RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

-
Nizamnamənin VI fəslində nəzərdə tutulduğu kimi, üzv 
dövlətlərin  mübahisələrini  sülh  yolu  ilə  nizama salmaq 
üçün regional təşkilatlarla əməkdaşlıqdan istifadə etməklə 
yanaşı,  daha  çox  Beynəlxalq  Məhkəməyə  müraciət 
etməyə üstünlük verilməlidir. 
-
Baş  katib  beynəlxalq  hüquq  normaları,  beynəlxalq 
humanitar hüqu
q, insan hüquqları pozulduqda, etnik, dini, 
ərazi  mübahisələri  olduqda,  yoxsulluq  hallarında 
Təhlükəsizlik Şurasına analitik informasiya verməlidir. 
-
BMT  Fövqəladə  Koordinator  İdarəsini  və  digər 
təşkilatları,  Təhlükəsizlik  Şurasının  üzvlərini  situasiya 
bar
ədə  məlumatlandırmalı,  müvafiq  tədbir  görməli, 
kömək göstərməlidir. 
-
Baş  katibin  tövsiyəsi  və  üzv  dövlətlərin  razılığı  ilə 
preventiv tədbirlər həyata  keçirilməldir. 
-
Bütün üzv dövlətlər münaqişələrin qarşısını almaq üçün 
BMT-
nin  fəaliyyət  proqramını  həyata  keçirməli,  silah 
satışına  qarşı    milli,  regional  qlobal  səviyyədə  zəruri 
tədbirlər görməlidirlər. 

Baş  katibdən  daxil  olan  informasiya  Təhlükəsizlik 
Şurasına ötürülməlidir. 

Münaqişələrin  qarşısını  almaq  üçün    polis  heyəti 
sülhquruculu
ğunda iştirak etməlidir. 
-
Uşaqların  münaqişədə  iştirak  etməsinə  yol  verilməməli, 
münaqişələrin  qarşısını  almaqda  qadınların  rolu 
artırılmalıdır. 
-
Faktların  toplanması  üzrə  regional  əməkdaşlarla 
preventiv  təhqiqat  aparılmalı,  xüsusən  də  Afrika  Birliyi 
Təşkilatının, Qərbi Afrika dövlətləri İqtisadi Cəmiyyətinin 
78 
 


fəaliyyətinin  gücləndirilməsi  timsalında  regional 
təşkilatlarla əməkdaşlıq gücləndirilməlidir. 
 
BMT heyətinin təhlükəsizliyinin təmin edilməsi də 
sülh  potensialının  möhkəmləndirilməsi  amillərindən 
biridir. 2003-cü il avqustun 19-da BMT-
nin  Bağdadda 
hərbi  qərargahına  hücumdan  sonra  Baş  katib  K.Annan 
BMT-
nin  təhlükəsizlik  sistemini  araşdırmağa  başladı. 
Nəticədə  BMT  təhlükəsizlik  sistemi  Müdafiə  və 
təhlükəsizlik  məsələləri  üzrə  departamentin  təhlükəsizlik 
sisteminə daxil edildi (58). 
Kofi Annan, h
əmçinin  qadınların  vəziyyətinin 
yaxşılaşdırılması  və  vətəndaş  cəmiyyəti ilə  daha  sıx 
münasib
ətlər  yaradılması  məsələlərinə  də  baxmışdır.  O, 
beyn
əlxalq konfransda belə  demişdir:”Əksər  qadınlar 
üçün h
əyat hələ çətin olmaqda qalır. XXI əsrdə qadınların 
t
əhlükəsizlik və  sülhü müdafiədə  iştirakı  münaqişələrin 
h
əll edilməsində əsas amillərdən biri ola bilər”.  
Kofi Annan beyn
əlxalq  iş  dairələri liderlərinin, 
h
əmkarların, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə 
bütün dünyada sosial-iqtisadi t
ələbatların  təmin 
edilm
əsində  əsas məna kəsb edən ümumi bazar qiymət-
l
ərinin təsdiq edilməsinə  şərait  yaradan  “Qlobal  saziş”i 
bağlamağa çağırdı. 
K.Annan yeni minilliyin gəlişi ilə əlaqədar 2000-ci 
ilin  aprelində  “Biz  xalqlar:”XXI  əsrdə  BMT-nin rolu”                                                                                                                                                                                                                                                                                                                                                                                                                      
adlı məruzə dərc etdirdi. Bu məruzədə BMT-yə üzv olan 
dövlətlər yoxsulluğa, son qoymağa, təhsilin keyfiyyətini, 
effektivliyini  artırmağa,  VİÇ/SPİD  xəstəliynin  yayılma-
sının qarşısını almağa, ətraf mühitin qorunmasına, xalqları 
zorakılıq  və  məhvedici  münaqişələrdən  müdafiə  etməyə 
79 
 


çağırılırdı.  Məruzə  2000-ci  ilin  sentyabırında  BMT-də 
dövlət  başçıları  və  hökümətlərinin  sammitində  qəbul 
edilən  “Minilliyin Bəyannaməsi”  əsasında  yazılmışdı. 
K.Annan İnsan Hüquqları barədə Komissiyanın BMT-nin 
əsas orqanı,  yaxud Baş Məclisin köməkçi orqanı olması 
təklifini irəli sürdü. 
2001-
ci  ilin  iyununda  K.Annan  Baş  Məclis  və 
Təhlükəsizlik  Şurasına  silahlı  münaqişələrin  qarşısının 
alınması  barədə  məruzə  etdi  (56).  Məruzədə 
münaqişələrin  qarşısını  almaq  üçün  BMT  potensialının 
optimallaşdırılması,  Təhlükəsizlik  Şurasının  rolunun 
gücləndirilməsi  təklif  edilirdi.  Məruzədə  sülhyaratma 
potensialının yüksəldilməsi yollarından biri kimi regional 
təşkilatlarla  əməkdaşlığın  zəruriliyini  qeyd  etməklə 
yanaşı,  Baş  katib  sülh  və  təhlükəsizliyi  müdafiə  etmək 
üçün qeyri-
qanuni  silah  satışının  qarşısını  almağa, 
maliyyə  çətinliklərini  aradan  qaldırmağa  çağırdı.  Baş 
katibin məruzəsinə əsasən, Təhlükəsizlik Şurası 2001-ci il 
30  avqust  tarixdə  “Silahlı  münaqişələrin  qarşısının 
alınmasında  Təhlükəsizlik  Şurasının  rolu”  barədə  1366 
saylı qətnamə qəbul etdi (71). Qətnamədə münaqişələrin 
qarşısını  almaqda  Baş  katibin  rolu  göstərilirdi. 
Nizamnamənin  99-cu  maddəsinə  müvafiq  olaraq  Baş 
katibin  münaqişələrin  qarşısını  almaqda  rolu  təsdiq 
edilirdi.  
2000-
ci  il  Minilliyin  Bəyannaməsində  K.Annan 
iqtisadiyyatın  inkişafına  aparan  hər  bir  addımın 
münaqişələrin qarşısını almağa yönəldilməsi tezisini irəli 
sürdü,  daxili  münaqişələrin  etnik  və  dini  ixtilafların 
80 
 


yoxsulluq  ilə  çulğalaşmasından  sonra  meydana  gəldiyini 
vurğuladı (73). 
Minilliyin  Bəyannaməsindən  sonra  əldə  edilən 
inkişafı  qiymətləndirmək  məqsədilə  dünya  ölkələri 
liderləri  2005-ci  ildə  Nyu-Yorkda Ümumdünya 
Sammitinə  yığışdılar.  Sammitdə  K.Annan  məruzəsində 
B
aş  katibin  hüquq  və  səlahiyyətlərini  bir  daha  nəzərə 
çarpdırdı və bildirdi ki, Baş katib və heyət vəzifələrini icra 
edərkən  hər hansı  hökumət  və  ya  təşkilatdan  kənar olan 
hər  hansı  orqandan  göstərişlər  istəməməli  və 
almamalıdırlar  (74).  K.Annan  Baş  Məclisdə  müzakirələr 
prosesinin  tezləşdirilməsi,  gündəmdə  olan  problemlər 
barədə  mexanizmin  gücləndirilməsi  təklifini  də  verdi.  
Ölkə  rəhbərləri  sülhməramlı  əməliyyatlarda polis 
heyətindən istifadə edilməsi təklifini bəyəndilər (74). 
K.Annan məruzəsində qlobal problemlərin həllində 
insan  hüquqlarının  müdafiəsinin  təhlükəsizlik  sisteminin 
əsas  meyarı  olduğunu  qeyd  etdi.  Məruzə  dörd  hissədən 
ibarət  idi. Birinci hissə  “Yoxsulluqdan xilas olma”» 
adlanırdı və 2015-ci ilə qədər yoxsulluğu 2 dəfə azaltmağı 
özündə əks etdirmişdir. “Qorxudan xilas olma” adlanan 2-
ci hiss
ədə  bütün  dövlətlər,  terrorizmlə  mübarizə  daxil 
olmaqla, təhlükəsizlik sahəsində konsensusa çağırılır. 3-cü 
hissə “Ləyaqətli insanlar şəratində azad yaşamaq” adlanır 
və  burada  göstərilir  ki,  bütün  dövlətlər  qanunvericiliyin, 
demokratiyanın,  insan  hüquqlarının  inkişafına  şərait 
yaratmalı,  genosid,  etnik  təmizləmə,  insanlıq  əleyhinə 
cinayətlərlə mübarizə etməlidirlər. Bu məsələlərdə hər bir 
dövlət  məsuliyyət    daşıyır  və  əgər  milli  hökumət  öz 
vətəndaşlarını  qorumaq  iqtidarında  deyilsə,  BMT 
81 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə