RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

                           KOF
İ  ANNAN (Qana) 
              BMT-
nin Baş katibi (1997-2006-cı illər) 
 
Kofi Annan 1997-ci il 
yanvarın 1-dən 2006-cı il dekabrın 
31-d
ək BMT-nin  Baş  katibi 
olmuşdur. 
Kofi Annan 1938-ci il 
aprelin 8-d
ə  Kumasidə  (Qana) 
anadan  olmuşdur.  “Kofi” sözünün 
m
ənası Qanada olan aşanti xalqının 
dilind
ə  “cümə  günü anadan olan” 
dem
əkdir.  Aşanti  dilində  həftənin 
günl
əri ad kimi qoyulur.  K.Annanın  atası  Aşanti 
əyalətinin qubernatoru idi  (38).  K.Annanın  ailəsi elit 
t
əbəqədən idi.  Babaları,  əmiləri tayfa rəhbərləri idilər. 
Atası aşanti, anası fanta tayfasından idi.  K.Annanın atası 
kakao şirkətində uzun müddət çalışmışdı (59). 
K.Annan ail
əlidir. Birinci nigahından  2,  ikinci 
niga
hından 1 övladı var. Xanımı Nana Annan İsveçdəndir. 
Hüquqşünas və rəssamdır, ingilis və fransız dillərini bilir. 
O,  y
əhudiləri  faşistlərdən xilas edən  tanınmış  diplomat 
Raul  Vallenberqin  qardaşı  qızıdır  (62; 75). Nana Annan 
BMT-nin yerl
ərdə  işinə  böyük maraq göstərir. Onu 
xüsusil
ə, iki problem maraqlandırır: SPİD-lə mübarizə və 
qadınların təhsili. Nana Annan BMT barədə uşaqlar üçün 
kitab  da  yazmışdır  (61).  K.Annanın  qardaşı  oğlu  Entoni 
Annan Qana milli yığma komandasında futbolçudur. 
Kofi Annan ingilis, fransız, bir neçə Afrika dillərini 
s
ərbəst bilir.  
70 
 


K.Annan  Kumasi Elmi-
Texniki  Universitetində 
təhsil  aldıqdan  sonra,  1961-ci  ildə  ABŞ-ın  Minnesot 
ştatının  Sent  Pole  Makalister  kollecində  iqtisadi 
məsələlərlə  məşğul  olmuş,  1961-1962-ci  illərdə 
Cenevrədə Beynəlxalq problemlərin öyrənilməsi üzrə Ali 
İnstitutun  iqtisadiyyat  ixtisası  üzrə  aspirant  kursunu 
keç
miş,  Massaçuset  Texnologiya  İnstitutunu  bitirərək, 
idarəetmə ixtisası üzrə magistr dərəcəsi almışdır(43). 
K.Annanın  ilk  iş  yeri  BMT  olmuşdur.  Baş  katib 
olmamışdan  əvvəl  K.Annan  30  ildən  çox  bir  müddətdə 
BMT-
də  işləmişdi.  1962-ci  ildə  o,  BMT  sisteminə, 
Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında inzibatı və 
büdcə məsələləri üzrə əməkdaş kimi götürülmüş, sonralar 
BMT-
nin  Əddis-Əbəbədə  Afrika  ölkələri  üzrə  iqtisadi 
komissiyasında  işləmiş,  İsmailiyada  BMT  fövqəladə 
silahlı  qüvvələrinin  tərkibində  iştirak  etmiş,  Cenevrədə 
BMT-
nin  Qaçqınların  işi  üzrə  Ali  Komissarlığında 
fəaliyyət  göstərmişdir.  Gələcək  Baş  katib  1987-1990-cı 
illərdə  Nyu-Yorkda  təhlükəsizlik  məsələsinə  dair 
kordinator  -  B
aş katibin  köməkçisi, 1990-1992-ci illərdə 
isə  proqramın,  büdcənin,  maliyyənin,  nəzarətin  təşkili 
məsələsində  Baş  katibin  köməkçisi  vəzifələrində 
çalışmışdır (43). 
1990-
cı  ildə  İraqın  Kuveytə  hücumundan sonra 
İraqdan  900-dən  artıq  beynəlxalq  əməkdaşın  və 
v
ətəndaşların repatriasiyası tapşırığı  BMT-nin Baş katibi 
Kofi Annana h
əvalə  edildi.  Həmin il K.Annan  İraqla 
“Ərzaqla  mübadilədə  neft”  formulası  üzrə  danışıqlar 
aparmaq üçün BMT-nin birinci qrupuna r
əhbərlik etdi 
(43). 
71 
 


Kofi Annan 1993-
cü  ilin  martından  1994-cü ilin 
fevralınadək sülhün müdafiəsi üzrə  əməliyyatlarda Baş 
katibin köm
əkçisi  olmuş,  sonralar,  1994-cü ilin 
fevralından  1995-ci  ilin  oktyabrınadək, 1996-cı  ilin 
aprelind
ən 1996-cı  ilin  dekabrınadək Baş  katibi  əvəz 
etmişdir. Baş katibi əvəz etdiyi dövrdə K.Annan BMT-nin 
sülh v
ə  təhlükəsizliyi müdafiəsində  böyük miqyasda 
əməliyyatlarında iştirak etmişdir.  
1995-ci ilin noyab
rından  1996-cı  ilin  martınadək 
olan dövrd
ə  Bosniya və  Herseqovinada müharibəyə  son 
qoyan Deyton sülh sazişinin imzalanmasından sonra Kofi 
Annan  keçmiş  Yuqoslaviyada  NATO-nun rəhbərliyi ilə 
çoxmill
ətli sülhməramlı  qüvvələrin Bosniya və 
Herseqovinada f
əaliyyətini  müşahidə  edən Baş  katibin 
xüsusi nümay
əndəsi funksiyasını yerinə yetirmişdi (43). 
Kofi Annan 1997-
ci  il  yanvarın  1-dən  BMT 
heyətinin sıralarından Baş katib vəzifəsinə seçilmişdir.  
1998-
ci  ildə  Ruanda  hadisəsində(1994  aprel) 
K.Annanı  günahlandırdılar.  Məlumat  dərc  edildi  ki, 
K.Annan  Ruandada  sülhməramlıların  sayını  azaltdığı 
üçün Ruanda 
genosidi baş vermişdir (66).  
K.Annan 1998-
ci  ilin  fevralında  İraq  prezidenti 
S.Hüseynlə BMT-nin missiyasının vaxtını uzatmaq barədə 
saziş  bağlasa  da,  həmin  ilin  dekabrında  ABŞ  Böyük 
Britaniya ilə birlikdə İraqı bombaladı. 
K.Annan B
aş katib olan kimi islahatlardan başladı. 
Çünki B.B.Qalinin 
Baş  katib  vəzifəsindən  çıxmasına 
b
əhanə BMT-də islahatlara ciddi yanaşmaması olmuşdu. 
K.Annan ilk olaraq BMT-
nin 6 min işçisindən təxminən 
minini  ixtisara  saldı.  Qadınları  ali  vəzifələrə  təyin etdi. 
72 
 


Onun köm
əkçisi Kanadadan olan Luiza Freçetti, insan 
hüquqları  üzrə  BMT-nin səlahiyyətli nümayəndəsi 
irlandiyalı  Mari  Robinson,  Ümumdünya  Səhiyə 
T
əşkilatının  başçısı  Norveçdən olan Qro Xarlem 
Brundlend oldu  (52). 
K.Annan  qarşılıqlı  əlaqələrin 
yaradılmasına xüsusi diqqət ayırdı. Onun “Münaqişələrin 
s
əbəbləri, Afrikada möhkəm sülh və inkişafa kömək” adlı 
m
əruzəsi 1998-ci ilin aprelində  Təhlükəsizlik  Şurasına 
t
əqdim edildi. Bu məruzə  Afrika probleminin həllində 
beyn
əlxalq təşkilatın  –  BMT-nin  ənənəsinin qorunub 
saxlan
ılmasından bəhs edirdi. K.Annan bir sıra mürəkkəb 
siyasi v
əziyyətləri nizama salmaqda böyük xidmətlər 
göst
ərmişdir.  Belə  fəaliyyətlərdən  misal olaraq, 1998-ci 
ild
ə  İraqın  Təhlükəsizlik  Şurasının  qətnaməsini yerinə 
yetirm
əsi, 1993-ci ildə  Nigeriyada vətəndaş  cəmiyyətinə 
keçid m
əqsədilə missiyanın təşkili, 1988-ci il dekabrın 21-
d
ə  Lokörb(Şotlandiya)  üzərində  təyyarə  partlayışı  ilə 
əlaqədar  Təhlükəsizlik  Şurası  və  Liviya  arasında 
münasib
ətlərdə  çətin vəziyyətdən  çıxmağa  imkan  verən 
1999-cu ild
ə imzalanmış saziş, Şərqi Timorda zorakılıqla 
əlaqədar BMT-nin tədbir görməsi üçün 1999-cu ildə 
diplomatik t
əşəbbüsün irəli sürülməsi  və  Şərqi Timorun 
öz müq
əddəratını  təyin etməsi barədə  referendum 
keçirilm
əsi, 2000-ci  ilin  sentyabrında  İsrailin  Livandan 
getm
əsinin təsdiqi və zorakılığın yenidən başlanmasından 
sonra 
əlavə  tədbirlər görülməsi,  İsrail-Fələstin müna-
qi
şəsini sülh danışıqları vasitəsilə Təhlükəsizlik Şurasının 
242 v
ə  338  saylı  qətnamələrinə  uyğun  “sülh mübadilə-
sind
ə  torpaq”  prinsipinə  əsasən həll edilməsi tədbirlərini 
göst
ərmək olar.  K.Annan B.B.Qalinin sülhməramlı 
73 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə