RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

nəticə  verə  biləcəyi  barədə    H.Əliyev  1994-cü il 
sentyabrın  29-da  BMT  Baş  Məclisinin  49-cu 
sessiyasında  çıxışında  demişdir:  “Regional  münaqişə-
lərin  aradan  qaldırılmasında  toplanmış  təcrübə  göstərir 
ki,  qətnamələrin  yerinə  yetirilməsi  sahəsində  səylər 
yalnız  BMT  Nizamnaməsi  ilə  nəzərdə  tutulmuş  qətiy-
yətli  tədbirlər  ilə  möhkəmləndikdə  müvəfəqiyyət 
gətirir”  (7,  s.310).  H.Əliyev  Təhlükəsizlik  Şurasının 
təcavüzkar  dövlətə  qarşı  sanksiyalar  qəbul  etməsini 
nəzərdə tuturdu.  
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ müna-
qişəsi barədə dörd qətnamə qəbul etmişdi(69). Ermənis-
tan  tərəfindən  Kəlbəcərin  işğal  edilməsindən  sonra 
Təhlükəsizlik  Şurası  1993-cü il aprelin 30-da  Dağlıq 
Qarabağ  münaqişəsi  barədə  822  saylı  ilk  qətnaməni, 
iyulun 29-
da  Azərbaycan  Respublikası  Ali  Sovetinin 
sədri H.Əliyev Ermənistanın  Ağdam rayonuna hücumu 
ilə  bağlı  Təhlükəsizlik  Şurasına  müraciətindən  sonra 
853  saylı  qətnaməni  qəbul  etdi.  853  saylı  qətnamədə 
Təhlükəsizlik Şurası Ermənistanı öz nüfuzundan istifadə 
edərək  Azərbaycanın  Dağlıq  Qarabağ  regionu 
ermənilərinə  təsir etməyə çağırdı. Füzuli şəhərinə qarşı 
təcavüzün  qarşısını  almaq  tələbi  ilə  Azərbaycan 
hökumətinin, İran İslam Respublikasının və Türkiyənin  
müraciətlərindən sonra, Təhlükəsizlik Şurası 1993-cü il 
avqustun 18-
də    874  saylı  qətnaməni,  Zəngilan  və 
Horadiz  şəhərlərinin  işğal  edilməsindən  sonra 
Azərbaycan  Respublikası  Prezidenti  H.Əliyevin  və 
Türkiyə  hökumətinin  müraciətlərindən  sonra,  noyabrın 
12-
də  884  saylı  qətnaməni  qəbul  etdi.  884  saylı 
65 
 


qətnamədə  də  Təhlükəsizlik  Şurası  Ermənistan  höku-
mətini  öz  nüfuzundan  istifadə  edərək    Azərbaycanın 
Dağlıq  Qarabağ  ermənilərini  qətnamələri  həyata 
keçirməyə  məcbur  etməyə,  silahlı  münaqişəni  davam 
et
dirməsi  üçün  onları  silahla  təchiz  etməməyə  çağırır-
dı.Qətnamələrin  hər  birində  Azərbaycanın  ərazi  bütöv-
lüyü 
tanınır,  dövlətlərin  suveren  bərabərliyi,  hər  hansı 
bir  dövlətin  daxili  yurisdiksiyasında  olan  məsələlərə 
müdaxilə  edilməməsi,  hər  hansı  bir  dövlətin  ərazi 
bütövlüyünü  və  siyasi  müstəqilliyini  hədələməkdən 
çəkinmək,  sərhədlərin  toxunulmazlığı  kimi  beynəlxalq 
hüquq 
prinsipləri  bir  daha  təsdiq olunur,  lakin bu 
qətnaməslərin    heç  birində  Ermənistanın  təcavüzkar 
dövlət  olduğu  göstərilməmişdir.  Halbuki  Təhlükəsizlik 
Şurasının  Ermənistanı  təcavüzkar  dövlət  kimi  müəy-
yənləşdirməsinə  əsas  verən kifayət qədər faktlar var(6; 
31). 
Baş Məclisin 49-cu sessiyasında çıxışında Heydər 
Əliyev  Dağlıq  Qarabağda  yaşayan  ermənilərin  etnik 
hüququnu  müdafiə  etmək  bəhanəsi  ilə  Ermənistanın 
Azərbaycan  ərazilərini  ilhaq  etdiyini  bildirdi.  Öz 
müqəddəratını  təyin  etmək  hüququnun  Ermənistanın 
timsalında  dövlətlərin  suverenliyi  və  ərazi  bütövlüyü 
prinsiplərini  pozması  ilə  bağlı  B.B.Qali  narazılığını 
bildirdi:”Əgər  hər  bir  etnik,  dini  və  ya  linqvistik  qrup 
dövlətçilik tələb etsə, onda bölgünün həddi olmayacaq və 
dünyada  sülhün,  təhlükəsizliyin  və  iqtisadi  firavanlığın 
əldə edilməsi daha çətin olacaqdır” (1,s.11; 7, s.308). 
66 
 


(
Heydər  Əliyev  BMT  Baş  Məclisinin  49-cu  sessiyasında  nitq  edərkən. 
Nyu York, 1994). 
 
H.Əliyev B.B.Qalinin “təşəkkül tapmış beynəlxalq 
sistem  çərçivəsində  xalqların  öz  müqəddəratını  təyin 
etməsi  və  dövlətlərin  suverenliyi,  ərazi  bütövlüyü  və 
müstəqilliyi kimi eyni dərəcədə qiymətli və mühüm olan 
məsələlərin  bir-birilə  ziddiyyət  təşkil  etməsinə  yol 
vermək olmaz” fikri ilə razı olduğunu vurğuladı (1, s.11).  
1994-
cü  il  oktyabrın  28-də  ilk  dəfə  olaraq 
Azərbaycana səfər edən Baş katib B.B.Qali öz çıxışında 
Təhlükəsizlik  Şurasının  Dağlıq  Qarabağ  münaqişəsi 
barədə qəbul etdiyi qətnamələrin 4 əsas prinsip üzərində 
qurulduğunu  bildirdi:  1.Azərbaycan  Respublikasının 
ərazi  bütövlüyü  2.Azərbaycanın  sərhədlərinin  toxunul-
mazlığı  3.Torpaq  zəbt  etmək  üçün  güc  işlədilməsinin 
yolverilməzliyi  4.Bu  üç  prinsip  əsasında  işğal  edilmiş 
bütün torpaqlardan qo
şunların  heç  bir  qeyd-şərt  qoyul-
ma
dan, təcili çıxarılması (1, s.87).  
67 
 


 
          
 
(Heydər Əliyev və Butros Butros Qali. Bakı,1994). 
 
Azərbaycanda  sülhməramlı  qüvvələrin  iştirakına 
gəldikdə isə, B.B.Qali 3 variant olduğunu qeyd etdi: 
1.
 
Bilavasitə  BMT-nin  təyin  etdiyi  komandanın 
nəzarəti  altında  olan,  tamamilə  BMT-nin 
qoşunlarından  ibarət  qüvvələrin  bu  regiona 
gətirilməsi 
2.
 
Regiona MDB qoşunlarının göndərilməsi 
3.
 
Gürcüstanda  tətbiq  edilən  variant  –  MDB 
qoşunları və BMT müşahidəçilərinin birgə səyləri 
(7, s.443-444). 
 
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  təşkilatların 
Cənubi  Qafqazda  münaqişələrin  həll  edilməsində  rolu 
barədə  aparılan  sorğuda  əhalinin  əksəriyyəti  BMT-nin 
fəaliyyətinə üstünlük verir (24, s.8). 
68 
 


Azərbaycanda  səfərdə  olduğu  vaxt  B.B.Qaliyə  Bakı 
Dövlət Universitetinin fəxri doktoru adı verildi. 
 
Ermənistana səfəri zamanı B.B.Qali qətnamələrdə 
göstərilən  ərazi  bütövlüyünün  dəstəklənməsi  barədə 
prinsipləri açıqladı (7, s.129). Cənubi Qafqaz ölkələrinə 
səfərini  qurtardıqdan  sonra  Cenevrəyə  gələn  Baş  katib, 
BMT-
nin Bakıdakı nümayəndəsi Mahmud Əl-Səidə zəng 
vuraraq,  Azərbaycana  humanitar  yardımın  2  dəfə 
artırılmasını xahiş etdi (7, s.129). 
1995-
ci  il  oktyabrın  22-də  BMT-nin 50 illik 
yubileyində  iştirak  etmək  üçün  ABŞ-da olan Ümum-
milli  Lider  H
eydər  Əliyev  Baş    Məclisdə  çıxışında 
Təhlükəsizlik  Şurasının  Dağlıq  Qarabağ  münaqişəsi 
barədə qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyini, 
ATƏT-in  Minsk  qrupunun  fəaliyyətinin  nəticə 
vermədiyini  bir  daha  bəyan  etdi  (1,  s.23).  H.Əliyev 
BMT tribuna
sından  bəyan  etdi  ki,  dövlətlər  arasındakı 
münasibətlərdə  beynəlxalq  hüquq  normalarının  pozul-
ması,  beynəlxalq  terrorizm,  kütləvi  qırğın  silahlarının 
yayılması, aclıq və səfalətin aradan qaldırılması, ekoloji 
fəlakətlərin  qarşısının  alınması  köklü  surətdə  həll 
olunmalıdır.  Dünyanın  bir  çox  regionlarında  qanlı 
müharibələrə,  milyonlarla  insanların  saysız-hesabsız 
əzab-əziyyətlərinə səbəb  olan  təcavüzkar  millətçilik  və 
separatizm halları sülh üçün böyük təhlükədir (34). 
 
 
 
 
 
69 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə