RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

Ko
reya  Respublikasının  mükafatlarına,  suveren  hərbi 
Malta ordenin
ə layiq görülmüşdür. 
B.Qali 1992-
ci ilin sentyabrında Moskvada Rusiya 
Elml
ər  Akademiyasının  fəxri doktoru, 1993-cü ilin 
yanvarında  Paris  Siyasi  Tədqiqatlar  İnstitutunun  fəxri 
doktoru, 1993-cü i
lin  martından  Boston  Beynəlxalq 
Münasib
ətlər üzrə  Şuranın  qərarı  ilə  Kristina A.Qerter 
adına mükafat laureatı, 1993-cü ilin aprelində Belçikada 
Levan Katolik Universitetinin f
əxri doktoru, 1993-cü ilin 
iyulunda  İtaliya  “Sülh  uğrunda  mübariz”  mükafatı 
laure
atı,  1993-cü ilin avqustunda Kübekdə  Lavalya 
Universitetinin f
əxri doktoru, 1993-cü  ilin  noyabırında 
Nyu-Yorkda Afrika-
Amerika  İnstitutunun  qərarına  görə 
Artur  A.Xayton  adına  “Büllur ulduz”  mükafatı  laureatı 
adlarına layiq görülmüşdür.  
Bundan  başqa,  Butros Butros-Qali 1994-cü ilin 
aprelind
ə Moskvada Rusiya Təbiət Elmləri Akademiya-
sının  fəxri üzvü, Moskvada Rusiya Elmlər Akademiya-
sının fəxri üzvü, Minskdə Belorusiya Elmlər Akademiya-
sının xarici üzvü, III Karlos adına Madrid Universitetinin 
f
əxri doktoru, 1994-cü ilin mayında Vaşinqton Corctaun 
Universitetinin Beyn
əlxalq Münasibətlər fakültəsinin 
f
əxri doktoru, 1994-cü ilin avqustunda Kanada, Nyu-
Bransuik, Monkton Beyn
əlxalq Hüquq Universitetinin 
f
əxri doktoru, 1994-cü  ilin  oktyabırında  Buxarest 
Universitetinin f
əxri doktoru, həmin tarixdə Bakı Dövlət 
Universitetinin, 1995-
ci  iln  fevralında  Xayfa  Univer-
sitetinin, Vyana Universitetinin, 1995-ci ilin aprelind
ə 
Melburn Universitetinin, 1995-
ci  ilin  noyabırında 
Kanada Karlton Universitetinin hüquq ixtisası üzrə fəxri 
57 
 


doktoru d
ərəcəsinə  layiq  görülmüşdür.  B.Qali 1995-ci 
ilin  martında  Yelsk  Universitetinin  Berkli  Kolleci 
şurasının  üzvü  seçilmişdir  və  1995-ci ilin iyulunda 
beyn
əlxalq qarşılıqlı anlaşma və sosial inkişaf sahəsində 
əldə  etdiyi nailiyyətlərə  görə  Onassis  mükafatı  laureatı 
olmuşdur.  O,  1996-cı  ilin  martında  Fransanın  Bordo 
şəhərindəki Montöskye Universitetinin fəxri hüquq 
doktoru, 1996-
cı  ilin  aprelində  Koreya  Respublikasının 
Seul şəhərində olan Koreya Universitetinin fəxri doktoru 
adına layiq görülmüşdür. 
1979, 1982, 1990-
cı illərdə Baş Məclisin sessiya-
larında Misir nümayəndəliyinin rəhbəri  olmuş  B.B.Qali 
1992-ci ild
ə  BMT-nin  Baş  katibi  seçildi.  Həmin il 
T
əhlükəsizlik Şurasının fövqəladə sessiyasında, dövlət və 
hökum
ət  başçıları  BMT-nin sülh və  təhlükəsizliyi 
müdafi
ədə effektliliyini artırmaq üçün  müvafiq tövsiyə-
l
ər  hazırlamaq  xahişi  ilə  Baş  katibə  müraciət etdilər.  
BMT-nin sülhm
əramlı  fəaliyyətinin konseptual əsasları 
Butros  Butros Qalinin “Sülh üçün günd
əlik”  adlı 
m
əruzəsində  göstərildi. Məruzədə  təhlükəsizlik məsələ-
l
ərinə  kompleks  yanaşmanın  zəruriliyi, BMT mexaniz-
mind
ə  islahatların  keçirilməsi,  Baş  katibin  hüquq  və 
s
əlahiyyətlərinin  genişləndirilməsi  qeyd  edilmişdi  (20).  
Baş katib belə nəticəyə gəlir ki, BMT əgər öz üzvlərinin 
s
əmimi dəstəyini alırsa, yaxşı təchiz olunubsa, imkan və 
m
əqsədləri  aydındırsa,  gələcək problemlər barədə  tez 
informasiya verirs
ə, qlobal problemləri həll edən 
beyn
əlxalq təşkilat olaraq qalacaq (27, s.84). 
 
1995-
ci ildə Baş katibin “Sülh üçün gündəliyə əla-
və” adlı məruzəsində bu ideyalar daha geniş verildi (21). 
58 
 


 
1997-
ci  ildə  BMT-də  islahatlar  barədə  B.B. 
Qalinin  növbəti  məruzəsində  dini,  etnik  münaqişələrin 
daha çox yayılması (Bosniya və Herseqovina, Abxaziya, 
Dnestryanı və s.), ölən hər on nəfərdən doqquzunun dinc 
sa
kin  olması,  sülhməramlılar  arasında  ölüm  hallarının 
çoxalması qeyd edildi. Baş katib potensial münaqişələrin 
qarşısını  almaq,  onların  eskalasiyasına  yol  verməmək 
üçün  preventiv  tədbirlər  görmək  metodunu  hazırlaya-
cağını bildirdi. O, BMT-də islahatlar barədə məruzəsində 
T
əhlükəsizlik  Şurası  daimi  üzvlərinin  veto  hüququndan 
istifadə  etməsinin  bir  çox  münaqişələrin  nizama 
salınmasına  mane  olduğunu,  sülhyaratma  maraqlarına 
müvafiq  olaraq  Beynəlxalq  Məhkəmənin  potensialının 
inkişaf  etdirilməsinin  zəruriliyini  qeyd etmişdi.  Orada 
göstərilirdi  ki,  üzv  dövlətlər,  Nizamnamənin 36-37-ci 
mad
dələrinə  müvafiq  olaraq  öz  mübahisələrinə  məh-
kəmədən,  arbitrajdan  və  s.  mexanizmlərdən  istifadə 
etməklə baxa bilərlər. Aydın, icra olunan mandat, onun 
həyata    keçirilməsində  tərəflərin  əməkdaşlığı,  üzv 
dövlətlərin zəruri hərbi, polis, mülki heyət verməyə hazır 
olması, Təhlükəsizlik Şurasının dəstək durması BMT-nin 
sülh  potensialının  möhkəmləndirilməsində  vacib 
komponentlərdir (22, s.57-60). 
 
B.B.Qalinin  tövsiyələri  BMT-nin sülhyaratma 
potensialını  möhkəmləndirməyin  bazisini  qoydu. 
Məruzədən sonra bütün siyasi işlər Siyasi məsələlər üzrə 
departamentdə  cəmləşdirildi.  Departamentdə  preventiv 
tədbirlərin  hazırlanması  üzrə  qrup  yaradıldı.  Humanitar 
yardım, seçkilərin keçirilməsinə, hakimiyyət orqanlarının 
59 
 


bərpasına  və  s.  kömək  etmək  məqsədilə  Sülhü  dəstək-
ləmək üzrə əməliyyatlar departamenti yaradıldı. 
Bundan  başqa,  “ehtiyat  saziş”  sistemi adlanan 
qurum  yaradıldı.  Bu  qurum  çərçivəsində  təxminən  90 
dövlət  öz  hərbi kontingentini Baş  katibin  sərəncamına 
verməyə  hazır  olduğunu  təsdiq  etdi.  Sülh  üzrə 
əməliyyatların  cəbhə  ehtiyaclarını  təmin  etmək  üçün 
Brindizidə (İtaliya) BMT-nin maddi-texniki  bazası təsis 
edildi. 1993-
cü  ildə  təşkil  edilən  Situasiya  Mərkəzi 
gündəlik  olaraq  situasiyaların  tədqiqi,  potensial  müna-
qişələrin xəritəsini tərtib etməklə məşğul olur. BMT-nin 
strukturu,  daxili  bölmələri  arasında  qarşılıqlı  əlaqə, 
departamentlərarası  koordinasiya  çərçivəsi  əsasında 
departamentlər  arasında  məsləhətləşmə  mexanizmi 
yaradıldı, sülhün həyata keçirilməsində Baş katib, onun 
şəxsi  və  xüsusi  nümayəndələrinin,  məsləhətçilərinin 
fəaliyyəti genişləndi. Baş katibin himayəsi altında xüsusi 
tapşırıqlı missiyalar, vasitəçilik, xeyirxah xidmətlər, eyni 
zamanda  insan  hüquqlarının  pozulması  faktlarının 
toplanması üzrə missiyalar yaradıldı. 
Butros Butros Qalinin fikrinc
ə, “BMT hər şeyi edə 
bilm
əz, dünyada sülh hər şeydən əvvəl Təşkilata üzv olan 
dövl
ətlərin idarəetməsindən  asılıdır.  Beynəlxalq 
probleml
ər tez bir zamanda  həll edilə  bilməz.  Əgər 
t
ərəflər sülh bağlamaq istəmirlərsə, barışığı tezləşdirmək 
üçün h
ərbi gücdən istifadə etmək lazımdır”. 
B.B.Qali  bildirirdi  ki,  BMT  hazırda  böhran 
v
əziyyətindədir, orada ciddi islahatlar keçirmək lazımdır. 
O,  böhrandan  iki  çıxış  yolu  göstərirdi: Ya hakimiyyətə 
kollektiv gücü q
əbul edən siyasi liderlər gəlməlidir, ya da 
60 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə