RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

f
əaliyyət  konsepsiyasını  inkişaf  etdirərək  “preventiv 
t
ədbirlər”, “preventiv  humanitar kömək”, “preventiv 
sülhquruculuğu”  anlayışlarını  gündəmə  gətirdi. Yeni 
v
əzifələr  –  münaqişə  regionunda qeyri-qanuni  silahlı 
qüvv
ələrin tərksilah edilərək ləğv  edilməsi, vətəndaş 
c
əmiyyətinin, qaçqın və  məcburi köçkünlərin, humanitar 
köm
əyin, strateji obyektlərin müdafiə  edilməsi və  s. 
v
əzifələr  meydana  çıxdı.  Beləliklə, 90-cı  illərdə  sülh-
m
əramlıların yalnız atəşkəs xətti boyunca yerləşdirilməsi 
m
əqsədəuyğun  deyildi.  Sülh  əməliyyatlarında  polis 
qüvv
ələrinin, hərbi  müşahidəçilərin  iştirak  etməsinə, 
yerl
ərdə  seçkilər keçirilməsinə,  insan  hüquqlarına  riayət 
edilm
əsinə,  demokratiya,  söz  azadlığı  instiututlarının 
möhk
əmləndirilməsinə nəzarət etmək tələbatı yarandı. 
 
2000-
ci ilin martında Baş katib uzun müddət onun 
məsləhətçisi  olmuş,  Əlcəzairin  xarici  işlər  naziri  Laxdar 
Braximinin  rəhbərliyi  altında  beynəlxalq  ekspertlər 
qrupuna  BMT-
nin  sülh  əməliyyatlarını  təhqiq  etmək, 
harada və nə vaxt belə əməliyyatların daha effektli olması 
məsələlərinin 
araşdırılmasını 
tapşırdı. 
BMT-nin 
əməliyyatlar  üzrə  qrupunun  məruzəsi,  eyni  zamanda 
“Braximi məruzəsi” kimi də tanındı. Məruzədə BMT-nin 
sülh  potensialının  möhkəmləndirilməsi  meyarları  kimi 
aydın  və  konkret  mandat,  sülh  əməliyyatlarının 
aparılmasında  münaqişə  tərəflərinin  razılığı,  mandatın 
yerinə  yetirilməsi  üçün  kifayət  qədər  ehtiyatın  olması 
əksini  tapmışdı.  Məruzəni  rəhbər  tutaraq,  BMT-  yə  üzv 
dövlətlər 
əməliyyatların 
müvəffəqiyyətlə 
həyata 
keçirilməsi  üçün  bir  sıra  tədbirlər  gördülər.  Sülhü 
dəstəkləmək  üzrə  əməliyyatlar  departamenti  genişlən-
74 
 


dirildi, hərbi və 2000-ci ildən polis məsləhətçi bölmələri, 
tarixi  təcrübəni  öyrənmək,  gender  məsələləri  üzrə 
tövsiyələr  vermək  üçün  Sülhyaratma  fəaliyyətinin 
qabaqcıl  praktikası  qrupu  yaradıldı.  Bu  qrup  tərksilah 
proqramını  və  s.  planlaşdırmalı  idi.  Sülhməramlılarla 
fasiləsiz  təlim  keçmək  sistemi  möhkəmləndirildi. 
İslahatda  əsas  diqqət  sülhə  nail  olmaq üçün “kompleks 
missiya” 
konsepsiyasına ayrıldı. Bu konsepsiyayanın əsas 
komponentləri  aşağıdakılardır:insan  hüquqlarının  qorun-
ması,  qanunun  alililyi,  humanitar  yardım,  departament-
lərdə nizam-intizam, əxlaq normalarına riayət edilməsi və 
s. (53). 
 
T
əhlükəsizlik  Şurasının  sülh  və  təhlükəsizliyi 
müdafiədə  rolunun  effektivliliyini  artırmaq  barədə 
Təhlükəsizlik Şurası  2000-ci ildə 13 noyabr tarixli 1327 
saylı  qətnamə  qəbul  etdi  (70).  Qətnamədə  BMT-nin 
regional, subregio
nal təşkilatlarla əməkdaşlığı, Baş katibin 
danışıqlar,  təhqiqat,  qiymətləndirmə,  tövsiyələr  barədə 
Təhlükəsizlik  Şurasına  məlumat  verməsi,    Baş  katibin 
müntəzəm  olaraq  hərbi  məsələlər  üzrə  brifinqlər 
keçirməsi,  kontingent  verən  ölkələrlə  məsləhətləşmələr  
aparması,  Təhlükəsizlik  Şurası  ilə  yekdil  fikrə  gəlməsi, 
üzv  dövlətlərlə,  xüsusən  də  kontingent  verən  ölkələrlə 
məsləhətləşdikdən  sonra  BMT-nin  operativ  hərbi 
doktrinasını  hazırlaması  və  Təhlükəsizlik  Şurasına,  Baş 
M
əclisə təqdim etməsi, tövsiyələr verməsi üçün Katibliyin 
faktları  toplamaq  və  təhqiqat  potensialını  gücləndirmək 
zəruriliyi  göstərilmişdi.  (Qeyd  etmək  lazımdır  ki,  Baş 
katib  sülh  və  təhlükəsizlik  məsələləri  üzrə  İcraedici 
Komitədə  informasiya  –  texniki  tədqiqat üzrə  Katibliyin 
75 
 


yaradılması  layihəsini  Təhlükəsizlik  Şurasına  təqdim 
etmişdi). 
 
Qətnamədə həmçinin qeyd edilirdi ki, Təhlükəsizlik 
Şurası qətnamə qəbul etdikdən sonra 30 gün ərzində sülh 
və təhlükəsizlik əməliyyatlarını, 90 gün ərzində kompleks 
əməliyyatları həyata keçirməlidir. 
 
2001-
ci  ilin  iyununda  K.Annan  Baş  Məclis  və 
Təhlükəsizlik  Şurasına  silahlı  münaqişələrin  qarşısının 
alınması  barədə  məruzə  etdi  (56).  Məruzədə  müna-
qişələrin  qarşısını  almaq  üçün  BMT  potensialının 
optimallaşdırılması,  Təhlükəsizlik  Şurasının  rolunun 
gücləndirilməsi  təklif  edilirdi.  Məruzədə  Baş  katib, 
sülhyaratma  potensialının  yüksəldilməsi  yollarından  biri 
kimi regional təşkilatlarla əməkdaşlığın zəruriliyini qeyd 
etməklə yanaşı, sülh və təhlükəsizliyi müdafiə etmək üçün 
qeyri-
qanuni  silah  satışının  qarşısını  almağa,  maliyyə 
çətinliklərini  aradan  qaldırmağa  çağırdı.  Baş  katibin 
məruzəsinə  əsasən,  Təhlükəsizlik  Şurası  2001-ci il 30 
avqust  tarixdə  “Silahlı  münaqişələrin  qarşısının 
alınmasında  Təhlükəsizlik  Şurasının  rolu”  barədə  1366 
saylı qətnamə qəbul etdi (71). Qətnamədə münaqişələrin 
qarşısını almaq, yaxud da nizama salmaq üçün aşağıdakı 
məsələlər qarşıya qoyulurdu:  
 

Nizamnamənin 99-cu maddəsinə müvafiq olaraq, 
B
aş  katibin  münaqişələrin  qarşısını  almaqda  rolu  təsdiq 
edilirdi. B
elə  ki,  həmin  maddədə  deyilir:  “Baş  katib 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlan-
masına,  onun  fikrincə,  təhlükə  törədə  bilən  istənilən 
məsələni Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər”.  
76 
 



Silahlı  münaqişələrin  qarşısını  almaq  üçün  BMT-nin 
digər ixtisaslaşmış qurumlarının, fondlarının, idarələrinin, 
proqramlarının,  Ümumdünya  Ticarət  Təşkilatının, 
Bretton-
Vuts  müəssisələrinin,  həmçinin  qeyri-hökumət 
təşkilatlarının, vətəndaş cəmiyyəti subyektlərinin rolundan 
istifadə etmək. 
-Regional 
münaqişələrin 
yaranması 
səbəblərini 
araşdırmalı,  preventiv  tədbirlər,  diplomatiya,  tərksilah, 
postkonflikt  sülhquruculuğu  barədə  praktiki  tədbirlər 
görül
məli, Yuqoslaviya və Ruanda  xüsusi tribunallarının 
gələcəkdə silahlı münaqişələrin qarşısını almaqda  rolunu 
təsdiq  edərək  üzv  dövlətlər  genosidin  qarşısını  almalı, 
bəşəriyyət  əleyhinə  cinayətlər  və  hərbi  cinayətlər 
törədənlər məsuliyyətə cəlb edilməlidir. 
-
Münaqişələrin  qarşısını  almaq  üçün  əsas  məsuliyyət 
daşıyan milli hökumətlər BMT-ni dəstəkləməli, vətəndaş 
cəmiyyəti,  üzv  dövlətlər,  regional  və  subregional 
təşkilatlarla əməkdaşlıq etməli, preventiv tədbirlər görmək 
üçün  qonşu,  regional  dövlətlərlə  qarşılıqlı  əlaqələr 
yaratmalıdırlar.  

Baş  katib  Təhlükəsizlik  Şurasını  beynəlxalq  sülh  və 
təhlükəsizliyi  hədələyən  potensial  təhlükələr  barədə 
məlumatlandırmalı, istər BMT-nin üzvü olsun, istərsə də 
olmasın, bütün dövlətlər potensial münaqişələrin qarşısını 
almalı,  Baş  Məclis,  İqtisadi  və  Sosial  Şura  bu  barədə 
Təhlükəsizlik  Şurasına  informasiya  verməlidir.  Bundan 
sonra operativ, effektli missiyalar da daxil olmaqla, 
müvafiq  tədbirlər  görülməli,  BMT-nin  potensialını 
gücləndirmək məqsədilə Təşkilata sosial, iqtisadi, texniki, 
maliyyə ehtiyatları verilməlidir. 
77 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə