RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   19   20   21   22   23   24   25   26   27

və  Ermənistanın  işğal  edilən  ərazilərə  erməni  əhalinin 
kütləvi  şəkildə  qeyri-qanuni  məskunlaşdırılması  siya-
sətinin Müharibə zamanı mülki şəxslərin müdafiəsi üzrə 
1949-
cu ildə qəbul edilmiş  dördüncü  Cenevrə  konven-
siyalarının müddəalarını açıq şəkildə pozduğunu bildirdi 
(11, s.130).  
Baş  Məclisdə  çıxışında  İlham  Əliyev  əlavə  etdi 
ki, t
əcavüzkar  Ermənistan  və  Dağlıq  Qarabağ  separat-
çıları  xarici  şirkətləri  də  qeyri-qanuni  biznesə  cəlb 
etməyə çalışaraq işğal olunmuş Azərbaycan ərazilərində 
təbii sərvətləri də istismar edirlər (11, s.131). 
 
İ.Əliyev  Ermənistanın  Azərbaycanın  Dağlıq 
Qarabağ bölgəsinin tarixini saxtalaşdırması, mədəni və 
arxitektura irsinə qeyri-qanuni şəkildə yiyələnməsi,dini 
və  tarixi  abidələrimizin,  qədim  əlyazmalarımızın  və 
digər mədəni sərvətlərimizin dağıdılması, talanıb aparıl-
m
ası barədə də danışdı (11, s.131). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
95 
 


                         P
AN Qİ  MUN (Koreya) 
                        BMT-
nin Baş katibi(2007) 
 
Pan Qi Mun 2007-ci il 
yanvarın  1-dən  BMT-nin  Baş 
katibidir. 
Pan Qi Mun 1944-cü il 
iyunun 13-
də  indiki Koreya Res-
pub
likasında  anadan  olmuşdur. 
Həmin  dövrdə  Koreyada  Yapo-
niyanın  hakimiyyətinin  sonları  idi. 
P.Q.Munun 
ailəsi Çxuncuya köçdü 
və o, uşaqlıq və gənclik illərini bu 
şəhərdə  keçirdi.  Atası  biznesmen  idi,  lakin  tezliklə 
müflisləşdi. Pan Qi Munun 6 yaşı olanda Koreya müha-
ribəsindən  xilas  olmaq  üçün  ailəsi  ölkənin  müharibədən 
uzaq rayonlarına qaçdı. Müharibə qurtardıqdan sonra ailə 
Çxuncuya qayıtdı. Həmin vaxtlarda Pan Qi Mun amerika 
hərbiçiləri  ilə  görüşləri  xatırlayır.  Orta  məktəbi  o,  əla 
qiymətlərlə  oxumuşdu.  Xüsusən  də  ingilis  dilinə  maraq 
göstərmişdi. Yerli sakinlərin dediklərinə görə, ingilis dilini 
praktiki  öyrənmək  üçün,  o, 10 km-ə  qədər  yolu  piyada 
gedərək, fabriklərdən birində çalışan amerikalılarla söhbət 
edirmiş.  
1962-
ci  ildə  Pan  Qi  Mun  Qırmızı  Xaç  Cəmiy-
yətinin  təşkil  etdiyi  konkursda  müvəffəqiyyət  qazanaraq 
ABŞ-a  səfər  imkanı  əldə  edir.  O,  bir  neçə  ay  San-
Fransiskoda  yaşayır,  prezident Con Kennedi ilə görüşür. 
Jurnalistlərlə gələcək karyera barədə söhbətində tərəddüd 
etmədən diplomat olacağını bildirir (67). 
96 
 


