yenidən bu vəziyəyə
s
əlahiyyət aldı.
2001-
ci il dekabrın 10-da BMT və onun Baş katibi
Kofi Annan Nobel mükafatına layiq görüldü. Mükafatın
verilm
əsi barədə qərar qəbul edən Norveç Nobel Komitəsi
qeyd etdi ki, «Kofi Annan Birl
əşmiş Millətlər Təşkilatının
86
yenil
əşdirilməsində, dəyişdirilməsində heç kəsin etmədik-
l
ərini etmişdir». Ümumdünya təşkilatının – BMT-nin
mükafatlandırılması ilə əlaqədar Norveç Nobel Komitəsi
bildirdi ki, “qlobal sülh
ə və əməkdaşlığa aparan yeganə
danışıqlar BMT vasitəsilə olur” (61). Norveçin paytaxtı
Osloda BMT v
ə onun Baş katibinin mükafatlandırılması
münasib
ətilə Vəliəhd Xakon öz xanımı Mette Marit ilə
konsert t
əşkil etdilər. Konsertdə Baş katib sadəcə tamaşaçı
olmadı, o, həm də Haiti repperləri ilə birlikdə oxudu.
K.Annan 2003-cü ild
ə insanlığa zidd olan prob-
leml
ərin həll edilməsində müvəffəq olmadığı üçün bildirdi
ki, “2004-cü il dünyada
əzab-əziyyət çəkən milyonlarla
insana BMT-nin verdiyi v
ədlərin yerinə yetirilməsi ili”
olmalıdır.
K.Annan terrori
zmlə mübarizə və kütləvi qırğın
silahlarının ləğv edilməsi üçün İraqa hücumu zəruri hesab
etm
əklə yanaşı, vurğulayırdı ki, “başqa ciddi problemlər
d
ə belə təcili diqqət tələb edir”. Baş katib Əfqanıstan,
Latın Amerikası, Afrikanı nəzərdə tuturdu.
K.Annan
kasıblığı, aclığı, xəstəliyi, savadsızlığı
m
əhv etmək üçün dünya liderlərini birliyə çağırmışdır:
“
Əgər biz, xüsusən də kasıb Afrika və Mərkəzi Asiya
ölk
ələrində qəti fəaliyyət göstərməsək, onda hamımız
kasıb və təhlükəli dünyada yaşamalı olacağıq”. Baş katib
varlı ölkələri kasıb ölkələrə azad və ədalətli bazara
çıxmaqda kömək etməyə, onların üzərində gömrüyü
azaltmağa, 2005-ci ildə 3 milyon insanı antivirus dərman-
ları ilə təchiz etməyə, VİÇ/SPİD, vərəm və malyariya ilə
BMT-ni mübariz
əyə çağırdı:”Biz təhsildə, səhiyyədə, su
87
t
əchizatında, sanitar xidmətlərdə investisiyanı artırmalı-
yıq”.
K.Annan “nefti ərzaqla dəyişmək” proqramı barədə
İraqla danışıqlar apardı (37). Lakin 2004-cü ildə İraqda
1996-2003-
cü illərdə BMT proqramını həyata keçirərkən
külli miqd
arda pul mənimsəməsindən şübhələnərək
K.Annanın oğlu Koconu nəzarət altına aldılar (61).
K.Annan y
əhudilərə himayədarlıq edərək, “anti-
semitizm problemi” bar
ədə Nyu-Yorkda açıq konfrans
çağırdı. İsrailin xarici işlər naziri Silvan Şalom BMT-nin
B
aş katibinə telefonla öz minnətdarlığını bildirmiş və
demişdi ki, “bu konfrans BMT və yəhudi xalqı arasında
münasib
ətlərdə dönüş yaradacaq”. “Antisemitizm prob-
lemi”ni BMT s
əviyyəsinə qaldırmaq isə sionistlər tərə-
find
ən işğal edilən Fələstin torpaqlarının işğal edilməsi
problemini diqq
ətdən yayındırırdı. Hətta Kofi Annanın
t
əşkil etdiyi bu konfransdan istifadə edərək “Ümumdünya
y
əhudi konfransı” təşkilatının rəhbəri Edqar Bronkman
BMT yanında beynəlxalq antisemitizmlə mübarizə
t
əşkilatı yaratmağı təklif etmişdir. Göründüyü kimi, istər
İsrail-Fələstin münaqişəsində, istər İraqa birləşmiş qüv-
v
ələrin yeridilməsində, istərsə də bir çox ölkələrdə “siyasi
sistemin d
əyişdirilməsi” məsələlərində Baş katib ABŞ-ın
mövqeyini müdafi
ə edirdi. Kofi Annanın ikinci dəfə
BMT-nin B
aş katibi vəzifəsinə seçilməsi elə onun ABŞ-
ın mövqeyini müdafiə etməsi ilə bağlıdır.
Ba
ş katib Kofi Annanın səlahiyyət müddəti 2006-cı
ilin dekabr ayında başa çatdı.
K.Annan h
əmişə ABŞ-ın tərəfində olmuşdu.
Rusiya
nın prezidenti D.Medvedev ABŞ-ın xarici siya-
88
s
ətini reallaşdırdığı və dünyada onun mövqeyini
möhk
əmləndirdiyi üçün K.Annana Nobel mükafatı
verildiyini demişdir (76). 1995-ci ilin avqustunda Serbiya
Respublikasının ərazisinin NATO təyyarələri ilə bomba-
lanmasına B.B.Qali etiraz etdikdə, Baş katibin müavini
olan K.Annan ABŞ-ın bu hərəkəti ilə razılaşmışdı (52).
K.Annana Almaniya Kütl
əvi İnformasiya
Vasit
ələrinin mükafatı verilmişdir. Həmin mükafat 1999-
cu ild
ə Bill Klintona da verilmişdir. K.Annan digər
mükafatlara da layiq görülmüşdür (48).
K.Annan B
aş katib vəzifəsindən çıxdıqdan sonra iki
nəfərin namizədliyi irəli sürüldü: Cənubi Koreyadan Pan
Qi Munun və Hindistandan Şaşi Tarurun. Pan Qi Mun
qələbə çalaraq Baş katib seçildi.
K.Annan B
aş katib vəzifəsindən getdikdən sonra
bir sıra təşkilatlara, o cümlədən BMT Fonduna və Afrika
İnkişaf qrupuna daxil oldu, həmçinin Qana Universitetinin
kansleri oldu (61). K.Annan bir neç
ə universitetdə müha-
zir
ə oxuyur. O, 2012-ci il 24 fevral-31 avqust tarixlərdə
Suriyada münaqişəni nizama salmaq üçün BMT və Ərəb
Dövl
ətləri Liqasının xüsusi səfiri təyin edildi (38). Lakin
K.Annan
istefa verdi. ABŞ onun istefasını Suriya müna-
q
işəsinin nizama salınmasında Rusiya və Çinin mövqeyi
il
ə izah edir. Belə ki, Rusiya və Çin Təhlükəsizlik Şura-
sının Suriya prezdenti Bəşər Əsədə qarşı qəbul etdiyi
q
ətnaməyə etiraz etmişdilər (64).
K.Annanı da Azərbaycanla bağlayan bəzi hadisə-
lər olmuşdur. Bildiyimiz kimi, Rusiya Müdafiə Nazir-
liyi
nin ayrı-ayrı vəzifəli şəxsləri 1993-1995-ci illər
ərzində Ermənistana qanunsuz olaraq ümumi dəyəri 1
89
Dostları ilə paylaş: |