milyard dollar olan silah və döyüş sursatı göndərmişdi
(8
, s.87). Rusiyanın Ermənistana hərbi sursat verməsi
Ermənistan-Azərbaycan münaqişəsini daha da gərgin-
ləşdirmişdi. ABŞ prezidenti Bill Klintonun dəvəti ilə
ABŞ-a rəsmi səfər edən Ümummilli Lider H.Əliyev
Nyu Yorkda 1997-ci il iyulun 28-
də Nüvə silahı sınaq-
larının tamamilə qadağan olunması barədə müqaviləni
imzaladıqdan sonra BMT-nin iqamətgahında Baş katib
K.Annan ilə görüşdü. Görüş zamanı Heydər Əliyev Baş
katibə Rusiyanın Ermənistana qeyri-qanuni yolla külli
miqdarda silah verdiyini və BMT-nin bu məsələ
barəsində ciddi tədbir görməsinin vacibliyini bildirdi (1,
s.42).
(Heydər Əliyev və Kofi Annan. Nyu York, 1997).
90
H
eydər Əliyev Respublikamız adından Baş katib
K.Annana nəfis Azərbaycan xalçası da hədiyyə etdi
(32).
Ümummilli Lider
Heydər Əliyev 1997-ci il
dekabrın 11-də İranda olarkən Tehranda K.Annanla bir
daha görüşdü. Bildiyimiz kimi, 1996-cı il yanvar ayında
keçirilən ATƏT-in Lissabon zirvə toplantısında ATƏT-
in 54 üzvündən 53-ü Azərbaycanın ərazi bütövlüyünün
tanınması, Azərbaycan Respublikasının tərkibində
Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsi,
Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin
təmin edilməsi prinsiplərini müəyyənləşdirən sənəd
qəbul etmişdi(29, s.36).
(Heydər Əliyev və Kofi Annan. Tehran, 1997).
K.Annanla görüş zamanı Heydər Əliyev ATƏT-
in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının
91
Lissabonda keçirilən zirvə görüşündə Ermənistan-
Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırıl-
ması üçün əsas prinsiplərin qəbul olunduğunu, Minsk
qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həllinə
dair yeni təkliflər irəli sürdüklərini vurğuladı.
K.Annan
Azərbaycan Respublikası Prezidentinin
fikri ilə razılaşdı və bildirdi ki, ATƏT-in Lissabon zirvə
görüşündə qəbul edilmiş prinsiplər Ermənistan-Azər-
baycan münaqişəsinin aradan qaldırılması üçün yaxşı
əsas yaratmışdır və həmsədrlərin irəli sürdüyü təkliflərə
də BMT tərəfdardır. BMT müstəqil Azərbaycan Res-
pub
likasının ərazi bütövlüyünü tanıyır və onun haqq
işini dəstəkləyir (33).
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin
diplo
matik vasitələrlə, xüsusən də BMT-nin vasitəçiliyi
ilə həll edilməsinə üstünlük verirdi və buna görə də
regional münaqişələrin qəti nizama salınması üçün
BMT-
nin fəaliyyət mexanizmində islahatlara ehtiyac
olduğunu dəfələrlə bildirmişdi. O, 2000-ci il sentyabrın
7-
də Minilliyin Sammitində çıxışında ATƏT-in Ermə-
nistan-
Azərbaycan münaqişəsinin aradan qaldırılması
məsələsi ilə bağlı fəaliyyətinin zəifliyini qeyd etmiş,
BMT-
də islahatlar aparmaq və Təhlükəsizlik Şurasının
səmərəliliyinin artırılması yolu ilə bu məsələnin həll
edilməsində BMT-yə ümid edildiyini bildirmişdi.
H.Əliyev öz çıxışında Təhlükəsizlik Şurasının qətnamə-
ləri yerinə yetirməkdə fəaliyyətinin gücləndirilməsinin,
Şuranın tərkibinin genişləndirilməsinin, Baş Məclisin
rolunun artırılmasının, Baş katibin öz səlahiyyətlərindən
səmərəli istifadə etməsinin, üzv dövlətlər arasında sıx
92
qarşılıqlı fəaliyyətin olmasının zəruriliyini qeyd etmişdi
(9, s.13-14).
BMT-
nin tribunası Azərbaycan üçün haqqını
müdafiə etməkdə, həqiqəti dünyaya çatdırmaqda bir
(Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev BMT Baş
Məclisinbin 58-ci sessiyasında nitq edərkən. Nyu York, 2003).
vasitədir (16, s.84). Ümummilli Lider H.Əliyev siya-
sətinin davamçısı olan Prezident İlham Əliyev də Azər-
baycanı BMT tribunasından layiqli təmsil edir.
Hələ Azərbaycan Respublikasının Baş naziri
vəzifəsində olarkən İlham Əliyev 2003-cü il sentyabrın
24-
də BMT-nin Baş Məclisinin 58-ci sessiyasında
çıxışında demişdi: “Ermənistanın ölkəmizə qarşı başla-
dığı təcavüzün, işğalın və terrorun qurbanına çevrilmiş
Azərbaycan artıq illər boyudur ki, terrora qarşı
təkbaşına savaşır. Terrorizmə qarşı mübarizə səylərini
gücləndirmək barədə beynəlxalq icmaya çağırışlarımız
cavabsız qaldı. Yalnız 2001-ci ilin 11 sentyabrından
93
sonra həyəcan təbili çalındı” (10, s.191). İlham Əliyev
onu da əlavə etmişdi ki, terrorizmi törədən səbəblər,
eləcə də onun yayılması üçün münbit şərait yaradan
amillər kəsilməsə, terrorizmə qarşı mübarizədə uğur heç
vaxt mümkün olmayacaqdır. Digər tərəfdən, bütün
dünyadakı, eləcə də Cənubi Qafqazdakı münaqişələri
daimi terror praktikası və onun dövlət səviyyəsində
dəktəklənməsi şəraitində həll etmək mümkün deyildir.
İ.Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində er-
məni terrorçu qrupların fəaliyyət göstərdiyini də vurğu-
la
mışdı (10, s.191).
Prez
ident İlham Əliyev 2004-cü ilin sentyabrında
Baş Məclisin 59-cu sessiyasında çıxış edərək Ermənis-
tanın “etnik təmizləmə” siyasətinin nəticəsi olaraq 1
milyondan çox qaçqın və məcburi köçkün kütləsinin
yaranması, hazırda isə işğal etdiyi ərazilərə erməni
əhalinin köçürülməsi siyasətini həyata keçirərək,
demoqrafik dəyişikliklər etməsi, Azərbaycan hökumə-
tinin nəzarəti altında olmayan, işğal edilən ərazilərdən
qeyri-
qanuni narkotik malların mübadiləsi, silah alveri
məqsədilə istifadə edilməsi, bu ərazilərdə terrorçuların
gizlənməsi barədə məruzə etdi (57). Ermənistanın
cinayətlərinin və təcavüzkar fəaliyyətinin qarşısını al-
ma
ğa çağıran İ.Əliyev onu da əlavə etdi ki, hazırda
Təhlükəsizlik Şurası silahlı münaqişələrin qarşısını
almağa qadir deyil və beynəlxalq sülh və təhlükəsizliyi
müdafiə məqsədilə təsis edilmiş bu orqanda islahat
aparmaq, iş metodlarının effektivliyini artırmaq lazımdır
(57).
İ.Əliyev Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ
barədə qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyini
94
Dostları ilə paylaş: |