Pan Qi Mun 1970-
ci ildə Seul Xalq Universitetində 
beynəlxalq  münasibətlər  üzrə  bakalavr  dərəcəsi,  1985-ci 
ildə  Harvard  Universitetində  Kennedi  adına  İdarəetmə 
məktəbində dövlət idarəetməsi üzrə magistr dərəcəsi aldı. 
Onun  elmi  rəhbəri  Cozef  Nay  olmuşdur.  C.Nay  magis-
trının təhlilləri dəqiq, aydın apardığını qeyd edirdi (67). 
Ran  Qi  Mun  xanımı  Yu(Pan)  Suntxeklə  1962-ci 
ildə orta məktəbdə oxuyarkən tanış olmuşdu. 1 oğlu və 2 
qızı var. 
Pan Qi Mun Koreya Respublikasının Xarici İşlər və 
Ticarət Nazirliyində işləmişdir. 2004-cü ilin noyabrından 
2006-
cı  ilin  noyabrınadək  nazir  vəzifəsində  olmuşdur 
(67). 
P.Q.Mun  Cənubi  Koreyanın  Hindistanda olan 
səfirliyində işləmiş, həmçinin Nyu Yorkda BMT yanında 
olan daimi nümayəndəliyin başçısı olmuşdur. O, Cənubi 
Koreyanın  ABŞ-da  səfirliyində  çalışmış,  Cənubi Koreya 
Xarici  İşlər  Nazirliyinin  “Amerika”  şöbəsinə  rəhbərlik 
etmişdir.  1990-cı  illərin  ortalarında  xarici  işlər  nazirinin 
beynəlxalq  təşkilatlarla  əlaqələr  və  siyasi  məsələlər  üzrə 
müavini,  həmçinin  Cənubi  Koreya  prezidentinin  milli 
təhlükəsizlik məsələləri üzrə məsləhətçisi olmuşdur. 
  
Pan Qi Mun 1975-ci ild
ən BMT-də çalışır. O, Nyu-
Yorkda Koreya Respublikas
ının BMT yanındakı  nüma-
y
əndəliyinin birinci katibi, Seulda nazirlikdəki BMT 
departamentinin direktoru, Vyanada s
əfir,  1999-cu ildə 
Nüv
ə  sınaqlarının qadağan olunması  barədə  müqavilə 
üzr
ə  komissiyanın sədri olmuşdu. 2001–2002-ci illərdə 
Koreya Respublikas
ının nümayəndəsi kimi Baş Məclisin 
s
ədri olarkən 11 sentyabr terror aktları  barədə  ilk qətna-
m
ənin qəbul edilməsi, Baş  Məclisin funksiyasının möh-
97 
 


k
əmləndirilməsi, bəzi islahatlar keçirilməsi barədə  ciddi 
t
əşəbbüslər etmişdi (36).  
Bundan başqa, Pan Qi Mun hər iki Koreya arasında 
münasibətlərin yaradılmasında fəal iştirak etmişdi. Şimali 
Koreya  ilə  nüvə  silahı  barədə  dəfələrlə  danışıqlar  apar-
mışdı.  Nəticədə  Koreya  yarımadasının  nüvəsiz  zonaya 
çevrilməsi barədə birgə bəyannamə qəbul edildi. 1992-ci 
ildə  Koreya  yarımadasının  nüvəsiz  zona  elan  olunması 
barədə birgə bəyannamədən sonra o, xarici işlər nazirinin 
xüsusi  məsləhətçisi  kimi    Şimali  və  Cənubi  Koreya 
arasında nüvə probleminə nəzarət üzrə birğə komissiyanın 
sədr müavini oldu. P.Q.Mun 1999-cu ildə Nüvə silahının 
sınaqdan  keçirilməsinin  qadağan  edilməsi  barədə  müqa-
viləni  hazırlayan  komissiyanın  rəhbəri  təyin  edildi.  O, 
2001-
ci  ildə  BMT  Baş  Məclisinin  56-cı  sessiyasında 
iştirak edərkən Baş Məclisin dəftərxanasına rəhbərlik etdi 
(66). 
P.Q.Mun  2005-
ci  ilin  sentyabrında  Koreya 
yarımadasında Şimali Koreya ilə bağlı nüvə probleminin 
nizama  salınması  barədə  birgə  bəyannamənin  qəbul 
edilməsində mühüm rol oynamışdı (66). 
2007-ci il 1 yanvar 
tarixdə 37 illik siyasi təcrübəyə 
malik olan Pan Qi Mun BMT-
nin  səkkizinci Baş  katibi 
seçildi.  Pan Qi Mun BMT-nin B
aş  katibi  seçilərkən 
Koreya Respublikasının Xarici işlər və xarici ticarət işləri 
üzrə  naziri  vəzifəsində  çalışırdı.  İşlədiyi  müddətdə  o, 
xarici  siyasət  üzrə,  milli  təhlükəsizlik  üzrə  prezidentin 
məsləhətçisi,  siyasətin  planlaşdırılması  və  Amerika 
departamentinin  direktoru  vəzifələrini  də  yerinə  yetir-
mişdi. P.Q.Munun Baş katib olduğu dövrdə İranda, Şimali 
98 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə