RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Hindistanın,  Çinin,  Braziliyanın,  Rusiyanın,  Avropa 
Birliyinin beyn
əlxalq məsələlərin həllində  fəaliyyəti 
artırılmalıdır (42). Onun fikrincə, Təhlükəsizlik Şurasının 
genişləndirilməsi müsbət nəticə  verməyəcək,  veto 
hüququnda  d
əyişiklik    etmək  lazımdır,  veto hüququ 
demokratiyanı məhdudlaşdırır. Bir hegemon dövlətin ol-
ma
sı çoxtərəflilik prinsipini şübhə altında qoyur, suveren 
b
ərabərlik konsepsiyası əvəzinə hərbi qüvvə konsepsiyası 
günd
əmə  gəlir. BMT-nin iqtisadi sahədə  mərkəzi rolu 
keçmişdə  qalmalıdır,  belə  məsələlər BMT-nin digər 
ixtisaslaşmış təşkilatlarına həvalə edilməlidir (42).  
B.Qalinin BMT-
dəki  fəaliyyəti,  üzv  dövlətlərə 
ədalətli  yanaşması,  dünya  problemlərinin  həllində  ağıllı 
hərəkətləri  təqdirəlayiqdir.  1992-1996-cı  illərdə  BMT-
nin B
aş  katibi  olduğu  müddətdə  Nyu-Yorkda  yaşayan 
B.Qali  “
Beş  il  şüşədən  tikilmiş  evdə”  adlı  kitabını  bu 
illərdəki fəaliyyətinə həsr etmişdir. B.Qali deyirdi: “Baş 
katib  vəzifəsində  olarkən,  mən BMT-nin  müstəqilliyini 
qorudum. Bu məqsədlə mən ABŞ və İsrailin maraqlarına 
toxunan bir neçə addım atdım”. Nəticədə isə B.Qali Baş 
katib  vəzifəsinə  yenidən  seçilmək  şansından  məhrum 
oldu.  B.Qalinin  belə  addımlarından  biri  Livanın  Qana 
kəndində  faciə  barədə  məruzə  idi.  1996-cı  ilin  yazında 
İsrail  ölkənin  cənubunu  azad  etmək  uğrunda  mübarizə 
aparan Livan 
vətənpərvərlərinə  qarşı  geniş  miqyaslı 
aksiya keçirdi. 
Livanın onlarla kəndi darmadağın edildi. 
Livanlıların  bir  hissəsi  BMT-nin  müşahidəçilərinin 
iqamətgahına  yönəldilər.  Belə  iqamətgahlardan  biri 
Q
anada yerləşirdi. İsraillilər onları atəşə tutdular, BMT-
nin bayrağı altında müdafiəyə ümid edən yüzlərlə sakin 
61 
 


öldürüldü. 
BMT  bu  atəşin  kimlər  tərəfindən,  nə  səbəbə 
edildiyini  araşdırmağa  başladı.  Ekspertlər  belə  nəticəyə 
gəldilər  ki,  bu,  əvvəlcədən  planlaşdırılmışdı.  ABŞ 
B.Qaliyə  Qanada “təhqiqat”  barədə  məruzəni  dərc 
etdirməməyi, yalnız Təhlükəsizlik Şurasına şifahi məruzə 
etməyi  təkid  etdi.  Lakin Baş  katib  öz  sözünün  üstündə 
dayanaraq bu məruzəni dərc etdirdi. B.Qalinin fikri belə 
idi:  “
Dünyanın  həqiqəti  bilmək hüququ var”.  B.Qalinin 
bu hərəkəti ABŞ-a xoş gəlmədi. 
 
Bundan  başqa,  1995-ci ilin avqustunda Serbiya 
Respublikasının  ərazisinin  NATO  təyyarələri  ilə 
bombalanmasına  B.B.Qali  etiraz  etmişdi.  Baş  katibin 

avini  olan  K.Annan  isə  ABŞ-ın  bu  hərəkəti  ilə 
razılaşmışdı (52; 60).  
ABŞ-ın  1996-cı  ildə  BMT  nümayəndəsi  olan 
Madlen  Olbraytla  da  B.B.Qalinin  şəxsi  ədavəti  var  idi. 
Madlen  Olbrayt  onun  haqqında  belə  demişdi:  “O,  hətta 
“BMT”ni  düzgün  tələffüz  edə  bilmir”.  Madlen Olbrayt 
ABŞ-ın siyasətini dəstəkləyərək prezident Bill Klintonun 
yanında dövlət katibi vəzifəsini tutdu. Butros Butros Qali 
isə  intriqalar  nəticəsində  BMT-nin  Baş  katibi  vəzifə-
sindən  uzaqlaşdırıldı.  Əsas  bəhanə  o  oldu  ki,  B.B.Qali 
BMT-
də islahatlar aparılmasına ciddi yanaşmır. 
B.Qali, məhz ədalətli Baş katib olduğu üçün, ABŞ-
ın vetosu ilə ikinci dəfə bu vəzifəyə seçilmədi. O, BMT-
nin 
yeganə  Baş  katibidir  ki,  ikinci  dəfə  bu  vəzifəyə 
seçilmədi.  
B.Qali  ABŞ-ın  xarici  siyasəti barədə  belə  demiş-
dir: “AB
Ş-ın  xarici  siyasəti son 10 ildə  Böyük  Buşun 
hakimiyy
ətə  gəlməsilə  köklü surətdə  dəyişmişdir. 
62 
 


Beyn
əlxalq içtimaiyyət buna diqqət vermədi, indi isə 
Kiçik  Buşla  onun  ətrafındakılar  ekstremistlərin hüquq-
larını müdafiə edirlər. Xristian fundamentalistləri olan bu 
insanların ideologiyasını amerikançılıq adlandırmaq olar. 
BMT ancaq Amerikanın silahıdır. Onlara nə vaxt lazım 
olarsa, ondan istifad
ə  edirlər,  əgər  lazım  deyilsə, onda 
BMT-y
ə  söz verirlər.  ABŞ-ın  indiki  şüarı  belədir: 
”K
onsensus lazım deyil, mən həll edəcəyəm” (42). 
“Əgər ABŞ və İngiltərə İraqa BMT-nin qətnaməsi 
olmadan hücum edibl
ərsə, BMT-nin  saxlanmasının 
m
ənası  varmı?”  sualına  B.Qali  belə  cavab  vermişdir. 
“Onlar Kosovaya da T
əhlükəsizlik  Şurasının  qətnaməsi 
olmadan getdil
ər. Heç kəs heç nə  demədi.  ABŞ  veto 
qoydu v
ə  digər üzvləri də  qətnamənin verilməməsi 
bar
ədə  səs verməyə  məcbur  etdi.  Əgər optimistsinizsə, 
dey
əcəksiniz ki, bu, BMT-nin həyatında  birinci  böhran 
deyil, o, son 55 ild
ə  Berlin, Misir, Koreya, Vyetnam 
böhranlarını  yaşayıb  və  işləməyi davam  etdirir.  Əgər 
pessimistsinizs
ə, onda deyəcəksiniz ki, Millətlər Cəmiy-
y
əti II dünya müharibəsinin sonunda dağıldığı kimi, indi 
d
ə BMT-nin axırıdır” (42).  
“Əgər BMT müfəttişləri  İraqda  kütləvi  qırğın 
silahı  tapıblarsa,  siz  İraqda  olan  müharibənin  ədalətli 
olduğunu hesab edirsiniz?” sualına keçmiş Baş katib belə 
cavab vermişdir: “İsraildə də kütləvi qırğın silahı var, bəs 
n
ə  üçün  İsrail  tərksilah edilməməlidir? Onlarda atom 
bombaları var. Onlar nüvə silahının yayılmaması barədə 
sazişi  imzalamayıblar,  bəs onlarla niyə  müharibə 
edilmir? Bu, ikili m
əna daşıyır.  BMT siyasi təşkilat kimi 
mövcuddur: b
əzi qətnamələr qəbul edilir ki, yerinə 
63 
 


yetirilsin, b
əziləri isə  hamı  bilir,  qəbul edilir və  heç 
zaman yerin
ə yetirilmir”. Bununla belə, B.Qali BMT-ni 
h
ələ də müdafiə edir və bildirir ki, “o yeganə təşkilatdır 
ki, beyn
əlxalq münasibətlərdə  demokratiyaya  aparır  – 
kasıb, zəif, kiçik ölkələrə BMT lazımdır. Çünki onların 
daha heç n
əyi yoxdur. Ancaq, böyük dövlətlərin 
diplomatiyası,  ticarət  əlaqələri var, onlar xarici siyasəti 
BMT-siz ed
ə bilərlər” (42). 
B.B.Qali BMT-nin 
Baş  katibi  vəzifəsindən 
getdikdən sonra, gənclik illərini keçirdiyi Parisə qayıtdı. 
1997-
ci  ildə  Frankofon  Dövlətlər  Assosiasiyası  növbəti 
iclasda  siyasi  və  iqtisadi  əməkdaşlığı  gücləndirmək 
barədə  qərar  qəbul  etdi.  Bunun  üçün  prezidentlər  və 
krallar  onun baş katibliyini təşkil etdilər. Butros Butros 
Qali 
Frankofon  Dövlətlər  Assosiasiyasının  baş  katibi 
seçildi. 
B.B.Qalini  Azərbaycanla  da  bağlayan  məqamlar 
olmuşdur. 1992-ci il 14 fevral tarixli 742 saylı qətnamə 
ilə  Azərbaycan  Respublikası  BMT-yə  üzv  qəbul 
edildikdən  sonra  Azərbaycanla  BMTarasında  əlaqələr 
yaransa da, 
Ümummilli  Lider  Heydər  Əliyevin  xalqın 
çağırışı ilə hakimiyyətə qayıdışından sonra Ermənistan-
Azərbaycan 
münaqişəsinin 
nizama 
salınması 
istiqamətində BMT ilə əməkdaşlıq inkişaf etdi. 1994-cü 
ildə,  Azərbaycan tarixində ilk dəfə olaraq, Azərbaycan 
Respublikasının Prezidenti BMT tribunasında nitq etdi. 
Heydər  Əliyev  Dağlıq  Qarabağ  münaqişəsi 
barədə  BMT  Təhlükəsizlik  Şurasının  qəbul  etdiyi 
qətnamələrin  həyata  keçirilməməsinə  həmişə  tənqidi 
yanaşmışdır. BMT-nin fəaliyyətinin hansı halda müsbət 
64 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə